[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ
Zamantv.az - Ölkə mediasında və sosial şəbəkələrdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı korrupsiya əməlləri barədə xəbərlər artmaqdadır. Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub. Az əvvəl Zamantv.az olaraq gununsesi.info-ya istinadən xəbər vermişdik ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.
NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hafiz Məmmədovun nə qədər vergi borcu var? - MƏBLƏĞ
İş adamı Hafiz Məmmədov dövlətə olan borcunu ödədiyini desə də, hələ də əhəmiyyətli məbləğdə vergi borcu var. Zamantv.az qaynarinfo-ya istinadla xəbər verir ki, Hafiz Məmmədova məxsus "Baghlan Group FZCO” şirkətinin bu günə olan vergi borcu 24 053.11 AZN-dir.
Hafiz Məmmədovun nə qədər vergi borcu var? - MƏBLƏĞ
"Hafka" ləqəbli iş adamı bu gün Qaynarinfo-ya açıqlamasında bildirmişdi ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcu olub. Həmin borcu da ödəyib: "Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

İş adamı həmçinin qeyd edib ki, onun şirkətlərinin heç vaxt vergi borcu olmayıb: "Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm”.

Bu açıqlamadan sonra Hafiz Məmmədovun saxlanılması barədə rəsmi məlumat yayılıb. Beləliklə, aydın olur ki, iş adamının saxlanılması heç də əsassız deyilmiş.

"Baghlan Group FZCO" şirkəti 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Şirkətin yaradısıcısı Hafiz Məmmədovdur. Bu şirkət Ziya Məmədovun dövründə Nəqliyyat Nazirliyinin əsas partnyoru olub. Təsadüfi deyil ki, həmin vaxt mediada "Baghlan Group FZCO” şirkətinin Ziya Məmmədova məxsus olduğu iddia edilirdi.

Hafiz Məmmədovun iş adamı kimi "ulduzunun” sönməsi də Ziya Məmmədovun hakimiyyət komandasında arzuolunmaz şəxs hesab edilməsindən sonraya təsadüf edir.

"Baghlan Group FZCO”ya "Arcon” MMC və "Garant Holding” də daxildir. Hər iki şirkətin Ziya Məmmədova məxsus olduğu bildirilir.

Bu şirkətlərin də vergi borcu var. Lakin məbləğ o qədər də böyük deyil. "Arcon” MMC-nin bu günə olan vergi borcu 1576.94 AZN, "Garant Holding”in vergi borcu isə 141.84 AZN təşkil edir.

Bəzi iddialara görə, bu şirkətlər artıq Ziya Məmmədovdan alınıb. Lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni qanun haqsız rəqabətin qarşısını ala biləcəkmi? - Ekspert danışır
Noyabrın 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanunlara dəyişikliklərin ediləcəyi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Belə ki, komitə sədri Tahir Mirkişili parlamentin yaz sessiyasında “Haqsız rəqabət haqqında” qanuna dəyişikliklərin ediləcəyini qeyd edib.

Bəs, bu dəyişikliklər bazarda rəqabətin inkişafında nə kimi imkanlar yaradacaq? Zamantv.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı daha geniş tədbirlər görülməsinin vacibliyini qeyd edib.

Ekspertin sözlərinə görə, ilk növbədə “Rəqabət məcəlləsinin yaradılmasına ehtiyac var:

“İlk növbədə Rəqabət məcəlləsi qəbul olunmalıdır. Həmin məcəllə 2008-ci ildən bəri parlamentin rəflərində qalıb və təəssüf ki, hələ də qəbul olunmur. Öncə bu məcəllə və sonra da bütün qanunvericilik aktları, o cümlədən “Haqsız rəqabət haqqında” qanun da bu məcəllə ilə uyğunlaşdırılmış şəkildə qəbul olunmalıdır. İstər yenidən, istərsə də düzəlişlər formasında.

Təməl Rəqabət məcəlləsinin özü olmalıdır. Əgər bu təməl olmayacaqsa, bünövrəsi sağlam olmayan hansısa qanunvericilikdə dəyişikliklər etməklə problemi həll etmək mümkünsüz olacaq.

Ona görə də, ilk növbədə parlament, nəhayət ki, Rəqabət məcəlləsini rəfdən alıb diqqətlə müzakirəyə çıxarmalı, eyni zamanda ictimai müzakirələr təşkil olunmalıdır. Rəqabət məcəlləsi qəbul olunduqdan sonra əlaqədar qanunvericilik aktları həmin məcəlləyə uyğunlaşdırılmalıdır”.

Natiq Cəfərli sağlam rəqabətə maneə törədən əsas faktorun məmurların biznesə müdaxiləsi olduğunu qeyd edib:

“Rəqabətlə bağlı Azərbaycanda ən böyük problem məmur biznesi ilə bağlı olur. Bu haqda ən yüksək səviyyədə də zaman-zaman açıqlamalar verilib. Nəticə etibarilə, məmurların biznesdə hegemon rol alması onlara bağlı biznes strukturlarının faəliyyəti rəqabətsizlik mühiti üçün şərait yaradır. Məmurlara bağlı şirkətlər, inzibati resurslardan istifadə edərək haqsız rəqabətdə önə çıxırlar. Onlar daha çox tender udurlar, ölkəyə daha çox mal gətirə bilirlər. Bir sözlə, daha böyük üstünlüklərə malik olurlar.

Bizdə zatən bu qanunvericilikdə var, lakin buna tam da əməl olunmur. Məmurların biznesə qadağası çox sərt şəkildə qanunvericilikdə təsbit edilməli və nəzarət mexanizmləri yaradılmalıdır ki, məmurlar öz biznes fəaliyyətləri ilə haqsız rəqabətə yol açmasınlar”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə Şahin Mustafayevi Baş nazirin müavini təyin edərkən məmurların biznesə müdaxiləsi məsələsinə bu cür münasibət bildirmişdi:

"Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yeganə ölkəyik ki, Baş qərargah rəisi ağır cinayətdə ittiham edilir" - Kazinyan
"Ermənistan dünyada ilk ölkədir ki, Silahlı Qüvvələrin Baş qərargah rəisi xüsusilə ağır cinayət törətməkdə ittiham olunur". Zamantv.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "Hayastan” fraksiyasının deputatı Artur Kazinyan yerli mediaya verdiyi açıqlamada məlumat verib. O, ölkəsində baş verən arzuolunmaz proseslərdən gileylənib.

Artıq iki aydır ki, adı cinayət işində hallanan Davtyan Ermənistan Respublikasının Silahlı Qüvvələrinə rəhbərlik edir. Ermənistan Konstitusiyasının 14.1-ci maddəsinə əsasən, Silahlı Qüvvələr müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir. Və bu dərəbəylik, özbaşınalıq vəziyyətində sabah biz Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd edəcəyik. Necə deyərlər, dağıdın, sona qədər məhv edin...

Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Onun əli olduğu iddia edilən cinayət işlərində Baş qərargah rəisi Davtyanın da adı keçir. Artak Davtyan isə bu günlərdə istifadəyə yararsız aviasiya sursatlarının alınması ilə bağlı həmin cinayət işi çərçivəsində ifadə verməkdən imtina edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfər Əbiyev HARALARDADI…
Zamantv.az xəbər verir ki, modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin harada olduğunu öyrənməyə çalışıb.

Rubrikamızın keçmiş müdafiə nazirini gündəmə gətirməsi təsadüf deyil. Çünki 27 yanvar tarixi Səfər Əbiyevin doğum günüdür. Bu gün onun 72 yaşı tamam olub.

Son vaxtlar mətbuatda eks-müdafiə naziri ilə bağlı xeyli təsdiqlənməmiş xəbərlər yazılır. Bu xəbərlərin içində onun xaricə çıxıb getdiyi barədə iddialar da yer alır.

Ancaq Səfər Əbiyev bu yaxınlarda - 11 yanvar 2022-ci il tarixində Bakıda keçirilən kiçik bir tədbirdə iştirakı onun xaricdə olduğu barədə xəbərləri təkzib etdi..

Qeyd edək ki, sözügedən tədbir eks-müdafiə nazirinin də üzv olduğu "Dədə Qorqud" Milli Fondu tərəfindən təşkil olunmuşdu. Həmin tədbir Fondun təsis etdiyi beynəlxalq ordenin Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğluna təqdim edilməsi ilə bağlı idi.

Səfər Əbiyevin özü ilə danışa bilməsək də, onun dostu Eldar Sabiroğlu ilə əlaqə saxlayıb eks-nazir haqqında xəbər aldıq.

“Səfər Əbiyev heç yana getməyib, Azərbaycandadır. Dünən gecə yaxın dostuma zəng vurub ad günü münasibətilə onu təbrik etmişəm”,- E.Sabiroğlu bildirib. Keçmiş mətbuat katibi eks-nazir haqqında yayılan digər şayiələri də təkzib edib.

Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında doğulub.

1971-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin 1-ci müavini, müdafiə naziri vəzifəsinin icraçısı vəzifələrində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Eks-nazirin iki oğlu var.

General-polkovnik S.Əbiyev 1995-ci ildə "Azərbaycan Bayrağı", 2003-cü ildə “Azərbaycan Bayrağı", 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əlilliyi olan şəxslər ƏƏSMN sistemində işləyə bilməz? - AKTUAL
Əlilliyi olan şəxslərin reabilitasiyası nda , normal həyata qayıtmasından , maddi – sosial rifahlarının yaxşılaşdırılmasında iş, məşğulluq problemlərinin çözülməsi önəmli rol oynayır. Bu sahəyə dövlətin, hökumətin ciddi diqqət yetirməsini söyləmək olar. Özəlliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) başlıca görəv borclarından biri və demək olar ki, birincisi əlilliyi olan şəxslərin işlə təminatıdır. Ədalət adına deyək ki, ƏƏSMN bu görəvini layiqincə yerinə yetirmək üçün hər şeyi edir. Yəni, əlillərin ixtisaslarına uyğun olaraq iş yerlərinə göndərişlə təmin edilməsi həyata keçirilir, lakin bir çox qurumlar çeşidli bəhanələrlə ƏƏSMN -in göndərişlərini geri çevirirlər. Özəlliklə, iri şirkətlər SOCAR, AZAL , mobil operatorlar , kommunal xidmət qurumları və s.dövlətin əlilliyi olan şəxslər barəsində sosial -iqtisadi siyasətinə əməl etmirlər. Başlıca bəhanə odur ki, əlillər istehsalatda işləyə bilməz. Halbuki qanunvericiliyin tələblərinə görə, təşkilati və hüquqi formasından asılı olmayaraq, bütün qurumlar əlilliyi olan şəxslərin işləməsinə şərait yaratmağa, kvota əsasında onları işə götürməyə borcludur.

Bizim yazının özəyini ƏƏSMN sistemində əlilliyi olan şəxslərin işə götürülməsindəki çətinliklərlə bağlıdır. Düzü, nazir Sahil Babayevin özünün bu məsələdə əlilliyi olan şəxslərin yanında olmasını ona müraciət edənlərin kadrlar idarəsindən çağırılıb sorğu – sual edilmələri ortaya qoyur. Nə yazıq, nazirin göstərişi sorğu – sualdan o yana keçmir. Dövlət qulluğuna qəbulun onların səlahiyyətlərinə aid olmadığını bildirən kadrlar idarəsi əmək müqaviləsi ilə işə götürməkdən də imtina edir . İl yarımdır ƏƏSMN tabeliyində yaradılan publik hüquqi şəxslərdə əlillərin müqavilə əsasında işlə təmin olunması da gerçəkləşmir. Ölkədə nə qədər əlil-jurnalist var, hansısa dövlət qurumunun , publik şəxsin, özəl şirkətin bu əlillərə mətbuat xidmətində iş verməsini eşidən – bilən varmı? Hansısa əlilin nazir müşaviri olmasını necə? Yeri gəlmişkən, nazirin əmri ilə DİN katibliyinin rəisi, general – mayor Səfər Əliyev son yaş həddinə çatması ilə bağlı təqaüdə göndərilən günün ertəsi nazirin müşaviri təyin edilib . Görünür , bir neçə minlik general təqaüdü bəs etmir. Bir neçə il qabaq mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov da təqaüdə çıxan kimi mülki görəv olan maddi texniki təchizat idarəsinə rəis qoyulmuşdu. Halbuki nazirliyin müharibə əlillərinə elə həmin Səfər Əliyev kadrlar idarəsinin rəis müavini olanda mülki iş olmadığını on illər ərzində bildirməkdən doymurdu. Belə çıxır, mülki işlər də rəhbərlərə vakant saxlanılır ki, təqaüdə çıxanda “acından ölməsinlər” ? Qarabağ əlillərinə niyə belə “mülki” dolanışıq qayğısı” göstərilmir, heç adi mülki xidmət işinə də layiq görülmür?

ƏƏSMN -in, özəlliklə məşğulluq mərkəzlərinin əlillərin iş problemlərinin çözümündə xidmətini danmaq, ən azı insafsızlıq olar. Əlillərə ilgidə başlıca prinsip onlara insan kimi yanaşmadır. Məşğulluq mərkəzlərinin əməkdaşlarının qazilərə, əlilliyi olan şəxslərə ilgisi isə qayğıdan qaynaqlanır. Qalır iş yerlərinin qayğısı. .. Ən başlıcası, əlilliyi olan şəxslərin ƏƏSMN sistemində əlillik siyasəti ilə bağlı işlərdə işlə təmin olunması niyə həyata keçirilmir ? Nazir(liy)ə əlillərin problemini içindən bilən işçi gərək deyil?

Məğrur Bədəlsoy
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ay təxribatçılar, Ordunun haqqına girməyin!" - Polkovnik hərbçilərin pensiyası ilə bağlı nazirliyi YIXIB-SÜRÜDÜ
Polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hərbçilərin pensiyası və təqaüdləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərini sərt tənqid edib. Zamantv.az KONKRET.az-a istinadən xəbər verir ki, Ü.Cəfərov nazirlik rəsmilərini yalançılıqda və orduya qarşı təxribat törətməkdə ittiham edib. Hərbi ekspertin fikirlərini olduğu kimi təqdim edirik:

“Əziz və dəyərli ehtiyatda və istefada olan hərbçi dostlar!

Bizim pensiya və təqaüdlərimizlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bizim dəyərli hüquqşünas zabit dostumuz İlqar Allahverdiyevə elektron qaydada cavab verilib. Mən burada o uzun və bir qədər də şablon cavabı səsləndirib sizləri yormaq istəmirəm. Sözüm ƏƏSMN-nin savadsız və bivec rəhbərliyinə və onların yalançı, təxribatçı və hərbidən bixəbər olan Fazil Talıblı və digər vəzifəli şəxslərinədir.

Bəs nə oldu ay yalançı təxribatçılar? Deyirdiniz ki, guya siz nazirlik olaraq heç yana müraciət etməmisiniz hərbi qulluqçuların pensiya işi ilə əlaqədar? Hörmətli zabit dostlarımızdan birinin haqlı olaraq yazdığı kimi “oturduqları yerdə” Konstutusiya Məhkəməsi 15 may 2020-ci il tarixli qərarını verərək “Əmək pensiyaları haqqında” Qanuna nədən dəyişiklik etdi? Kimin hansı yeri və ən əsası nəyə görə “qaşındı” ki, gedib KM Pleniumuna yazılı müraciət etdi?..

Ay uşaq, ay ordunun nə olduğunu anlamayan adı nazirlik olub, fəaliyyəti insanları hakimiyyətədən və dövlətdən açıq şəkildə narazı salmaq olan qurumun nümayəndələri? Sizin ümumiyyətlə məqsədiniz və məramınız nədir? Siz başa düşürsünüzmü ki, yaxın illərdə sizin bu axmaq və yersiz hərəkətləriniz və addımlarınız Azərbaycan adlı dövləti və onun Silahlı Qüvvələrini, ordusunu çox böyük problemlərlə, çətinliklərlə üz-üzə qoyacaq?! Siz azərbaycanlısınlz, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri? Siz elə düşünməyin ki, biz o 5-10 manatın davasını edirik. Biz sizin kimi maddiyata bağlı olsaydıq, vallah indi hərəmiz bir böyük biznes və mal-mülkün sahibləriydik. Buna bizim bacarığımız da, qabiliyyətimiz də, ən əsası fiziki və mənəvi imkanlarımız da imkan verir.

Ay YAZIQLAR!!! Ay pul hərisləri! Siz çox cılız və düşmən yanaşmanız ilə Azərbaycan adlı dövləti çox pis vəziyyətə qoyursunuz. AYILIN. Ordunun, Silahlı Qüvvələrin haqqına girməyin. Bu çox yanlış və zərərli yoldur.

Çox yazıb, insanların onsuz da korlanmış əsəblərini daha da korlamaq istəmirəm. Amma, inanın ki, bu xəlvəti, tülkücəsinə atdığınız yanlış addıma görə xalq və millət bir yaxın zamanlarda sizdən HESAB soracaq. Onda artıq çox gec olacaq.
Buradan ölkəmin və dövlətimin cavabdeh vəzifəli şəxslərinə səslənərək deyirəm: durdurun bu cavan və səriştəsiz şəxslərin yanlış və zərərli addımlarını. Adı millət vəkili olan deputatlardan xahiş və tələb edirəm ki, MM-in güc strukturları ilə bağlı müvafiq profil komitəsi də bu ciddi narazılığı və narahatçılığı nəzərə alsın”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ay təxribatçılar, Ordunun haqqına girməyin!" - Polkovnik hərbçilərin pensiyası ilə bağlı nazirliyi YIXIB-SÜRÜDÜ
Polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hərbçilərin pensiyası və təqaüdləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərini sərt tənqid edib. Capar.info KONKRET.az-a istinadən xəbər verir ki, Ü.Cəfərov nazirlik rəsmilərini yalançılıqda və orduya qarşı təxribat törətməkdə ittiham edib. Hərbi ekspertin fikirlərini olduğu kimi təqdim edirik:

“Əziz və dəyərli ehtiyatda və istefada olan hərbçi dostlar!

Bizim pensiya və təqaüdlərimizlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bizim dəyərli hüquqşünas zabit dostumuz İlqar Allahverdiyevə elektron qaydada cavab verilib. Mən burada o uzun və bir qədər də şablon cavabı səsləndirib sizləri yormaq istəmirəm. Sözüm ƏƏSMN-nin savadsız və bivec rəhbərliyinə və onların yalançı, təxribatçı və hərbidən bixəbər olan Fazil Talıblı və digər vəzifəli şəxslərinədir.

Bəs nə oldu ay yalançı təxribatçılar? Deyirdiniz ki, guya siz nazirlik olaraq heç yana müraciət etməmisiniz hərbi qulluqçuların pensiya işi ilə əlaqədar? Hörmətli zabit dostlarımızdan birinin haqlı olaraq yazdığı kimi “oturduqları yerdə” Konstutusiya Məhkəməsi 15 may 2020-ci il tarixli qərarını verərək “Əmək pensiyaları haqqında” Qanuna nədən dəyişiklik etdi? Kimin hansı yeri və ən əsası nəyə görə “qaşındı” ki, gedib KM Pleniumuna yazılı müraciət etdi?..

Ay uşaq, ay ordunun nə olduğunu anlamayan adı nazirlik olub, fəaliyyəti insanları hakimiyyətədən və dövlətdən açıq şəkildə narazı salmaq olan qurumun nümayəndələri? Sizin ümumiyyətlə məqsədiniz və məramınız nədir? Siz başa düşürsünüzmü ki, yaxın illərdə sizin bu axmaq və yersiz hərəkətləriniz və addımlarınız Azərbaycan adlı dövləti və onun Silahlı Qüvvələrini, ordusunu çox böyük problemlərlə, çətinliklərlə üz-üzə qoyacaq?! Siz azərbaycanlısınlz, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri? Siz elə düşünməyin ki, biz o 5-10 manatın davasını edirik. Biz sizin kimi maddiyata bağlı olsaydıq, vallah indi hərəmiz bir böyük biznes və mal-mülkün sahibləriydik. Buna bizim bacarığımız da, qabiliyyətimiz də, ən əsası fiziki və mənəvi imkanlarımız da imkan verir.

Ay YAZIQLAR!!! Ay pul hərisləri! Siz çox cılız və düşmən yanaşmanız ilə Azərbaycan adlı dövləti çox pis vəziyyətə qoyursunuz. AYILIN. Ordunun, Silahlı Qüvvələrin haqqına girməyin. Bu çox yanlış və zərərli yoldur.

Çox yazıb, insanların onsuz da korlanmış əsəblərini daha da korlamaq istəmirəm. Amma, inanın ki, bu xəlvəti, tülkücəsinə atdığınız yanlış addıma görə xalq və millət bir yaxın zamanlarda sizdən HESAB soracaq. Onda artıq çox gec olacaq.
Buradan ölkəmin və dövlətimin cavabdeh vəzifəli şəxslərinə səslənərək deyirəm: durdurun bu cavan və səriştəsiz şəxslərin yanlış və zərərli addımlarını. Adı millət vəkili olan deputatlardan xahiş və tələb edirəm ki, MM-in güc strukturları ilə bağlı müvafiq profil komitəsi də bu ciddi narazılığı və narahatçılığı nəzərə alsın”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Diasporla İş üzrə Dövlət Komitəsindən NARAZILIQ VAR... - Konqres prezidentə müraciət edib
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 23 il tarixi olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətini görməzdən gəlir, diaspora siyasətinin təməl prinsiplərini kobud şəkildə pozur. Komitənin məsul şəxslərinin yarıtmaz fəaliyyəti onu deməyə əsas verir ki, bu gün milli və dövlət maraqları şəxsi və korporativ maraqlara qurban verilir”.
"Zamantv.az" reyting.az-a istinadən xəbər verir ki, fikirlər Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətində yer alıb.

BUAK-ın ölkə KİV-lərinə də təqdim etdiyi müraciətində təəssüflə qeyd olunur ki, bu gün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin bir sıra məsul nümayəndələri getdikləri ölkələrdə onları qarşılayıb yola salan, bar və restoranlarda onlara əyləncə təşkil edən insanlarla əməkdaşlıq edir, dövlətimizin maraqlarına xidmət göstərən təşkilatlara hörmətsizlik nümayiş etdirirlər: “Bu baxımdan Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli və digər məsul şəxslər bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli diaspora strategiyasının təməl prinsiplərini kobud şəkildə tapdalayaraq, vaxtı ilə “Soros” Fondu ilə əlaqələri olan insanlarla əməkdaşlıq edərək fəaliyyətə başlamış "Demokratiyanın nəbzi" təşkilatının sədri, sonradan isə özünü qondarma “Birləşmiş Ukrayna Azərbaycanlıları Diaspora Təşkilatı”nın rəhbəri elan etmiş Hikmət Cavadovla olan dostluğa və digər maraqlara qurban verirlər. Bununla bağlı dəfələrlə komitə rəhbəri Fuad Muradova məlumat verilsə də, ciddi tədbir görülməyib. Əksinə, komitə rəhbərliyi, Ukraynada daima Heydər Əliyev siyasətinin əksinə gedən, ictimai yerlərdə Azərbaycan hakimiyyətini təhqir və təhdid edən insanlara fəxri adlar və mükafatlar verməklə qeyri-peşəkar və dağıdıcılıq fəaliyyəti ilə məşğul olur”.

Müraciətdə nəzərə çatdırılır ki, 2019-cu ildə Diasporla İş üzrə Dövlət Komətisinin sədri Fuad Muradov Ukraynanın ən böyük Azərbaycan diaspora təşkilatı kimi BUAK-ın rəhbərliyinə xahiş edərək bu ölkədə fəaliyyət göstərən digər kiçik təşkilatların bir mərkəzdə birləşdirilməsi üçün Koordinasiya Şurasının yaradılması təşəbbüsünü irəli sürüb: “BUAK-ın İdarə Heyəti milli birlik naminə bu təklifi qəbul edərək, Ukrayna Azərbaycanlıları Radasının yaradılmasına öz töhfəsini verib. Təəssüflər olsun ki, sonradan komitənin yarıtmaz və qeyri-peşəkar fəaliyyəti, hadisələrə şəxsi prizmadan yanaşması BUAK-ın Ali Məclisi tərəfindən müzakirə olunub, Ukrayna Azərbaycanlıları Radasının fəaliyyət proqramının kobud şəkildə pozulması və bu təşkilata ayrılan vəsaitin şəxsi mənafelər naminə xərclənməsi məsələləri nəzərə alınaraq 2020-ci ildə bu qondarma qurumdan çıxmaq qərarı verilib. Konqresin bu qərarını müsbət qarşılamayan komitə rəhbərliyi ötən dövr ərzində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə qarşı qərəzli mövqe mümayiş etdirir. Təşkilatımızla bağlı mənfi rəy formalaşdırmaqla, ətrafında minlərlə soydaşımızı birləşdirən BUAK haqqında anti- dövlətçilik imici yaratmağa səy göstərir”.

Müraciətdə iddia olunur ki, Dövlət Komitəsi Azərbaycanın media nümayəndələrinə təsir edərək, BUAK-ın fəaliyyətinin işıqlandırılmasına mane olur: “Bundan əlavə, Azərbaycanın Ukraynadakı səfirliyinə və digər dövlət qurumlarına təsir göstərilir ki, BUAK-la əməkdaşlıq etməsinlər. Bu azmış kimi, Ukraynanın bir çox şəhərlərində Konqresə alternativ təşkilatlar yaratmaqla, parçalanma və qarşıdurmaya rəvac verirlər”.

Müraciətdə xatırlanır ki, BUAK fəaliyyət göstərdiyi ötən dövr ərzində Kiyev şəhərində dahi Azərbaycan şairi Səməd Vurğunun büstünün, İrpen və Lvov şəhərlərində görkəmli elm xadimi, akademik Zərifə Əliyeva adına oftalmoloji mərkəz və xatirə muzeyinin, Nikolayev şəhərində 416-cı Azərbaycan Toqonroq Diviziyasının xatirə kompleksinin, Xarkov şəhərində Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərov adına istirahət parkı və onun büstünün, Dnepropetrovsk vilayətinin alman faşizmindən azad edilməsində rəşadətli döyüş yolu keçmiş azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsinin ucaldılmasına nail olub. Bununla yanaşı, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa, Dnepr, Jitomir, Xarkov, Nikolayev və digər təşkilatlarının təşəbbüsü ilə adıçəkilən şəhərlərdə Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dilində şənbə və bazar günü məktəbləri açılıb. Hər il ənənəvi olaraq Ukraynada fevral ayı “Xocalı ayı” elan edilərək, erməni vəhşiliyi ilə bağlı məlumatların Ukrayna ictimaiyyətinə çatdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Qeyd olunur ki, Konqresin səmərəli fəaliyyətinin nəticəsi olaraq, BUAK sədri Rövşən Tağıyev, fəxri sədr və məclis rəhbəri Akif Gülməmmədov, Dnepropetrovsk vilayət təşkilatının fəxri sədri Qüdrət Hacıyev, Nikolayev vilayət təşkilatının sədri Yunis Əliyev, BUAK-ın İdarə Heyətinin üzvü Qurban Abbasov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüblər.

BUAK-ın müraciətində daha sonra qeyd olunur:

“Cənab Prezident! Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin vilayət və şəhər təşkilatlarının sədrləri Sizdən xahiş edir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin bu parçalayıcı və qərəzli mövqeyini araşdırmaq üçün aidiyyəti dövlət qurumlarına göstəriş verəsiniz. Rica edirik ki, BUAK-ın tarixi vətənimizlə koordinasiyasının təmin edilməsi üçün, Azərbaycan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin aidiyyəti qurumları ilə əməkdaşlıq etməyimiz üçün bizə köməklik göstərəsiniz.

Cənab Prezident! Ukraynada yaşayan yüz minlərlə azərbaycanlı Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasəti dəstəkləyir, hər zaman vətənimizin sıravi əsgərləritək Ali Baş Komandanımızın istənilən əmrinə hazır olduğumuzu bildiririk. Bir daha Sizə doğma Azərbaycanımızın qüdrətli dövlətə çevrilməsi istiqamətində həyata keçirdiyiniz böyük işlərdə uğurlar arzulayırıq. Ukraynada yaşayan soydaşlarımız adından ulu Tanrıdan Sizə uzun ömür və can sağlığı diləyirik”.

Qeyd edək ki, müraciəti BUAK-ın vilayət və şəhər təşkilatlarının rəhbərləri adından aşağıdakı şəxslər imzalayıblar:

1. Rövşən Tağıyev - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri

2. Akif Gülməmmədov - BUAK-ın Məclis sədri

3. Qüdrət Hacıyev - BUAK-ın Dnepropetrovsk vilayət təşkilatının fəxri sədri, BUAK sədrinin birinci müavini

4. Yunus Əliyev - BUAK-ın Nikolayev vilayət təşkilatının sədri

5. Vilayət Mamedov - BUAK-ın Kropivniçskiy vilayət təşkilatının sədri

6 Aydın Əliyev - BUAK-ın Odessa vilayət təşkilatının sədri

8. İsgəndər Vəliyev - BUAK-ın Çerniqov vilayət təşkilatının sədri

9. Rüfət Əbilov - BUAK-ın Çerkassı vilayət təşkilatının sədri

10. Qurban Abbasov - BUAK-ın Xarkov vilayət təşkilatının sədri

11. Ceyhun Qasımov - BUAK-ın Xmelnitsk vilayət təşkilatının sədri

12. Timur Abışov - BUAK-ın Vinnitsa vilayətinin sədri

13. İlqar Məmmədov - Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri

14. Xanlar Mahmudov - BUAK-ın Poltava vilayətinin sədri

15. Namiq Əliyev - BUAK-ın Çernavtsı vilayət təşkilatının sədri

16. Mətləb Nəcəfov - BUAK-ın İvano- Frankovsk vilayət təşkilatının sədri

17. Zahid Hüseynov - BUAK-ın Zakarpatiya vilayət təşkilatının sədri

18. Ədalət İsmayılov - BUAK-ın Ternopol vilayət təşkilatının sədri

19. Rəmzi Rzayev - BUAK-ın Krivoy-Roq şəhər təşkilatının sədri

20. Şikar Hüseynov - BUAK-ın Novomoskovsk şəhər təşkilatının sədri

21. Afaq Qədimova - BUAK-ın Mariupol şəhər təşkilatının sədri

22. Tərlan Nəsirov - BUAK-ın Pervomaysk şəhər təşkilatının sədri

23. Maqsud Şükürov - BUAK-n Povloqrad şəhər təşkilatının sədri

24. Namiq Quliyev – BUAK-ın İrpen, Kiyev vilayəti təşkilatının sədri

25. Xəyyam Həqiqətoğlu - BUAK-ın Aparat rəhbəri.

DİA.AZ Diasporla İş üzrə Dövlət Komitəsinin mövqeyinə hörmətlə yanaşır və məsələyə münasibətini işıqlandırmağa hazırdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekologiya nazirinin müavuni Vüqar Kərimov hələ də "meşə quldurları"nı müdafiə etməkdədir
Zamantv.az: - Redaksiyamıza cənub zonasından "ekoloji problemlər"lə bağlı daxil olan şikayətlərin ardı-arası kəsilmir.
Yenə də bir şikayət Cəlilabad rayon Ağdaş kənd sakini Nəhəmtov Əli Əhməd oğlu tərəfindən daxil olub. Onun dediyinə, görə
-meşələr qırılıb məhv olur.

-saxta qırma sahələri (Bir nömrəni iki ağaca vurublar, seyrək meşələrdə qırma, adları "Qırmızı Kitaba" düşmüş ağaclar və hətta həmin qırıntıların yerlərini göstərməyə belə hazır olduğunu bildirir;
-Meşələrdə mal-qara fermalar;
-Meşə torpaqlarını örüş kimi ferma sahiblərinə satıblar;

Cəlilabad və Göytəpə meşəbəyliyində olan meşə torpaqların qanunsuz olaraq kənd təsərrüfatı bitkilərin əkmək məqsədilə vətəndaşlara satıblar;
-Meşələrdə balıqçılıq məqsədilə salınan süni göllər;
- Mərkəzin baş mühasibi Mansur Nurəliyevin işlik material daşıb sexlərə satması;
-Baş meşəbəyi Faiq Əlişovun
şiddətli töhmət almasına baxmayaraq, hələ bu azmış kimi, ona Mərkəzin direktor vəzifəsini tapşırılması;
- Baş mühafizə mühəndisi Abturab Bağırov dövlət meşə fondu torpaqlarını satdığı üçün 2013-cü ildə Masallı Məhkəməsinın qərarı ilə ev dustaqlığı verilməsi və s. Görün, bu Abturab Bağırovun arxasında neçə bir hegamon "krışa" dayanıb ki, bu qədər tutarlı dəlillərlə bundan yazılır və buna heç təsir belə etmir və s.
"Bu "meşə mafiya"sının arxasında Vüqar Kərimov dayandığı üçün, bunlar istədiyini edirlər"- Ş.Nəhmətov.
Nəhmətov cənab Ölkə Başçısından kömək istəyir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.//azerinfo.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO