Bu barədə “Joqovurd” qəzeti yazıb.
Zamantv.az moderator.az-a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana, silah tədarükü ilə məşğul olan keçmiş müdafiə naziri David Tonoyana, iş adamı David Qalstyana qarşı Milli Təhlükəsizlik Xidməti tərəfindən açılan cinayət işi artıq məhkəməyə göndərilib.
Milli Təhlükəsizlik Xidməti tərəfindən silahlı qüvvələrin ehtiyacları üçün sursatların alınmasında sui-istifadə və xüsusilə külli miqdarda oğurluq faktları ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam edir.
Zamantv.az