[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramil Şükürovun pul aldığı anın görüntüləri
“Yeni İctimai Nəzarət Şurası”nın rəhbərliyinin qanunsuz pul aldığı anın görüntüləri və səs yazısı yayılıb.

Rəsmi məlumata əsasən, əvvəllər törətdiyi dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə görə məhkum olunmuş Ramil Şükürovun müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində etdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibədə itkin düşmüş şəxslərə dair DNK baza yaradıldı
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən itkin düşmüş şəxslərin ailə üzvlərindən alınan DNK nümunələri əsasında 3000-dən artıq insanın DNK bazası yaradılıb.
Zamantv.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir təşkilat rəhbəri HƏBS EDİLDİ
“Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilat adı altında vətəndaşları aldadıb rüşvət verməyə təhrik edən şəxs həbs edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Zamantv.az-a verilən məlumata görə, bətəndaşların hüquqlarını pozmaqla korrupsiya cinayətləri törədən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Əvvəllər törətdiyi dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə görə məhkum olunmuş Ramil Şükürovun müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində etdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilmişdir.
Aparılmış əməliyyat tədbirləri ilə qeyri-qanuni formada fəaliyyət göstərən qurumun ofisində axtarış aparılarkən Ramil Şükürov və yaratdığı şuranın digər üzvlərinin qanunsuz əməllərinə dair iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkar edilib, cinayətkar şəbəkə şəklində təşkilatlanmış qurumun Respublika üzrə bir çox rayon və şəhər üzrə bölmələrinin mövcud olması, xidməti vəsiqələr verilməklə yüzlərlə üzvlərin cəlb edildiyi bu yerli strukturların hər biri üzrə sədr, müavin və digər vəzifələrə təyinatların aparıldığı, habelə şuranın rəhbər şəxslərinin guya aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan toplanılan ianə pullarını mənimsəmələrinə şübhələr müəyyən edilib.

Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Ramil Şükürovun tanışı Aslanlı Elçin Heydar oğlu ilə qabaqcadan əlbir olaraq Bakı şəhəri ərazisində yerləşən ikimərtəbəli obyektin üçüncü mərtəbəsinin inşa edilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazələrin alınmasında köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsə özünün guya geniş əlaqələrinin olduğu aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə qeyd edilən məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalan vəd verərək həmin məqsədlə vətəndaşdan tələb etdiyi 100.000 manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Habelə, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun Qazilər və veteranlarla iş üzrə sədr müavini vəzifəsində işləyən İbrahimov Koroğlu Yelmar oğlu ilə qabaqcadan əlbir olaraq Ağdam rayonu, Xındırıstan kənd musiqi məktəbinə direktor təyin edilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş şəxsə guya həmin sahə üzrə məsul qurumun səlahiyyətli vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu yalandan bildirib özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək vətəndaşdan 17.000 manat məbləğində pul vəsaitini alaraq Koroğlu İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Ramil Şükürovun ona müraciət etmiş Hacıqabul rayon sakinindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş övladının azad edilməsi üçün guya aidiyyəti vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə aldığı 12.000 manat pulu ələ keçirməsinə əsaslı şübhələr yaranıb.
Eləcə də, sonuncunun tanışı Elçin Aslanlının vətəndaşın faktiki istifadəsində olan Tovuz rayonu ərazisindəki torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarının yaxın əlaqədə olduğu vəzifəli şəxslərinə rüşvət verəcəyi adı ilə ondan aldığı 22.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bununla da qeyd edilən şəxslərin həmin hərəkətləri ilə vətəndaşları təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hər üç şəxs şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən bu və digər yeni halların, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun üzvləri tərəfindən törədilmiş digər çoxsaylı oxşar qanunsuz əməllərin, habelə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən şəxslərin qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə "961" Çağrı mərkəzi və "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüstəm Əbülfətoğlu MEDİA-dan getdi
Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyində Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsindən istefa verib.

Zamantv.az-ın məlumatına görə, bu barədə o, özünün “Facebook” hesabında paylaşım edib.

R. Əbülfətoğlu öz xahişi ilə vəzifəsindən ayrıldığını bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident yarımstansiya açılışında
Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

Zamantv.az xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.
“Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Məlumat verildi ki, enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb. 120 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək, xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.

Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.

Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.

Sistem əhəmiyyətli 330/220/110/10 kilovoltluq “Yaşma” yarımstansiyasının əsaslı yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, dövlətlərarası və ölkədaxili elektrik təchizatının etibarlığının və dayanıqlılığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə nail olunub. Ən müasir idarəetmə, rele mühafizəsi və avtomatika dövrələrinin quraşdırılması avadanlıqların imtinası və zədələnməsinin qarşısının alınmasını, mühafizələrin cəld, selektiv, etibarlı işini və operativ əməliyyatların çevikliyini təmin edəcək.
Prezident yarımstansiya açılışında
Prezident yarımstansiya açılışında
Prezident yarımstansiya açılışında
Prezident yarımstansiya açılışında

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BNA Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi - FƏRMAN
Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Zamantv.az-ın xəbərinə görə, fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilir.

2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;

2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;

2.2.4. “Publik hüquqi şəxslər haqqında” qanunun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

2.3. Bakı şəhər İcra Hakimiyyətinə:

2.3.1. bu fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. bu fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;

4.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Toyda kütləvi dava: Gəlin qohumlarını məhkəməyə verdi
Türkiyənin Sakarya bölgəsindəki toy məclislərinin birində kütləvi dava olub.

Zamantv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məclisdə iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub.

Hadisə zamanı 24 nəfər yaralanıb. 40-a yaxın şəxsin ifadəsi alınıb, polisə müqavimət göstərdiyi üçün 1 nəfər saxlanılıb.
Məlumata görə, dava zinət əşyaları üstündə olub.

Qeyd edək ki, gəlin qohumlarını məhkəməyə verib.

Hadisənin görüntülərini təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
https://youtu.be/Ny8ge7NZHxk
Azərbaycan təhsilində baş verən ilginc hadisələr barəsində kifayət qədər yazılıb. Bu sahəni tənqid etmək üçün münəccimliyə, tədqiqatçılığa ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa bələdçi lazım olmur. Amma rastlaşdığım hadisə məni bu sətirləri yazmağa vadar etdi. Yazdım ki, çox hörmətli Təhsil nazirimiz Emin Əmrullayev, Texniki Universitetin rektoru Vilayət Vəliyev də məsələdən hali olsunlar. Çünki yazacaqlarım təhsil adına bir utanc, Azərbaycan vətəndaşı üçün isə rüsvayçılıqdır. Rüşvət almaq da, korrupsioner olmaq da mümkündür-insan xisləti bu xüsusiyyətlərdən xali deyil. Amma öz dövlətinə, onun qazisinə nifrət bəsləmək, milli kimliyini pərdələyərək genetik köklərinin qisasını almaq heç bir mizan-tərəziyə uyğun gəlmir.

Beləliklə baş verənləri bəzək-düzəksiz, sadə el dilində diqqətinizə çatdırıram ki, siz də bu rüsvayçılıqdan, xalqımıza qarşı baş qaldıran milli nifrətdən xəbərdar olasınız.
Qələm əhli olan dostumuzla xəbər tutduq ki, aprel döyüşçüsü olan qardaşımızın Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alan övladının kəsirləri var. Bir döyüşçü qardaşımız qarşısında mənəvi borcumuzu azacıq da olsa ödəmək istəyi ilə onun özünün xəbəri belə olmadan yaranmış borcu ödəmək və tələbə övladımızın imtahanlara qatılmasına şərait yaratmaq istədik. Ən azından tələbə övladımızın atası cəbhədə olarkən keçirdiyi mənəvi iztirabların onun təhsil almasında hansı problemlər yaratdığını müəllimlərindən daha yaxşı anlayırıq. Əlqərəz, yollandıq Kollecə və qapının ağzında bizi qarşılayan mühafizəçiyə gəlişimizin məqsədini və direktor Bəxtiyar Bəxtiyarovla görüşmək istədiyimizi söylədik. Mühafizəçi Bəxtiyar müəllimin gəlişimzdən xeyli bəxtiyar olacağını söyləyərək təəssüflə qeyd etdi ki, direktor burda yoxdur, nazirlikdədir və sabah gəlməyimizi məsləhət gördü. Geri qayıdaraq Kollecin binasından bir az aralanmışdıq ki, mühafizəçi qaçaraq gəldi ki, bəs direktor olmasa da müavini Üzeyir müəllim buradadır və sizi o qəbul edəcək.
Romanlarda deyildiyi kimi elə nə oldusa da bundan sonra oldu. Geri dönərək Tədris işləri üzrə direktor müavini Üzeyir Salehzadə ilə görüşdük. Gəlişimizin məqsədini ona söyləyəndə Üzeyirin (inciməsin müəllim deməyəcəyəm) mimikası, jestləri qəflətən dəyişdi. Nə qədər pərdələməyə çalışsa da onda xalqımıza, qazilərə qarşı olan pataloji nifrəti elə ilk andaca sezdik. Çünki nifrət onun baxışlarında alovlanaraq sözlərindən od kimi tökülürdü. Bir döyüşçü övladına kömək etmək istədiyimizi eşidən kimi Salehzadə Üzeyir necə əsəbləşdisə bizi gah reketçilikdə, gah da qanunları pozmaqda ittiham etməyə başladı. Anlamadıq ki, bir müharibə iştirakçısına, qəhrəman döyüşçü övladına kömək etməyin reketçiliklə nə əlaqəsi var. Üzeyirin HAYqırtısına bayaqdan nazirlikdə olduğu söylənilən Bəxtiyar müəllim kabinetindən çıxdı və hadisənin məğzindən xəbər tutmamış müavinisayaq üzərimizə hücuma keçdi. Onu birtəhər sakitləşdirərək gəlişimizin məramını anlatdıq. İnsafən Bəxtiyar müəllim bizi dinləyəndən sonra tələbələrin gəlməsini və onlara kömək ediləcəyini bildirdi. Amma artıq necə deyərlər, olan olmuşdu və Üzeyirin bulandırdığı suyu Bəxtiyar müəllimin sözləri durulda bilmədi.
Bir təhsil ocağında qazilərə olan bu münasibət məni sadəcə olaraq dəhşətə gətirmişdi. Apardığım qısa araşdırmadan sonra baş verənlərin məğzini anladım. Aldığım xəbərlərə görə, Üzeyirin xalqımıza və qazilərimizə qarşı olan nifrətinin kökündə onun Hadrutdan rədd edilən qohumlarının təəssübkeşliyi dayanır. Görünür, qəhrəman Azərbaycan əsgərinin qazandığı möhtəşəm qələbə və Hadrutun azadlığı genetik kodları süni milli kimliyindən güclü olan Üzeyiri hələ də rahat buraxmır. Bu səbəbdən də qazi adını eşidən kimi HAYqırtısı bütün Kollecə yayılır.
Üzümü hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətinin əməkdaşlarına tutaraq bu faktın araşdırılmasını xahiş edirəm. Böyük bir təhsil ocağında xalqımıza qarşı düşmən münasibət bəsləyən birisinin rəhbər mövqedə əyləşməsi, at oynatması, qazilərimizə fürsət düşən kimi əlindən gələn pisliyi etməsi hansı məntiqə sığır? Bəs deyilmi belə hallara göz yumduğumuz?
Məncə Təhsil nazirliyi və Texniki Universitet rəhbərliyi də baş verənlərə qəti münasibət açıqlamalıdır. Ən azından bütün bunlarda onların da mənəvi və hüquqi məsuliyyəti vardır. Hansı haqla qəlbində xalqımıza nifrət hissi bəsləyən, 44 gün ərzində məğlub olaraq haqlı cəzasına çatan qohumlarının ədavətini aparan birisi balalarımızın gələcəyinə balta çalmalıdır? Bəs olmadımı bu qədər unutqan, soyuqqanlı olduğumuz ?
İndi söz sizindir, cənab yetkililər. Bizsə məsələni diqqətdə saxlamaqda davam edəcəyik !

Nicat Mahmudov
Rubrika.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub - AÇIQLAMA
Cavanşir Feyziyevin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsi müzakirə olunub. Zamantv.az "Report"a istinadla xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: "Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik".

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi", - deyə Ə.Amaşov əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər" - Prezidentə müraciət olundu
7 saylı cəzaçəkmə müəsissəsində ölüm aclığı keçirən məhkum Qubuşov Tural Tağı oğlunun bacısı Qubuşova İradə Azinforum.az vasitəsilə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, qardaşı ilə bağlı məsələni nəzarətə götürməyi xahiş edib: “Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər. Ortada ölən də yoxdur. Saxta ittihamlar əsasında ona 18 il iş veriblər. Bütün bu şərlənmə kampaniyasının arxasınd daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev durur. İşə obyektiv baxılsa onun hansı saxtakarlıqlara imza atdığı üzə çıxacaq. Qardaşımın səhəti çox ağırdı, xahiş edirəm haqq-ədalətin bərpa olmasına tardımçı olun”.
Azinforum.az olaraq müraciətdə adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazır olduğumuzi bildiririk. Eyni zamanda, Penitensiar Xidmətdən bu məsələ ilə bağlı mövqe bildirmələrini xahiş edirik.

Mövzuya qayıdacayıq… //azinforum.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO