[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya müttəfiqdirsə, BƏS BU NƏDİR? - HƏQİQƏTƏN DƏ...
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-in sosial şəbəkə hesabında 1828-ci ilin fevralında imzalanmış Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşımına etiraz bildirib. Nazirliyin mətbuat xidməti vurğulayıb ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur. Azərbaycan XİN qeyd edib ki, sözügedən müqavilədə “Şərqi Ermənistan” sözünə istinad edilmir:

“Əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi feysbuk səhifəsində Türkmənçay müqaviləsinin tarixi ilə bağlı informasiyada İrəvan və Naxçıvan xanlıqları “Şərqi Ermənistan” ərazisi kimi təqdim olunub. Məlumat üçün deyək ki, ikinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında “Türkmənçay” kəndində müqavilə bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçib. Zamantv.az-ın məlumatına görə, tarixçi Boran Əzizli “Şərq”ə açıqlamasında bildirib ki, 16 maddədən ibarət Türkmənçay müqaviləsinin heç bir yerində “Ermənistan” adı keçmir. Alimin sözlərinə görə, müqavilədə Qacar səltənəti ilə çarlıq Rusiyası arasındakı sərhəd məntəqələri, rus imperiyasının nəzarəti altına keçən Azərbaycan əraziləri dəqiq şəkildə göstərilib:

“Müqavilə mətninə “Şərqi Ermənistan” sözünün əlavə edilməsi tarixi kobud şəkildə təhrif etməkdir. Rusiyanın diplomatik sənədlərində Türkmənçay müqaviləsi bütün bəndləri ilə çap olunub. Sözsüz ki, ruslar özləri də bundan xəbərdardır. Çar Rusiyası 1828-ci il mart ayının 21-də qədim Azərbaycan torpaqlarında - İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “İrəvan vilayəti” yaratmışdı. Bu da Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyasının gələcəkdə ermənilərə Azərbaycan əraziləri hesabına “dövlət” yaratmaq istəyindən xəbər verirdi. Böyük ehtimal, Rusiya XİN-in təhrifləri bilərəkdən və qəsdən ortaya atılır, müəyyən mesajlar verilir. Bu yanaşmanı sərt şəkildə qınayırıq. Rusiya rəsmi qurumlarının təxribatçı addımı Moskva ilə Bakı arasında imzalanmış müqaviləyə də kölgə salmaq cəhdindən başqa bir şey deyil”.

B.Əzizli vurğulayıb ki, Rusiyanın Xarici İşlər Nazirliyinin belə hərəkətləri pis vərdişə çevrilib:

“Bu qurumda erməni təsiri özünü açıq-aşkar büruzə verir. Rusiya XİN dəfələrlə Xankəndini “Stepanakert” kimi yazır, Azərbaycan xalqına mənsub olan qədim toponimlərimizi özbaşına dəyişdirir. Əlbəttə, bunlar yanlış hərəkətlərdir. Əfsuslar olsun ki, Rusiyanın bəzi dövlət xadimləri, rəsmilər, deputatlar belə hələ də imperiya təfəkküründən uzaqlaşa bilmirlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə iflic vəziyyətə düşən PEŞƏ TƏHSİLİ - Nazirin nəzərinə...
Ticarət və Xidmət Üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi 3 saylı peşə liseyində təhsil özbaşınalıqları müşahidə edilir. Zamantv.az xəbər verir ki, demokratik.Az-a məktəbin müəllimlərindən verilən məlumata görə, deyilən ünvanda təhsil-tədris prosesləri Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin nəzarətindən çıxaraq bir neçə aydır liseyə rəhbər gətirilmiş Azər Rüstəmovun özbaşınalıqları və özfəaliyyət qabiliyyətlərilə idarə edilməkdədir.

Saytımızın əldə etdiyi bilgiyə görə, Gəncə Ticarət və xidmət üzrə Peşə mərkəzində fəaliyyət göstərən əksər peşə-ixtisas qruplarının şagirdləri dərslərdən yayındırılır, şagirdlərə məxsus təqaüd kartları mənimsənilməklə korrupsiya və maddi mənimsəmələrə yol verilir, işə götürülən bir neçə istehsalat-təlim ustaları günün əksər vaxtını məktəbdən kənarda keçirir.

Adlarının çəkilməsini istəməyən müəllimlər bildirir ki, cari ildə 3 illik təhsil üzrə 3 buraxılış qrupu – iki qrup “bərbər” və bir qrup "turizm agenti" üzrə təhsilə cəlb edilən şagirdlərin əksəriyyəti məktəbi tanımır. Hər qrupdan bir neçə şagird gözə dəyir. Digərlərinin də gəlmədiyi üçün təqaüd kartları dolayı yollarla direktor və əlaltıları tərəfindən mənimsənilir.

2021-22-ci tədris ili üçün birillik təhsil üzrə "bərbər" qruplarında təhsil alan şagirdlər də pandemiya bəhanəsi ilə əyani təhsildən yayındırılıblar. Liseyin 77 nömrəli 2-ci kurs "turizm agenti" və "dərzi" qruplarının şagirdlərinin də dərsə gəlmədən təhsil aldıqları bildirilir.

Lisey direktorunun özbaşınalığının şagirdlərə qarşı məhdudlaşdırılmadığı, müəllimlərə münasibətdə də meydan suladığı qeyd edilir.

Belə ki, Azər Rüstəmovun şəxsi maraqları müqabilində yeni işə aldığı bir neçə xanım istehsalat-tədris ustaları da var ki, başları xınayaxdılara qarışır, tabelə qol çəkdikdən sonra şagirdləri buraxıb hər gün öz işlədikləri gözəllik salonlarına və digər işlərinə yollanırlar. Nəticə də tədris prosesi pozulur, şagirdlər dərslərdən süni şəkildə yayındırılır, direktor və tədris ustaları arasında rüşvət mexanizmi qurulur.

56 nömrəli "turizm agentliyi" qrupunun ustası Mehri xanım İbrahimova isə məktəblə bərabər, həm "Millionerka" mağazasında satıcı, eləcə də özəl tədris kurslarının birində də dərs keçir. Təbii ki, müəllimsiz-ustasız qalan həmin qrupun şagirdləri də dərsə gəlməkdən yayına bilirlər.

Liseydə xəstə olan müəllimlərin əvəzçiliklə peşə məktəbini bitirmiş şagirdlərə verilməsi halları da yetərincədir. Mənbə bildirir ki, ali təhsilli müəllimlərlə qeyri təhsilli işçiləri seçib ayırmayan direktorun fəaliyyəti ciddi araşdırılmalı, liseydəki təhsil özbaşınalıqları aradan qaldırılmalıdır.
Lisey o haldadır ki, tikiş maşınlarının təmiri üzrə müxanik işə götürülmüş adamlar və ixtisaslarına uyğun olmayan, tamamilə öz işlərindən xəbərsiz olan müəllim və ustalar da vardır.
Xatırladaq ki, sözügedən lisey barədə dövri mətbuatda dəfələrlə oxşar özbaşınalıqlar işıqlandırılıb. Lisey rəhbərliyi dəfələrlə cəzalandırılmaqla dəyişdirilib, görünür, hazırki direktor üçün əvvəlkilərə verilən cəzalar deyil, onların oxşar özbaşınalıqları dərs olub.

Azər Rüstəmov vaxtilə sabiq direktor Fazil İsmayılovun müavini də işləmiş şəxsdir. Müavin olanda isə nöqsanlarına görə, məhz F.İsmayılov tərəfindən vəzifəsindən qovulmuş bir kadrdır.

Hesab edək ki, bu liseyin fəaliyyətinin araşdırılması, şagird kartlarının direktor tərəfindən mənimsənilməsi iddialarına aidiyyatı hüquq mühafizə orqanları da aydınlıq gətirməyə maraq göstərəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dənizdən də hücum başladı, Odessaya Rusiya desantı çıxarıldı
Az əvvəl yayılan xəbərlərə görə Rusiya Ukraynaya qarşı Qara dənizdən və Azov dənizindən də hücuma keçib. Artıq Odessaya Rusiya desantı çıxarılıb. Bu haqda İnterfaks-Ukrayna bildirir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Nikolayev vilayətində Rusiyanın raket zərbələri nəticəsində güclü yanğınlar başlayıb. Xarkovda raket-artilleriya mərmiləri anbarı məhv edilib. Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko isə bildirib ki, Rusiya ölkənin iri şəhərlərinə hücuma keçib, qanadlı raketlərlə və ballistik raketlərlə aramsız zərbələr endirilir. O cümlədən Kiyevdə strateji obyektlər vurulur, Borispol aeroportu ətrafında da partlayış səsləri eşidilir. //virtualaz.org//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BVF-nin Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin olunub
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Çad Ştaynberq təyin olunub. Zamantv.az xəbər verir ki, bu barədə "APA-Economics"ə Fondun yerli ofisindən məlumat verilib.
O, bu vəzifədə Natalia Tamirisanı əvəz edib.

Qeyd edək ki, hazırda missiya rəhbəri Çad Ştaynberqin rəhbərlik etdiyi və Fondun Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinskin də təmsil olunduğu nümayəndə heyəti Azərbaycanda səfərdədir.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə görüşləri nəzərdə tutulur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Martın 5-6-da buraxılış imtahanları keçiriləcək - Diqqət!
Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Xəzər, Yasamal, Nərimanov rayonlarında, həmçinin Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar rayonlarında, martın 6-da isə Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Martın 5-də tədrisi gürcü, 6-da isə ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeyd edilib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (WEF) prezidenti Borge Brende ilə görüşüb.

"Zamantv.az" xəbər verir ki, bunu nazir bildirib.

"Görüşdə uzunmüddətli səmərəli əməkdaşlığımız, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsi istiqamətində görülən işlər və IV Sənaye İnqilabının yaratdığı imkanlardan bəhs etdik", - deyə o, qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna hava məkanını bağlayır
Ukrayna mülki təyyarələr üçün hava məkanını bağlayır.

"Zamantv.az" xəbər verir ki, Ukraynanın hava məkanının mülki istifadəçilərinə hava hərəkəti xidmətlərinin göstərilməsi dayandırılıb.

Ukrayna hava məkanından istifadə ilə bağlı dəyişikliklər barədə daha sonra məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb – RƏSMİ
Bu gün daha bir erməni hərbçisinin cəsədi tapılıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, 1 erməni hərbçinin cəsədi bu gün Xocavənd ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO