[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bəlkə də serialda çəkilmək üçün elə özləri pul verirlər”
“Bəlkə də serialda çəkilmək üçün elə özləri pul verirlər”. Zamantv.az xəbər verir ki, bunu yerli seriallarda və filmlərdə çəkilməməsinin səbəblərini izah edərkən tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa gənc rejissorlar tərəfindən çəkilən seriallara dəvət edilmədiyini bildirib:

“Seriallara çəkilmirəm, yəqin cavanlar bizi öz seriallarında görmək istəmir. Ya da bizə yaxşı pul verməli olduqlarına görə dəvət etmirlər. Çünki bizim reklama ehtiyacımız yoxdur. Buna görə də onlar üçün peşəkar aktyor və aktrisaları deyil, gəncləri çəkmək daha sərfəlidir. Çünki onlar pula bir o qədər də önəm vermirlər. Bəlkə də serialda çəkilmək üçün elə özləri pul ödəyirlər. Amma çox istərdim ki, ciddi janrda olan serial və filmlərdə oynayım. Amma nə etmək olar, təklif yoxdur. Hazırda bir kamediya janrında serialda varam. Ramin Hacıyevin rejissor yozumunda ərsəyə gələn serialda çəkilirəm. Digər rejissorlardan hələ ki təklif almamışam. Bəlkə də qorxurlar dəvət etməyə, ehtiyat edirlər. Amma nədən qorxurlar, onu bilmirəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bu gedişlə Donbasda olduğu kimi, Qarabağda da on minlərlə Rusiya vətəndaşı peyda ola bilər...” - NƏ ETMƏLİ?
Rusiya prezidenti V.Putinin Ukraynanın suverenliyini birbaşa pozaraq bu dövlətin hüquqi ərazisindəki qondarma “DXR” və “LXR”-i tanıması Xankəndi və İrəvandakı revanşist, işğalçı, separatçı və terrorçu xislətli ermənilərin canına yağ kimi yayılıb. Onlar tezliklə Kreml tərəfindən Qarabağdakı separatçı-terrorçu rejim barədə də belə bir addımın atılacağına ümidləniblər. Artıq Araik faktiki ağası Putinin bu addımını alqışlayıb...

“Putin Artsaxın müstəqilliyini niyə tanımalı olduğunu ən yaxşı şəkildə izah edib”. Zamantv.az moderator.az-a istinadla xəbər verir ki, erməni mediasında yayılmış məlumata görə, bu cümləni Azərbaycan Respublikasının Qarabağ torpağındakı separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın "Ədalət" fraksiyasının "deputat"ı David Qalstyan öz "Facebook" səhifəsində yazıb.

“Putin Artsaxın müstəqilliyini niyə tanımalı olduğunu ən yaxşı şəkildə izah edib. Onun son çıxışında "Ukrayna və Donetsk" sözlərini Azərbaycan və "Artsax" sözləri ilə əvəz etsək, hər şeyin üst-üstə düşdüyünü görərik. Ona görə də düşünürəm ki, bu, bizim üçün yeni bir şansdır. Biz də belə bir qanun layihəsinin təşəbbüskarı olmalıyıq. Təəssüf ki, indiki həlledici anda Ermənistan və Qarabağ hakimiyyəti ən zəif vəziyyətdədir, ona görə də belə bir layihənin dərhal həyata keçirilməsini təmin etmək üçün hər şeyi etmək lazımdır” –deyə üzdəniraq “deputat” bildirib.

Zəruri şərh:
Separatçı və işğalçıların belə çıxışlarını qətiyyən qulaqardına vurmaq olmaz. Çünki öncə nəzərə almaq lazımdır ki, postsovet məkanındakı digər separatçı qurumlar kimi Xankəndindəki separatçı-terrorçu xunta ilə yanaşı, İrəvandakı revanşist, işğalçı və irqçi xislətli müxalifətin arxasında da məhz Kreml, şəxsən V.Putin dayanır...

1988-ci ildə Qarabağ münaqişəsi yenicə qızışdırılanda Azərbaycanda kiminsə ağlına gələrdimi ki, ermənilər cəmi 4-5 ildən sonra Vətənimizin Şuşa, Laçın, Kəlbəcər, Ağdam və s. kimi guşələrini işğal edəcəklər. Çoxumuz deyirdik ki, əşşi, erməni bizə nə edəcək? Amma bizə son 34 il ərzində ediləni əslində ermənilər Moskvanın fətvasıyla etdi...
Yaxud işğaldan sonrakı dövrdə 2020-ci ilədək həssas siyasi analitik və yazarlardan savayı kim ağlına gətirərdi ki, nə vaxtsa Azərbaycan torpaqlarının xeyli hissəsi azad ediləcək və bundan yararlanan Rusiya “sülhməramlı” adı altında öz ordusunu respublikamızın ərazisinə yeridəcək... Nə yazıqlar ki, bu baş verdi və bundan sonra bu gedişlə Donbasda olduğu kimi, Qarabağda on minlərlə Rusiya vətəndaşı peyda ola bilər...

Atalar boş yerə deməyib ki, ağla gəlməyən başa gələr... Odur ki, başımızı boş, mənasız manıs deyişmələriylə qatmayaq, ayıq olaq ki, bir gün ayılıb uğrunda şəhid və qazilərimizin qanı axıdılmış Xankəndi, Xocalı, Ağdərə və s. torpaqlarımızın hüquqi baxımdan əlimizdən çıxmasını görməyək...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bunu xüsusilə də müharibə şəraitində olan bir dövlətin Müdafiə Nazirliyində etmək çox ağır bir məsələdir" - ETİRAZ
Xəbər verdiyimiz kimi, son günlər ərzində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri külli miqdarda mənimsəmə ittihamları ilə həbs ediliblər. Cəmiyyətdə isə Müdafiə Nazirliyində baş verən bu hadisələrin günahkarının Müdafiə naziri Zakir Həsənov və sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov olduğuna dair fikirlər səsləndirilir. Zamantv.az xəbər verir ki, məsələ ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə "Unikal"a açıqlamasında kimin günahkar olduğunu istintaqın müəyyənləşdirəcəyini bildirib:

"Amma hər halda həbs edilən şəxslər həmin dövrdə kiminlə işləyiblərsə və cinayət hansı dönəmi əhatə edirsə, həmin dövrdə işləyənlərin hamısı, əsas da Müdafiə Nazirliyində olan rəhbər şəxslər günahkardırlar. Bu barədə ciddi bir söz demək istəmirəm. İstintaqın yekunlaşmasını gözləyirəm. Çox istərdim ki, istintaq obyektiv aparılsın.

Hesab edirəm ki, bu məsələni cəmiyyətin ictimai rəyə istiqamətləndirmək düzgün olmaz. Təqsirli olan şəxslərin hamısı öz cəzasını almalıdır. Azərbaycan xalqının cibinə girmək, büdcəni talamaq, xüsusilə də bunu müharibə şəraitində olan bir dövlətin Müdafiə Nazirliyində etmək çox ağır bir məsələdir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndidəki separatçı rejim TERRORÇU KİMİ TANINSINMI? - AKTUAL
Ağ Partiya başqanı Tural Abbaslı qatıldığı canlı yayımlardan birində “Artsax”ın Milli Məclis tərəfindən terrorçu rejim kimi elan edilməsi təklifi ilə çıxış edib. Maraqlıdır ki, partiya liderinin bu təklifi ictimaiyyət tərəfindən də müsbət qarşılanıb.

Bəs, sözügedən addımın atılması nə qədər realdır? Zamantv.az xəbər verir ki, mövzunu Bizim.Media-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələnin aktuallığına diqqət çəkib:

“Hesab edirəm ki, bu çox aktual bir addım olacaq. Çünki qondarma rejim terror fəaliyyəti ilə məşğuldur. Bizdə olan məlumatlara görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan əhalinin bir qismi Azərbaycanın tərkibində, bizim qanunvericiliyə uyğun şəkildə yaşamağa hazırdılar. Lakin onları güc tətbiq etməklə separatist qanunsuz quruma tabe olmağa məcbur edirlər. Yerli erməniləri güclə silahlı birləşmələrə cəlb etməyə çalışır, onlara silah paylayırlar.

Bunlar terror əməlləridir və bunu edənlərə qarşı sözügedən addımı atmaq faydalı olacaq. Yaddan çıxartmayaq ki, qondarma qurumun rəhbərliyində terrorçular, müharibə qanunlarını pozan arayikkimilər dayanır. Onlar da qanun qarşısında cavab verməlidirlər”.

Tofiq Zülfüqarov Azərbaycan parlamentinin qondarma rejimi terror təşkilatı elan edəcəyi təqdirdə, beynəlxalq arenadan gələcək reaksiyanı da şərh edib:

“Hesab edirəm ki, biz bu mövzunu təbliğat baxımından doğru şəkildə təqdim etsək, mövqeyimizi başa düşəcəklər. Nümunə üçün Türkiyə təcrübəsinə nəzər sala bilərik. Türkiyədə PKK terrorçu təşkilatı ölkə qanunlarına zidd fəaliyyətlə məşğuldur. Lakin kürd əsilli əhalinin böyük qismi Türkiyənin ən layiqli vətəndaşlarıdırlar. Biz də məsələni bu şəkildə qoymalıyıq ki, bizim mübarizəmiz sadə ermənilərlə yox, terrorçularladır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
62 nəfər şənliyə buraxılmayıb
Ötən gün toylara görə 6 nəfər cərimələnib, 62 nəfər şənliyə buraxılmayıb. Bu barədə Zamantv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 67 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 61 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 62 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan “miatsum” ideyasının “ikinci nəfəs” qazanmasına imkan verməyəcək!.. - Başqa yolu YOXDUR!
Fevralın 20-də Qarabağda erməni radikal separatizminin baş qaldırmasından 34 il keçdi. Bununla bağlı “Şeytan yuvası” Xankəndindən tutmuş, Ermənistanın iqtidarı və müxalifətinədək verilən bəyanatlar mahiyyət etibarilə aşağı-yuxarı ciddi fərqlənmədi. Bir daha aydın oldu ki, özünü arada “sülh göyərçini” kimi göstərməyə çalışan Nikol Paşinyan hökuməti və onun XİN-i də daxil olmaqla, erməni siyasi kəsimi 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən, kapitulyasiyadan hələ də dərs götürməyib.

Xüsusi diqqət çəkən məqam separatçı hərəkatı “dirçəliş” kimi qiymətləndirən rəsmi İrəvanın qızışdırıcı mövqeyidir. Məsələn, Paşinyanın müraciətində deyilir: “Bu gün ”artsax" yaralansa da, sınmayıb. Bizim işimiz “artsax” ermənilərinin hüquqlarını qorumaq və onların beynəlxalq səviyyədə tanınmasına yönəlib".

Ermənistan XİN də üzdəniraq “dirçəliş hərəkatı”nın ildönümü ilə bağlı oxşar mövqe sərgiləyib: “34 il sonra, Azərbaycan SSR-in amansız qırğınları, iki dəfə qanlı müharibə olmasına baxmayaraq, Ermənistan və ”artsax" milli hədəflər, dövlətçilik, suverenlik, erməni haqları və beynəlxalq tanınma istiqamətində birgə olmağa davam edir".

Azərbaycan XİN-in bütün bu sərsəmləmələrə reaksiyası təbii ki, gecikməyib. Sitat: “Ermənistan XİN-in ”dirçəliş" kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib. Hazırda regionda beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir yandan bu ölkənin məsuliyyətsiz davranışını, digər yandan isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur".

Paradoks ondadır ki, beynəlxalq hüquqa açıq saymazlıq göstərməyə davam edən rəsmi İrəvan hazırkı destruktiv yanaşma fonunda riyakarcasına ədalətli sülhün tərəfdarı olduğunu söyləyir, “dəvəquşu siyasəti” aparır. Bu da növbəti fakt.

Dünən məlum olub ki, Ermənistan parlamentindəki hakim çoxluq (Paşinyanın fraksiyası) radikal müxalifətin Şuşa Bəyannaməsi ilə bağlı fitnəkar qətnamə layihəsinin gündəliyə salınmasına imkan verməyəcəyini bəyan edib. Bunu da onunla izah edib ki, “Ermənistan XİN artıq iki dəfə Şuşa Bəyannaməsi ilə bağlı mövqe bildirib və oradakı tezislər müxalifətin sənəd layihəsindəki tezislərdən fərqlənmir”.

İlk baxışda sülhpərvərliyə oxşayır. Reallıqda isə...

Yada salaq: Ermənistan XİN o vaxt Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevlə birgə “qədim artsax şəhəri Şuşiyə” səfərini pisləmiş, imzalanan sənədi isə “regionda sülhə zərbə kimi” qiymətləndirmişdi. Az qala, belə çıxmışdı ki, Ərdoğan Şuşaya getmək üçün İrəvandan icazə almalı imiş!..

Şübhəsiz, Ermənistan hökumətinin günü bu gün də separatizmə davam edən bu cür açıq dəstəyinin, ölkəmizə qarşı ərazi iddiasının nəticəsidir ki, Qarabağ anklavında separatçı kriminal elementlər yenidən baş qaldırmağa başlayıblar. Artıq məlumdur ki, orada “İşğal altındakı ərazilər” haqda ölkəmizə qarşı terrorçuluğu təşviq edən “qanun” qəbul edilib. Bu həftədən etibarən isə anklavda “hərbi təlimlər” planlaşdırılır.

Azərbaycana qarşı bu qəbildən demarşlar əlbəttə ki, cavabsız qalmayacaq, Bakı səbirlə öz kontr-tədbirlərini görəcək. Böyük ehtimalla, separatçıların əsas himayədarı Rusiyanı xəbərdar eləmək və ya onu fakt qarşısında qoymaqla.

Söz düşmüşkən, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Bu barədə “Rossiya 1" kanalında ”Moskva. Kreml. Putin" verilişində bildirilib. Məlumatda deyilir ki, həftə ərzində xarici liderlərin Rusiyaya mühüm səfərləri davam edəcək və onlardan biri də Azərbaycanın dövlət başçısıdır.

İki prezident Ukrayna mövzusunun müzakirəsi ilə yanaşı, sözsüz ki, ikitərəfli münasibətlərdəki aktual mövzulara da toxunacaqlar. Ümid edək ki, Bakı və Moskva bir daha saat əqrəblərini tutuşdurucaq və nəticə etibarilə bölgədə Rusiyanın sülhməramlı missiyasından sui-istifadə edərək təzədən baş qaldırmaqda olan separatçı ünsürlərlə bağlı ortaq məxrəcə gəlinəcək; 10 noyabr kapitulyasiya aktının 4-cü bəndi nəhayət işə düşəcək. Hansı sənəddə ki, V.Putinin də imzası durur və anlaşmaya görə (4-cü bənd), erməni qanunsuz silahlı dəstələri Qarabağı çoxdan tərk eləməli və ya tərk-silah olunmalı idilər.

Əks təqdirdə, Azərbaycan nə edəcəyini bilir. Biz imkan verə bilmərik ki, 34 il öncə bütün regiona fəlakət gətirmiş dağıdıcı hərəkat yenə bənzər qiyafədə boy göstərsin. Qarabağda erməni aqressiv separatçılığının və silahlı birləşmələrinin kökü birdəfəlik kəsilməlidir. Azərbaycan xalqı və dövləti imkan verə bilməz ki, “miatsum” ideyası “ikinci nəfəs” qazansın.

Bundan ötrü isə oradakı qanunsuz silahlı dəstələr tezliklə neytral hala gətirilməlidir. Rusiya bunu qansız-qadasız edə bilər. Çünki separatçı ünsürlər, bütövlükdə erməni tərəfi indi heç vaxt olmadığı qədər Moskvadan, onun iradəsindən asılı vəziyyətdədir...

“Erməni separatçılarının Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında elan etdiyi istənilən təlim 10 noyabr 2020-ci il tarixli sazişlərin kobud şəkildə pozulmasıdır, hansı ki, regionun hərbsizləşdirilməsini nəzərdə tutur”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.

Onun qənaətincə, Ermənistan və separatçıların hərəkətləri ona gətirə bilər ki, Rusiya 2-3 ildən sonra Azərbaycanın erməni tərəfinin qeyri-konstruktiv davranışı üzündən sülhməramlıların müddətini növbəti dəfə uzatmayacağını anlayacaq: “Bu, o deməkdir ki, Rusiya sülhməramlıları, sadəcə olaraq, regionu tərk etməli olacaqlar. Amma Azərbaycan və Ermənistan ordularının qüvvələr nisbəti nəzərə alınarsa, o zaman erməni əhalisinin Qarabağdan kütləvi köçü baş verəcək və Azərbaycan Ordusu sakitcə boş əraziləri tutacaq. Ermənistan tərəfinin razılaşmaları yerinə yetirməməsinin ən bariz nəticəsi bu olacaq”.

Politoloqun sözlərinə görə, Rusiya günün birində İrəvana, sadəcə, şərtləri göstərəcək və deyəcək: “Zəhmət çəkin, bunlara əməl edin, əgər etmək istəmirsinizsə, öz işinizdir, onda Azərbaycan müqaviləni uzatmayacaq və Rusiya regionu tərk edəcək. Təxminən belə bir söhbət olacaq”, - deyə Markov vurğulayıb.

Ekspertin fikrincə, belə perspektivə yalnız Rusiyada “ermənilərin müdafiəsi” yönündə başlanacaq hansısa hərəkat və ya Ankara ilə Moskvanın mövqelərinin fərqləndiyi bölgələrdə Rusiya ilə Türkiyə arasında qəfil münaqişə təsir edə bilər. “Lakin Azərbaycan rəhbərliyi bütün bunları çox gözəl anlayır. Ona görə də mənim qeyri-konstruktiv Ermənistan tərəfi ilə bağlı proqnozum dəyişməz qalır”, - Markov əlavə edib.

Köhnə “havaya” girən erməni tərəfi isə yenə odla oynayır...

P.S. Yazı İlham Əliyevin Rusiyaya rəsmi səfər proqramının açıqlamasından öncə hazırlanıb.
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bəzən gənc icra başçıları da qudururlar” - Rəşid Mahmudov
“Cənab Prezident hər dəfə icra başçılarına xəbərdarlıq edir, amma bunlar niyə nəticə çıxarmırlar başım çıxmır. Bəzən gənc icra başçıları da qudururlar. Vətəndaşları qəbul edib, problemini dinləmirlər. Deyirlər ki, müavinimlə görüşsün, nə bilim köməkçimlə görüşsün. İcra başçısının qəbuluna düşmək niyə belə bir böyük problemə çevrilib, bilmirəm”. Zamantv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov yeni təyin olunan icra başçılarının da gələcək fəaliyyətinə toxunub:

“Artıq o milyonları çapıb-talamaq söhbəti qurtardı. Dövlət birbaşa bütün bunlara nəzarət edir. Sənə etimad göstərilib, hansısa rayona icra başçısı təyin olunmusansa, get, başını sal aşağı vətəndaşlara xidmət elə. Yox əgər sən də səndən əvvəlkilərinin etdiklərini təkrarlayacaqsansa, sonda həbsxanaya göndəriləcəksən. Dövləti bu cür sürünə-sürünə harasa aparıb çıxarmaq olmaz. Hər kəs öz sahəsində vicdanlı olmalıdır. Yoxsa ki, canavar kimi insanlarla davranmaq lazım deyil. İnsanlar hər dəfə yeni icra başçısı təyin olunanda ondan çox böyük gözləntiləri olur. Amma bir müddət sonra görəndə ki, bu da işləmir, onda artıq məyus olurlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev yeni icra başçılarıyla görüşü zamanı bir daha xəbərdarlıq edib. O, çıxışı zamanı deyib ki, hamımız xalqın xidmətçisiyik və ona görə də daim insanlarla təmasda olub, onların problemləriylə maraqlanmalısınız.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hamıya olmaz, amma BNA-nın QOÇULARINA OLAR? - FOTOFAKT
Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıb. Zamantv.az xəbər verir ki, bu barədə sosial şəbəkədə foto yayılıb. Fotodan da aydın olur ki, ərazidə dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb. Amma bu nişanın tələbinə nəzarətetməli olan BNA avtomobili özü qaydanı pozaraq qadağan olunan yerdə dayanıb. Görüntü sosial şəbəkədə izləyicilərin qınağına səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a məsələ ilə bağlı məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda bu fakt araşdırılır və araşdırmanın nəticəsinə uyğun tədbir görüləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tahir Mirkişili İrəvanda Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
“Biz gələcəkdə silahlı münaqişə olmamasına çalışmalıyıq”. Zamantv.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.

Tahir Mirkişili deyib ki, o, azad olunmuş ərazilərdəki evinə baş çəkib: “Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz?!”

Azərbaycanlı deputat Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan Tahir Mirkişili qeyd edib ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir: “Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”.

Cənubi Qafqazın strateji məkan olduğunu, yolların qovşağında yerləşdiyini vurğulayan Tahir Mirkişili Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının resurslardan necə istifadə etməyi yaxşı bildiklərini söyləyib: “3+3” formatında ilk görüş Moskvada keçirilib. Bura Azərbaycan, Ermənistan və Gürcüstan, Türkiyə, Rusiya və İran daxildir. Bu format dayanıqlı sülhün, iqtisadi inkişafın təmini üçün mühüm formatdır. Əgər biz qlobal təhlükəsizlik barədə düşünsək, ilk növbədə ölkələr daxilində təhlükəsizlik təmin edilməlidir. İkincisi, region ölkələri arasında yaxşı əlaqələr qurulmalıdır. Bunun üçün də Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Üçüncüsü, Cənubi Qafqazda ölkələr müxtəlif geopolitik seçim hüququna malikdir. Məsələn, Ermənistan bir hərbi blokun üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, Gürcüstan isə hərbi bloklara qoşulmayıb, gələcəkdə onların seçim imkanları olacaq. Bu üç ölkənin hər biri fərqli geopolitik səylər göstərir. Əgər Cənubi Qafqazda sülh istəyiriksə, düşünməliyik ki, bütün bunları gələcəkdə necə birləşdirə bilərik”.

Qeyd edək ki, komitə iclasında Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, “Hayastan” fraksiyanın üzvü Artur Xaçatryan, habelə Anna Qriqoryan Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu iddia edib, Azərbaycan və Türkiyəni ittiham ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MN-dəki həbslər Nəcməddin Sadıqova qədər GEDİB ÇIXACAQMI? - Görünəni budur ki...
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verilib. Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən Məlikməmməd Qurbanova Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham elan olunub. İddia olunur ki, ilkin araşdırmalarla Məlikməmməd Qurbanovun xidmətdə olduğu dövrdə 3 milyon 500 min manat vəsaiti mənimsədiyi üzə çıxarılıb.

Məlikməmməd Qurbanovun həbsinə qədər Müdafiə Nazirliyinin maliyyə işlərinə baxan 4 idarəsinin, 1 şöbəsinin rəisləri 15 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunublar. Bu məbləğ istintaq zamanı 15-20, bəlkə də daha çox arta bilər. Tutulanlar nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin umaliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovdir. Cəlal Kazımov ən son həbs ediləndir. Onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib.

Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəni təkbaşına həyata keçirə bilməzdilər. Tutulanlar maliyyə işlərinə cavabdeh olan 1 nömrəli şəxslərdir. Belə bir miqyaslı mənimsəmə 1 günün, 1 ayın, heç bir ilin içində baş verməyib. Bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət əlaqəli iş aparılıb. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Mənimsəmə cinayətləri Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olduğu dönəmdən baş verdiyindən, bir çox hərbi ekspertlər həbslərin onun da istintaqa cəlb olunmasına, nəticə etibarı ilə qandallanmasına səbəb olacağını istisna etmirlər. Nəcməddin Sadıqovun həbsi mümkün olacaqmı? Orduda, MN-də aparılan son həbslər onu hədəf alıb, yoxsa başqa hədəflər var?

General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi. Əvvəldən də bilinirdi ki, hər iki general Rusiyada müəyyən dairələrə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu, cəzaya çatdırıldı. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Görünən odur ki, Sadıkovu həbsdən kənarda saxlayan immuniteti artıq sıradan çıxmaq üzrədir. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. Rövşən Əkbərovla başlayan prosesin davam edəcəyi və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı iddiaları da artıq doğrulmaq üzrədir.

Zamantv.az ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkov və onun kimilər vəzifədə olmasaydı, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı: “Müdafiə Nazirliyində həyata keçirilən həbslərdən belə aydın olur ki, dövlət müharibəyə hazırlaşanda, müharibə aparanda bu adamlar müdafiə xərclərini mənimsəməklə məşğul olublar. Bu, vətənə xəyanətə bərabər addımdır. Bütün bu işlərin başında dayanan, bu cür mənimsəmələrə yol açanlar da var. Bu işlərdə adı keçən Nəcməddin Sadıkov bu gün azadlıqdadır. Bu adamlar Azərbaycan Ordusunu illərlə içindən dağıdanlar, ”yeyənlər" olublar. Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır. Rövşən Əkbərov hazırda həbsdədir. Nəcməddin Sadıkovun da həbsi üçün ortada kifayət qədər əsaslar var".

Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır: “Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün Azərbaycan Ordusunun korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizlənməsi prosesi gedir. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO