[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət etdilər
Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.

"Zamantv.az" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "facebook"da paylaşım edib.

"Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!", - deputat paylaşımında qeyd edib.
Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət etdilər

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tamara bilib evinə dəvət etdiyi şəxs Cəmşid adlı transseksual çıxdı - Öldürüb bədənini müxtəlif hissələrə ayırdı
"Zamantv.az" xəbər verir ki, 2020-ci ilin yayında Leninqradda yaşanan qətlin qəddarlığı, vəhşiliyi və qəribə sonluğu hər kəsi heyrətə salıb.

Təfərrüat isə belədir ki, Mqa çayında üzən məktəbli suda bədəni müxtəlif hissələrə parçalanan meyit aşkar edir. Aparılan araşdırma nəticəsində ölən şəxsin transseksual olduğu bəlli olub. Faktla bağlı qətldə şübhəli bilinən aktyor Yuri Yanovski saxlanılıb. İstintaq və məhkəmə prosesləri bir ildən çox davam edir. Ən maraqlısı odur ki, bir neçə gün bundan əvvəl Yanovski gözlənilmədən məhkəmə zalından evə buraxılıb. Məhkəmə ona cəmi 1 il 10 ay cəza çəkib. Bu hökm də çoxlarını çaşqınlığına səbəb olub.

Milli.Az "KP-Peterburq"a istinadən xəbər verir ki, aktyor 24 yaşlı trans qadın Tamaranı özünümüdafiə məqsədilə qətlə yetirib. Yanovskinin arvadı və iki uşağı var, amma onlardan ayrı yaşayır. İnternetdə intim xarakterli xidmətlər təklif edən saytlardan birində onu seçir və evinə dəvət edir. "Qız" onun şərabının içinə narkotik atır. Sonra onlar mübahisə edir və bu zaman "qız" əlindəki viski şüşəsini aktyorun başına vurur. Özünə gələndə transın əlində bıçaq görür. Onu vurmaq istəyəndə cəhdi alınmır. Aktyor bu zaman yanına gələnin Tamara deyil, Cəmşid adlı kişi olduğunu bilir. Yuri bu zaman özünü qorumaq məqsədilə onu bıçaqla vurur. Yanovski mənzildən gedir, sonra da onu hissələrə parçalayaraq çaya atır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cinayətkar Baqramyan batalyonunun Qarabağdan biabırçı qaçışı - TARİX
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə yanaşı, erməni separatizminə ağır zərbə vurdu. Amma bu zərbə təkcə rəsmi İrəvanın Qarabağ erməniləri arasında körüklədiyi separatçılıq meyllərinə deyil, qonşu Gürcüstanda bu ideyanın tərəfdarı olan ermənilər üçün də “soyuq duş” rolunu oynadı.

1992-1993-cü il Gürcü-Abxaz Müharibəsi zamanı Abxaziyada yaşayan 75 minlik erməni icması vətəndaşı olduqları Gürcüstan dövlətinə qarşı silah çəkərək, hələ də həll olunmamış münaqişənin geniş miqyas almasında rol oynadıqdan sonra, Azərbaycan haqq savaşına da müdaxilə göstərməyə cəhd edib.

1993-sü il fevralın 9-da yaradılan Baqramyan batalyonu Gürcüstan Ordusu ilə döyüşlərdə, 200 mindən çox etnik gürcünün Abxaziyadan didərgin salınmasında aktiv iştirak edib. Vaqarşak Kosyanın başçılıq etdiyi 1-ci batalyonun ardınca, 1993-cü ilin yayında Qevorq Markaryanın başçılıq etdiyi sayca ikinci Baqramyan batalyonu da yaradılmışdı.
Suxumi şəhəri, Kodor dərəsinin işğal olunmasında hər iki batalyon aktiv iştirak edib, gürcü əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib. Bu “xidmətlərinə” görə batalyonun 20-dən çox döyüşçüsü qondarma “Abxaziya qəhrəmanı” adını alıb.

Ümumilikdə, batalyonun və separatçıların digər hərbi birləşmələrinin sıralarında 2 mindən çox etnik erməni Gürcüstana qarşı aktiv döyüşüb, onlardan 224-ü döyüşlər zamanı ölüb.

Batalyon 2008-ci ilin avqustunda “Beş günlük müharibə” sırasında da Kodor dərəsinin yuxarı hissəsini ələ keçirərək, Gürcüstana qarşı növbəti təcavüzə imza atmışdı.

Qeyd olunmalıdır ki, uzun illər rəsmi Tbilisinin qəzəbinə tuş gəlməmək üçün rəsmi İrəvan Abxaziya erməniləri ilə məsafə saxlasa da, sonradan tərəflər arasında dərin siyasi, maliyyə və hərbi bağların olduğu üzə çıxdı.

Bunun ən bariz nümunəsi 2013-cü il aprelin 9-da Ermənistan prezidenti seçilən Serj Sarkisyanın andiçmə mərasimində Baqramyan batalyonunun yaradıcıları, Abxaziya Erməniləri İttifaqının sədri Xaçik Minasyan və onun müavini Qalust Trapizonyanın iştirakı idi.

Gürcüstanın o zamanki prezidenti Mixail Saakaşvili “Rustavi 2” telekanalına açıqlamasında “bizim Xarici İşlər nazirliyi belə məsələlərə reaksiya verməlidir. Hakimiyyətim dövründə erməni həmkarımla dostluq münasibətlərim var, lakin bu kimi halları həmişə qeyd etmək lazımdı”- deyə baş verənlərdən narazılığını ifadə etmişdi.

Məhz Gürcüstanla müharibədə bir sıra faktorların təsiri ilə qazanılan təsadüfi uğurların eyforiyası altında Abxaziya erməniləri Ermənistan və Rusiyadakı bəzi siyasi dairələrin təklifi ilə Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşə də qoşulmaq qərarı verdi.

Lent.az cinayətkar Baqramyan batalyonunun İkinci Qarabağ müharibəsindəki kiçik iştirakı və rüsvayçı məğlubiyyəti barədə yazını təqdim edir.

2020-ci il noyabrın 6-da Azərbaycan Ordusu artıq Daşaltı kəndini azad edərək Qarabağın mərkəzi sayılan Şuşa uğrunda döyüşlərə başlamışdı. Döyüş meydanında ciddi məğlubiyyətə uğrayan düşmən qüvvələri informasiya cəbhəsində aktivləşməyə, psixoloji üstünlük qazanmağa cəhd etdilər.

Həmin gün milliyətcə abxaz olan Donbas separatçısı, Ukraynaya qarşı döyüşlərdə aktiv iştirak etdiyi üçün qondarma “Donetsk Xalq Respublikasının qəhrəmanı” adını almış Axra Avidzba “Facebook” hesabından etdiyi paylaşımda Baqramyan batalyonunun veteranlarının gənc döyüşçülərlə birlikdə Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşmək üçün yola düşdüyünü yazmışdı. Sözlərinin sübutu olaraq o, Soçi aeroportu önündə toplaşan 30-a yaxın şəxsin yer aldığı şəkil də paylaşmışdı. Onlar arasında Abxaziyadakı erməni icmasının rəhbəri, Baqramyan batalyonunun rəhbərlərindən biri olan Qalust Trapizonyanı da görmək mümkün idi.

“Abxaziya ermənilərindən ibarət könüllülərin ilk qrupu Qarabağa yola düşüb. Könüllülər Soçi aeroportunda İrəvana birbaşa reyslə yola düşüblər. Qrupun əsas hissəsini 1992-1993-cü illərdə Gürcü-Abxaz Müharibəsində Baqramyan batalyonunun sıralarında vuruşan veteranlar təşkil edir. Onlarla birlikdə Abxaziyanın erməni icmasının gəncləri də Qarabağa gedir”, – deyə Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olan hərbi jurnalist “WarGonzo” layihəsinin müəllifi, hərbi jurnalist Semyon Peqov yazmışdı.

Beləliklə, noyabrın 6-dan başlayaraq Abxaziya ermənilərinin “Baqramyan Batalyonu” adını verdikləri qanunsuz silahlı dəstə üzvləri Soçi-İrəvan reysi ilə Ermənistana, oradan isə Gorus-Xankəndi yolu ilə Qarabağa yerləşdirilməyə başlanıldı.

Onların Ermənistana və oradan Qarabağa göndərilməsini erməni mənşəli rusiyalı biznesmen, “Robson” ləqəbli kriminal avtoritet Ruben Tatulyan maliyyələşdirmişdi.

Noyabrın 7-də isə Qarabağ terrorçularının lideri Arayik Arutyunyan öz paylaşımı ilə Baqramyan batalyonunun Qarabağa gəlişini təsdiqləmiş oldu. Facebook səhifəsində paylaşım edən Arutyunyan Abxaziya ermənilərdən ibarət bir qrup “könüllü”nü Xankəndidə qəbul etdiyini və onların səhra düşərgələrində qısa təlim keçdikdən sonra tezliklə döyüşlərə qatılacağını anons etmişdi.

Ermənistanın kapitulyasiya aktı imzalamasından 3 gün öncə paylaşılan bu xəbərdən sonra Baqramyan batalyonunun Qarabağdakı fəaliyyəti barədə heç bir rəsmi açıqlamaya rast gəlinmir.

Abxaziya ermənilərinin cəbhənin hansı istiqamətində döyüşə cəlb olunması, say tərkibi, itkiləri barədə heç bir məlumat yayılmadı.

Sosial şəbəkələrdə yayılan azsaylı şəkillərdən Baqramyan batalyonunun Qarabağa gətirilən üzvlərinin real sayının 100-ü keçmədiyini və onların ümumiyyətlə, döyüşlərə qatılmadığını söyləmək olar.

Bütün bu faktları nəzərə aldıqda Baqramyan batalyonunun Qarabağa gəlişinin psixoloji üstünlük effekti yaratmağa hesablanmış bir piar aksiya olduğunu və batalyonunun hərbi cinayətkarlardan ibarət üzvlərinin Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda döyüşlərə qatılmaqdan imtina edərək Qarabağdan biabırçı şəkildə qaçdığını söyləmək olar.
Cinayətkar Baqramyan batalyonunun Qarabağdan biabırçı qaçışı - TARİX
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda sovqat gətirən "kuryer" evləri qarət etdi - VİDEO
Bakıda özünü kuryer kimi təqdim edərək sovqat gətirdiyini deyən şəxs evləri qarət edib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. Daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb.

Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən, paytaxt sakini əvvəllər dəfələrdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov saxlanılıb. O, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Azad Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Bakıda sovqat gətirən "kuryer" evləri qarət etdi - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeronda ƏMƏLİYYAT: Çox sayda vəzifəli şəxs saxlanıldı - YENİLƏNİB
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində əməliyyat keçirib, saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Zamantv.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçirib.

Manset.az-ın əldə etdiyi məlumata görə, əməliyyat səhər saatlarında keçirilib. Xüsusi əməliyyat qrupu idarənin rəis müavini Etibar Qasımovu, bir neçə mühəndisi, sektor müdirini, baş qeydiyyatçını və qəbul şöbəsinin bir əməkdaşını saxlayıblar. Ümumilikdə saxlanılan 10-dan çox vəzifəli şəxs xüsusi avtomobillərlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb.

Əməliyyat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimov saxlanılmayıb. Tutulanların əlbir olaraq qanunsuz əməllər törətdiyi bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qara Qarayev İdman ustası oldu - FOTO
“Qarabağ” futbol klubunun oyunçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.

Zamantv.az xəbər verir ki, idman dərəcəsinə layiq görülən futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.

Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.
Qara Qarayev İdman ustası oldu - FOTO

Qara Qarayev İdman ustası oldu - FOTO

Qara Qarayev İdman ustası oldu - FOTO

Qara Qarayev İdman ustası oldu - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə iki oğlan itkin düşdü
Gəncədə iki nəfər itkin düşüb.

Zamantv.az-ın məlumatına görə, 29 yaşlı şəhər sakini Röyal Dilqəm oğlu Hüseynov və 18 yaşlı Ağasif Natiq oğlu Hacıyev yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat verilib. Axtarışlar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Özünü prokuror kimi təqdim edən dələduz tutuldu
Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Zamantv.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş Prokurorluğun mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində 2021-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeronda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var
Abşeronda əməliyyat keçirilir.

Zamantv.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində həyata keçirilir.
Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin Putinlə təkbətək görüşü başladı
Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb.

Zamantv.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO