[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samuxda silah-sursat tapılıb
Zamantv.az - Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisindəki parkların birindən silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, polis əməkdaşları dərhal ANAMA-nın əməkdaşlarını həmin əraziyə dəvət edərək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı oradan 1 ədəd “F1” əl qumbarası, 2 ədəd “UZRQM” qumbaratan patronu, 1 ədəd 14 mm-lik “BTR” patronu, 37 ədəd 7.62 mm-lik avtomat patronu və 96 ədəd 5.45 mm-lik avtomat patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ATƏT Rusiyanın separatçı əraziləri tanımaq qərarını pislədi
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, təşkilatın baş katibi Helqa Şmid, həmçinin ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt və Assambleyanın baş katibi Roberto Montella Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarını pisləyiblər.

"Zamantv.az" xəbər verir ki, bu barədə təşkilatın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Bu addım Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır. Bütün ATƏT-ə üzv dövlətlər kimi, Rusiya da digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa öhdəliyini götürüb. Biz Rusiyanı dərhal qərarı ləğv etməyə çağırırıq", - məlumatda deyilir.

ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq və qeyd olunan ərazilərdə yaşayan əhalini Ukraynanın qalan hissəsindən ayıracaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
138 avtomobil üçün parklanma yeri təşkil edildi - VİDEO
Bakı şəhərində küçə parklanma yerlərinin idarə edilməsinə dair pilot layihənin əhatə etdiyi Bəsti Bağırova küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir. 450 metr uzunluğundakı küçə müasir şəhərsalma qaydalarına uyğun piyadayönümlülüyün artırılması prinsipləri əsasında təmir edilib.

Bu barədə "Zamantv.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, ərazidə asfaltlanma və nişanlanma xətlərinin çəkilməsi yekunlaşıb. Hazırda yol hərəkətinin təşkili üçün zəruri olan çatışmayan yol nişanlarının quraşdırılması və səkilərdə tamamlanma işləri davam edir. Piyada təhlükəsizliyi məqsədilə sarı döyünən işıqlar quraşdırılır.

​Küçədə 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil edilib. Xüsusi qabarıq formalı piyada keçidləri ümumi hərəkətin təhlükəsizliyi baxımından əhəmiyyətlidir. İdeal səviyyəyə gətirilən bu küçə boyunca piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti tam təmin edilib.

​Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat tələbatı nəzərə alınmaqla, 138 avtomobil üçün parklanma yeri təşkil edilib. Parklanma yerlərində əlilliyi olan şəxslər üçün də yerlər ayrılıb. Gələcəkdə bu küçədə parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. Küçə boyunca taksi duracaqları da yaradılıb.

​Məlumat üçün qeyd edək ki, Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə, yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.

​Yenidənqurma işləri 3 ay davam edib. İlkin mərhələdə kommunikasiya işləri görülüb ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür.

​Bu küçənin müasir tələblərə və yüksək standartlara uyğunlaşdırılması prosesi bitdikdən sonra həm sürücülər, həm də piyadaların layihədən məmnun qalacağından əminik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordumuzda NƏ BAŞ VERİR? - İmkanı olan büdcəni dağıdıb...
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib. Hərbi Prokurorluqdakı mənbənin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir. Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir. Zamantv.az-ın məlumatına görə, hərb sahəsində genişlənən həbs dalğaları ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Müdafiə Nazirliyinin yüsək vəzifəli zabitlərinin DTX tərəfindən saxlanılması hər birimiz üçün xoş olmayan hadisədir:

“İstənilən halda, bu halların baş verməsi onu göstərir ki, 44 günlük qələbəni əldə edən əsgərlərimiz 3 metrlik qarda, boranda döyüş vəzifələrini yerinə yetirərkən bəzi ləyaqətsiz zabitlər orduya və əsgərə ayrılan vəsaitləri mənimsəməklə məşğul olublar. Daha əvvəl verdiyim müsahibələrdə də bildirmişdim ki, həbs olunanların siyahısı genişlənə bilər. Bu həbslər də mənim ehtimallarımı doğruldur”.

Ekspert vurğulayıb ki, kadrların seçilmə prosesi gücləndirilməlidir:

“Bu insanların acgözlüyü heç bir halda qalib ordumuza və onun şəxsi heyətinin nüfuzuna xələl gətirməməlidir. Əksinə, bu hadisələri ordumuzun ziyankarlardan daha erkən təmizlənməsi baxımından müsbət nəticələrə gətirib çıxaracağını ehtimal edə bilərik. Belə hallara 2014-cü ildən sonra mütamadi olaraq rast gəlirik.

Görünür, kadrların seçilməsində də Müdafiə Nazirliyində ciddi qüsurlara yol verilir. Son 200 ildə qanı və canı bahasına düşmən ordusunu darmadağın edən, onu dizi üstünə çöktürən zabit və əsgərlərimiz üçün nəzərdə tutulan vəsaiti mənimsəyən insanlar, bu fəaliyyyətə şərik olanlar və onların qanunsuz fəaliyyətinə göz yumanlar heç bir halda zabit rütbəsi daşımamalıdırlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda Birinci vitse-prezident institutu: 5 ilə baxış
Dövlətin vətəndaşına münasibətdəki əsas elementlərdən biri həssas zümrələrə olan diqqətidir. Dövlət onun qayğısına ehtiyac olan zaman vətəndaşın yanında dayananda humanist olur…

Dövlətin humanist üzü

Bu gün Birinci vitse-prezident kimi təyinatından 5 il ötən Mehriban Əliyevanın fəaliyyətində əsas istiqamətlərdən biri məhz həssas zümrə ilə iş olub. Şəhid ailələri, müharibə veteranları, əlillər, uzunmüddətli müalicəyə ehtiyacı olanlar, valideyn himayəsindən məhrum uşaqlar, zəlzələdən zərər çəkənlər, kimsəsizlər, ahıllar evində yaşayanlar, sağlıq, təhsil problemi olanlar, daim özlərinə qarşı xüsusi münasibət gözləyən sənət adamları…
Mehriban Əliyeva uzun illərdir ki, qeyd etdiyimiz sahələrdə ənənəyə çevrilmiş sistemli fəaliyyət göstərir. Qazi, şəhid ailəsi üzvü, ziyalı, dövlətə xidmət etmiş şəxsin, sağlamlığını bu xidmətdə itirmiş adamların dara düşəndə ağlına gələn ilk Mehriban xanım olub. Dövlət üçün can qoyan hər kəsin əslində “dar məqamda Dövlət var” əminliyinin olmasından gözəl heç nə yoxdur. Dövlətə güvənmək, onun çətin günündə sənin, ailənin yanında olduğunu bilmək möhtəşəm hissdir. Mehriban Əliyeva şəhid ailəsində, qazidə, ziyalıda, sənət adamında, bu dövlət üçün istənilən cəbhədə döyüşən, can qoyan adamda Dövlət adına o güvəni, əminliyi yarada bilib. Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ona da, Dövlətə də Birinci vitse-prezidentin ən böyük xidmətlərindən biri elə budur. Çünki Dövlət vətəndaşı ona əmin olanda, inananda, vətəndaşını qucaqlaya biləndə böyükdür.

Azərbaycanda Birinci vitse-prezident institutu: 5 ilə baxış
Mehriban xanım 2019-cu ildə qazilərlə keçirdiyi görüşdə belə demişdi: “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.

“Yumşaq güc” və ənənəyə sadiq

Mehriban Əliyeva həm də mədəni irsin qorunmasındakı həssaslığı ilə diqqət çəkir. Dünyada “yumşaq güc” dediyimiz ənənələrdə iştirakı, dini və mədəni mərkəzlərlə yaratdığı səmimi dostluq Azərbaycanın həmişə köməyinə çatıb. Azərbaycan özünün mədəni və dini tolerant obrazını, mədəni irsə olan diqqətini Mehriban xanımın Vatikanda, Avropa və Asiya ölkələrində həyata keçirdiyi layihələrlə daha da gücləndirib.
Azərbaycanda Birinci vitse-prezident institutu: 5 ilə baxış
Azərbaycanda da maraqlı mədəni tədbirlər onun adı ilə bağlıdır. Ümumiyyətlə, Mehriban xanımın rəhbərliyi ilə hazırlanan tədbirlərin kreativliyi və maraqlı təqdimatları onları gözlənilən edir. İstər “Avroviziya” mahnı müsabiqəsinin, istər Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, ümumən tədbirlərin təşkili, istər muğam müsabiqələri dünya mediasının diqqətini çəkəcək tərzdə maraqlı və fərqli təqdimatlarla təşkil olunmuşdu. Şuşaya mədəni qayıdışımızı göstərən və dünya mediasının bir neçə gün haqqında bəhs etdiyi “Xarıbülbül” musiqi festivalı muğamın yenidən canlandırılmasından sonra qırılmış növbəti ənənənin bərpası idi. Qarabağlı günlərin “Xarıbülbül” festivalı Qarabağlı günlərlə birgə qayıtdı və biz o səhnədə həm də başqa reallığı gördük. Məhz Mehriban xanımın və Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşanın sərvəti olan bəşəri musiqiçi yetişdirmək ənənəsi də bərpa edilibmiş. Cıdır düzünün səhnəsində onlarla gənc vardı, onların əksəriyyəti qarabağlı, bir çoxu da Şuşanın böyük musiqiçi nəsillərinin nümayəndələri idilər. Dünyanın məşhur sənət akademiyalarında oxumuş opera ustaları, simfonik orkestrdə çalışan gənclər… Mehriban xanım onların əksəriyyətinin xaricdə təhsil almasına dəstək göstərmişdi.

Azərbaycanda Birinci vitse-prezident institutu: 5 ilə baxış
İndi Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası üçün aparılan işlərdə də Mehriban xanımın dəst-xətti aydın görünür. Şuşada artıq onlarla abidənin bərpa olunması prosesinə başlanılıb. Hər biri Azərbaycan üçün sərvət, tariximiz üçün əvəzsiz məxəzdir.

Ənənə yaradan Xanım

Mehriban Əliyevanın ənənə yaradan daha bir addımı eks-prezidentlər və onların ailə üzvlərinə göstərdiyi münasibətdir. Bu məsələdə Mehriban xanımın diqqəti və göstərdiyi həssas münasibət çox hörmətə layiqdir. İstər eks-prezident Ayaz Mütəllibov və onun ailəsinə, istərsə də Əbülfəz Elçibəy və ailə üzvlərinə göstərdiyi diqqəti cəmiyyət də digər əməlləri kimi həmişə xüsusi sevgi ilə qarşılayıb. Bu ailələrin istər şad, istərsə də ən çətin günlərində Mehriban Əliyevanın onların yanında olmağını hamımız bilirik. Azərbaycanda Birinci vitse-prezidentlik, Birinci Xanım institutunda sistemli fəaliyyətlə ənənə yaratdığı kimi, bu məsələdə də Mehriban xanım sayğıya layiq bir ənənə yaradıb.

Azərbaycanda Birinci vitse-prezident institutu: 5 ilə baxış
Birinci vitse-prezidentin fəaliyyəti, görülən işlər, keçirilən tədbirlər, layihələr hədsiz çoxdur. Bu yazıda onun fəaliyyət istiqamətlərinə sadəcə konseptual yanaşmağa çalışdıq. Mehriban xanımın fəaliyyəti, gördüyü işlərin çoxu bizə ümumən həyata keçirilən layihələr kimi təqdim olunur. Çox hallarda cəmiyyət yalnız görülən işlərin nəticələri ilə tanış olur. Görünən odur ki, özü təbliğ olunmağı sevmir. Elə Prezidentlə birgə iştirak etdiyi bütün səfərlərdə də belə edir: kamera arxasında özü Prezidenti çəkir, İlham Əliyevin gördüyü işləri, verdiyi açıqlamaları təbliğ edir…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Patı" çəkən ana uşağını DÖYDÜ
“Ana gəlib 16 gündü bizdə olan qızı üçün gəlib. Uşağın bədənindəki izlərin hamısını da çəkmişik. Deyirəm uşağı niyə döymüsən? Deyir ki, telefona cavab verməyib ona görə”.

Zamantv.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki,sığınacağa gətirilən uşağın çiyinləri dişlək-dişlək , ayağında “qançır”lar var:

“Qıza sual verdim ki, anan səni niyə döydü? Dedi ki, anam "patı" çəkəndə onun üçün məni döyməsinin səbəbi olmur” .
Qeyd edək ki, bu məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə sorğu verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aİ Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Avropa İttifaqı Şurası xarici işlər nazirləri səviyyəsində Avropa Komissiyasının Ukraynaya kredit şəklində 1,2 milyard avroluq makromaliyyə yardımı ayırmaq təklifini təsdiqləyib.

"Zamantv.az" xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda vurğulanıb.

"Aİ Şurası Ukraynaya 1,2 milyard avroluq yardım proqramını təsdiqləyib. Aİ Ukraynada sabitliyin yaxşılaşdırılması üçün kreditlər şəklində 1,2 milyard avro təcili makromaliyyə yardımı verəcək", - sənəddə deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbov agentliyə direktor təyin etdi
Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinə direktor təyin edilib.

"Zamantv.az" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Yavər Səməd oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah hava necə olacaq? - PROQNOZ
Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyində daha bir HƏBS: idarə rəisi tutuldu
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Zamantv.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO