Rusiya müttəfiqdirsə, BƏS BU NƏDİR? - HƏQİQƏTƏN DƏ...

10:56 24.02.2022 212
Rusiya müttəfiqdirsə, BƏS BU NƏDİR? - HƏQİQƏTƏN DƏ...
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-in sosial şəbəkə hesabında 1828-ci ilin fevralında imzalanmış Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşımına etiraz bildirib. Nazirliyin mətbuat xidməti vurğulayıb ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur. Azərbaycan XİN qeyd edib ki, sözügedən müqavilədə “Şərqi Ermənistan” sözünə istinad edilmir:

“Əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi feysbuk səhifəsində Türkmənçay müqaviləsinin tarixi ilə bağlı informasiyada İrəvan və Naxçıvan xanlıqları “Şərqi Ermənistan” ərazisi kimi təqdim olunub. Məlumat üçün deyək ki, ikinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında “Türkmənçay” kəndində müqavilə bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçib. Zamantv.az-ın məlumatına görə, tarixçi Boran Əzizli “Şərq”ə açıqlamasında bildirib ki, 16 maddədən ibarət Türkmənçay müqaviləsinin heç bir yerində “Ermənistan” adı keçmir. Alimin sözlərinə görə, müqavilədə Qacar səltənəti ilə çarlıq Rusiyası arasındakı sərhəd məntəqələri, rus imperiyasının nəzarəti altına keçən Azərbaycan əraziləri dəqiq şəkildə göstərilib:

“Müqavilə mətninə “Şərqi Ermənistan” sözünün əlavə edilməsi tarixi kobud şəkildə təhrif etməkdir. Rusiyanın diplomatik sənədlərində Türkmənçay müqaviləsi bütün bəndləri ilə çap olunub. Sözsüz ki, ruslar özləri də bundan xəbərdardır. Çar Rusiyası 1828-ci il mart ayının 21-də qədim Azərbaycan torpaqlarında - İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “İrəvan vilayəti” yaratmışdı. Bu da Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyasının gələcəkdə ermənilərə Azərbaycan əraziləri hesabına “dövlət” yaratmaq istəyindən xəbər verirdi. Böyük ehtimal, Rusiya XİN-in təhrifləri bilərəkdən və qəsdən ortaya atılır, müəyyən mesajlar verilir. Bu yanaşmanı sərt şəkildə qınayırıq. Rusiya rəsmi qurumlarının təxribatçı addımı Moskva ilə Bakı arasında imzalanmış müqaviləyə də kölgə salmaq cəhdindən başqa bir şey deyil”.

B.Əzizli vurğulayıb ki, Rusiyanın Xarici İşlər Nazirliyinin belə hərəkətləri pis vərdişə çevrilib:

“Bu qurumda erməni təsiri özünü açıq-aşkar büruzə verir. Rusiya XİN dəfələrlə Xankəndini “Stepanakert” kimi yazır, Azərbaycan xalqına mənsub olan qədim toponimlərimizi özbaşına dəyişdirir. Əlbəttə, bunlar yanlış hərəkətlərdir. Əfsuslar olsun ki, Rusiyanın bəzi dövlət xadimləri, rəsmilər, deputatlar belə hələ də imperiya təfəkküründən uzaqlaşa bilmirlər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO