[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pensiya və təqaüdlərin nə qədər artırıldığı AÇIQLANDI
Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib:

Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib; Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz artım edilib. 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.
2022-ci ilin 1 yanvarından sosial müavinətlər və bəzi təqaüdlərdə də artımlar olub. Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz artırılıb.

Bəzi təqaüdlərdə isə orta hesabla 32 faiz, tələbə təqaüdlərində orta hesabla 20 faiz artım baş verib.

Ümumilikdə 722 min şəxsin (o cümlədən 132 min tələbənin) rifahına dəstək olan bu artımlar üçün də illik əlavə 194 mln. manat ayrılıb.

Sosial ödənişlərdə davamlı artım ünvanlı sosial yardımı da əhatə edir.

Ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb. Bu artım 250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı yardımların da artması ilə nəticələnir. Həmin artım üçün illik əlavə 20 mln. manat xərclənəcək.

Yeni sosial islahat mərhələsi dövlət başçısının tapşırıqları əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də nəzərdə tutur.

Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rus diversantlar təslim oldu - VİDEO
Ukraynanın Nikolayev vilayətində 4 rus diversant təslim olub.

Zamantv.az-ın yerli KİV-ə istinadla məlumatına görə, onlar silahlarını yerli sakinlərə təslim ediblər. Ukrayna Milli Polisi faktı təsdiqləyib.

Məlumata əsasən, onlar Volqoqrad vilayətində yerləşən 33-cü alayın hərbçiləri olublar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada daha 3 azərbaycanlı YARALANDI
Ukrayna-Rusiya sərhədində 3 azərbaycanlı yaralanıb.

Bu barədə Zamantv.az-a Azərbaycanın Xarkovdakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

Ukraynanın Dnepr vilayətindən Rusiyanın Belqorod şəhərinə yük maşını ilə kənd təsərrüfatı məhsulları aparan Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğlu sərhəddə atəşə tutulma nəticəsində güllə yarası alıblar.

Qeyd edək ki, Ukrayna hərbçiləri onları xəstəxanaya yerləşdiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada mer şəhəri ruslara TƏSLİM ETDİ
2020-ci ildə "Müxalifət platforması – Həyat naminə" siyasi partiyasından mer seçilən Xarkov vilayəti, Kupyansk şəhərinin meri Gennadi Matseqora şəhərin rus qoşunlarının nəzarətində olduğunu bəyan edib.

Zamantv.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, o qeyd edib ki, sabahdan uşaq bağçaları və məktəblər “adi iş rejiminə” qayıdacaq.

Bu barədə Matseqorun fevralın 27-dəki videomüraciətində deyilir.
“Dörd gün əvvəl hamı şəhəri tərk etdi: Ukraynanın Təhlükəsizlik Xidməti, prokurorluq, hərbi komissarlıq, ərazi müdafiə dəstəsi. Biz özümüz qaldıq. Tabeçiliyimdəkilər və rayon polis şöbəsi son ana qədər yanımdadır”, -Matseqora vurğulayıb.

Matseqora qeyd edib ki, şəhəri Rusiya ordusuna təslim etmək onun şəxsi qərarıdır.

“Mən bu qərarı verdim. Qərar mənimdir. Şəhərdə baş verənlərə görə məsuliyyət mənim üzərimdədir. Bütün bu müddət ərzində şəhərdə olmuşam və qalıram. Bütün həyat təminatı məsələləri mənim üzərimdədir”, - mer əlavə edib.

O, sabahdan şəhərin “adi yaşayışa” keçdiyini vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lassa qızdırması 86 nəfərin həyatına son qoydu
Bu il Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 86-ya çatıb.

"Zamantv.az" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəzin mütəxəssislərinin verdiyi məlumata görə, fevralın 14-dən 21-dək ölkədə bu təhlükəli xəstəlikdən 21 nəfər dünyasını dəyişib, 91 yeni yoluxma faktı aşkarlanıb.

Bir ildən artıqdır davam edən hazırkı epidemiyada ölüm halları 19% təşkil edir.

Nigeriyada 2021-ci ildə Lassa qızdırmasından 80-dən çox ölüm qeydə alınıb. Bu xəstəliyin əvvəlki ciddi epidemiyası ölkədə 2017-2018-ci illərdə müşahidə olunub.

Lassa qızdırması qızdırma qrupunun arenavirus ailəsinə aid olan kəskin yoluxucu xəstəlikdir. Bir sıra cəhətdən Ebola virusunun yaratdığı xəstəliyə yaxındır. Lassa qızdırması ən çox Qərbi Afrikada, o cümlədən Nigeriya, Liberiya, Qana, Qvineya və Syerra-Leonedə yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kipr hava məkanı Rusiya üçün BAĞLANDI
Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalarına uyğun olaraq, onun təyyarələrinin Kipr ərazisi üzərindən qalxması, enməsi və ya uçması qadağan edilib.

"Zamantv.az" "İnterfaks"a istinadən xəbər verir ki, Kipr hakimiyyətinin qərarı fevralın 28-i gecədən qüvvəyə minib.

"Rusiya aviaşirkətlərinə məxsus və ya onların icarəyə götürdüyü bütün təyyarələrin Kipr ərazisi üzərindən qalxması, enməsi və ya uçması qadağandır", - məlumatda bildirilir.

İstisna hallarda Kipr aviasiya orqanlarının icazəsi ilə humanitar və aviasiya-xilasetmə uçuşları, habelə icarəyə götürülmüş təyyarələr üçün uçuşların geri qaytarılmasına yol verilə bilər.

Kiprin nəqliyyat naziri Yiannis Karousosun sözlərinə görə, hakimiyyət Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Avropa İttifaqının qəbul etdiyi qərarın icrası üçün belə bir addım atıb: "Gecə yarısından (fevralın 28-i – red.) Rusiya təyyarələrinə hava məkanını bağlamaq üçün NOTAM (Qaydaların Dəyişikliyi üzrə Elektron Bildiriş – red.) verilib", - idarə rəisi "Twitter"də yazıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlər Kabineti jurnalist vəsiqəsinin hazırlanması ilə bağlı tapşırıq verdi
Nazirlər Kabineti “Media haqqında” 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.

"Zamantv.az" xəbər verir ki, sərəncamın imzalanması “Media haqqında” 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” dövlət başçısının 2022-ci il 8 fevral tarixli 1589 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qərara alınıb.

Ədliyyə Nazirliyi Medianın İnkişafı Agentliyi, Azərbaycanın Audiovizual Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

- Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

- “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Audiovizual Şura Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 30.1-ci və 59.2-ci maddələrində nəzərdə tutulmuş siyahıya dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, Audiovizual Şura, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

- Qanunun 70.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydası ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

- Qanunun 73.6-cı maddəsinə uyğun olaraq, Media Reyestrinin aparılması qaydalarının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

- Qanunun 73.8-ci maddəsinə uyğun olaraq, Media Reyestri şəhadətnaməsinin forması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Audiovizual Şura, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, qanunun 29.4-cü və 33.5-ci maddələrində nəzərdə tutulmuş xidmət haqlarının məbləğinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Audiovizual Şura və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatına dair təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın 1-ci, 6-cı, 7-ci və 8-ci hissələrinin icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci və 3-cü hissələrinin icrası Humanitar məsələlər şöbəsinə, 4-cü hissəsinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə, 5-ci hissəsinin icrası isə İqtisadiyyat şöbəsinə həvalə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ukrayna bu ölkələri unutmayacaq"
“Rusiyaya təbi qaz və neft embarqosu tətbiq olunmalıdır”.

Zamantv.az-ın xəbərinə görə, bunu Ukrayna xarici işlər naziri Dmıtro Kuleba bildirib.

L. Kuleba deyib ki, əks halda sanksiyalar Rusiyaya ciddi təsir etməyəcək: “Ukraynaya silah və humanitar yardım edən ölkələri unutmayacağıq. Xüsusən tanklara qarşı silahlara, raketlərə, atıcı silahlara daha çox ehtiyacımız var”.
Ukrayna XİN başçısı qeyd edib ki, əvvəllər ultimatumlarla danışan Rusiya məğlubiyyətlərlə üzləşəndən sonra indi sadəcə, yalnız danışmaq istədiyini bildirir: “Dünyadakı dostlarımızın yardımına görə minnətdarıq. Bu, təkcə bizim mübarizəmiz deyil”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.

Zamantv.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı prezidentlər fevralın 22-də Moskvada keçirilən Rusiya-Azərbaycan sammiti çərçivəsində ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə və Azərbaycan prezidentlərinin Rusiya ilə danışıqlar təşkil etməyi təklif etdiyini bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğanla Zelenski telefonla danışdı: “TEZ BİR ZAMANDA…”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Zamantv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında Ukrayna ətrafındakı son vəziyyət müzakirə mövzusu olub.
Ərdoğan qeyd edib ki, tez bir zamanda atəşkəsin əldə edilməsi üçün səy göstərir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO