[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşlarımız   Tezliklə Ölkələrinə Dönəcək.
Rusiya ilə Ukraniya ölkələri arasında başlanan müharibədə başqa ölkələrin də vətəndaşları zərər çəkir, təşvişə düşür ,hətda günahsız yerə dünyasını dəyişənlər də olur. Ölkəmizin Ukraniya da olan vətəndaşlarının təxliyyə olunması üçün ölkəmizin Ukraniya da olan qurumları yüksək səviyyədə failyyət göstərməkdədirlər.
"Zamantv.az" bildirir ki Ukraniyada minlərlə vətəndaşlarımızla yanaşı "Səbail" futbol klubunun 13 yaşlılarından ibarət komandasının məşqçisi Manaflı Aydın da var ki, aldığımız muəllumata görə Kiyev şəhərində hansısa binanın zirzəmisində köməksiz vəziyyətdədır.
İnanırıq ki, qüdrətli ölkəmizin qüdrətli, cəsarətli Prezidenti Cənab İlham Əliyevin səyi ilə bütün vətəndaşlarımız tezliklə ölkəmizə sağ-salamat dönəcəklər.
Vətəndaşlarımız   Tezliklə Ölkələrinə Dönəcək.

Xəyalə ibrahimli.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
310 manata görə xalasının ərini öldürüb intihara cəhd etdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində xalasının həyat yoldaşını qətlə yetirən Seymur Rəfiyevə hökm oxunub.

“Kriminalqafqaz”ın məlumatına görə, Seymur Rəfiyev borc üstündə xalasının ərini öldürüb.

Daha sonra isə özü də intihara cəhd edib. Ölən Yusif Dəmirov Gəncə şəhər tibb kollecində tarix müəllimi işləyib.

Onun qızı Sevinc Dəmirova ifadəsində bildirib ki, anası uşaq yaşlarında dünyasını dəyişib: "Atam anamın ölümündən sonra sarsıntı keçirdiyi üçün yay tətilində Bakıya mənim yanıma gəlirdi. Seymur atamdan 420 manat borc pul alıb. Atam pulu istəyəndə hər dəfə bəhanə gətirərək pulu verməyib. Seymur borcun ödənilməsi üçün təqaüd kartını atama vermişdi. Mən iyulda Seymurun kartından 110 manat çıxarıb atama verdim. Avqustda yenidən pul çıxarmaq istədikdə kartın blok olduğunu görüb atama bildirdim. Atam Seymura zəng etdi. Fikirləşdim ki, Gəncəyə qayıdanda Seymurla söhbət edib məsələni həll edərlər”.

Mərhumun qızı onu da bildirib ki, xalası oğlu Seymurla və onların ailəsi ilə münasibətləri yaxşı olub: “27 avqustda Seymur mənə zəng vuraraq atamdan borcun ödənilməsi üçün vaxt verməsini istədi. Mən də atama zəng edib bu barədə bildirəndə etiraz etmədi. Hadisə baş verən gün - 28 avqustda atamla dəfələrlə əlaqə saxlayıb hal-əhval tutmuşdum. Həmin gün axşam yenidən atamla əlaqə saxlamaq istədim, lakin telefonu açmadı. Bir müddət sonra xalam zəng edərək atamın öldüyünü dedi. Xəbəri eşidən kimi Gəncəyə gəldim. Atamın bıçaqla qətlə yetirildiyini, Seymurun polis idarəsinə çağırılan zaman intihar etdiyini Gəncəyə gələndən sonra öyrəndim. Seymurun intihara cəhd etdiyini eşidəndən sonra atamın qətli ilə əlaqəsi olduğundan şübhələndim”.

Sevinc Dəmirova xalası oğlundan şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, S.Rəfiyev Y.Dəmirovu qətlə yetirdikdən sonra polis əməkdaşları onu aparmağa gəlib. Bu zaman o paltarını dəyişmək adı ilə evə girib. Evə girdikdən sonra “essens” turşusu içərək intihara cəhd edib, lakin ölməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Seymur Rəfiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Soydaşlarımızdan Ukrayna əsgərlərinə dəstək
Ukraynanın Nikoloyev şəhərində yaşayan azərbaycanlılar şəhərə yaxın ərazidə yerləşən Makiyevkaya yardım aparıblar.

Bu barədə Zamantv.az-a Nikolayevdə yaşayan və xırda ticarətlə məşğul olan həmyerlimiz Sabir Şirinov deyib.

O bildirib ki, qardaşı Umud Şirinov və digər azərbaycanlı soydaşlarımız Makiyevka şəhərində Ukrayna əsgərlərinə yardım aparıblar.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çindən Putinin nüvə hədələrinə REAKSİYA
Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin nüvə qüvvələrini gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə gətirilməsi qərarından sonra rəsmi Pekin Moskvanı təmkinli olmağa çağırıb.

“Bütün tərəflər sakitliyi qorumalı, təmkinli olmalı və gərginliyin artmasından qaçmalıdır”, - deyə Çin XİN-in rəsmi nümayəndəsi Van Venbin bildirib.

Çin nümayəndəsi bildirib ki, rəsmi Pekin hərbi qarşıdurmanı aradan qaldırmaq və sülh yolu ilə siyasi həllə nail olmaq üçün bütün səyləri dəstəkləyir.

Mənbə: Spiegel.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna-Rusiya nümayəndə heyətlərinin görüşündə fasilə elan edildi - YENİLƏNİB + VİDEO
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlarda fasilə elan edilib.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

Görüş fasilədən sonra davam edəcək.

Mənbə: TASS

Belarusun Qomel vilayətində Rusiya ilə Ukrayna arasında danışıqlar başlayır.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir.

Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.

“Sputnik Belarus” xəbər verir ki, danışıqlarda Belarusun xarici işlər naziri Vladimir Makey də iştirak edir.

Mənbə: Sputnik Belarus

Ukrayna nümayəndə heyəti Belarusla sərhəddə Rusiya ilə danışıqların keçiriləcəyi rayona gəlib.

Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynanın üçtərəfli təmas qrupundakı nümayəndə heyətinin sədri Andrey Kostin, deputat Rüstəm Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxil olub.

Danışıqlarda əsas tələbin atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılması olduğu bildirilir.

Mənbə: Unian.net
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşaqlar zirzəmidədir", Xarkov "Qrad" atəşinə tutuldu
Bu dəqiqələrdə Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkov "Qrad"dan atəşə məruz qalıb.

Zamantv.az Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Anton Geraşinkanın telegram kanalına istinadən xəbər verir ki, onlarla ölü var, yaralıların sayı həddən artıq çoxdur.

Hadisə yerinə təcili yardımlar gedir.
Hazırda Xarkovda sakitlikdir, insanlar küçələrə çıxa bilirlər”.

Bunu Lent.az-a Xarkovda yaşayan azərbaycanlı Kifayət Cəfərova deyib. O bildirib ki, bu səhər saat 4-ə işləmiş şəhər atəşə tutuldu, indi sakitlikdir:

“Dünən isə şəhər polislərlə dolu idi. Onlar ordudan qaçan rus hərbçilərini axtarırdılar. Çoxlu əsr tutulub, ruslar çox itki verib. Ukraynaya kömək məqsədilə gələn yardımlar da Rusiyanı qıcıqlandırıb”.

Xarkovda təhsil alan tələbələrdən danışan Kifayət xanım bildirib ki, onlar üçün ən təhlükəsiz yer yataqxanaların zirzəmisidi. “Uşaqları da zirzəmidə saxlayırıq. Buranın binaları keçmişin binaları olduğundan çox möhkəmdi”.

Həyatını itirən azərbaycanlı 35 yaşlı tələbə oğlan da çox məşhur memar Katib Məmmədovun qardaşı oğludur. Ailəli idi. O, ehtiyatsızlığının qurbanı oldu.

Qalan bütün tələbələr nəzarətimizdədir. Onlara evdən çıxmamaqları qəti şəkildə tapşırılıb. Tələbələrin ünvanlarını qeyd etmişik, ərzaqları göndərilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Minlərlə əcnəbi Zelenskinin müharibə çağırışına QOŞULDU
Ukrayna prezidenti Volodimir Zelenskinin çağırışına artıq bir neçə min əcnəbi reaksiya verib.

Zamantv.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.

O bildirib ki, Rusiyaya qarşı vuruşmaq üçün beynəlmiləl legionun yaradılması effekt verib.
Malyar minlərlə əcnəbinin bu legiona qatılmaq istədiyini qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını öldürdü, qaynı və qayınanasını...
Prokurorluq Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Xətai rayon Prokurorluğundan verilən xəbərə görə, fevralın 25-i saat Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Bakıda qətl hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisə fevralın 25-dən 26-a keçən gecə paytaxtın Xətai rayonunda qeydə alınıb. 48 yaşlı Bəxtiyar Məmmədov 41 yaşlı arvadı Ülkər Məmmədovanı bıçaqlayaraq öldürüb. Daha sonra o, qaynı və qayınanasına da bıçaq xəsarətləri yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna məhkumları döyüşə buraxır - Zelenski AÇIQLADI
"Döyüş təcrübəsi olan məhkumlar həbsdən azad olunacaq və öz günahlarını ən qaynar nöqtələrdə yuya biləcək".

Zamantv.az verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti müraciəti zamanı söyləyib.

O qeyd edib ki, antiterror əməliyyatlarında iştirak edən bir sıra şəxslərdən sanksiyalar götürülür. İşğalçılarla mübarizə aparmağa hazır olan hər kəs bunu etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX və polisdən XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - FOTO
Cəlilabad rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyindən mətbuat xidmətinin Lənkəran regional qrupundan Zamantv.az-a verilən məlumata görə, onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.
DTX və polisdən XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - FOTO

DTX və polisdən XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - FOTO


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO