[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hafiz Məmmədov barəsində qətimkan tədbiri dəyişdirildi
Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.

Zamantv.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Dövlət Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.

Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
Məlumatı Hafiz Məmmədovun vəkili Orxan Cəfərbəyli APA-ya təsdiq edib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İndiyədək ölkə ərazisində 58 095 ədəd yeni nəsil NKA quraşdırılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Qurumdan verilən məlumata görə, indiyədək ölkə ərazisində 58 095 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev: “Bu gün Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha qabarıq görünür”
“Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşündə deyib.

“Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür”, - İlham Əliyev bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub.

Bu fikir aprelin 14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüş zamanı Albaniyanın Baş naziri Edi Rama tərəfindən səsləndirilib.

“COVID artıq bir növ sakitləşib və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz”, - Albaniyanın dövlət başçısı deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna-Rusiya arasında əsirlərin mübadiləsi baş tutub
Bu gün Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlanan gündən etibarən sayca dördüncü əsir mübadiləsi prosesi baş tutub.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

“Beş zabit və 17 hərbi qulluqçu dəyişdirildi. Həmçinin biri qadın olmaqla səkkiz mülki şəxs də azad edildi”, - İrina Vereşçuk öz rəsmi “Telegram” hesabında yazıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda fasilələrin verilməsini istəmir
“Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazırdır”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir” - deyə M. Zaxarova fikrini tamamlayıb.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərmin qaçırılan gün onunla birlikdə olan sinif yoldaşı məhkəmədə ifadə verib
İlkin Süleymanovun məhkəməsində növbəti şahidlər ifadə verib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Zamantv.az” xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib.

Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.

Ş.Abdıyeva bildirib ki, Nərminin itdiyi gün onu əmisi gilin küçəsində görüb.

“Mən S.Abdullayeva ilə birgə ingilis dili məşğələsindən qayıdan zaman Nərmini əmisi gilin evlərinin yanında küçədə gördüm. O, küçəni aşağıya doğru gedirdi. Küçədə birdə kənddə Malış ləqəbi ilə tanınan çoban da var idi. Sonra Nərminin itdiyini bildik, məktəbdə hər kəs bu haqda danışırdı”

Daha sonra S.Abdullayeva ifadə verib.

“Mən ozaman 5-ci sinifdə oxuyurdum, bəli sinif yoldaşımla birgə həmin küçədən keçdik lakin ətrafa fikir vermədim”.

Məktəblilərdən sonra meytin tapıldığı gün həmin küçədən keçən 3 kənd sakini ifadə verib.

Onlardan Tahir Orucov və onun qızı Nuriyə Ramazanova bildirib ki, taksi ilə küçədən keçəndə biliblər ki, meyt tapılıb.

Tahir Orucov:

“Muradı, İlkini və Nazimini gördüm birdə bildim ki, yanmış meyit var”.

Nuriyə Ramazanova:

“Mən Muradı gördüm o İlkin deyə səsləndiyini eşitdim. Ona görə İlkinin də orda olduğunu bildim”.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 15-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan - Fransa Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş olub - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş olub.

Görüşdə Palatanın tərkibindəki Qadın Professionallar Komitəsinin fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində əməkdaşlıq və mümkün layihələr, gender bərabərsizliyinin aradan qaldırılması, qadınların məşğulluq imkanların genişləndirilməsi üçün aparılan işlər müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gender bərabərliyinin təmin edilməsi ilə bağlı milli qanunvericiliyin müvafiq beynəlxalq konvensiyalar əsasında təkmilləşdirildiyini bildirib. O, əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsinin qanunla qadağan edildiyini diqqətə çatdırıb. Qadınların məşğulluq imkanların genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinə dəyişiklik layihələri hazırlandığını bildirib.

Nazir qadınların məşğulluq imkanlarının artırılması üçün icra olunan aktiv məşğulluq proqramlarını qeyd edib. Həmçinin özünüməşğulluq proqramının icrası zamanı qadınlara da üstünlük verildiyini, ötən il də daha 4400-dən çox, bu ilin ilk rübündə 1005 qadının bu proqrama cəlb olunaraq kiçik bizneslərini qurmalarına dəstək verildiyini bildirib.

S.Babayev əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslar üzrə qadınların da peşə hazırlığının təşkili işləri aparıldığını, bu işlərin davamı olaraq ötən il və bu ilin ilk rübündə 1000-ə yaxın qadının peşə hazırlığına cəlb edildiyini deyib. Son illərdə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu ilə birgə icra olunan layihələr çərçivəsində həssas qruplara aid qadınların sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək məqsədli işlər görüldüyünü diqqətə çatdırıb.

Əmək və məşğulluq, sosial təminat sahələrində aparılan islahatlar barədə məlumat verən nazir bu islahatlarda işəgötürənlərlə, habelə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında təmsil olunan şirkətlərlə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

Palatanın İdarə Heyətinin sədri Teybə Quliyeva sosial sahədə, həmçinin əmək müansibətləri, məşğulluq sahələrində aparılan islahatları maraqla izlədiklərini, nazirlik və Palata arasında əmək, məşğulluq sahələrində islahatlara dair fikir və məlumat mübadilələrinin aparılması, gələcək birgə layihələrin müzakirəsi üçün belə görüşlərin önəmini qeyd edib. Görüş mövzu ətrafında fikir mübadilələri ilə davam edib.

2014-cü ildə yaradılan Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının əsas missiyası Azərbaycan ilə Fransa arasında biznes və ticarət əlaqələrini daha da inkişaf etdirməkdir. Hazırda 50-yə yaxın yerli və beynəlxalq şirkət Palatanın üzvüdür.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya XİN: ATƏT-in Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı
“Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanması üçün əsas rolunu oynamağa hesablanıb”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Mariya Zaxarova bildirib ki, qeyd etdiyi mövzu bu il aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqlarında, eləcə də bir gün əvvəl Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı müzakirə edilib.

“Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır”, - deyə M.Zaxarova əlavə edib.

M.Zaxarova həmçinin əlavə edib ki, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir

“Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün də regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar atmaq tələb olunur”, - deyə M.Zaxarova söyləyib.

M.Zaxarova əlavə edib ki, Rusiya tərəfdən İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - M.Zaxarova fikrini tamamlayıb.

Mənbə: Mid.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərişıq" Qarabağda olan abunəçilərinin sayını AÇIQLADI
"Azərişıq" ASC-nin işğaldan azad edilmiş ərazilərdə 600-dən çox abunəçisi var.

"Zamantv.az" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

"Bu say getdikcə artır. Təkcə Şuşa şəhərində isə 250-dən çox abunəçi qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abunəçilərdən gedir", - deyə o, qeyd edib.

"Şuşa da daxil olmaqla Qarabağda şirkətlər fəaliyyət göstərir. Onların işini asanlaşdırmaq üçün daim yeni enerji mənbələri yaradırıq, xətlərimizi yeniləyirik. Hazırda bizim Kəlbəcərdə və Laçın dəhlizində işlərimiz gedir. Laçında müvafiq qurumların binalarını, hərbi hissələri elektrik enerjisi ilə təmin etmək üçün işlər aparırıq. Eyni zamanda Zəngilanda tikilən hava limanını, rayonun Ağalı kəndini elektrik enerjisi ilə təmin etmək üçün işlərimiz gedir. Hardrutda və Füzulidə yeni yarımstansiyamız tikilir. İşğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlər bu gün Aəzrbaycan işığı ilə təmin olunur" - deyə V.Aydınoğlu əlavə edib.

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür