[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 600 dollara görə nənə və nəvəsi amansızlıqla öldürüldü
Xəbər verdiyimiz kimi 18 il əvvəl Bakının Yasamal rayonunda baş verən qətlin üstü açılıb.

Baş Prokurorluqdan Zamantv.az-a verilən məlumata görə, 2004-cü il aprelin 24-ü paytaxtın Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayan 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın birgə yaşadıqları mənzildə üzərlərində çoxsaylı xəsarətlər olan meyitlərinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Lakin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılIb.

Bu il aprelin14-ü Baş Prokurorluğun İstintaq idarəsinin iş üzrə icraat təzələnməklə keçirdiyi istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisəsində saxlanılan Anar Ağalarov qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə quldurluq etmək məqsədi ilə 2004-cü il aprelin 24-ü saat 18:30-da Rəhilə Cəlilovanın yaşadığı mənzilə daxil olduqda həmin vaxt orada qadının nəvəsi Aygün Əzizovanın da olduğunu görüb. Özləri ilə və mətbəxdən götürdükləri bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürüb, daha sonra mənzildə olan 600 dolları(təxminən 1020 manat) məbləğində pul vəsaitini götürüb hadisə yerini tərk ediblər.
Toplanmış mötəbər sübutlar əsasında Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq-sağlamlığa ağır zərər vurmaqla) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mariupola ilk dəfə uzaqmənzilli bombardmançı təyyarələrlə zərbələr endirildi
Rusiya hərbçiləri Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələrini tətbiq ediblər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinq zamanı bildirib.

Onun sözlərinə görə, aviazərbələr Mariupol şəhərinə endirilib.

“Hazırda Rusiya Federasiyası şərq əməliyyat zonasında hücum qruplaşmasının yaradılmasını tamamlayır”, - deyə Motuzyanik vurğulayıb.

Mənbə: unian.net
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya 18 avropalı diplomatı arzuolunmaz şəxs elan etdi
Rusiya Aİ-nin Moskvadakı nümayəndəliyinin 18 əməkdaşını “persona non-qrata” elan edib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, onlar yaxın vaxtlarda ölkəni tərk etməlidirlər.

Məlumata görə, aprelin 15-də Aİ nümayəndə heyətinin rəhbəri Markus Ederer Rusiya XİN-ə çağırılıb və ona aprelin 5-də Rusiya Federasiyasının Aİ və Avropa Atom Enerjisi Birliyi yanındakı daimi nümayəndəliyinin 19 əməkdaşının arzuolunmaz şəxs elan edilməsinə görə etiraz bildirilib.

Mənbə: RİA Novosti
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qısqanclıq zəminində anasını öldürməyə cəhd edən şəxs hakim qarşısına çıxarılır
Bakıda anasını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, 17 oktyabr 2021-ci il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədən bütün ölkələrə kərə yağı ixracı QADAĞASI: Azərbaycandan başqa
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Şimali Kipr və Azərbaycan istisna olmaqla kərə yağının ixracına qadağa qoyub.

Zamantv.az” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu qərar ölkədə kərə yağı çatışmazlığının qarşısını almaq, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib.

Bu ilin I rübündə Türkiyə 34 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 dəfə çoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədən bütün ölkələrə kərə yağı ixracı QADAĞASI: Azərbaycandan başqa
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Şimali Kipr və Azərbaycan istisna olmaqla kərə yağının ixracına qadağa qoyub.

Zamantv.az” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu qərar ölkədə kərə yağı çatışmazlığının qarşısını almaq, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib.

Bu ilin I rübündə Türkiyə 34 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 dəfə çoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Efirdəki davalarla bağlı TV-lərə XƏBƏRDARLIQ
Audiovizual Şura televiziya yayımçılarına xəbərdarlıq edib.

Zamantv.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb.

Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən, qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb:

“Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı.

Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir.

Audiovizual Şura yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən, qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Federasiya prezidenti: “Qarabağda yarış keçirilməsi üçün təqvimdə tarix seçildi” - MÜSAHİBƏ
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra qurumun mətbuat xidmətinə müsahibə verib. Zamantv.az həmin müsahibəni təqdim edir:
– Öncə İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər barədə danışmaq istərdik. Hansı qərarlar qəbul edildi?
– Əsasnaməyə görə, Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsi ildə ən azı iki dəfə toplaşmalıdır. 2022-ci ildəki ilk iclasda Azərbaycan şahmat həyatının gələcəyi baxımından çox mühüm qərarlarla bağlı fikir mübadiləsi aparıldı. İcrakomun bütün üzvlərinin iştirak etdiyi görüşdə nizamnaməyə dəyişikliklərə baxıldı. Sonra cari il üçün federasiyanın büdcəsi təsdiq olundu. Vacib məsələlərdən biri yığma komandaların formalaşma prinsipi müzakirə edildi. İcraiyyə Komitəsi şahmatçıların milli komandalara hansı şərtlərə əsasən dəvət olunacağını müəyyənləşdirdi. Bu qərardan asılı olaraq həm də təqaüd alacaq şahmatçılar məlum olacaq. Gündəlikdə müzakirə edilən məsələlərdən biri təqvimlə bağlı idi. Müzakirələrdən sonra 2022-ci ildəki təqvim dəqiqləşdirildi. Ölkədəki yarışların və beynəlxalq turnirlərin tarixlərinin üst-üstə düşməməsi çox vacibdir. Eyni zamanda federasiyanın nəzdində fəaliyyət göstərəcək daimi komissiyalara rəhbər şəxslərin namizədliyinə baxıldı.
Federasiya prezidenti: “Qarabağda yarış keçirilməsi üçün təqvimdə tarix seçildi” - MÜSAHİBƏ
– 2022-ci ildə Azərbaycanda beynəlxalq şahmat yarışlarının keçirilməsi gözlənilir?

– İclasda həmçinin 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının bu il keçirilməsi müzakirə edildi. Bu yarış 2 il öncə Naxçıvanda təşkil olunmalı idi. Koronavirus pandemiyasına görə bir çox yarışlar, o cümlədən yeniyetmələrin Olimpiadası təxirə salındı. Ölkəmizin bu yarışla bağlı Beynəlxalq Şahmat Federasiyası qarşısında öhdəliyi var. Son günlər karantin qaydalarının yumşaldılmasını nəzərə alaraq, 2022-ci ildə mötəbər yarışın Naxçıvanda baş tutacağına inanırıq. Bilirsiniz ki, 2019-cu ildə Türkiyədə keçirilən son yarışda ölkəmizin 16 yaşlılardan ibarət komandası olimpiadanın qalibi olub. Bu il ev sahibi kimi növbəti dəfə uğurlu çıxış etməyə çalışacayıq.

Cari il həm də Qarabağ torpaqlarında şahmat yarışının təşkili baxımından əhəmiyyətli ola bilər. İcraiyyə Komitəsində Qarabağda – işğaldan azad olunan torpaqlarda beynəlxalq turnirin keçirilməsi təklif olundu. Şahmat üzrə superturnirin təşkili məsələsi müzakirə edildi. Bunun üçün şahmat təqvimində tarix seçildi. Qərara alındı ki, federasiya bu yarışla bağlı Gənclər və İdman Nazirliyinə müraciət hazırlasın.
Federasiya prezidenti: “Qarabağda yarış keçirilməsi üçün təqvimdə tarix seçildi” - MÜSAHİBƏ
– Tanınmış məşqçi Mixail Şereşevski Bakıda səfərdədir. Maraqlıdır ki, məşqçi ilə müqavilə hansı müddətə nəzərdə tutulub?

– Tanınmış pedaqoq, məşqçi Mixail Şereşevski bir müddət Azərbaycan şahmatçıları ilə işləyəcək. Onların hazırlığı, inkişafı barədə bizə məlumat verəcək. İcraiyyə Komitəsində Şereşevskinin müqaviləsi müzakirə edildi və 6 aylıq razılaşmanın imzalanması barədə qərar qəbul edildi. Şereşevski 6 yaş kateqoriyası üzrə yeniyetmə və gənc şahmatçılara baxış keçirəcək. Fikrimizcə, belə təcrübəli pedaqoq və məşqçinin şahmatçılarımıza böyük faydası olacaq.
– İclasın sonunda Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüş oldu. Şahmatçılardan belə yüksək nəticə gözləyirdinizmi?

– İlk dəfə olaraq Avropa çempionatında 4 şahmatçımız Dünya Kubokuna vəsiqə qazandı. Ümumiyyətlə, təmsilçilərimiz Sloveniyada parlaq oyunlar nümayiş etdirdi. Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Çexiyanın ən güclü şahmatçısı David Navaranı məğlub edən Abdulla çox gözəl oyun göstərdi və bir müddət yarışın vahid liderinə çevrildi. Millimizin üzvü Gövhər Beydullayeva qadınlar arasında çempionatın ən yüksək nəticəsinə imza atdı. Reytinqini 70 əmsal artırdı və qadınlar arasında beynəlxalq qrossmeyster oldu. Gövhərin Dünya Kubokuna vəsiqə qazanması üçün yarım xalı kifayət etmədi. Read Səmədov kişilərin yarışında ilk qrossmeyster balını topladı. Bildirmək istərdim ki, federasiya olaraq şahmatçıların nəticələrini daim nəzarətdə saxlayırıq, onların daha böyük qələbələr qazanması üçün lazımi işlərin həyata keçirilməsinə çalışırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Toyda siyahı yazmaq İlkinə tapşırılmışdı, gecə 1-də...” - Nərmin işində qalmaqallı ifadə
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baş tutan prosesdə iki məktəbli – Şəmsiyyə Abdiyeva və Sevinc Abdullayeva ifadə verib. Onlar Nərmin Quliyeva itkin düşdüyü gün onu əmisigilin evinin yaxınlığında görüblər.

Nərmin Quliyevanın qohumları ifadələrində onun 2019-cu il noyabrın 21-də saat 14.00-14.30 radələrində əmisigilə gəlib gödəkçəni verdiyini, oradan çıxıb üzbəüz yaşayan digər əmisigildən də başqa bir gödəkçəni götürüb dərhal getdiyini iddia edib.

İttihamda da iddia olunur ki, İlkin Süleymanov uşağı saat 15.00-da oğurlayıb.

Lakin məhkəmədə dindirilən məktəblilər Nərmini axşamüstü saat 16.00-17.00 arası əmisigilin evinin yanında gördüyünü deyir. Uşaqlar bu dediklərini konkret sübutla əsaslandırıblar: “Biz hazırlıqdan çıxıb gəlirdik. Hazırlığımız saat 4-də bitir. Müəllim bizi ondan sonra buraxır. Biz müəllimin evindən çıxıb bir xeyli gəlmişdik. Nərmini gördük. Onun yanından keçəndən sonra kənddəki çoban “Malış”la rastlaşdıq”.

Hazırda yol qəzasına görə həbsdə olan şahid Zakir Vəliyev də məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, uşaq itkin olduğu və Süleymanovlara məxsus evdə saxlandığı iddia olunan 47 gün ərzində dəfələrlə İlkinlə görüşüb. Onun sözlərinə görə, o müddətdə İlkin dəfələrlə toy, yas məclislərində olub: “Dekabrın 16-da İlkinlə birlikdə ciyəraxşamında olmuşam, ertəsi gün də toy idi. Toy günorta saat 2-də başlayırdı. Siyahı yazmaq İlkinə tapşırılmışdı. Ona görə tez getdik. Biz axşam saat 10-da qayıtdıq, İlkin isə pul siyahısı yazdığına görə gecə saat 1-ə qədər qalmışdı. Onu sonradan gecə saat 1-də toy sahibi Kamran özü evlərinə aparmışdı".

Cinayət işinin materiallarında İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da saxlandığı göstərilsə də, indiyədək məhkəmədə dindirilən bütün şahidlər onun yanvarın 6-da – yanmış meyit tapılandan dərhal sonra polisə aparıldığını və ondan sonra buraxılmadığını bildiriblər. Zakir Vəliyev də bunu təsdiqləyib. O bildirib ki, onun özünü də yanvarın 7-də Tovuz rayon Polis Şöbəsinə aparıb hədələyiblər. Həmin vaxt İlkin Süleymanov da orada olub: “Rəis müavini Şahlar Cəfərov deyirdi ki, sən öldürmüsən, sən yandırmısan? Dedim ki, mən uşağı niyə öldürüm axı... İlkinin də üstünə qışqırırdılar”.

Proses bu gün günün ikinci yarısında davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərlotoreya"nın da altından MİKAYIL CABBAROV ÇIXDI...
Zamantv.az - “Hürriyyət”in ötən nömrəsində və Hurriyyet.az saytında dərc olunan “Milyonların həyatını “pozub”, milyonlar qazanan “Azerlotereya”” sərlövhəli yazıda bu sahədə mövcud olan neqativlərdən yazmışdıq. Qeyd etmişdik ki, Azərbaycanda qüvvədə olan qanunun tələblərinə uyğun olaraq lotoreya keçirən təşkilatçı satış fondunun 80 faizini uduşa yönəltməli olsa da, əslində, bu rəqəm 10 faizi keçmir.

Qeyd edək ki, bu gün Tovuzun Cırdərə kəndində baş verən bir olay da dediklərimizi təsdiq edir. Əldə etdiyimiz məlumata görə, kəndin imanlı sakinlərindən biri “Azerlotereya”nın bilet satış məntəqələrindən birinə yaxınlaşaraq, hələ açılmamış bütöv bir bağlama (“paçka”) bileti satın alıb. Bundan sonra elə həmin ərazidəcə biletləri bir-bir pozmağa başlayıb. 10 min manat verib aldığı biletlər yekunda cəmi min manatlıq uduş qazandırıb. Vətəndaş bu fakta etiraz etdikdə, bilet satıcıları ilə arasında qalmaqal yaşanıb və nəticədə işə polis qarışmalı olub...

Bu haqda məlumat verən mənbənin sözlərinə görə, lotoreya satışı zamanı uduşlu biletlər regionlar üzrə bərabər paylanılır. Yəni uduş fondu hər bir bağlamadakı biletlərə əsasən müyyən olunur və qanunla hər “paçka”da olan biletlər 80 faiz uduş verməlidir. Odur ki, “Azerlotereya”nın bu fırıldağının üstünü açan vətəndaş haqlı olara öz etirazını bildirdikdə, satıcılarla arasında münaqişə yaranıb.

Onu da qeyd edək ki, ümumiyyətlə, satılan biletlər üzrə uduş fondunun nə qədər olması barədə heç bir maliyyə hesabatı verilmir. Hansı ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilir. Çox maraqlıdır ki, belə bilgilər Azərbaycanda nəinki “Azərlotoreya” tərəfindən verilir, ümumiyyətlə, heç bir dövlət qurumundan bu barədə bilgi almaq mümkün deyil. Bu da ilk növbədə uduş fondları ilə bağlı ciddi şübhələrin yayılmasına səbəb olub.

Yeri gəlmişkən, “Azerlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyində baş verən dəyişiklilərdən sonra, müəyyən şəxslər bu sahəni tamamilə öz monopoliyalarına almağa çalışırlar. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, hazırda ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. İddia olunur ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu və onun kadrı kimi tanınan C.Fərəcullayev qeyri-rəsmi olaraq “Azerlotereya”ya nəzarət etməyə və bu sahəni tamamilə öz inhisarına almağa çalışır. O, ilk növbədə bütün keçmiş işçiləri, hətta sıradan satıcıları belə, sözügedən biznes şəbəkəsindən uzaqlaşdırmaq üçün bütün yollara əl atır. Cahangir Fərəcullayev öz niyyətinə çatmaq üçün hətta bir müddət zərərlə işləməyi də gözə alıb.

Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata əsəsən, C.Fərəcullayevin göstərişi ilə bölgələrdə lotoreya biletləri xüsusi şəxslər tərəfindən topdansatış qiymətindən də aşağı satılır. Məsələn, Gəncədə topdansatış qiyməti 95 qəpik olan biletlərin maşınlarla 90 qəpikdən satıldığı haqda məlumatlar var. Beləliklə də, Cahangir Fərəcullayev köhnə satıcıları tamamilə sıradan çıxarmağa və öz istəyinə çatmağa çalışır.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. //Hurriyyet.az//

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK