[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bəzi yerlərdə qar yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Zamantv.az"a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AzerGold” QSC-də ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
"Zamantv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.

Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin Cəmiyyət üçün əlamətdar dövrə, şirkətin fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf etdiyini xatırladıb. Səhmdar Cəmiyyətin bu illər ərzində kifayət qədər uğurlu yol qət etdiyini deyən sədr ötən il Prezident İlham Əliyevin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə gerçəkləşdirdiyi tarixi səfərinin şirkətin fəaliyyətinə verilən ən yüksək qiymət və əlavə stimul olduğunu diqqətə çatdırıb. Zakir İbrahimov dövlət başçısının dağ-mədən sahəsinin ölkənin qeyri-neft sektorunda aparıcı sahəyə çevrildiyini xüsusilə vurğuladığını və şirkətin fəaliyyətinə dair bir sıra vacib tapşırıqlar verdiyini qeyd edib.

İdarə Heyətinin sədri bildirib ki, Cəmiyyətin strategiya sənədi çərçivəsində əlvan və qara metal yataqlarının yol xəritəsinə uyğun vaxtında və səmərəli icrası ilə dağ-mədən sənayesi qeyri-neft sektorunun əsas sahəsi kimi iqtisadiyyatın davamlı tərəqqisinə əlavə töhfələr veriləcək. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı bu sahənin gələcək inkişafında böyük rol oynayacaqdır. Z.İbrahimov ötən il Cəmiyyət tərəfindən “Tutxun” qızıl təzahürü sahəsində başlanılan ilkin tədqiqat işlərinin gələcəkdə təkcə Kəlbəcər deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyinə əmin olduğunu qeyd edib, şirkətin bundan sonrakı mərhələlərdə də dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcəyini vurğulayıb.

İdarə Heyətinin sədri strateji hədəflər çərçivəsində ötən il də hasilat, satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlərin plandan daha artıq və tam qrafik üzrə yerinə yetirildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Müşavirədə qızıl, polimetal və dəmir filizi yataqları üzrə görülmüş işlər, qiymətli metalların beynəlxalq və daxili bazarlarda satışı, geoloji kəşfiyyat və tədqiqat işləri, maliyyə göstəriciləri, törəmə şirkətlərin fəaliyyəti və digər istiqamətlər üzrə əldə edilmiş nəticələr barədə məlumat verilib.

Qeyd edilib ki, ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb. Hesabat ilində hasilat göstəriciləri 61.5 min unsiya qızıl, 134.4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb.

İclasda, həmçinin ölkədə metallurji xammal bazasının formalaşdırılması istiqamətində nəzərdə tutulmuş layihələr də müzakirə edilib. Qısa müddət ərzində dəmir filizi yataqlarının hasilata verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurji məhsulların istehsalı üçün xammala tələbatın təmin edilməsi istiqamətində atılacaq addımlar və ölkə iqtisadiyyatına veriləcək töhfələrdən bəhs olunub. İdarə Heyətinin sədri bu məqsədlə fəaliyyətin 2 mərhələ üzrə təşkil edilməsinin planlaşdırıldığını qeyd edib. Birinci mərhələdə

yüksək dəmir tərkibli filiz konsentratının, ikinci mərhələ üzrə isə birbaşa reduksiya edilmiş dəmirin (və ya isti briketləşdirilmiş dəmirin) istehsalının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra müvafiq şöbələrin rəhbərləri cari ildə görülmüş işlər və layihələrin icra vəziyyətinə dair təqdimatlarla çıxış ediblər.

Z.İbrahimov yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün sahələr üzrə artım dinamikasının qorunub saxlanılması, qızıl və gümüş məhsullarının daxili pərakəndə satışı, zərgərlik bazarının inkişafına töhfələrin verilməsi, kadr hazırlığı, Cəmiyyətin əsas prioritet sahələrindən biri olan korporativ sosial məsuliyyət və ətraf mühitin mühafizəsi tədbirləri barədə müvafiq tapşırıqlarını verib. Müşavirədə 2022-ci ilin birinci yarımilində görüləcək işlər diqqətə çatdırılıb və tədbirə yekun vurulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ramiz Mehdiyev AMEA prezidentliyindən getməlidir” - Tarix İnstitutunun baş direktorundan ÇAĞIRIŞ
“Azərbaycanın elm tarixi salnaməsində 1945-ci ildə yaradılmış Elmlər Akademiyası mühüm yer tutur. Elmlər Akademiyası həmin dövrdəki elmi elitanı birləşdirərək, Azərbaycan elminin mərkəzinə çevrildi. Akademiya tarixən formalaşmış elmi ənənələri davam etdirməklə bərabər, prioritet elmi istiqamətləri də inkişaf etdirdi”. Zamantv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib.

K. Şükürov deyib ki, Azərbaycan Elmlər Akademiyasının inkişafında, yeni elmi çağırışlara vaxtında cavab verməsində və elmi tədqiqatların yüksək səviyyədə təşkilində akademiya prezidentlərinin xüsusi rolu olub: “Akademiyanın ilk prezidenti Mir Əsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983) və digərləri Azərbaycan elm tarixində özünəməxsus iz qoyub. Akademiyanın İstiqlaliyyət küçəsində yerləşən Rəyasət Heyəti yaxınlığında Yusif Məmmədəliyevə qoyulan heykəl elmə sədaqətlə xidmətin simvolu kimi hörmətlə yad edilir. Ramiz Mehdiyevin 2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoydu. Ölkə rəhbərliyinin etimadı və dövlət idarə sistemində müəyyən təcrübəyə malik olan Ramiz Mehdiyev bu vəzifəyə gələndə belə təsəvvür var idi ki, o, bu təcrübədən istifadə edərək Azərbaycan elminin təşkili və yeni nailiyyətlər əldə edilməsinə mühüm töhfələr verəcək. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edildi. Akademiya elmin müasir inkişaf tendensiyalarına uyğun olaraq, yenidən təşkilatlanmadı, əksinə bürokratikləşdirilməyə başlandı. Ən əsası isə akademiya elminin idarə edilməsi sahəsində səriştəsizlik göstərildi. Elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi və inkişaf etdirilməsində xüsusi rolu olan mövcud koordinasiya şuraları parçalandı, az sonra bu dəfə hədsiz dərəcədə mərkəzləşdirildi. Əsas elmi tədqiqat mərkəzləri olan elmi tədqiqat institutlarının strukturunun yeni çağırışlara uyğun olaraq təkmilləşdirilməsi əvəzinə, burada da kosmetik dəyişikliklər həyata keçirildi. Baş direktor və icraçı direktor vəzifələri təsis edildi ki, bunlar da işin keyfiyyətinə ciddi təsir edə bilmədi. Bu cür mənasız eksperimentlər digər sahələrdə də davam etdirildi”.

K. Şükürov qeyd edib ki, Akademiya həyatının əsas sənədi olan, Nizamnamə də dünya elminin inkişafının müasir tələblərindən geri qalır: “Akademiya üçün xarakterik olan demokratik idarə üsulu yaradılmasının əksinə olaraq, onun prezidentinin səlahiyyətlərinin daha da artırılmasının təsdiqinə xidmət edir. Ramiz Mehdiyev pandemiya şəraitinin tələblərinə uyğun olaraq akademiyanın səmərəli fəaliyyətini təşkil edə bilmədi, vəziyyətdən sui-istifadə edərək şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı. AMEA sisteminə daxil olan institutların rolu demək olar ki, heçə endirildi. Azərbaycan elminin uzun müddət ərzində formalaşmış elmi potensialına da ciddi zərbə vuruldu. Perspektivli alimlərin bir hissəsi akademiyanı tərk etdi. İşini davam etdirən elm fədailəri isə normal elmi tədqiqat imkanlarından məhrum edildi. Beləliklə, akademiya dövlətin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə nail ola bilmir. Akademiyanın fəaliyyətinin əsas istiqaməti kimi elmi tədqiqatların prioritetləri bir tərəfə atıldı, nəticədə elə bir dözülməz vəziyyət formalaşdı ki, akademiya müasir elmi çağırışlardan kənarda qaldı. Pandemiya Azərbaycanın müvafiq elm sahəsini də sınağa çəkdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu sahədə akademiya ciddi bir addım ata bilmədi”.

Tarix İnstitutunun baş direktorunun sözlərinə görə, Ramiz Mehdiyev AMEA-nı elə bir ümidsiz vəziyyətə gətirib ki, gənclər arasında elmə maraq azalıb, doktorantura və dissertanturaya müəyyən edilmiş yerlərin əksəriyyəti boş qalır: “AMEA rəhbərliyi tərəfindən əməkdaşların əmək haqqının artırılması, sosial müdafiəsinin yüksəldilməsi istiqamətində də real bir iş görülmür. AMEA daha çox məhkəmə qalmaqalları ilə gündəmə gəlir. Bu da ictimaiyyət arasında akademiyanın işgüzar nüfuzuna ağır zərbə vurur. Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda itkin düşən yaşlı kişi axtarılır
Bakıda kişi itkin düşüb.

Bu barədə Zamantv.az -ın itkin düşən şəxsin kürəkəni Elşad Soltanlı məlumat verib. Onun sözlərinə görə, 72 yaşlı Məmmədhəsənov Sahib Məmiş oğlu yanvarın 30-da paytaxtın Binəqədi rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Məlumata görə, S. Məmmədhəsənovun yaddaş pozuntusu var.
Bakıda itkin düşən yaşlı kişi axtarılır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kişi özünü zirzəmidə öldürdü
Bakıda intihar baş verib.

Zamantv.az -ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində yaşayan 38 yaşlı Ramal Özüxan oğlu Həbiyev yaşadığı binanın zirzəmisində özünü asıb.

Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblərdə azyaşlılar nəzarətsiz buraxılanda BELƏ OLUR - VİDEOFAKT
Bir neçə gündür ki, sosial şəbəkələrdə şagirdlərin məktəblərdə qeyri-etik davranışları ilə bağlı məlumatlar yayılır.

Bu məlumatların içərisində ən acınacaqlısı Cəlilabad rayonu, Göytəpə şəhər 1 nömrəli məktəbdə yaşanan vəziyyətin varlığıdır. Belə ki, bu təhsil müəssisəsində tərbiyəvi işlər demək olar ki, acınacaqlı durumdadır. Yəni, həyata keçirilmiş video-çəkilişlərdən görünür ki, 5-ci və 6-cı sinif şagirdləri məktəbin həyətində açıq-aşkar şəkildə siqaret çəkirlər.

Zaman.tv xəbər verir ki, GundemXeber.Az-a verilən məlumata görə rəhbərlik məktəbin 2-ci və 3-cü sinif şagirdlərinə odun daşıtdırır ki, bu da onların əməyinin istismar olunması demək olur. Bu təhsil müəssisəsində baş alıb gedən hər cür hoqqalara RTŞ müdiri Ağaxan Ağayev göz yumduğundan, məktəbin direktoru bugünkü idarəçiliyini “Vur çomağım, vur!” prinsipi ilə həyata keçirir. Çünki, o, bilib dərk edir ki, RTŞ-nin müdiri onun əsas himayədarıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gündən peyvəndlənməyə dair yeni tələblər olacaq - Diqqət!
Bu gündən etibarən dövlət orqanlarının bütün əməkdaşları ən azı 2 doza peyvənd olunmalıdır. Zamantv.az Trend-ə istinadla xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun 2021-ci il dekabrın 11-də imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən bu gündən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO rus sülhməramlıları Qarabağdan çıxara bilərmi? - Stoltenberqin çağırışının detalları...
NATO baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı tələb irəli sürüb. NATO baş katibi vurğulayıb ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. “Yeni Müsavat”ın xəbərinə görə, NATO baş katibinin bu tələbi Rusiyanın MDB məkanında separatizmi dəstəklədiyinin açıq ifadə olunması anlamı daşıyır. Çünki Rusiya qoşunları Ukrayna, Gürcüstan və Moldovada birmənalı şəkildə separatçıları müdafiə etmək vəzifəsini yerinə yetirir.

Bəs Stoltenberqin bu açıqlamasının Xankəndində məskunlaşmış erməni separatçılarına ağır zərbə olacağına, Rusiya sülhməramlılarının ərazimizdən çıxacağına ümidləri artırdığını ifadə edirmi? Rusiya sülhməramlıları 2021-ci il noyabrın 10-da Qarabağa gətirilib. Və bu, məlum bəyanatdan sonra baş verib. Amma digər ölkələrdən fərqli olaraq, Rusiya bura zorla deyil, Azərbaycanın razılığı ilə gəlib. Belə olan təqdirdə NATO baş katibinin məlum açıqlamasını öz xeyrimizə yozmağımız doğrudurmu? Ümumiyyətlə, NATO rus sülhməramlıları Qarabağdan çıxarmaq gücündədirmi? Hətta nəzəri olaraq, rus sülhməramlıları bölgədən çıxsa, onları kim əvəzləyəcək?

Həmin açıqlama Rusiyaya qarşı yönəlmiş olsa da, əslində MDB məkanında mövcud olan separatizm fəaliyyətini də birbaşa hədəfə alır. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçıların narahatlıq keçirmələri üçün ciddi səbəblər mövcuddur. Amma fərq ondadır ki, rus qüvvələri Qarabağa müqavilə əsasında yerləşiblər və fəaliyyət müddəti başa çatmayıb. Əgər 2025-ci ildə 6 ay qalmış tərəflərdən birinin razılığı olmasa, onlar getməlidirlər, getməsələr, NATO və Qərbdən bu çağırışlar səslənməlidir.

Zamantv.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat” bildirdi ki, NATO baş katibi belə açıqlama versəydi, bizim faydamıza olardı: “O ölkələrin adlarını çəkib ki, NATO üzvlüyünü hədəf qoyublar. Bizim belə hədəfimiz yoxdur. Amma gərək ayrı-seçkilik etməzdi. Sadəcə, biz rus hərbi qüvvələrinin Qarabağdan çıxmasını istəyirikmi? Çünki hələ 4 il var. Biz rəsmi şəkildə bu tələbi dilə gətirmirik”.

E.Şahinoğlu hesab edir ki, Ukrayna, Gürcüstan və Moldova rəsmi şəkildə rus qoşunlarının çıxmasını tələb edir: “Biz ictimaiyyət olaraq rus sülhməramlılarının çıxmasını istəyirik. Ancaq rəsmi deyilmir ki, rus qüvvələri getsinlər. Azərbaycan hökuməti düşünür ki, müqavilədə göstərilib, 4 il sonra 6 ay qalmış getməlidirlər. Ona görə NATO baş katibi özünə yaxın ölkələrin adlarını çəkib. Bundan başqa, Stoltenberq Kremlə demək istəyir ki, sən bizə qarşı çox tələb irəli sürürsən, elə bizim də tələblərimiz var. Bu, Rusiyaya xatırlatmadır ki, tək Ukraynadan deyil, Gürcüstan və Moldovadan da çıxmasını tələb edirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüşvətə görə həbs edilən sabiq TSEK sədrinin cəzası azaldılıb
Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının (TSEK) sədri vəzifəsində işləmiş Katib Məmmədov barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Zamantv.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, K. Məmmədovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Katib Rəsul oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Katib Məmmədovun həmin vəzifədə işləyərkən ayrı-ayrı vaxtlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin “Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yol Xəstəxanası” MMC-nin Stasionar şöbəsinin müdiri və eyni zamanda həmin xəstəxananın Həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləmiş Həsənov Səftər Faiq oğlu, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Şəhər klinik xəstəxanasında tibb işçiləri Babayeva Kəmalə Təbriz qızı, Rzaquliyeva İradə Calal qızı və 32 saylı Birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin müdiri Əsgərov Mirzə Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq müxtəlif vətəndaşlara əlillik dərəcələrinin təyin olunmasına köməklik göstərilməsi məqsədilə rüşvət müqabilində qanunsuz qiymətləndirmə və qeyri-obyektiv müayinələrin aparılması yolu ilə saxta tibbi sənədlər hazırlayıb müvafiq sistemə daxil etməsinə, habelə yol verdiyi həmin qanunsuz hərəkətləri qarşılığında ümumilikdə 4 şəxsdən cəmi 12 min 200 manat pul vəsaitini şəxsən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Katib Məmmədov və qeyd edilən digər şəxslərə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Məmmədov 9 il azadlıqdan məhrum edilib, digər təqsirləndirilən şəxslər isə şərti, bəziləri isə 1 il islah işlərinə məhkum ediliblər.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO