[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər" - Prezidentə müraciət olundu
7 saylı cəzaçəkmə müəsissəsində ölüm aclığı keçirən məhkum Qubuşov Tural Tağı oğlunun bacısı Qubuşova İradə Azinforum.az vasitəsilə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, qardaşı ilə bağlı məsələni nəzarətə götürməyi xahiş edib: “Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər. Ortada ölən də yoxdur. Saxta ittihamlar əsasında ona 18 il iş veriblər. Bütün bu şərlənmə kampaniyasının arxasınd daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev durur. İşə obyektiv baxılsa onun hansı saxtakarlıqlara imza atdığı üzə çıxacaq. Qardaşımın səhəti çox ağırdı, xahiş edirəm haqq-ədalətin bərpa olmasına tardımçı olun”.
Azinforum.az olaraq müraciətdə adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazır olduğumuzi bildiririk. Eyni zamanda, Penitensiar Xidmətdən bu məsələ ilə bağlı mövqe bildirmələrini xahiş edirik.

Mövzuya qayıdacayıq… //azinforum.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboydakı dəhşətli qətlin TƏFƏRRÜATI
Goranboyda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri - 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranan münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilərin növbəti təxribatı: Sülhməramlılar hara baxır? - REAKSİYA
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni silahlı birləşmələri, separatçı rejimə aid qüvvələr fevralın 6-sı gecə saatlarında Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Nəticədə itkilərimiz olmasa da, mülki obyektə ziyan dəyib. Zamantv.az xəbər verir ki, separatçıların təxribatları haqqında Modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Azərbaycanın atmalı olduğu addımlara toxunub.

Ç. Qənizadənin fikrincə, Tərtərin atəşə tutulması bir daha göstərir ki, separatçı rejimin tör-töküntüləri hələ də təxribatları davam etdirməkdə maraqlıdırlar:

"Burada məsələyə iki baxış ola bilər. Birincisi, erməni separatçılarının bu cür davranışları onların sülh istəmədiyini, birgəyaşayış qaydalarına gələcəkdə belə əməl etməyəcəyini, sülh olacaqsa, Qarabağda qalan ermənilərin normal yaşamayacaqlarını sübut edir. İkinci bir tərəfdən sülhməramlıların məsuliyyətsizliyi, bu cür məsələlərə ciddi yanaşmaması problemlərə gətirir. Sülhməramlılar 10 noyabr sazişinin bəndlərinə uyğun olaraq, Qarabağa yerləşdiyi andan erməni separatçıları oradan çıxarılmalı, atəşkəs bərqərar olmalı, silahlı heç bir dəstənin fəaliyyətinə imkan verilməməli idi. Lakin biz görürük ki, nəinki erməni separatçılar oranı tərk etmədilər, əksinə 2020-ci il noyabrın 26-dan sonra Azərbaycan ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində 60-dan çox terrorçu zərərsizləşdirildi. Özləri etiraf etdilər ki, atəşkəsdən 15-16 gün sonra Ermənistan tərəfindən bölgəyə göndərilib, təxribat törətmək tapşırılmışdı. Bəs Ermənistan silahlı dəstələrini Laçın dəhlizi ilə Qarabağa gətirib, terror törətmək üçün yerləşdirəndə sülhməramlılar hara baxırdılar? Eyni zamanda Qarabağda olan erməni separatçıları gah səngərlər qazır, gah istehkamlarını möhkəmləndirir, gah texnikalarını nümayiş etdirirlər. Bu zaman sual yaranır, sülhməramlılar, siz bu bölgəyə niyə gəlmisiniz? Nəyə xidmət edirsiniz? Sülhməramlılar, bölgədə sülhü təmin etməyə yönəltməli olduğunuz addımları niyə göstərmirsiniz?"

Son zamanlar sülhməramlıların nəzarət etdikləri bölgələrdəki özbaşınalıqların artdığını vurğulayan Çingiz Qənizadənin sözlərinə görə, mövcud durum göstərir ki, Qarabağdakı erməni separatçıları burada normal yaşamaq niyyətində deyillər:

"Azərbaycan tərəfi şübhəsiz ki, Rusiya sülhməramlılarına bununla və baş verən digər hadisələrlə bağlı kifayət qədər ciddi mövqeyini bildirir, tələblərini ortaya qoyur. Amma bizim istəyimizdən asılı olmadan baş verən addımlara qarşı adekvat cavablar zamanı gələndə veriləcək. Hesab edirəm ki, bu cür cılız addımlara qarşı ciddi reaksiya sərgiləyib, bizi sevməyən qüvvələrə, beynəlxalq təşkilatlara, üçtərəfli bəyanatın digər subyekti olan Rusiyaya əsas verməməliyik. Onların bizə qarşı hansısa çirkin niyyətlərini ortaya qoymasına şərait yarada bilmərik. Hələ ki, səbr nümayiş etdiririk. İndiki məqamda daha çox Rusiya sülhməramlılarından razılaşmaya uyğun nəzarət həyata keçirməyi tələb etməliyik. Bu cür qanunsuzluqlardan istifadə edərək, atəşkəs rejimini pozanların tutulub, cəzalandırılmasını istəməliyik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycan imicinə ləkə gətirən DƏLƏDUZ..." - Partiya sədrindən ÇAĞIRIŞ
“Nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə çıxsın”. Zamantv.az yenicag.az-a istinadla xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev barəsində danışarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

MMP sədri Cavanşir Feyziyevin danışmasının hörmətsizlik olduğunu qeyd edib:

“Azərbaycan dövlətini dünya miqyasında belə bir dələduzun, rüşvətxorun biabır etməsi və dil açıb danışması Azərbaycan parlamentinə və onun üzvlərinə qarşı hörmətsizlikdir.

Deyir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı…

Cavanşir Feyziyevin nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə çıxsın”.

Hafiz Hacıyev rəsmi orqanlara müraciət edərək, Cavanşir Fərzəliyevin deputat mandatından məhrum edilməsini və həbsini istəyib:

“Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Azərbaycan imicinə ləkə gətirən belə bir dələduzu təcili şəkildə həbs edib, saxta deputat mandatından məhrum etsinlər”.

“Mediada çalışan dostlarım, sizin ünvanınıza səsləndirdiyi təhqirlər məni üzdü. Belə bir oğrunun sözlərinə fikir vermədən tutduğunuz haqq yoluna davam edin. Bunun kimilər çoxdur və sizinlə birlikdə belə ziyanvericilərin axırına birlikdə çıxacağıq, – deyə, MMP sədri jurnalistlərə də səslənib.

Xatırladaq ki, London məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq məbləğində vəsaiti müsadirə edib. Bu xəbərlər yerli mətbuatda yer aldıqdan sonra C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda koronavirus tüğyan edir... - Son iki həftədə 100 ölüm faktı qeydə alınıb
Son iki həftə ərzində rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağda koronavirus tüğyan edir. Zamantv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, qeyd edilən müddətdə təkcə Xankəndi şəhərində məskunlaşmış 600-ə yaxın ermənidə koronavirus aşkarlanıb.

Erməni mediası Xankəndidə mənzillənmiş separatçıların gerçək rəqəmləri gizlətdiyini, ölənlərin sayının çox olduğunu yazır. Onların yazdıqlarına görə, separatçıların açıqladığı rəqəmlərdə hazırda günlük yoluxma 94 nəfər göstərilsə də, əslində bu say 150-dən çoxdur. Bundan başqa, ölüm halları da gizlədilir. Belə ki, son iki həftədə ölənlərin sayının 100-ü keçdiyi bildirilir. Halbuki separatçılar yoluxmadan ölənlərin olmadığını iddia edir.

JAMAZ.İNFO bildirir ki, Qarabağda koronavirusun geniş yayılmasının səbəbi vaksinasiyanın aparılmaması, xəstəxanaların və lazımi avadanlıqların olmaması, habelə zəruri dərmanların çatışmamasıdır. Xankəndidən İrəvana bununla bağlı edilən müraciətlərə isə müsbət cavab verilmir. Erməni mediası bununla bağlı yazır ki, Ermənistan Səhiyyə Nazirliyi Xankəndinin dəfələrlə müraciətlərinə “yox” deyib. Bunu isə həmin avadanlıq və dərmanlara özünün daha çox təlabatı olması ilə əsaslandırıb.

Qeyd edək ki, bölgədə yerləşmiş rus sülhməramlıları da orada yaşayan ermənilərə lazımi köməklik göstərmir. İndiyə qədər Xankəndi və ətrafında yaşayan ermənilərə Rusiyadan cəmi 10 min ədəd “Sputnik V” vaksini gətirilib. Ermənistandan göndərilən vaksinlərin ümumi sayı da təxminən bu qədərdir.

Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərdə isə deyilir ki, Qarabağda yaşayanlar artıq durumun dözülməz olduğunu bildirirlər. Onlar mütəmadi olaraq Ermənistana gedir və orada müalicə alırlar. Əlinə imkan düşən isə Qarabağı tərk edərək, ya Ermənistanda, ya Rusiyada, ya da Avropa ölkələrindən birində məskunlaşır. Yerli mətbuatın yazdığına görə, bu səbəbdən İrəvandakı viza düzəldən büroların qarşısında hər gün uzun növbələr müşahidə edilir.

Maraqlı məqamlardan biri də odur ki, Qarabağda koronavirusdan yoluxan və ölənlərin böyük əksəriyyətinin yaş həddi 65-90 yaş aralığı təşkil edir. Bu rəqəmə istinad edərsək, belə məlum olur ki, Qarabağda yaşayan ermənilərin əksəriyyəti yaşlı nəslin nümaynədəsi təşkil edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Ağsu RİH-dən səslənən iddialara CAVABZamantv.az : - Keçən günlərdə Ağsunun icra başçısı KİMDİR? - Əgər Rövşən Bağırovdursa... başlıqlı məlumat paylaşmışdıq.
Zamantv.az bildirir ki, bununla bağlı qarşı tərəf olaraq Ağsu RİH-dən münasibət açıqlanıb. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Bildiririk ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin digər rəhbər vəzifəli şəxsləri tərəfindən qeyri-iş günləri istisna olmaqla vətəndaşların COVİD-19 pandemiyasının yayılması və qarşısının alınması məqsədilə respublika ərazisində qüvvədə olan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər həftə fərdi və onlayn qəbulları həyata keçirilir. Bundan əlavə şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, iştirakçıları və digər imtiyazlı vətəndaşlar rayon icra hakimiyyətində hər gün növbədənkənar qəbul olunurlar. Qəbullar zamanı vətəndaşlara etdikləri müraciətlərlə bağlı müvafiq köməkliklər göstərilir. Ağsu RİH başçısı tərəfindən keçirilən vətəndaş qəbulları barədə ətraflı məlumatları RİH-nin http://agsu-ih.gov.az/ rəsmi veb saytından əldə etmək mümkündür. Əlavə olaraq bildiririk ki, RİH-nin başçısı, eləcə də vəzifəli şəxslərinin fəaliyyəti ilə əlaqədar məqalədə qeyd olunmuş fikirlər tamamilə əsassızdır və həqiqəti əks etdirmir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Virus Gürcüstanda daha 34 can aldı
Qonşu Gürcüstanda son 24 saat ərzində yeni növ koronavirusa (COVID-19) 11 235 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

Zamantv.az xəbər verir ki, beləliklə, Gürcüstanda koronavirusa yoluxanların sayı 1 325 838, ölənlərin sayı isə 15 246 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 106 221 nəfərin sağaldığı bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda "moyka"ya gələn maşın QARƏT OLUNDU
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulu oğurlanıb.

Bu barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mercedes" işıq dirəyinə çırpıldı: ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə fevralın 4-də saat 9 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini Rəvan Muxtarov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişininin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO