[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Uşağını evdə tək qoyan anaya XƏBƏRDARLIQ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı ilə bağlı məlumat yayıb.

Dövlət Komitəsindən Zamantv.az-a verilən xəbərdə bildirilib ki, fevralın 3-də kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə. Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı videogörüntü öz əksini tapıb.

Qeyd olunub ki, məsələnin araşdırılması ilə əlaqədar dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru yuxarıda qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər:
"6 yaşlı uşağın anası A.Ə həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib. Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır.

Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər.

Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur", - xəbərdə bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc oğlan qonşusunu öldürdü
Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 52 yaşlı Sədiyar Novruzovun öldürülməsi barədə məlumat daxil olub.

Şəhər Prokurorluğundan Zamantv.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla qonşusu, 22 yaşlı Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qurandan don geyinsən xeyri yoxdur..." - Azərbaycanlı müğənni
“Dünənki mənlə bugünkü mən arasında çox fərq var. Özümü hər gün tərbiyə edirəm. Səbir etməyi öyrənmişəm. Əgər dünən biri yanımda səhv danışırdısa, həddini aşırdısa, masanı başına çevirərdim (etmişəm də). Bu gün susa bilərəm. Çünki insanları yaxşı tanıyıram. Sizi bilərəkdən özünüzdən çıxarmaq və bunu telefona çəkib paylaşa da bilərlər. Səhv edən qalacaq kənarda, doğru, haqlı olacaq günahkar. Bu səbəblərdən diqqətli və səbirli olun”.
Zamant.az-n məlumatına görə, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

"İnsanların çoxu başqalarının yanında özlərini fərqli göstərməyə çalışdığı halda, mən kiminsə yanında roldan-rola girmək istəmirəm. Amma yenə də özümü hər zaman nəzarətdə saxlayıram. Əvvəllər mübahisə edirdimsə, bu gün sadəcə susub baxıram və insanları gündən-günə daha da yaxşı tanımağı öyrənirəm.
Heç kəsə səhv olduğunu, haqsız danışdığını belə sübut etməyə çalışmıram artıq. Haqsızlığa da susmuram. Sadəcə bəzi insanların fikrinə önəm verməməyi öyrənmişəm. İnsanları yaxşı tanıdıqca da məsafə saxlamağa üstünlük verirəm.
Bizi zatən nə desək də, kənardakı özü kimi görür. Özü nəyə qadirdirsə, bizdə də eynisini görürür. Qurandan don geyinsən xeyri yoxdur - qorxaq qorxaq kimi görəcək, əclaf əclaf kimi. Satqın, əxlaqsız, yaxşı, mərd də eyni. İnsanların sizin haqqınızda nə düşünüb, danışdığını önəm vermədiyiniz gün azad insan olacaqsız, rahatlıq tapacaqsız.
Başqalarından özünüzə qarşı qəbul etmədiyinizi, başqalarına etməməyi öyrənin. Sizə hörmətsiz davranana da hörmətlə yanaşmayın. Sizdən üstün olduğunu sanar, uzaqlaşın elə insanlardan. Məsafə saxlayın, bağlanmayın insanlara. Sizə zərbə vura bilməsinlər deyə heç kəsi və heç nəyi ciddiyə almayın. O zaman nə dedikləri, nə etdikləri vecinizə olmayacaq. Hətta biri sizə yalan danışırsa, üzünə vurmayın, siz də ona eynisini edin. Güzgü olun. Sabah soruşanda ki, niyə belə etdin, deyin bəs sən edəndə yaxşıdır mən edəndə yox?!
Mən arada kirpi kimi oluram, iynələrim sancmaq üçün yox, özümü qorumaq üçündür. Bəzən bilmədən hansısa sözümlə kiminsə qəlbinə dəyirəm, sonra özüm əziyyət çəkirəm. Və o zaman özümə hörmətim artır. Vicdanım var demək ki. Güclü iradəm var, buna görə də özümə hörmətim artır. Çox xoş hissdir özünə dəyər vermək, öz səhvlərini anlayıb, onları bir daha etməmək. Başqalarına yaxşılıq etməkdən də zövq almaq gözəl hissdir, sənə edilən yaxşılığa dəyər vermək də".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meşə torpaqları dədə malı kimi SATILIR - İTTİHAM
Cənub bölgəsindən redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir və şikayətçilər bu "ekoloji cinayətlər"in başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun olduğunu söyləyirlər. Vətəndaşlar İddia edir ki, aidiyyatı orqanlar onların şikayətinə baxmadığı üçün, onlar da bizim xəbər portallarımıza üz tutub bizdən kömək istəməli olurlar. Zamantv.az xəbər verir ki, bir qrup Cəlilabad və Masallı sakini Azinfo.tv-saytına belə bir şikayət məktubu ünvanlayıb.
Şikayətçilərin dediyinə görə, Masallı ərazisində Masallı meşəbəyliyinin 24 saylı dolayında Hüseynhacılı kəndi ilə həmsərhəd olan meşə zolaqlarında kı, 1.00 ha yaxın dövlət meşə fondu torpaqı qazılaraq kərpic zavodu və vətəndaşlara satılıb. Sözügedən yerdən 10.000 m³ yaxın torpaq qazılaraq götürülüb. Sakinlər iddia edir ki, meşə torpaqları kərpic zavodlara satılır, və həm də münbit və humusla zəngin olduğu üçün, sakinlər onu alıb həyət və bağlarına yayırlar və bu işin başında Ekologiya Nazirinin müavini Vüqar Kərimovdur. Vüqar Kərimov bu işləri yerli "Qara kassir"i olan Abturab Bağırovun əli ilə həyata keçirdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə də tapşırılıb ki, şikayətçilərin şikayətlərin saxta yolla bağlayın. Yəni deyin ki, qazıntı işləri gedən yerin haraya məxsus (meşə ya Hüseynhacılı kənd bələdiyyə torpaqı) olduğun müəyyən edə bilmirik və Cəlilabad Layihə Tədqiqat İdarəsində bu barədə araşdırma gedir.

Sual: indi hansı zamandır ki, bir yeri artıq 5 aydır ki, müəyyən edə bilmirlər? Məgər meşələrin xəritəsi yoxdur?.
Deyillər guya həmin yer bələdiyyə məxsus ərazidir . Lap yaxşı qoy olsun. Məgər bələdiyyə aid olan torpaq qazılıb satıla bilərmi? İstər meşə və ya bələdiyyə aid olduqda bunlara Ekologiya cavabdehdir.
Guya qazıntıyla bağlı qanuna müvafiq şəkildə tədbirlər görülüb.
Sual: hansı tədbir görülüb?
Şikayətçiilərdən kim o araşdırmada olub? Hansı akt və dövlət meşə fonduna dəymiş ziyan yazılıb? !

Yalandan deyillər ki, guya Masallı Polis şöbəsinə bu qazıntı barədə şukayət vermişik və s.
Biz qazıntı olan yerdə video çəkilişlər etmişik və əlimizdə kifayıt qədər maddi sübutlar vardır. Görəsən Vüqar Kərimov milyonlarla dövlət meşə fonduna dəymiş ziyanı niyə ört-basdır etmək istəyir?.

Qarşı tərəfin mövqeyini işığlandırmağa hazırıq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur" - ilahiyyatçı
Cəmiyyətin zaman-zaman dini tələblərə nə dərəcədə düzgün riayət etməsi, inanclardan irəli gələrək insanların Allah yolunda verdiyi ianələr, qutulara atılan nəzirlərin hara xərclənməsi ilə bağlı müzakirələr bu gün də aktualdır. Xəbər verildiyi kimi, dini qurumlarla iş, eləcə də ianə edilmiş pul vəsaitlərinin hər hansı formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək. Zamantv.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı hafta.az-a danışan ilahiyyatçı Tural İrfan mühüm məqamlara diqqət çəkib.

- Tural müəllim, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Bu cür onlayn “nəzir toplama” sistemi ilə dini sahədə olan hansı problemləri həll olunacaq?

- İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur. Sadəcə, xalqın çoxillik ənənəsinə görə Allah yolunda müəyyən sədəqələr, ianələr, nəzirlər verilir. Dini qanunda bu, ianə olaraq göstərilir. Digər tərəfdən, məscidlərə verilən nəzir və pirlərə verilən nəzirlər mövcuddur. Pirlərə verilən nəzirlərin birmənalı şəkildə əleyhinəyəm, dinimizə ziddir. Pirlərə verilən nəzirlərin 90 faizi səmərəli yerlərə xərclənməyib. Pirlərdən biznes kimi istifadə edən şəxslər yığılan pulları həmin regiona baxan Qafqaz Müsəlmanları İdarəsinin hansısa kuratoru, ya da yerli bələdiyyə məmurları, icra hakimiyyətinin hansısa şöbələri ilə birgə özləri üçün xərcləyiblər. Bir dəfə də şahidi olmadıq ki, Mirmöhsün Ağanın ziyarətgahında yığılan pullarla hansısa şəhid ailəsi, qazi, yetim-yesir ziyarət edilsin. Məscidlərə verilən ianələr, nəzirlər kömək xarakteri daşıya bilir. Kimsə məscidin yanından keçəndə istəyir ki, aparıb ora 5 manat pul qoysun. Məscidə verilən həmin pulların çoxu əsasən onların kommunal xərclərinə gedir. Elə məscidlər də var, orada ianələr toplanmır. Rayonlarımızda minlərlə məscid var ki, kommunal xərcləri, təmiri, bərpası ilə bağlı bunlara yerli bələdiyyələr, icra hakimiyyətlər tərəfindən vəsait ayrılmır. Bu məscidlər o nəzirin, ianənin ümidinə qalırlar. Ağdaşda Hacı Osman məscidi var, borca görə işığını kəsmişdilər...

Bu baxımdan, bu qərarın qəbul olunmasını alqışlayıram. İstənilən halda başqa sahələrdə olduğu kimi, din sahəsində də islahatlar aparılmalı idi. “Dini etiqad azadlığı haqqında” qanunu din sahəsində aparılan islahatların birinci mərhələsi hesab etmək olar. Bu qanunun bir tərəfi də axund və imamların təyinatının Dini Qurumlar üzrə Komitəyə verilməsidir.

- Bu dəyişikliklə Qafqaz Müsəlmanları İdarəsi dini qurumlarla bağlı siyasətdən nə dərəcədə uzaq saxlanılır?

- Ölkəmizdə Dini Qurumlarla İş üzrə Komitə ilə Qafqaz Müsəlmanları İdarəsinin işi “TƏBİB”lə Səhiyyə Nazirliyinin fəaliyyətinə bənzəyir. Bu idarələri yaratmışdılar ki, bir-birlərinə dəstək olsunlar. Bunlar isə aralarında “soyuq müharibə” aparırlar. Qafqaz Müsəlmanları İdarəsi Rusiya və İranın təsirində olan bir qurumdur. Qurum 30 illik nüfuzu olan bir nəfərin ümidinə qalıb ki, o da Şeyxülislamdır. İdarənin sonrakı aqibəti necə olacaq, bilmirəm. Din xurafata çevrilib, qəbiristanlıq mollaları meydana gətirib. Qədim dini alimlərimiz olub - Bərdəlilər, İrəvanilər, Bərdicilər... Bu gün dini dükanlarda Azərbaycan filosoflarının, ilahiyyatçılarının kitabları yoxdur. Hamısı İranın, hətta orada inqilab edib dövlət quran siyasi rəhbərlərin kitablarıdır. Bunlar məhz bu idarənin maliyyəsi, təbliği ilə Azərbaycanda kitabxanalara paylanılır. Məsələlərin tənzimlənməsi üçün Dini Komitəyə daha çox səlahiyyət verilməli idi. Nəzir, məscidlərin düzgün idarə olunması məsələləri QMİ-də idi və onlar bu işlərə maddiyyat üzərindən baxırdılar. Ümid edirəm, QMİ-nin bütün səlahiyyətləri komitəyə verilsə, din bir mərkəzdən idarə olunar.

Qanunla QHT-nin hansısa rayona axund, dini lider təyin etməsi absurd məsələdir. Qafqaz Müsəlmanları İdarəsi indiyədək 1 qəpik də vergi ödəmiyib. Onların rayon məscidlərində yüzlərlə, minlərlə işçiləri var. Mən özüm də o idarədə işləmişəm. Onlar Azərbaycanın dövlət qanunlarının əksinə olaraq, İran qanunları ilə işləyiblər. İranda ruhanilərə böyük imtiyazlar verilir. Orada ruhanilər vergidən azaddır, mollalar nə istəyir edə bilərlər. Vaxt var idi, QMİ-nin nəzdində İslam Universiteti fəaliyyət göstərirdi. Mən orada müəllim işləmişəm. Bir müəllim belə dövlətə vergi ödəmirdi. Maraqlı burasıdır ki, dövlət qurumları buna göz yumub.

- Qanuna təklif olunan bu dəyişiklik sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına hansı töhfəni verəcək?

- Bəzən Qafqaz Müsəlmanları İdarəsi “Bizim səlahiyyətlər yoxdur”, - deyib onlara daha böyük səlahiyyətlər verilməsini istəyirdilər. Deyirdilər ki, qeyri-hökumət təşkilatı olduqlarına görə, bəzi məsələlərdə güc göstərə bilmirlər və sair.

Bu idarə hansısa məscidə imam, axund təyin edəndə daha çox nəyə diqqət çəkirdi? Kimisə Xırdalan şəhərinə imam təyin etmək lazım gəlirdi. İdarədə şeyx deyir ki, “Sən get həmin məsciddə insanların etimadını qazan, onlar əgər səni istəsələr və yerli icra hakimiyyəti rəy yazarsa, Qazılər Şurası qazılıq verərsə, səni ora göndərərəm. Həmin şəxs gəlib görür ki, Xırdalanda məsciddə namaz qılanların hamısı İranın müctəhidlərini təqlid edən mollalardır. Həmin şəxslər də deyirlər ki, “Sən Azərbaycan hökumətinə tabe olan adamsan, dövləti dəstəkləyirsən. Səni imam olaraq istəmirik, bizə İranda - Qumda oxumuş adam lazımdır.

Qafqaz Müsəlmanarı İdarəsi öz iş strukturunu belə qurub. Səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə versələr, inanıram ki, nöqsanlar aradan qalxacaq. Şükür Allaha, komitədə çalışanlar milli dövlətçilik ideyalarına sadiq olan insanlardır. QMİ-də elə insanlar görmüşəm ki, müqayisə aparanda komitədə olanları peyğəmbər hesab edirsən. Məscidlərə imamların təyin olunmasını komitə təyin edəcəyi təqdirdə, vəziyyət tənzimlənəcək.

- Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedib. Son vaxtlar isə məscidlərə verilən ianələr, YAŞAT fonduna verilən ianələrlə müqayisə olunur. Sizcə, inanclı insanların öz ruh dünyalarına uyğun olaraq məscidlərə, pirlərə verdikləri nəzirin-ianənin ruhu ilə, YAŞAT fonduna verilən ianələrin ruhu nə dərəcədə yaxındır? Bu müqayisə düzdürmü?

- Adı nə olur-olsun - nəzir, sədəqə, ianə, əgər onun hara xərcləndiyi məlumdursa, verilməsində heç bir problem olmamalıdır. Əgər nəzir öz məqsədinə çatmırsa, həmin quruma pul ödəməyin özü belə haramdır. O fonda yığılan pulun bir məmur tərəfindən mənimsənildiyini bilirəmsə, amma bunu bilə-bilə ora ianə verirəmsə, bu, günahdır. Məscidlər üçün yığılan nəzir-niyazı da buna aid etmək olar. Nə qədər ki, dövlət dəstəyi yoxdur, məscidlərə ianələrin verilməsində bir qüsur görmürəm.

Bilirsiniz, dünya müasirləşir. Bir azdan bütün alqı-satqı əməliyyatları onlayn sistemə keçəcək. Ona görə onlayn ödəmələri də bu mənada normal hesab edirəm. Dövlət məscidlərə dəstək verəndən sonra nəzir yığmağın da bir əhəmiyyəti qalmayacaq.

- Yüzillərlə formalaşan, az qala, ənənəyə çevrilən belə ianələrin verilməsinin qarşısını necə almaq olar?

- İnsanların inancları da gərək yaşadıqları ölkənin qanunlarına və milli adət-ənənələrinə uyğun olsun. Mənfi nəticələr verən amillər insanların adətindən silinməlidir. O zaman dini qurumlar nəyə lazımdır?! Dinimizin düzgün təbliği ilə bağlı təşviqatçılarımz, ilahiyyat adamlarımız nəyə lazımdır?! Bizim xalqın adət-ənənələrində də çox qüsurlu tərəflər var.

Tovuzda 18 metrlik ortadan ikiyə parçalanmış bir qaya var. Camaat ora nəzir-niyaz tökür, qurbanlar kəsir. Deyirlər ki, Həzrət Əli gəlib orada hirslənib, qılıncla vuranda qaya yarılıb. Bunun nə mahiyyəti var axı? İnsanlar isə gedib orada qurban kəsirlər. Bu da xalqın ənənəsidir. Beyləqanda pir var- Cərçis peyğəmbər. Həmin pirin ortasında zəncir var, guya həmin zəncir Peyğəmbərin kəməridir. Qadınlar ora kəlayağı atırlar. Əgər kəlağayı zəncirdə qalsa, demək, arzusu yerinə yetəcək. Bunlar ənənədirsə, İslama ziddir. Bu mövhumatçılıq dindarların illərlə insanları istismar etdiyi siyasətdir. Cəlil Məmmədquluzadənin əsərlərində mollaların hansı oyunlardan çıxdıqlarını görürük.

...Məscidlərdə Allah yolunda verilən pul da ianədir, “YAŞAT” fonduna verilən də ianədir. Mahiyyət baxımından “YAŞAT”a ötürülən ianələr daha savabdır. “YAŞAT” fonduna ötürülən pullarla hansısa qaziyə, şəhid ailəsinə yardım edilir. Məscidlərə, pirlərə ötürülən pulların sonrakı aqibəti bilinmir. Bilirik ki, əgər məscidə 50 manat ötürülürsə, onun 30 manatı mollaların cibinə gedir.

- Qanunda hansı dəyişikliyin olmasını təklif edərdiniz?

- Din adı ilə yaranan radikal qruplar zaman-zaman cəmiyyətdə vəziyyətin gərginləşməsinə təsir göstəriblər. Bütün neqativlərin kökü yol verilən nöqsanlardır. Dini siyasətdə proseslərin tənzimlənməsinə böyük ehtiyac var. Tək bir qanunla yox, böyük bir konsepsiyanın qəbul olunmasına ehtiyac var. Bu sırada başlıca məsələ Azərbaycanın milli-dini modelinin formalaşdırılmasıdır.

Türkiyədə Osmanlı ənənəsindən gəlmə İslam modeli var. İranda, Ərəbistanda da özlərinə uyğun dini modellər mövcuddur. Azərbaycanın isə özünün İslam modeli yoxdur. Azərbaycanda din qazanı daim qarışdırıb. Dinimizdə hər yerdən gələn fərqli nümunələr var. Məsələn, həmişə orucluq, məhərrəmlik aylarında insanlarımız çaşbaş qalırlar. Ruhani orucluğun, məhərrəmliyin nə vaxt başlandığı haqqında müstəqil fətfa verə bilmir. Başqa-başqa tərəflərə işləyirlər. Azərbaycanda İslam modeli yaranmamış, dinimiz vasitəsilə dövlətimizə müxtəlif yanlardan təsirlərin olduğunu görəcəyik. Bunlar bütün məscidlərdə kök salıb beyinləri zəhərləyiblər.

Din dövlətdən ayrı olsa da, təhlükəsizliyimiz, gələcək nəslin dinimizə ehtiram və sevgi ilə yanaşması üçün qurumlara nəzarət artırılmalı və İslam dini xurafat, mövhumatçılıqdan uzaqda saxlanılmalı, təbliğ, təşviq olunmalı, insanlar İslam dininin mahiyyətini anlamalıdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi MƏLUM OLDU
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.

"Zamantv.az" "Report"a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.

Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşğaldan azad edilmiş ərazilərdə açılan hərbi hissələr - RƏSMİ
İşğaldan azad edilmiş ərazilərdə ötən il istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb.

"Zamantv.az" xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları əra­zisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xid­mə­ti-döyüş fəaliyyətinə başlanılıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sər­­hə­­­dindən buraxılış məntəqələri fəaliyyətə başlamış, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.

İşğaldan asad edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkil­ib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

"Zamantv.az" xəbər verir ki, fevralın 4-də komissiyanın iclası keçirilib.

Toplantıda Şuşa Bəyannaməsi müzakirə olunub.

İclasda Türkiyə xarici işlər nazirinin Yavuz Selim Kıran da iştirak edib.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxs HƏBS OLUNDU
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.

"Zamantv.az" xəbər verir ki, bu barədə qərar Xəzər Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, M.Mansoruvun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəmi müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektorun müşavirini və komendantı bıçaqlayan şəxsə HÖKM OXUNDU
Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Zamantv.az" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin verilmiş ittihamla təqsirli bilinməsini və 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra İsmixan Mirzəyevin vəkili müdafiə çıxışı edib. Müdafiəçi bildirib ki, müvəkkilinin zərərçəkmiş şəxslərə qəsdən xəsarət yetirmək fikri olmayıb, xəbər vermədən maaşının 200 manat kəsilməsi, bir müddət sonra isə işdən azad olunması ona pis təsir edib. Vəkil, həmçinin İsmixan Mirzəyevin həmin vaxt ailsinin maddi cəhətdən vəziyyətinin çox aşağı olduğunu qeyd edib.

İsmixan Mirzəyev son sözündə məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edib. Təqsirləndirlilən şəxs bildirib ki, onu bu əməli törətməyə vadar ediblər: "Əvvəl maaşımı azaldılar, sonra da işdən azad etdilər. Bütün bu gərginliklər gətirib bu yerə çıxardı".

Prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Mirzəyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO