[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qiyməti artırmanın yeni yolu: - Dövlət şirkətləri ancaq borcla işləyir
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 01.02.2022-ci il tarixinə qədər vergi borcu 14 098 026 manatdır. 9 noyabr 2021-ci il tarixinə qədər “Bakı Metropoliteni” QSC-nin vergi borcu 12 milyon 974 min 333 manat təşkil edirdi. Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir. Qeyd edək ötən müddət ərzində dövlət şirkətlərinin borcu ilə bağlı məsələyə bir neçə dəfə toxunulmuşdu.

Ötən il göstərilirdi ki, “Azərsu” ASC-nin kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 264,761 milyon manat təşkil edib. Hesabat dövründə “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 17,55% artaraq 128,433 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 13,6% artaraq 66,304 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 2% azalaraq 38,785 milyon manat, Dünya Bankına borcu 14,676 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 6,5% artaraq 16,49 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə dəyişməyərək 73 min manat təşkil edirdi.

Ümumilikdə “Azərsu” ASC-nin 3 milyondan artıq vergi borcu olduğu göstərilirdi. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsi sənədinə verdiyi rəydən aydın olurdu ki, 2020-2024-cü illərdə “Azəralüminium” ASC Təminat Fonduna dövlət zəmanəti ilə almış olduğu kreditlərin qaytarılmasına görə 175,5 milyon manat, “Azərbaycan Dəmir Yolları” QSC 281,9 milyon manat, “Azərbaycan Hava Yolları” QSC 1 milyard 383,8 milyon manat, “Azərenerji” ASC 290,5 milyon manat, “Azərişıq” ASC 26,9 milyon manat, “Azəristiliktəchizat” ASC 23,8 milyon manat, “Azərkosmos” ASC 142,8 milyon manat, “Azərsu” ASC 9,9 milyon manat, SOCAR 169,1 milyon manat, “Azİntelekom” MMC 322,6 milyon manat, Gənclər və İdman Nazirliyi 48 milyon manat vəsait ödəməlidir. SOCAR-ın qısamüddətli xarici borclarının 5,91 milyard manat, cəmi borclar isə 11,219 milyard manata çatdığı göstərilirdi.

Bununla yanaşı, SOCAR Azərbaycan Beynəlxalq Bankından 21 iyul 2022-ci ildən başlayaraq 23 avqust 2026-cı ilədək ödəmək şərti ilə illik 4,0-4,8 faizlə 559 milyon manat, Maliyyə Nazirliyindən 12 yanvar 2024-cü ildən başlayaraq 1 aprel 2039-cu ilədək qaytarmaq şərti ilə illik 0,1 -3,8 faizlə 354 milyon manat – cəmi 913 milyon manat borc götürüb. Bundan əlavə, ödənilməmiş istiqrazlar üzrə 175 milyon manat İnvestisiya Şirkətinə, 2 milyard 960 milyon manat isə Dövlət Neft Fonduna borcu yaranmışdı. 2021-ci ilin dövlət büdcəsinin layihəsində qeyd olunur ki, yerli xərclərin 160,1 milyon manatı (18,6%) icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə yönəldilmişdi.

Bundan başqa, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan 20 milyon borcu dövlət hesabına ödəniləcəyi bildirildi. Beləliklə, bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması məqsədilə ölkə başçısı tərəfindən dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradıldı. Ancaq hələ də dövlət şirkətləri öz borclarını açıqlamaqda davam edirlər.

Dövlət qurumlarının ziyanla işləməsi nə ilə bağlıdır? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, dövlət şirkətlərinin ən böyük problemi gəlir deyil, xərc hissəsidir:

“Xərc hissəsinin şişirdilməsi, qeyri-rasional xərcləmələrin olması, xərclərə nəzarət mexanizminin olmaması nəticə etibarilə onların ziyanla işləməsinin və yaxud vergi borclarının yaranmasının əsas səbəblərindən biridir. Biz zaman-zaman görürük ki, həmin şirkətlərin həm bir-birilərinə, həm də dövlət büdcəsinə borcu olur, vergi daxilolmaları ilə bağlı problemlər yaşanır. Nəticə etibarilə onun səbəbləri hesablanmır. Əgər səbəblər hesablansa məlum olar ki, onların əsas problemi xərclərin şişirdilməsidir. Yəni bütün dövlət şirkətlərində xərclərə nəzarət mexanizminin zəif, müəyyən korrupsiya sxemlərinin olması onların xərclərini şişirdir. Qanunvericiliyə uyğun olaraq onlar xərclərini gəlirlərdən çıxırlar, yerdə qalan hissəni ziyan kimi göstərirlər. Nəticədə ziyanla işlədiklərini bəhanə gətirərək vergiləri də ödəmirlər. Əsas problem xərc sisteminin şişməsi və buna nəzarət mexanizminin olmamasıdır. Daha bir problem isə odur ki, bu kimi açıqlamalarla onlar vergi borcu və digər probleminin olmasını bəhanə edərək qiymət artımına gedir, tarifləri yüksəltməyi də bununla əsaslandırırlar.

Bu baxımdan, Metropoliten bu kimi açıqlamalar verməklə, sərnişindaşımalarda maya dəyərinin yüksəldiyini bəhanə edərək tarifləri, qiymətləri artırmağı düşünürlər. Ola bilsin ki, yaxın zamanlarda bunları bəhanə edərək tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət də edilsin”.

Ekspertin sözlərinə görə, il yarımdan çoxdur ki, İnverstisiya Holdinqi fəaliyyət göstərir:

“Onların yaradılması ilə müəyyən ümidlər yaranmışdı ki, İnvestisiya Holdinqi ən azından nəzarət mexanizmlərinin, şəffaflığın artırılmasında, müşahidə şuralarının yaradılması mühüm rol oynayacaq. Ancaq təəssüf ki, il yarım keçməsinə baxmayaraq, İnvestisiya Holdinqinin və müşahidə şuralarının fəaliyyəti demək olar ki, nəzərə çarpmır. Köhnə qaydada çarxlar dönməyə başlayır, əvvəlki qaydada necə işləyirdilərsə o qaydada da işləməkdə davam edirlər. Bu da təəssüf doğurur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Necə olur ki, bu boyda şəhərdə bir qaziyə iş tapılmır?" - Əlil Qaziyə "turba daşımaq" işi təklif edirlər...
2 fevral tarixində “Gənclər günü” ilə əlaqədar olaraq, ölkənin ən gənc qazilərindən biri olan Fərid Nəsibovla müsabihə hazırlamışdıq.
Həmin müsahibədə ikinci qrup əlil olan Qarabağ qazisi Fərid Nəsibov Sumqayıt şəhər İcra Hakimiyyətinindən giley-güzarını bildirmiş, hətta iş üçün müraciət etməsinə baxmayaraq, İcra hakimiyyətindən ona “baxarıq deyib yola verdiklərini" qeyd etmişdi.
"Necə olur ki, bu boyda şəhərdə bir qaziyə iş tapılmır?" - Əlil Qaziyə "turba daşımaq" işi təklif edirlər...
Nəsibov Fərid Teymur oğlu Fərid Nəsibov (sağda)
Bu gün Fərid Nəsibov Bizimyol.info-ya müraciət edərək, sözügedən müsahibədən sonra Sumqayıt şəhər İcra Hakimiyyətindən ona Zaur adlı şəxsin zəng etdiyini və ona uyğun olmayan işlər təklif etdiyini bildirib.

"Zəng edib dedi ki, müsahibə vermisən və bizim adımızı da hallandırmısan. İzah etdim ki, Bizimyol.info müharibə vaxtında mənə ilk dəstək olan media qurumudur və söhbət əsnasında ürəyimdə olanları demişəm. Mənə bildirdi ki, ““STP Zavod”da turba (boru - red.) daşımaq və başqa bir zavodun həyətində zibil yığmaq işi var. Amma sənə rəva bilmirəm”. Mənə "rəva bilmədiyini" deyir, amma mənə təklif edir. İkinci qrup əlilə turba daşımaq işini təklif etmək hansı məntiqə sığır? Sumqayıt onların öz əllərindədir. Necə olur ki, bu boyda şəhərdə bir qaziyə iş tapılmır? Mənim anam zob xəstəsidir. Mən bu dəqiqə öz ağrılarımı unudub anamın xəstəliyi ilə vuruşuram. Heç kimdən heç nə gözləmirəm. Sadəcə, məni bacardığım bir işlə təmin etmələrini istəyirəm”.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti və idarənin Böyük məsləhərtçisi Zaur Süleymanlı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.


P.S. Yəqin ki, iş üçün müraciət edən şəxs Qazi deyil, icra başçısı Zakir Fərəcovun uzaq-iraq bir qohumu olsaydı, məsələn, 3 dəqiqə 17 saniyə ərzində ona gəlirli bir iş yeri tapılardı. Bu arada əmək naziri Sahil Babayevin gurultulu məşğulluq siyasəti necə oldu?..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan, Fransa, Aİ və Ermənistan liderləri videoformatda görüşdü
Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Zamantv.az xəbər verir ki, görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğuladı.

Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi.

Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabartdı.

Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olundu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi.

***

19.40

Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Zamantv.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil ekspertlərinin adından müəllimlərdən pul yığılır
Azərbaycanda müəllim təhsil ekspertlərinin adından istifadə edərək dələduzluğa əl atıb.

Zamantv.az xəbər verir ki, bu barədə təhsil ekspertləri Kamran Əsədov və Elçin Əfəndi məlumat yayıblar.

Məlumatda bildirilir ki, Şirvan şəhərində yerləşən məktəblərdən birinin ingilis dili müəllimi olan Bəhruz Şıxalıyev onların və Təhsil Nazirliyinin bir neçə əməkdaşları adından istifadə edərək müəllimlərdən pul alıb.
Ekspertlər həmin şəxslə heç bir əlaqələrinin olmadığını, onunla sadəcə Şirvan şəhərində baş tutan sınaq imtahanında görüşdüklərini bildiriblər.

K. Əsədovun sözlərinə görə, B. Şıxalıyev onunla və Elçin Əfəndi ilə həmin sınaq imtahanı görüşündə foto çəkdirib. Daha sonra həmin fotodan istifadə edərək vətəndaşların inamını qazanmağa çalışıb.

Ekspertlər Bəhruz Şıxalıyevin əməlindən zərər çəkənləri hüquq-mühafizə orqanlarına şikayət etməyə səsləyib.
Ekspertlər həmin şəxslə heç bir əlaqələrinin olmadığını, onunla sadəcə Şirvan şəhərində baş tutan sınaq imtahanında görüşdüklərini bildiriblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblərdə baş verən son hadisələrə nazirlikdən REAKSİYA
“Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub. Nəzərə alsaq ki, ölkədə 70 minə yaxın sinif komplekti var və bu o deməkdir ki, gündə 350 min dərs keçirilir. Bu halda müəyyən problemlərin olması qaçılmazdır”.

Zamantv.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb:
“Tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

E. Əliyev yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etməyin mümkün olacağını vurğulayıb:

“Hazırda hər hansı məktəbə davranışlarla bağlı yeni nəsə göndərməyiniz barədə nəsə yoxdur. Məktəb rəhbərliyi mövcud qanunvericilik çərçivəsində daha üst normativ aktlara uyğun olaraq qaydalar təşkil edə bilər. Çünki məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək ən başlıca məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik”.

“Bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur. Onlar ötənilki müəllimlərin işə qəbulu imtahanlarında uğur qazanaraq müəllim olublar. Onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər.

Bu il yeni işə götürüləcək müəllimləri yeni tədris ili başlayana qədər, ən geci sentyabr ayının sonuna qədər sinif idarəetmə təlimindən keçirəcəyik. Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bulinqlərə məruz qoyurlar. Təhsil İnstitutuna tapşırıq verilib ki, bulinqlə bağlı öyrədici materialların tədris resurslarında artırılması istiqamətində işlər aparsın”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
https://capar.info/gundem/7774-jdr-ol-dovlt-dymis-ziyani-tam-odyib.html
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zamantv.az APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində elan olunmuş Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə bağlı ittihama aydınlıq gətirib. Vəkil bildirib ki, orada söhbət bir neçə ov tüfəngi barıtından gedir.

Daha sonra məhkəmədə şahidlər ifadə verib. Şahid qismində ilk olaraq, İmişli Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri olan Rahim Zahidov ifadə verib. R.Zahidov bildirib ki, işini itirməmək üçün qanuni və qanunsuz bütün tapşırıqları yerinə yetirməli olub: "Vilyam Hacıyev tərəfindən vətəndaşlara mənzillərin verilməsi və torpaqların icarəyə verilməsi ilə bağlı tapşırıqlar verilirdi. Mənzillərin verilməsi zamanı qanunsuzluqlar olurdu. Mənzil növbəsində olan adam qalırdı kənarda, başqa adamlara ev verilirdi. Dəfələrlə başçının özünə də deyirdim ki, növbədə dayanan adamlar var, onların hüququ pozulur. Cavabı da belə olurdu ki, mən deyirəmsə, edilməlidir. Mənzillərin satış qiymətləri isə otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, 2 otaqlı mənzilə görə 10 min manat, 3 otaqlıya görə 18 min manat alınırdı."
Şahid torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı da danışaraq bildirib ki, İcra Hakimiyyəti tərəfindən müəyyən torpaq sahələri də rüşvət müqabilində satılırdı: "Məsələn, bir nəfərə 70-80 min manata torpaq sahəsi satılmışdı. Torpaq satışı ilə bağlı məsələlər dövlət torpaq şöbəsi ləğv olunana qədər davam etdi".

Məhkəmədə müdafiə tərəfi vəsatət qaldıraraq şahidin ifadəsində səsləndirdiyi epizodlara görə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Bu şəxs hələ də icra hakimiyyətində eyni vəzifədə işləyir, demək dediyi əməlləri indi də davam etdirir. Həmçinin, özünün dediyinə əsasən, qanunsuzluqları görsə də, susub. Xahiş edirik tədbir görülsün".

Vəsatətə münasibət bildirən Vilyam Hacıyev şahidə ondan əvvəl işləmiş icra başçılarının vaxtında qanunsuzluqlar olub-olmadığını soruşub. Şahid isə ona “Xeyr, sizdən əvvəl olmayıb. Çünki onlar qanunsuz tapşırıqlar vermirdi", cavabını verib.

İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbəri Nazim Rəsulov da məhkəmədə şahid qismində ifadə verib. Şahid V.Hacıyevin ondan həftəlik hesabatlar tələb etdiyini deyib: "Görülən işlər haqqında yox, həftə ərzində yığılan rüşvətlə bağlı ona hesabat verilirdi. Soruşurdu nə qədər rüşvət toplanıb, rüşvət daxil olmayanda deyirdi ki, isləmirsiz də".

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əjdər Ol dövlətə dəymiş ziyanı tam ödəyib
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, sabiq aparat rəhbərinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qismində tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi çıxış edib. Nümayəndə bildirib ki, cinayət işi üzrə 500 min manata yaxın məbləğdə dəymiş ziyan tam ödənilib. Zərərçəkmiş tərəf cinayət işi üzrə əlavə iddialarının olmadığını qeyd edib.

Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO-nun baş katibi postuna namizədlər AÇIQLANDI
NATO-nun baş katibi vəzifəsinə mümkün namizədlərin adları məlum olub.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey və Hollandiyanın baş naziri Mark Ryutte Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizəddirlər.

Siyahıda mümkün ola biləcək namizədlər arasında Estoniyanın baş naziri Kaya Kallas, Avropa İttifaqının xarişi işlər üzrə keçmiş komissarı Federika Moqerini və Rumınyanın prezidenti Klaus Yohannisin də adları var.
Bundan əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin 2022-ci ilin oktyabrında Norveç Mərkəzi Bankının rəhbəri olacağı bildirilmişdi.

O, 2014-cü ilin martından NATO-da bu vəzifəni icra edir. Stoltenberq işini 2018-ci ildə bitirməli idi, lakin onun səlahiyyət müddəti 2022-ci il sentyabrın 30-dək uzadılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Araq almağa gedən "qanuni oğru" saxlanıldı
Rusiyanın paytaxtı Moskvada qazaxıstanlı “qanuni oğru”saxlanılıb.

Zamantv.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, “Lexa Maymış” ləqəbli “qanuni oğru” Aytkali Maymışov “Alfa İzmayılov” otelindən çıxaraq, yaxınlıqdakı supermarketdən araq almaq istəyib. Bu vaxt təsadüfən polis tərəfindən yoxlanılıb. Yoxlama zamanı 63 yaşlı avtoritetin üzərindən metadon tapılıb. Polis idarəsində isə onun “qanuni oğru” olduğu məlum olub.

Məlumata əsasən, o, Dağlıq Altay diyarından Moskvaya gəlibmiş. Ancaq onun gəlişinin məqsədi məlum deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş həkimlərdən pul alan "reket jurnalist" HƏBS OLUNDU
Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs cinayət başında yaxalanıb.

Zamantv.az Baş Prokurorluqdan verilən məlumata görə, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində “Facebook” sosial şəbəkəsində və “YouTube” videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi “Sizintv.az” və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb edib. Bu barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb.
Qeyd edilən faktlarla bağlı fevralın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bir daha informasiya məkanında qanunsuz fəaliyyətə meyl edən media subyektləri və sosial şəbəkə istifadəçilərini qanunvericiliyin tələblərinə riayət etməyə və digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək, qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi ediləcəyi barədə xəbərdarlıq edir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO