[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur müğənninin evinə silahlı BASQIN: anasının.
Reynmen kimi tanınan türkiyəli müğənni Yusuf Aktaşın anası Nesibe Aktaşa silahlı hücum olub.

Zamantv.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, hadisə onun evində yaşanıb. Evə girən silahlı şəxs yaşlı qadının telefonunu oğurlayıb.

Polislər hadisəni törədən şəxsin narkotik satışı ilə məşğul olan və axtarışda olan Yunus K. adlı şəxs olduğunu bildirib. O, polis tərəfindən saxlanılıb.
Məşhur müğənninin evinə silahlı BASQIN: anasının.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xərçəng xəstəsi olan qazimiz vəfat etdi
Vətən Müharibəsi iştirakçısı vəfat edib.

Zamantv.az-ın məlumatına görə, 44 günlük Vətən Müharibəsi iştirakçısı Məmişov İlqar Vaqif oğlu bu gün dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.
Qeyd edək ki, İ. Məmişov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir övladı olan qazimiz könüllü cəbhəyə yollanmış və Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışdı.

Xərçəng xəstəsi olan qazimiz vəfat etdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Direktorun müəllimi təhqir etməsi ilə bağlı məsələ araşdırılır
Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.
Zamantv.az xəbər verir ki, bu barədə APA-ya Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.

"Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni doğulan körpələrin orqanizmində MİKROPLASTİKLƏR AŞKARLANDI
Aparılmış yeni tədqiqat çərçivəsində insan ciftində və hətta yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər (plastik materialların kiçik hissəcikləri) aşkar edilib.

Zamantv.az-ın xəbərinə görə, məlum olub ki, uşaqların mikroplastikləri udmalarının qarşısını almaq demək olar mümkün deyil. Bu prosesin hələ onların ana bətnində olduqları vaxtda baş verdiyini nəzərə alsaq, mövcud problemin ciddiliyini anlamaq elə də çətin olmaz. Alimlərin fikirlərinə əsasən mikroplastiklər böyüklərdən daha çox uşaqlar üçün ciddi təhlükə mənbəyi daşıyırlar.

“Ola bilsin ki, uşaqlar böyüklərdən fərqli olaraq mikroplastiklərin təsirlərinə daha çox məruz qalırlar. Heç kim uşaqların hansı miqdarda mikroplastikləri udduqlarını deyə bilməz. Lakin aparılmış bir neçə tədqiqat nəticəsində məlum olub ki, uşaqlar mikroplastikləri hələ ana bətnində olduqları zaman udmağa başlayırlar. Bu isə çox narahatedici məsələdir” - deyə, mütəxəssislər qeyd ediblər. Aparılmış tədqiqatın nəticəsi dünyada yayılan mikroplastiklərin miqyasını və onların daşıdıqları potensial təhlükəni təsdiqləyir. Mikroplastiklərin uşaqların sağlamlıqlarına necə təsir göstərdikləri barəsində hələ yetəri qədər araşdırma aparılmayıb.
“Balaca uşaqlarda immun sistemi inkişaf mərhələsində olur. Bundan əlavə olaraq, balaca uşaqlar beynin inkişafı üzrə vacib mərhələdə olurlar. Məhz bu faktorlar uşaqları bir çox şeyə qarşı həssas edirlər” - deyə, mütəxəssislər əlavə ediblər.

Mütəxəssislər ümid edirlər ki, onların aparmış olduqları tədqiqatların nəticələri həkimlərə, alimlərə və valideynlərə müasir uşaqların mikroplastiklərdən necə qorunmaları üsullarını tapmaqda yardımçı olacaq. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, bu riskdən tamamilə yayınmaq mümkün deyil.

Ev tozunda və qida məhsullarında mövcud olan mikroplastiklər də daxil olmaqla bir çox faktor bu cür qorunmanı mümkünsüz edir. Buna baxmayaraq bəzi tədbirlərin görülməsində fayda var. Mütəxəssislər valideynlərə plastik materiallarla qarşılıqlı əlaqədə olan qida məhsullarını öz övladları üçün məhdudlaşdırmağı və evlərdə daimi şəkildə nəm təmizləmə aparmağı məsləhət görürlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kişi evinin qabağında ÖZÜNÜ ASDI
Bakıda intihar hadisəsi olub.

Zamantv.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. 56 yaşlı Fətəliyev Rafiq Əli oğlu özünü yaşadığı evin qarşısında asıb.

Onun meyiti qonşular tərəfindən aşkar edilib. Bundan sonra qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.
R. Fətəliyevin hansı səbəbdən intihar etməsi hələlik istintaqa məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəstəxanada DƏHŞƏT: Narkomanlar bir-birini öldürüb yeyirlər
Əfqanıstanda narkomaniyadan asılılığı aradan qaldırmaq üçün minlərlə insan həbs düşərgələrini xatırladan “xəstəxanalara” yerləşdirilib.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, “Taliban”ın Əfqanıstandakı “xəstəxanalarından” birinə daxil olan danimarkalı jurnalistlər gördüklərinə inana bilməyiblər. Məhkumlardan bəziləri aclıqdan insan əti yeməyə başlayarkən, bir məhbusun pişiyin başını kəsərək yeməsi, üç nəfərin tək yatağı paylaşması və digər əhvalatlar bütün dünyanı şoka salıb.
Xəstəxanada DƏHŞƏT: Narkomanlar bir-birini öldürüb yeyirlər

Hakimiyyəti ələ keçirdikdən altı ay sonra “Taliban” birtəhər öz sözünü tutub: onlar minlərlə evsiz narkotik aludəçisini üç ay ərzində konsentrasiya düşərgələrinə bənzəyən xəstəxanalara yerləşdiriblər.

'Bir adamı öldürüb bağırsaqlarını bişirdilər”

Kabildəki bu “xəstəxanaların” içərisinə nəzər salanda məlum olur ki, məhbuslar ağır şəraitdə günbəgün əriyir: Az və ya heç bir yemək verilməyən, aclıq hissini aradan qaldırmaq üçün ot yeməyə məcbur edilən insanların sağ qalmaq üçün pişiklər və hətta insan əti yeməkləri haqqında şayiələr yayılıb.
Xəstəxanada DƏHŞƏT: Narkomanlar bir-birini öldürüb yeyirlər
Keçən ay danimarkalı jurnalistlərə danışan, sağalmaq üzrə olan bir narkoman deyib: "Bir adamı öldürüb od vurdular. Onun bağırsaqlarını bişirib yedilər".

Əbdül adlı başqa bir məhbus, "xəstələrin" günlərlə ac qalmasının adi hal olduğunu və insanların müntəzəm olaraq aclıqdan öldüyünü söyləyib.

Əbdül gördüyü mənzərəni bu sözlərlə izah edib: "Dünən insanlar parkda pişiyi yedilər. Onlardan biri pişiyin başını kəsərək ağzına atdı".

Xəstəxanaya gətirmədən edam edirlər

Kabildə ziyarət edilən xəstəxana 1000 çarpayıya malikdir, lakin 3000 nəfər yerləşdirilib. Üç nəfər dar ikiqat çarpayılarda yatmağa məhkumdur.
Məhkumlar bəzi narkomanların xəstəxanaya gətirilmədən edam edildiyini söyləyir. Məhkumlardan biri iddia edir ki, onun doqquz dostu həbsxanada ölümə buraxılıb, qalanları isə klinikaya yerləşdirilib.

Aylardır qıtlıq var və ərzaq getdikcə azalır. Əbdül bildirib ki, həkimlər məhbuslara hər gün yarım çörək verirlər, amma indi heç onu da ala bilmirlər.

İndi təchizat o qədər azdır ki, hər gün yalnız bəzi məhbuslara yemək yeməyə icazə verilir - kiçik bir kasa düyü verilməzdən əvvəl otaqda çılpaq vəziyyətdə sıraya düzülürlər.
Yemək yeyə bilməyənlər çıxıb otun üstünə uzanıb ot yeyirlər. Bu, onları yaşatmaq üçün çox şey etməsə də, aclıq hissini bir az da olsa azaldır.

“Taliban” “heç bir problem yoxdur” deyir

Müəssisəyə rəhbərlik edən həkimlər anlayışlıdırlar, amma az şey edə bilərlər. Həkimlər aylardır maaş almırlar və növbəti maaşlarının nə vaxt veriləcəyi barədə heç bir məlumatları yoxdur.

Bununla belə, dəhşətli dəlillərlə üzləşən “Taliban” sözçüsü heç bir şeyin səhv getmədiyini iddia edir.

“Taliban”ın narkotiklərlə mübarizə agentliyinin rəhbəri Hasibullah Əhmədi deyir: "Bu insanlar xəstədirlər və nə danışdıqlarını bilmirlər".

Xəstəxanada DƏHŞƏT: Narkomanlar bir-birini öldürüb yeyirlər
Əfqanıstan keçən il ABŞ qoşunlarının qəfil ölkədən çıxması və hökumətin bir neçə gün ərzində tamamilə dağılması nəticəsində yaranan iqtisadi çöküşün ortasındadır.

“Taliban” illərdir ölkəyə nəzarəti bərpa etmək arzusunda olsa da, qəfil ələ keçirilməsi onları təəccübləndirərək böyük xaosa səbəb olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ana  və  qızı dəm qazından zəhərləndi
Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə hadisə rayonun Çaylı kəndində baş verib.

Səbinə Gülməmmədova və onun azyaşlı qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə ana və az yaşlı qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avtomobil qadını vurub öldürdü
Salyanda piyada ölümü ilə nəticələnən qəza baş verib.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Yolu keçən Neftçala rayonunun Qaraqaşlı kənd sakini, 1970-ci il təvəllüdlü Eyvazova Reyhan Əzizağa qızını maşın vurub. Xəstəxanaya çatdırılan piyada orda ölüb. Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə məhkəmə binasında yanğın söndürüldü
Gəncə şəhəri Nizami rayon məhkəməsinin binasında baş vermiş yanğın söndürülüb.
Zamantv.az-ın məlumata görə, APA-nın hadisə yerində olan müxbiri bildirib ki, yanğın binanın üçüncü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in 5 avtomobili və otuzdan artıq canlı qüvvəsi cəlb olunub.

Hadisəyə görə binanın yerləşdiyi ərazidə tıxac yaranıb.
Gəncə şəhərində Nizami rayon məhkəməsinin binasında yanğın başlayıb.

Zamantv.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Gəncədə məhkəmə binasında yanğın söndürüldü
Gəncədə məhkəmə binasında yanğın söndürüldü
Gəncədə məhkəmə binasında yanğın söndürüldü
Gəncədə məhkəmə binasında yanğın söndürüldü

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Nuran gələcək həyat yoldaşından danışdı
Aparıcı Hacı Nuran Hüseynov ailə quracağını bildirib.

Zamantv.az-ın məlumatına görə, o, bu barədə "Zaurla Günaydın" proqramında danışıb.

Evliliklə bağlı suallara Hacı Nuran, "Bir xanım var, hazırda danışırıq. Toyu yazda düşünürük. Gəlinliyin gülli-çiçəkli olmasını istəyirəm. Xanım həkimdir, adını açıqlamayım. Bəlkə heç alınmadı" deyə, cavab verib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO