[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tağı Əhmədovun ayaqları tutuldu - Keçmiş məmur əlil arabasında
Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib. Zamantv.az yenisabah.az-a istinadla xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanınının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.

Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşaiyət edib.

T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən klinika T. Əhmədovun özünə məxsusdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tələbələrin yaşadığı evə BASQIN
Gəncədə tələbələrin yaşadığı evə basqın edilib.
Zamantv .az APA-ya istinadən xəbər verir ki, şəhər sakini Sadiq Cəfərli polisə ərizə ilə müraciət edərərək tələbə yoldaşları Rüstəm Eyvazov və Kamran Cəfərovla birlikdə kirayə yaşadıqları mənzilə naməlum şəxsin daxil olduğunu bildirib.

Həmin şəxs onlara bıçaqla hədə-qorxu edərək 4 min manatlıq əmlaklarını götürərək gedib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransa hökuməti “Marsel” – “Qarabağ” oyunu ilə bağlı qərarını açıqladı
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək.

Apasport.az saytının məlumatına görə, Fransa hökuməti Liqa1 təmsilçisinin müraciətini müsbət cavablandıraraq, görüşün ölkədə baş tutmasına icazə verib.

Məsələ burasındadır ki, Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlər Fransada qəbul olunmur. Lakin idmandan məsul nazir nümayəndəsi Roksana Marasinyanu bildirib ki, Rusiya və Çin peyvəndi vurulan idmançılar ölkə ərazisinə daxil ola bilərlər.

Məşhur müğənni reperlə sevişir
Baş nazirin televiziya aparıcısı ilə toyu təxirə salındı - SƏBƏB - FOTO
Məşhur aktrisa 5-ci dəfə BOŞANDI - FOTO
Onun sözlərinə görə, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmələri şərti ilə Fransaya buraxılacaqlar. Buraya müsabiqəyə daxil olduqdan sonra 24 saat ərzində keçirilən test daxildir. Bu isə o deməkdir ki, “Marsel” – “Qarabağ” matçının “Velodrom” stadionunda keçirilməsinə heç bir maneə qalmayıb.

Qeyd edək ki, Fransadakı görüş fevralın 17-də baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.

# # #
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 2 yük maşını yandı
Bakıda yük avtomobilləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda "Shacman" markalı yük avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan “Mercedes” markalı digər yük avtomobilinin ban hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Stilist Anar və onun komandası ATV-dən getdi
Stilist Anar Ağakişiyev “Azad Azərbaycan” (ATV) telekanalı ilə yollarını ayırıb. Zamantv.az-ın əldə etdiyi məlumata görə, imic ustası öz istəyi ilə işinə xitam verib.

Qeyd edək ki, A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ermənilərin görüşünə gedirsən? Niyə gedirsən ki?“ - Deputatdan tərs suallar
“Bu məsələyə yanaşmada hər kəsin özünəməxsus mövqeyi var və bu mövqeyə görə, təbii ki, mən heç kimi nə qınayır, nə də irad tuturam. Bu məsələni hərə bir cür fikirləşir və hərənin öz mövqeyi var, hərə də öz mövqeyində özünü haqlı hesab edir”. Zamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

O, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın “Ermənilərlə görüşlər keçirilə bilər” fikrin i şərh edib.

Deputat qeyd edib ki, onu bu məsələdə öz mövqeyi var:

“Son 25 ildən çox bir müddətdə bu mövqeyi dəyişməmişəm. Bu illər ərzində hamımız şahidi olduq ki, 1990-cı illərdə “xalq diplomatiyası” adı altında bir neçə nəfər ortaya düşüb. Sonra 2000-ci illərdə də “ziyalıların görüşü” adı altında bir neçə görüş, İrəvan və Bakıya get-gəllər olub. Guya bundan bir nəticə hasil olacaq. Ancaq reallıq nəyi göstərdi? Reallıq göstərdi ki,belə yanaşmalarla məsələ həll olunmur. Məsələ hüquqi müstəvidə, eləcə də siyasi və hərbi arenada həll olunur. Kim getdi, kimlə görüşdü, nə söhbət etdi-etmədi, bununla heç bir məsələ həll olmur və heç kimin nə fikri, nə də əqidəsi dəyişir.

O ki qaldı Qarabağ və yaxud Ermənistan ermənilərinə, burada mən yenə də öz mövqeyimi dilə gətirmək istəyirəm. Bizə qarşı həmişə ən qəddar və barışmaz mövqedə olanlar Qarabağda yaşayan ermənilər olub. Bu, dünən də belə idi, bu gün də belədir və gələcəkdə də belə olacaq. Yəni bunlar nankor, xəyanətkar, çörəkitirən və bizə qarşı qəddar düşmənçilik mövqeyində olan kəslərdir”.

Həmsöhbətimiz gələcəkdə keçirilə bilən görüşlərin heç bir əhəmiyyət kəsb etməyəcəyini vurğulayıb:

“Mənə maraqlıdır ki, onların nəyi ilə görüşəcək və görüşüb hansı məsələni həll etmək fikrindədirlər? Onlar 30 ildən çoxdur bizi ev-eşiyimizdən didərgin salıb, soyqırımı və kütləvi qırğınlar törədiblər. Bu gün də ev-eşiyimizdə, bizim doğma yurdumuzda separatçı qurumlarıyla yaşayırlar. Sizcə, bunlarla görüşməyə dəyər? Yox! Bunlarla ancaq 44 günlük müharibədə danışdığımız dillə danışmaq lazımdır. Bunlar əvvəlkilər kimi ağ bayraq qaldırıb, qarşımızda diz çöküb təslim, qanunlarımıza tabe olub, bayrağımızın altından keçib, Konstitusiyamızı və vətəndaşlığımızı qəbul edəndən sonra baxarıq, cinayət törətməyiblərsə, orada qalıb yaşaya bilərlər, ya yox...

O vaxtı da demişdim ki, mənə qarşı soyqırımı törədib, torpağımı işğal edənin görüşünə gedirsən? Niyə gedirsən ki? Bu, cinayətkardır! İndi də gedib ona deyəcəksən ki, yaxşı etmisən?! Şəxsi mövqeyim belədir və işğaldan azad etdiyimiz ərazilər kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalımızı da, Xankəndimizi də, bütün Qarabağı separatçı cinayətkarlardan təmizləyəcəyik. Ondan sonra qanunlarımıza tabe olanlar, cinayətkar olmayanlar, əvvəldən orada yaşayanlar, qanun çərçivəsində qalıb yaşayacaq, qalanları əcnəbi vətəndaş kimi ölkəmi tərk edəcək”, - deyə millət vəkili yekunlaşdırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda həkimləri qarət edən kameralara düşdü
Bakınnı Nərimanov rayonunda klinikalardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, klinikada çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib.

Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törtməkdə şühəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edib. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin 2021-ci ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı sübuta yetirilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Bakıda həkimləri qarət edən kameralara düşdü
Bakıda həkimləri qarət edən kameralara düşdü
Bakıda həkimləri qarət edən kameralara düşdü

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biləsuvarda 8 kilodan çox narkotik və "Kalaşnikov" tapıldı
Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini Sahil Tapdıqov tanışı, Sumqayıt şəhər sakini Tərlan Dadaşzadə və Bakı şəhər sakini Nicat Eminovla birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gəiriliblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Zamntv.az-a verilən məlumata görə, onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 7 kiloqrama yaxın heroin, 1 kiloqram 110 qram tiryək və 500 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Bundan əlavə Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının son bir neçə gün ərzində keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 7 nəfər saxlanılıb və hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Mirxanlar Qasımzadə saxlanılıb. Onun yaşadığı evin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı oradan “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid daraq və 12 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.
Biləsuvarda 8 kilodan çox narkotik və "Kalaşnikov" tapıldı
Biləsuvarda 8 kilodan çox narkotik və "Kalaşnikov" tapıldı

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza - SWIFT nədir?
Kremlin başı üzərindəki “Damokl qılıncı” – Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza hansıdır?

Qərb ölkələri Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanı “misli görünməmiş” sanksiyaların gözlədiyini açıqlayıb. Kremlin xüsusən beynəlxalq bank köçürmələri sistemi - SWIFT-dən çıxarılmaqdan qorxduğu bildirilir.

CNN telekanalının saytında “SWIFT nədir və nə üçün o, Rusiyaya qarşı nə böyük silah ola bilər” başlıqlaı məqalə dərc olunub.
“Qərb ölkələri Prezident Vladimir Putini Ukraynaya hücumdan saxlamaq üçün Rusiyanı miqyası görünməmiş sanksiyalarla hədələyir. Amma sanksiya siyahısında Kremli xüsusi ilə qorxuya salan bir hissə var. Bu ölkənin beynəlxalq bank sistemi olan SWIFT-dən çıxarılmasını nəzərdə tutan tədbirlər planıdır.

Amerikalı qanunvericilər son həftələrdə Rusiyanı dünyanın minlərlə maliyyə institutlarını birləşdirən SWIFT sistemindən ayırmağı təklif edir. Yüksək çinli rusiyalı məmurlar isə bu planın reallaşacağı təqdirdə Rusiyadan Avropaya neft, qaz, metal və s. məhsulların ixrac olunmayacağını qeyd edib. “Əgər Rusiya SWIFT sistemindən çıxarılsa, biz xarici valyutanı almayacayıq. Amma alıcılar, ilk növbədə isə Avropa ölkələri bizim neft, qaz, metallar və digər vacib komponentlərimizi almayacaq”, - deyə Rusiya Federasiya Şurasının vitse-spikeri Nikolay Juravlev söyləyib.

Bəs SWIFT nədir?

Ümumdünya banklararası maliyyə kanalları xətti (SWIFT) 1973-cü ildə yaradılıb. Hazırda bu sistemin xidmətlərindən 11 mindən çox maliyyə institutu faydalanır. Onlar SWIFT vasitəsilə kodlaşmış məlumatlar və ödəniş göstərişləri göndərə bilir. SWIFT-in tamhüquqlu alternativinin olmaması onu dünya maliyyə sistemi üçün əvəzsiz edir.

Əgər Rusiya bu banklararası sistemdən çıxarılarsa, maliyyə institutları Rusiyaa pul göndərmək və geri pul almaq imkanlarını tam itirəcək. Bu Rusiya şirkətləri ilə yanaşı, bu ölkədən dollarla neft və qaz alan xarici müştərilər üçün də ağır sarsıntı olacaq.

“Rusiyanın SWIFT-dən çıxarılması bütün beynəlxalq tranzaksiyaları dayandıracaq, valyuta kurslarının qeyri-stabilliyinə və kütləvi valyuta axınına səbəb olacaq”, - deyə Moskvadakı Karneqi Mərkəzinin elmi işçisi Mariya Şagina ötən il yazırdı. Rusiyanın eks-maliyyə naziri Aleskey Kurdin isə 2014-cü ildə çıxışı zamanı sistemdən çıxarılarsa, Rusiya iqtisadiyyatının 5% azala biləcəyini söyləyib.

SWIFT-in mənzil-qərargahı Brüsseldə yerləşir. Onu 25 nəfər üzvü olan Direktorlar Şurası idarə edir. SWIFT özünü xidmətlər təklif edən neytral vasitəçi kimi təqdim edir, Brüsseldə qeydiyyatdan keçdiyi üçün bu ölkənin qanunvericiliyinə və Avropa Birliyinin norma və qaydalarına riayət etməyə məcburdur.

Rusiya SWIFT-dən çıxarılsa, nə baş verə bilər?

Bu günə qədər hər hansı ölkənin SWIFT sistemidən çıxarılması halına rast gəlinməyib. Yalnız 2012-ci ildə Avropa Birliyi sanksiya tətbiq etdiyi üçün İran banklarını öz sistemindən çıxarmış, buna görə, İran neft ixracından əldə etdiyi gəlirlərin 50%, xarici ticarət dövriyyəsinin isə 30%-ni itirmişdi.

“SWIFT öz kollektiv maraqları üçün yaradılmış və xidmət edən neytral kooperativdir. Hər hansı ölkə yaxud fiziki şəxs barədə sanksiya ancaq müvafiq dövlət orqanlarının istəyi və mövcud qanunvericilik əsasında həll olunur”, - deyə SWIFT mətbuata açıqlama verib.

Amma ABŞ-ın müttəfiqlərinin bu qərarı hansı qətiyyətlə dəstəkləyəcəyi məlum deyil. Belə ki, Rusiya SWIFT-dən çıxarılsa, bundan ən çox ABŞ və Almaniya zərər görəcək. Belə ki, həmin ölkələrin bankları Rusiya bankları ilə əlaqə üçün bu sistemdən daha çox yararlanır.

“Şübhəsiz ki, SWIFT-dən çıxarılma əlimizdə Rusiyaya qarşı güclü silah olacaq. Amma qorxuram ki, bu silahdan istifadə etmək üçün ABŞ-ın köməyi bizə lazım olsun. Bu mövzuda diskussiya aparırıq”, - deyə Böyük Britaniya Baş naziri Boris Conson İcmalar Palatasında çıxışı zamanı söyləmişdi.

Qərbin iqtisadi sanksiya hədələri fonunda Rusiya Çinin yaratdığı CIPS banklararası mübadilə sisteminə baş vura bilər. Digər alternativ olaraq, Moskvanın kriptovalyutadan istifadə etməyə başlayacağı iddia olunur”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO