Gəncə şəhəri Nizami rayon məhkəməsinin binasında baş vermiş yanğın söndürülüb.
Zamantv.az-ın məlumata görə, APA-nın hadisə yerində olan müxbiri bildirib ki, yanğın binanın üçüncü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in 5 avtomobili və otuzdan artıq canlı qüvvəsi cəlb olunub.
Hadisəyə görə binanın yerləşdiyi ərazidə tıxac yaranıb.
Gəncə şəhərində Nizami rayon məhkəməsinin binasında yanğın başlayıb.
Zamantv.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Zamantv.az