[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda gecə klubdan çıxan qızın qarşısını kəsdi: "Qaranlığa çəkib..." - Şok təfərrüat
Bakının Nəsimi rayonunda 1991-ci il təvəllüdlü Bəylər şəxsi münasibətlər zəminində sevgilisi Validəni (adlar şərti verilib - red.) döyüb.
Hadisə ötən il noyabrın 16-da gecə saat 00.10-da baş verib. Bəylər mübahisə zamanı Validəni döyərək ona xəsarət yetirib.
İstintaq orqanı Bəylərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəylər özünü təqsirli bilib. O qeyd edib ki, 2017-cı ildən "Boss" klubunda qəlyançı işləyib: "Lakin pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan müvəqqəti işsiz qalmışam. Klubda işləyən zaman orada barmen kimi çalışan Validə ilə tanış olduq, bır müddət sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq".
Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 15-də axşam saatlarında Validənin işlədiyi "Boss" klubuna gəlib: "Klubda küsüşdüyümüz Validə ilə barışmaq istədim. O, barışmaq istəmədiyini, başqa şəxslə danışdığını bildirdi. Klubu tərk etdim. Validənin gecə saat 12.00-da klub bağlandıqdan sonra evə gedəcəyini bildiyim uçun kənarda dayanıb onu gözlədim".
Bəylər bildirib ki, noyabrın 16-da, gecə saat 00.10-da Validə işdən çıxıb və evə gedən zaman Bül-bül prospektində yerləşən "Bravo" marketin qarşısında ona yaxınlaşıb: "Validəyə söhbət edərək nə istədiyini bildirdim. Etiraz edən zaman onun qolundan tutdum, marketın yanında heç kimin olmadığı qaranlıq hissəyə çəkdim. Ondan üzr istədim, onu sevdiyimi, barışmaq istədiyimi bildirdim.
Buna baxmayaraq, məni təhqir etdi, oradan getmək istədiyi üçün bir anlıq əsəbləşdiyimdən onun baş və sağ qolundan yumruqla zərbə vurdum. Validə yıxılaraq ağladığı üçün peşman oldum, oradan uzaqlaşdım".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Validənin sözlərinə görə, 4 il əvvəl barmen işlədiyi "Boss" klubunda qəlyançı olan Bəylərlə tanış olub: "Bır müddət danışdıqdan sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq. 2021-ci ilin oktyabrın sonunda Bəylər mənə xəyanət etdiyi üçün onunla münasibətim pozuldu və ayrıldıq. Pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan Bəylər işsiz qaldı və ara-sıra kluba gəlib-gedirdi".
Zərərçəkmiş şəxs qeyd edib ki, noyabrın 15-də gecə saatlarında işdə olan zaman Bəylər kluba gəlib və ona yaxınlaşaraq barışmaq istədiyini bildirib: "Buna etiraz etdim, başqa şəxslə münasibət qurduğumu söylədim. Bəylər klubdan getdi. Gecə klub bağlananda təhvil-təslim etdim, getmək üçün klubdan çıxdım. Kirayə yaşadığım evə gedən zaman Bülbül prospektində yerləşən "Bravo" marketin yanında Bəylər qarşıma keçdi. Dərhal qolumu tutaraq, məni heç kimin olmadığı qaranlıq tinə çəkdi, mübahisə etməyə başladı.
Mənə bildirdi ki, heç bir zaman, kiminləsə münasibət qurmağıma imkan verməyəcək. Onun sözlərinə məhəl qoymadım. Oradan getmək istəyən zaman Bəylər sağ qolumdan və başımdan yumruqla zərbə vurdu, saçımı yoldu. Yıxılaraq ağladım, Bələr isə oradan uzaqlaşdı".
Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.
Bəylər 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq ölüb
Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb.
Hadisə Yasamal rayonunda qeydə alınıb. 2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bilidirilir.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ərinin qətlini sifariş verən qadın narazıdır: basdırıb üstündə təndir tikmişdilər
Beyləqan rayonunda həyat yoldaşının qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqova barəsində olan hökmdən kassasiya şikayəti verib.
Onun şikayəti Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası fevralın 24-nə təyin edilib.
İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb.
Daha sonra məlum olub ki, İlkin Fərhadovu arvadı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tüfənglə qətlə yetirib. Həmin şəxs meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd "İJ-16" markalı tüfəng maddi sübut kimi götürülüb. İlkin Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla əlaqədar Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il və Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda metronun üstündə QƏZA - VİDEO
Bakıda qəza baş verib.

Yanvarın 27-də gecə saatlarında paytaxtın Səbail rayonunda "Sahil" metrostansiyasının yaxınlığında qeydə alınıb.

"Toyota Prius" markalı avtomobil "Lada Priora" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnterpol adam öldürən azərbaycanlını axtarır
20 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verilib.
Zamantv.az İnterpolun saytına istinadən məlumat verir ki, 20 yaşlı Nurlan Bağırovun saxlanılması üçün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarış elan olunub.

N. Bağırov bir qrup şəxs tərəfindən, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən və xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürməkdə ittiham olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcəkBakıda və Abşeron yarımadasında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında da yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çayda yoxa çıxan kişi timsahın mədəsində tapıldıİndoneziyanın Papua əyalətinin sakinləri yeddi metrlik timsahın mədəsində kişi qalıqları tapıblar.

Zamantv.az-ın xarici mediaya istinadla xəbərinə görə, 30 yaşlı Demiens Yuda xərçəngləri yumaq üçün çaya gedib və yoxa çıxıb.

Timika şəhər axtarış və xilasetmə xidmətinin rəisi Corc Mersi Rendonq bildirib ki, yerli sakinlər indoneziyalını tapmaq üçün səlahiyyətlilərlə əməkdaşlıq ediblər. Axtarış qrupu nəhəng timsah tapıb və onu tutmaq qərarına gəlib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Omicron"un SAĞALMAYAN əlaməti açıqlandı
“Omicron”un sağalmayan əlaməti açıqlanıb.

Zamantv.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, İngiltərə alimləri bildiriblər ki, koronavirusa yoluxan insanlar bel ağrısından şikayətlənsələr də, yeni varianta yoluxanlarda bu şikayət daha çox artıb.

Onların sözlərinə görə, “Omicron”a yoluxan və sağalan insanlar bir müddət bel ağrısından qurtula bilmirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu balıq 94 ildir ki, akvariumda yaşayır
“Roqozub Mafusail” adlı balıq 90 ildir ki, Kaliforniya Elmlər Akademiyasında yerləşən akvariumda yaşayır.

Zamantv.az -ın xarici KİV-ə istinadən məlumatına görə, “Mafusail”in uzunluğu 1 metr 20 santimetr, çəkisi 18,1 kiloqramdır.

Balıq 94 il əvvəl Avstraliyadan xüsusi konteynerdə ABŞ-a gətirilib. Həmin balıq növündən bir neçə dənəsi tədqiqat üçün istifadə edilib. Onların əksəriyyəti ölsə də, “Mafusail” hələ də yaşayır. Alimlər indi bunun səbəbini araşdırırlar.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO