[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qadını qətlə yetirib qaçarkən eyvandan yıxıldı – FACİƏLİ ÖLÜM
50 yaşlı Arxangelsk vilayətinin sakini Moskvanın Brateevskaya küçəsindəki mənzillərdən birində ev sahibi olan qadını öldürərək eyvandan düşərək qaçmaq istəyib.

Zamantv.az Rusiya KİV-ə istinadən xəbər verir ki, nəticə kişinin istədiyi kimi olmayıb.

Hadisə şahidlərinin dediyinə görə, kişi 4-cü mərtəbədəki eyvandan düşmək istəyərkən ayağı büdrəyib və bu zaman paltar asılan ipdən yapışıb. Lakin ip kişinin ağırlığına tab gətirməyərək qırılıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Bundan sonra mənzilə baxış keçirilərkən orada kəllə-beyin travması alaraq öldürülmüş 59 yaşlı ev sahibəsinin meyiti aşkarlanıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Evdə tək yaşayan kişinin MEYİTİ TAPILDI
Sumqayıtda evdən kişi meyiti tapılıb.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Fərdi yaşayış evlərinin birindən 1965-ci il təvəllüdlü Vidadi Məlikovun meyiti aşkarlanıb.
Sumqayıtda evdən kişi meyiti tapılıb.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Fərdi yaşayış evlərinin birindən 1965-ci il təvəllüdlü Vidadi Məlikovun meyiti aşkarlanıb.
57 yaşlı kişi evdə tək yaşayırmış.

Meyiti tapılan şəxsin narkotik istifadəçisi olduğu və yüksək dozalı narkotik qəbulundan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaşlı qadını avtomobil VURDU
Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Zamantv.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Vəliyeva Altun Murad qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda ağır qəza: avtomobil dirəyə çırpıldı -FOTO
Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Zamantv.az xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Şahmar Fətullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Bu zaman avtomobil yolayrıcında işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

Sərnişin 1995-ci il təvəllüdlü Gözəlov Ramin Rəhim oğlu və sürücü Ş.Fətullayev ağır bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş nazir SAXLANILDI - Polis əməliyyta keçirdi - FOTO
Bolqarıstan polisi Rumıniyanın keçmiş turizim naziri Yelena Udryanı saxlayıb.

Zamantv.az xəbə verir ki, bu barədə Bolqarıstanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

"Ruminya polsinin müraciəti əsasında bu ölkədən çıxan avtomobilin araşdırılması xahiş edilib. Həmin avtomobil Bolqarıstan-Yunanıstan sərhədindəki “Kulata” sərhəd-keçid məntəqəsi yaxınlığında aşkarlanıb və həbs qərarı əsasında 24 saat saxlanılıb",-deyə məlumatda bildirilir.
Yelena 2010-2011-ci illərdə turizim naziri olub. O korrupsiya ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdir.

Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox rüşvət alıb.
Keçmiş nazir SAXLANILDI - Polis əməliyyta keçirdi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahid: “Nərminin anası dedi ki, polis rəisindən pul almağa gəlmişəm”
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmədə bəzi məqamlar məlum olub.

APA xəbər verir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadəsində cinayət işi üzrə bir neçə məqama toxunub.

Murad Süleymanov deyib ki, Nərminin yanmış meyiti tapılan gün səhər anası Aynurə İsmayılovanı Polis Şöbəsində görüb:

“Yanvarın 6-da şöbənin qarşısında “razvod” bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Soruşanda dedi ki, polis rəisi Şirzad Əsgərovdan pul almağa gəlmişəm”.

Şahid onu da bildirib ki, meyitin yanması haqda polis rəisinə xəbər verəndən 15 dəqiqə sonra Şirzad Əsgərov rəis müavini Şahlar Cəfərovla hadisə yerinə gəlib:

“Şirzad Əsgərov hadisə yerinə çatan kimi “Şahlar, odur - Nərmindir”, - dedi”.

Murad Süleymanov Nərminin meyiti tapılmazdan əvvəl aparılan axtarışlar barədə də danışıb.

Süleymanov xatırladıb ki, hələ meyit tapılmamışdan öncə rəis müavini Cəfərov ondan Dondar Quşçuda tək yaşayan sakinlər haqda soruşub.

Proses aprelin 11-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arvadını güllələyib intihar edən kişi onu izləyirmiş - TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB
Bakıda kişinin arvadını öldürdükdən sonra bəzi faktlar üzə çıxıb.

Zamantv.az xəbər verir ki, APATV hadisə baş verən ərazidə olub, qətlin təfərrüatlarını öyrənməyə çalışıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, Rasim Xəlilov keçmiş hərbçi olub. Həmçinin onların azyaşlı övladları da olub.
Qonşular deyir ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Onların bir azyaşlı övladı var. Lakin Rasim Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb. Bu gün isə qadını güllələyərək öldürüb.

Qətlə yetirilən Misli Xəlilovanın ailəsinin yaşadığı ünvana yollanıb hadisənin təfərrüatlarını onlardan öyrənmək istədik. Lakin qapını açan atası müsahibə vermək istəmədiyini bildirdi.

Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Polis Gürcüstan vətəndaşının evində 3 ton yanacaq aşkar etdi
Hadisə Fransanın Sen-Briok komunasında baş verib.

Zamantv.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, polis bir evin ətradında son həftələrdə hərəkətliliyin artdığının şahidi olub. Qonşular da bu evə çox sayda kənar avtomobilin gəldiyini bildiriblər.

Polis ötən gecə əlində bidon evə gedən şəxsi saxladıqda hər şey məlum olub. Evə baxış zamanı 3 tondan çox yanacaq aşkar edilib.
Məlum olub ki, Gürcüstan vətəndaşları yaşadıqları ərazidəki avtomobillərin yanacağını çəkərək ucuz qiymətə satırmış.
Polis faktı rəsmiləşdirərək məhkəməyə göndərib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 Gəncədə qəza: ana və uşaq xəsarət aldı
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" ilə digər minik maşını toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü F.Rzayeva və onun övladı, 2009-cu il təvəllüdlü S.Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yeniyetmə bıçaqlandı
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

15 yaşlı Əliyev Kamal Elçin oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO