[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AİLƏ QƏTLİAMI: Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi -VİDEO
Kiyev yaxınlığındakı Buçada Rusiya hərbçiləri Aleksandr Çikmarevin həyat yoldaşını və uşaqlarını onun gözü qarşısında güllələyiblər.

Zamantv.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, kişi möcüzə nəticəsində sağ qalıb.
AİLƏ QƏTLİAMI: Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi -VİDEO
“Saat 6-da dostlarla və qardaşımla Buçadan ayrılmaq üçün toplandıq. Evdən çıxdıq, qarşımızda piyada döyüş maşını dayandı. Və dərhal atəş başladı. Uşaqlarım və həyat yoldaşım dərhal öldü. Oğlanlarımdan birinin 10, digərinin 5 yaşı vardı. Avtomobilim alışdı, mən də yaralandım. Maşından sürünərək yola çıxdım. Bir ağacın arxasında gizləndim”, - Aleksandr hadisə anını belə danışır.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin edam üçün heç bir aşkar səbəbləri olmayıb: “Ailənin getdiyini görürdülər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bazarda GÜCLÜ YANĞIN olub
Bakı şəhərinin Nərimanov rayonunda, inşaat materiallarının satışı bazarının ərazisində yanğın baş verib.

Bu barədə Zamantv.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 6 m² olan taxta konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140 m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun taxta atmaları 0,5 m² sahədə yanıb
Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 50 minlik qızıl boyunbağı oğurlayanlara hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rəşad Novruzov və Hikmət Arzumanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zamantv.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonu ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi 99 qram, qiyməti 50 min manat olan qızıl boyunbağı oğurlayıblar.

Nərimanov rayon Polis İddarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən R. Novruzov və H. Arzumanov saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda maşın piyadanı vurub öldürdü
Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

Zamantv.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil 48 yaşlı Vüsal Əkbərovu vurub.

Zərərçəkən ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə anı yaxınlıqda olan müşahidə kamerasına yansıyıb. Görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...”
“Martın 7-də ərimlə evdə idim, muzdlu hərbçi içəri girdi. O, məni silahla qonşuluqdakı evə apardı. Əmr etdi ki, paltarımı çıxarım, yoxsa güllələyəcəkdi...".

Zamantv.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu, rus ordusunun tərkibində döyüşən muzdlu hərbçilər tərəfindən təcavüzə məruz qalmış 50 yaşlı Annanın (təhlükəsizlik məqsədilə qadının adı dəyişdirilib) jurnalistlərə dediklərindəndir.

Həmin gün muzdlu tərəfindən zorlanan ukraynalı qadın təcavüz edəni çeçen yaraqlısı kimi təsvir edir:
“O, məni zorlayanda içəri daha dörd əsgər gəldi. Düşündüm ki, işim bitdi...”.

Kiyevdən 70 km qərbdə yerləşən kənddə yaşayan Annanın sözlərinə görə, o, rus əsgərlərinin ayrı bir bölməsi tərəfindən xilas edilib:

Muzdlunun zorladığı ukraynalı qadın: “Soyunmasaydım, güllələyəcəkdi...”
“Sonradan evə qayıtdım, ərimi yaralı gördüm. Məni zorlamağa aparanda ərim arxamca gəlməyə çalışıb, qarnından güllələyiblər. Ərimlə qonşu evdə gizləndik, ancaq heç cürə fürsət tapıb onu xəstəxanaya apara bilmədim. İki gün sonra o öldü. Ərimi həyətdə dəfn etdilər”.

Rusiya ordusunun əsgərləri bir neçə gün onun evində qalıb. Onlar getdikdən sonra Anna evdən narkotik və Viaqra tapıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Bakıda DƏHŞƏTLİ QƏTL: nəvə nənəsinin boğazını kəsdi
Bakıda qətl hadisəsi olub.

Suraxanı rayon Prokurorluğundan Zamantv.az-a bildirilib ki, aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 69 yaşlı Natalya Popovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 23 yaşlı Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda kirayədə qalan kişinin meyiti tapıldı
Sumqayıtda mənzildən meyit tapılıb.

Zamantv.az-ın məlumatına görə, meyit şəhərin Kimyaçılar adlanan ərazisindəki evlərdən birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin həmin ünvanda kirayədə yaşayan Cəlilabad rayon sakini 62 yaşlı Zakir Ağayevə məxsus olması müəyyənləşib. Meyit tapılarkən üzərində hansısa zorakılıq əlamətləri aşkar edilməyib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kişi küçədə qəfil öldü
Bakıda küçədən meyit tapılıb.

Zamantv.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində qeydə alınıb. Küçədə meyiti tapılan şəxslə bağlı aparılan araşdırmalar zamanı onun Zəngilan rayon sakini 49 yaşlı Habil Süleymanov olduğu müəyyənləşib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Ölümün səbəblərini müəyyən etmək üçün ekspertiza təyin edilib, araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dağıntılar altından çıxarılan qız: - "Hər yer qan idi..."
Anası ilə birlikdə mühasirəyə alınmış Mariupoldan təxliyə edilən azyaşlı ukraynalı qız Kira Çeberko başına gələnlərdən danışıb.
Zamantv.az yeniavaz.com-a istinadla xəbər verir ki, onun görüntülərini “TOK Media” dərc edib.
4 yaşlı Kira və ailəsi uzun müddət kiçik bir zirzəmidə yaşayıb, sonra onların olduğu yerə mərmi düşüb. Ailə möcüzə nəticəsində dağıntılar altından xilas ola bilib.
Onlar işğal olunmuş şəhəri tərk edərkən balaca qız bannerin üzərinə çıxıb və yaralanıb.
“Biz Mariupoldan ayrılırdıq. Evin yaxınlığında yerdə bir çıxış tapdım. Və sonra “bum” oldu. Daha sonra ""bum" olanda çantanın yanında oturdum. Anam məni qucağına alıb kolun yanında oturtdu. Qan var idi, qan çox idi, hər yer qan idi. Dağıntıların qalıqları tez bir zamanda çıxarıldı, biz əməliyyat olduq”, - balaca Kira deyib.
Uşağa vaxtında tibbi yardım göstərilib və hazırda onun səhhəti üçün təhlükə yoxdur.
Sözügedən kadrları təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Capar.info - Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 73 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO