[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstanda 21 yaşlı hərbi qulluqçu İNTİHAR ETDİ
Gürcüstanın Senaki bələdiyyəsindəki hərbi bazada 21 yaşlı hərbi qulluqçu Coni Axalayanın meyiti aşkarlanıb.
Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Coni Axalayanın avtomatı ilə özünü vuraraq intihar etdiyi məlum olub.

Qeyd olunub ki, hadisəni videomüşahidə kameraları qeydə alıb. Görüntülərdə faciəvi insident zamanı hadisə yerində yalnız C.Axalayanın olduğu görünür.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaqa başlanılıb.

Nazirlik faciəvi hadisə ilə bağlı hərbçinin yaxınlarına başsağlığı verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beş yaşlı qız xəstəxanada keçindi
Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən beş yaşlı qız ölüb.

Zamantv.az” in əldə etdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırma zamanı beş yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəli tələbə “Semaşko”da ölümə tərk edilib?
Azərbaycanda daxili qanaxma riski ilə xəstəxanaya müraciət edən türkiyəli tələbə problemlə üzləşib.

Bu barədə “Twitter” sosial şəbəkəsində Çağla Acar adlı istifadəçi məlumat paylaşıb. Belə ki, sözügedən hadisənin dostunun başına gəldiyini qeyd edən sosial şəbəkə istifadəçisi xəstəxanalarda tibb işçilərinin laqeyd münasibətindən şikayət edib:

“Ötən gün dostum Azərbaycanda dövlət xəstəxanası olan Kliniki Tibbi Mərkəzə (Semaşko) gedib və həkim tərəfindən qəbuledilməz bir münasibətlə qarşılaşıb. Həkim onun şikayətini belə dinləmədən, laqeyd münasibət sərgiləyərək onu evinə göndərməyə çalışıb. 40 dəqiqə bir otaqda gözlədiblər. Daha sonra insana rəva bilinməyəcək tərzdə müayinə tətbiq edən həkim bir diaqnoz qoyaraq otağı tərk edib.

Qeyd edim ki, dostum xəstəxanaya daxili qanaxma riski ilə gedib. Bu şikayətə həkim gözü ilə diaqnoz qoymaq olarmı? Dostum sonra həkimi tapa bilməyib və otağa gedərək ona hər hansı dərman yazılıb-yazılmayacağını soruşub. Oradakı işçilər isə onu çox kobud şəkildə otaqdan çıxmasını tələb ediblər. Ailəsinin qardaş ölkə bilib göndərdiyi bir yerdə tələbəyə, qonaq şəxsə münasibət budur? Bu, hansı etik, əxlaqi davranışlara sığır? Bu tələbə Azərbaycandakı dövlət xəstəxanasının səhlənkarlığı səbəbindən həyatını itirsəydi, bunun məsuliyyətini kim daşıyacaqdı? Kim cavabdeh olacaqdı? Hətta dostum bir gün öncə müraciət etdiyi başqa bir tibb müəssisəsində ondan qeydiyyatdan kənar pul tələb edildiyini də dedi. O, pul verməyəcəyini dedikdə isə ona hörmətsiz bir şəkildə cavab verilib. Eşidəndə çox təəccübləndim

Dostum o vəziyyətdə başqa bir xəstəxanaya gedib, orada da gözəyarı bir diaqnoz qoyublar. Dostum ağzından hələ də qan gəldiyini dediyi halda isə “bəyənmirsənsə, başqa xəstəxanaya gedə bilərsən” deyə cavab veriblər. Mən başa düşmürəm, dövlət xəstəxanasında daxili qanama riski ilə müraciət edən pasiyent üçün 1 saatın belə hökmü varkən, bu şəkildə müayinə edərlər? Bu, rəsmən şəxsi ölümə tərk etmək deməkdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda gözəllik salonundan bahalı telefonlar oğurlandı
Bakıda gözəllik salonu və gül mağazasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb. Eyni məzmunlu şikayətlə Nərimanov rayonunda yerləşən gül satılan mağazalardan birindən də Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət daxil olub.

Həmin şəxs isə mağazadan 4400 manat dəyərində 4 ədəd mobil telefonun oğurlandığını bildirib. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində etdiyi oğurluqları etiraf edib. Ətrafında aparılan araşdırmalar zamanı onun paytaxtın digər rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları oğurladığı müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı Rövşən Rəhimov barəsində 18-ci Polis Bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Rövşən Rəhimovin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər
Bakıda gözəllik salonundan bahalı telefonlar oğurlandı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə ər və arvad dəm qazından zəhərləndi
Gəncədə zəhərlənmə qeydə alınıb.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda "Mercedes" aşdı, 5 yaralı...
Bakıda ağır yol qəzası olub.

Zamantv.az xəbər verir ki, hadisə bu gecə paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeydə alınıb. "Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək aşıb. Ətrafda olanların dediyinə görə, avtomobil bir neçə dəfə çevrilib.

Qəza zamanı 2-i azyaşlı olmaqla 5 nəfər yaralanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerindən görüntülər yaxınlıqdakı bina sakinlərindən biri tərəfindən lentə alınıb.

Görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İstixanalarda narkotik yetişdirən Salyan rayon sakini saxlanıldı - FOTO
Zamantv.az- Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər yetişdirən Salyan rayon sakini saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib
İstixanalarda narkotik yetişdirən Salyan rayon sakini saxlanıldı - FOTOİstixanalarda narkotik yetişdirən Salyan rayon sakini saxlanıldı - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qasırğada ölənlərin sayı 170 nəfəri keçdi
Meqi tropik qasırğası Filippində 2 milyondan çox insanın həyatına təsir edib.

Zamantv.az-ın xəbərinə görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 172 nəfərə çatıb.

Dövlət qurumlarının məlumatına görə, siklon 10 əyalətdə təsirli olub. 400 minədək sakin təxliyə mərkəzlərinə yerləşdirilib, 33 min nəfər qabaqcadan təxliyə olunub. 8 nəfər xəsarət alıb, 110 nəfər itkin düşüb.
Təbii fəlakət zamanı 10 minədək evə ziyan dəyib, çox sayda yol və infrastruktur obyekti dağılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda zəlzələ oldu
Yevlax rayonu ərazisində saat 05:05-də Mingəçevir stansiyasından 6 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Bu barədə Zamantv.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Qeyd olunub ki, maqnitudası 3,3, dərinliyi isə 26 km olan yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada ŞOK HADİSƏ: iki nəfər qətl edildi -FOTO -YENİLƏNİB
Xəbərə hadisə yerindən çəkilən fotolar əlavə edilib.
Zaqatala rayonunda iki nəfər qətlə yetirilib.

Zamantv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

Məlumata görə, bir qadın və bir kişi öldürülüb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO