[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda ikimərtəbəli ev yandı
Lənkəranda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb. Ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda ikimərtəbəli ev yandı
Lənkəranda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb. Ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda məscidin nəzir qutusundakı pul oğurlandı
Aprelin 13-dən 15-dək olan müddətdə Zaqatala rayonu, Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı iş adamının 20 milyonu kripto valyutada BATDI
Türkiyədə azərbaycanlı iş adamının külli miqdarda əmlakı mənimsənilib.

Zamantv.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə zərərçəkmiş, Antalyada yaşayan Murad Muradov Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətində bildirib. Onun sözlərinə görə, böyük gəlir əldə etmək məqsədilə qatıldığı kripto valyutada 20 milyon lirə (təxminən 2 milyon 312 min manat) pul itirib.

M. Muradov bildirib ki, Antalyadakı villalarının birini kirayə verdiyi alman ər-arvad ona milyarder olmaq üçün kripto valyutaya sərmayə qoymağı təklif edib. Buna inanan azərbaycanlı iş adamı bir neçə ay ərzində kripto valyutaya 1.2 milyon dollar sərmayə edib. Məqsədi isə qazanılan puldan yeni ərazi almaq olub. Ancaq bir müddət sonra almanlar ortaqlığa sadiq qalmayıb. Belə ki, M. Muradov xaricdə olarkən alman ər-arvad onun bütün hesablarına giriş edərək əmlakını mənimsəyiblər.
M. Muradov hadisə ilə bağlı müraciət edərək, insanları ayıq olmağa, fırıldaqçılara inanmağa səsləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda maşınlardan oğurluq edən TUTULDU
Bakıda bir neçə avtomobilin şüşəsi sındırılaraq qarət olunub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluq edən saxlanılıb. Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Hadisələr təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada mülki təyyarə qəzaya uğradı, ölən var
Ukraynanın Zaporjye vilayətində mülki təyyarə qəzaya uğrayıb.

Zamantv.az yerli mediaya istinadən xəbər verir ki, Zaporojye vilayətində qəzaya uğrayan “AN-26” təyyarəsinin Rusiya ordusunun vurmadığı məlum olub. Təyyarənin son dərəcə aşağı hündürlükdə uçduğu müəyyənləşib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, təyyarə həddindən artıq aşağı hündürlükdə uçaraq yüksək gərginlikli elektrik xəttinə dəyib.
Mülki təyyarənin Rusiya hava hücumundan müdafiə vasitələrinin aşkarlanmaması üçün aşağı hündürlükdə uçduğu vurğulanır.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza zamanı ilkin məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İkiuşaqlı qadını öldürən polis mayoru imiş - TƏFƏRRÜATLAR-YENİLƏNİB
Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.

Bu barədə Günay Cabbarovanın qonşuları bildirib. Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi, 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.

Ehtimala görə, hadisəni törədən müstəntiq polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o, özünə də atəş açaraq, həyatına son qoyub.
Qonşuların bildirdiyinə görə, G. Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata-anası xeyli müddətdir ki dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay idi.
Hadisə olan ünvan

***

Saat: 15:08

Polisin və nişanlısının meyiti hadisə baş verən evdən götürülüb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, meyitlər müayinə edilmək üçün tibbi ekspertizaya aparılıb.

***

Saat 14:32

Bakıda polisin nişanlısını öldürərək intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda hadisə yeri müayinə edilməklə zəruri istintaq hərəkətləri davam etdirilir.

Hadisə yerindən fotoları təqdim edir:
Bakıda dəhşətli qətl hadisəsi olub.

Daxili İşlər Nazilriyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Lent.az-a bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu son bir ayda Azərbaycandan qeydə alınan 5-ci analoji hadisədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərmin qətlində başqa adamın adı çəkildi - Məhkəmədə ŞOK İFADƏ
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirilməsi ilə bağlı hələ də məhkəmə prosesi davam etməkdədir. Hadisənin detalları incələnsədə, şahid ifadələri dinlənilsə də, hələlik son qərar verilməyib. Hər məhkəmə prosesində yeni-yeni məqamlar ortaya çıxır.

Bu gün də qətldə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada saxlanılmış məhkum Baxşəli Qəhrəmanovun ifadəsi alınıb.
Təqsirləndirilən şəxsin dediyinə görə, İlkin Süleymanov Nərmin Quliyevanı öldürməsi ilə bağlı ona etiraf edib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov şahidin istintaq zamanı verdiyi ifadələrlə hazırkı ifadəsi arasında çoxsaylı ziddiyyətlər yarandığı üçün ona əlavə suallar verib.

Məlum olub ki, şahid istintaqda İlkinin 2020-ci ilin fevralın sonunda ona etiraf etdiyini deyib. Bugünkü ifadəsində isə bildirib ki, İlkinin etirafı ilə bağlı 2020-ci ilin fevralın əvvəlində məsul şəxslərə məlumat verib.

Vəkil isə İlkinin fevralın sonunda dediyi sözlər haqda fevralın əvvəlində necə məlumat verdiyini soruşub.

Məhkəmədə məlum olub ki, şahid istintaqa verdiyi ifadələrinin birində İlkinin Nərmini Altay Ələkbərovun öldürdüyünü deyib, digər ifadəsində isə Nərmini onun qohumu ilə birgə qətlə yetirdiyini etiraf edib.

Vəkilin suallını cavablandıran şahid digər suallara da ziddiyyətli cavablar verib.

O, ifadəsi zamanı həbsxanada nüfuzlu bir məhkum kimi tanındığını qeyd edib. Vəkilin “Hansı maddə ilə cəza çəkirsiniz” sualını cavablandıranda məlum olub ki, Baxşəli Qəhrəmanov Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

Proses mayın 4-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub
Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb. Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bıçaqlanma oldu
Bakının Nizami rayonunda bıçaqlanma baş verib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

1985-ci il təvəllüdlü Qəhrəmanov Səddam Bəbir oğlu tanışı tərəfindən bıçaqlanıb.
O, sağrı nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO