Türkiyəli tələbə “Semaşko”da ölümə tərk edilib?

13:29 18.04.2022 135
Türkiyəli tələbə “Semaşko”da ölümə tərk edilib?
Azərbaycanda daxili qanaxma riski ilə xəstəxanaya müraciət edən türkiyəli tələbə problemlə üzləşib.

Bu barədə “Twitter” sosial şəbəkəsində Çağla Acar adlı istifadəçi məlumat paylaşıb. Belə ki, sözügedən hadisənin dostunun başına gəldiyini qeyd edən sosial şəbəkə istifadəçisi xəstəxanalarda tibb işçilərinin laqeyd münasibətindən şikayət edib:

“Ötən gün dostum Azərbaycanda dövlət xəstəxanası olan Kliniki Tibbi Mərkəzə (Semaşko) gedib və həkim tərəfindən qəbuledilməz bir münasibətlə qarşılaşıb. Həkim onun şikayətini belə dinləmədən, laqeyd münasibət sərgiləyərək onu evinə göndərməyə çalışıb. 40 dəqiqə bir otaqda gözlədiblər. Daha sonra insana rəva bilinməyəcək tərzdə müayinə tətbiq edən həkim bir diaqnoz qoyaraq otağı tərk edib.

Qeyd edim ki, dostum xəstəxanaya daxili qanaxma riski ilə gedib. Bu şikayətə həkim gözü ilə diaqnoz qoymaq olarmı? Dostum sonra həkimi tapa bilməyib və otağa gedərək ona hər hansı dərman yazılıb-yazılmayacağını soruşub. Oradakı işçilər isə onu çox kobud şəkildə otaqdan çıxmasını tələb ediblər. Ailəsinin qardaş ölkə bilib göndərdiyi bir yerdə tələbəyə, qonaq şəxsə münasibət budur? Bu, hansı etik, əxlaqi davranışlara sığır? Bu tələbə Azərbaycandakı dövlət xəstəxanasının səhlənkarlığı səbəbindən həyatını itirsəydi, bunun məsuliyyətini kim daşıyacaqdı? Kim cavabdeh olacaqdı? Hətta dostum bir gün öncə müraciət etdiyi başqa bir tibb müəssisəsində ondan qeydiyyatdan kənar pul tələb edildiyini də dedi. O, pul verməyəcəyini dedikdə isə ona hörmətsiz bir şəkildə cavab verilib. Eşidəndə çox təəccübləndim

Dostum o vəziyyətdə başqa bir xəstəxanaya gedib, orada da gözəyarı bir diaqnoz qoyublar. Dostum ağzından hələ də qan gəldiyini dediyi halda isə “bəyənmirsənsə, başqa xəstəxanaya gedə bilərsən” deyə cavab veriblər. Mən başa düşmürəm, dövlət xəstəxanasında daxili qanama riski ilə müraciət edən pasiyent üçün 1 saatın belə hökmü varkən, bu şəkildə müayinə edərlər? Bu, rəsmən şəxsi ölümə tərk etmək deməkdir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO