[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski: “53 gündür silah gözləyirik”
Xarkovda son dörd gündə Rusiyanın hücumları nəticəsində 18 nəfər ölüb, 106 nəfər yaralanıb.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Rusiya ordusunun hücumlarını “şüurlu terror” adlandırıb.

“Təbii ki, Rusiyadan neft tədarükünə dair embarqoya ehtiyac hər ötən gün artır”, - deyə o vurğulayıb.

Ukrayna lideri tələb etdikləri silahları 53 gündür gözlədiklərini də qeyd edib:

“Açıq şəkildə ifadə etmək istəyirəm ki, silahların çatdırılmasındakı hər gecikmə, hər siyasi ləngimə Rusiyaya ukraynalıları öldürmək icazəsidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstanda 21 yaşlı hərbi qulluqçu İNTİHAR ETDİ
Gürcüstanın Senaki bələdiyyəsindəki hərbi bazada 21 yaşlı hərbi qulluqçu Coni Axalayanın meyiti aşkarlanıb.
Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Coni Axalayanın avtomatı ilə özünü vuraraq intihar etdiyi məlum olub.

Qeyd olunub ki, hadisəni videomüşahidə kameraları qeydə alıb. Görüntülərdə faciəvi insident zamanı hadisə yerində yalnız C.Axalayanın olduğu görünür.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaqa başlanılıb.

Nazirlik faciəvi hadisə ilə bağlı hərbçinin yaxınlarına başsağlığı verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya ordusu Ukraynanın Kreminna şəhərinə nəzarəti ələ keçirdi
“Rusiya qoşunları Luqansk vilayətinin Kreminna şəhərini nəzarətə götürüb”.

Bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

“İşğalçılar Kreminnanı nəzarətə götürüb. Döyüşlər davam edir. Artıq şəhərdən təxliyə mümkün deyil”, - deyə S.Qayday qeyd edib.

Mənbə: Unian.net
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beş yaşlı qız xəstəxanada keçindi
Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən beş yaşlı qız ölüb.

Zamantv.az” in əldə etdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırma zamanı beş yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəli tələbə “Semaşko”da ölümə tərk edilib?
Azərbaycanda daxili qanaxma riski ilə xəstəxanaya müraciət edən türkiyəli tələbə problemlə üzləşib.

Bu barədə “Twitter” sosial şəbəkəsində Çağla Acar adlı istifadəçi məlumat paylaşıb. Belə ki, sözügedən hadisənin dostunun başına gəldiyini qeyd edən sosial şəbəkə istifadəçisi xəstəxanalarda tibb işçilərinin laqeyd münasibətindən şikayət edib:

“Ötən gün dostum Azərbaycanda dövlət xəstəxanası olan Kliniki Tibbi Mərkəzə (Semaşko) gedib və həkim tərəfindən qəbuledilməz bir münasibətlə qarşılaşıb. Həkim onun şikayətini belə dinləmədən, laqeyd münasibət sərgiləyərək onu evinə göndərməyə çalışıb. 40 dəqiqə bir otaqda gözlədiblər. Daha sonra insana rəva bilinməyəcək tərzdə müayinə tətbiq edən həkim bir diaqnoz qoyaraq otağı tərk edib.

Qeyd edim ki, dostum xəstəxanaya daxili qanaxma riski ilə gedib. Bu şikayətə həkim gözü ilə diaqnoz qoymaq olarmı? Dostum sonra həkimi tapa bilməyib və otağa gedərək ona hər hansı dərman yazılıb-yazılmayacağını soruşub. Oradakı işçilər isə onu çox kobud şəkildə otaqdan çıxmasını tələb ediblər. Ailəsinin qardaş ölkə bilib göndərdiyi bir yerdə tələbəyə, qonaq şəxsə münasibət budur? Bu, hansı etik, əxlaqi davranışlara sığır? Bu tələbə Azərbaycandakı dövlət xəstəxanasının səhlənkarlığı səbəbindən həyatını itirsəydi, bunun məsuliyyətini kim daşıyacaqdı? Kim cavabdeh olacaqdı? Hətta dostum bir gün öncə müraciət etdiyi başqa bir tibb müəssisəsində ondan qeydiyyatdan kənar pul tələb edildiyini də dedi. O, pul verməyəcəyini dedikdə isə ona hörmətsiz bir şəkildə cavab verilib. Eşidəndə çox təəccübləndim

Dostum o vəziyyətdə başqa bir xəstəxanaya gedib, orada da gözəyarı bir diaqnoz qoyublar. Dostum ağzından hələ də qan gəldiyini dediyi halda isə “bəyənmirsənsə, başqa xəstəxanaya gedə bilərsən” deyə cavab veriblər. Mən başa düşmürəm, dövlət xəstəxanasında daxili qanama riski ilə müraciət edən pasiyent üçün 1 saatın belə hökmü varkən, bu şəkildə müayinə edərlər? Bu, rəsmən şəxsi ölümə tərk etmək deməkdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Umtiti yeniyetməni hədələdi - SƏBƏB
“Barselona”nın müdafiəçisi Samuel Umtiti xoşagəlməz hərəkətlə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu klubun bazasından ayrılarkən bir yeniyetmə azarkeşin üzərinə qışqırıb.

Oyunçu bazadan çıxanda bir qrup fanat onun idarə etdiyi “Ferrari” markalı avtomobilinin qarşısını kəsib və avtoqraf istəyib. 29 yaşlı futbolçu avtomobilinin şüşəsini aşağı salaraq azarkeşlərin istəyini yerinə yetirib. Bu anda bir yeniyetmə pəncərəni döyərək, onun diqqətini cəlb etməyə çalışıb. Lakin bu hərəkət futbolçunu qəzəbləndirib. Uşağın üstünə qışqıran Umtiti, “Maşına toxunma, səni görürəm” deyərək onu hədələyib və dərhal oranı tərk edib.
Hadisənin videosu dərhal sosial şəbəkədə yayılıb və fanatların buna reaksiyası özünü çox gözlətməyib. Umtitini tənqid atəşinə tutan azarkeşlər onu, xüsusən də, azyaşlılara hörmətlə yanaşmağa dəvət edib.

Qeyd edək ki, Samuel Umtiti bu mövsüm La Liqanın cəmi 1 matçında iştirak edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda gözəllik salonundan bahalı telefonlar oğurlandı
Bakıda gözəllik salonu və gül mağazasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb. Eyni məzmunlu şikayətlə Nərimanov rayonunda yerləşən gül satılan mağazalardan birindən də Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət daxil olub.

Həmin şəxs isə mağazadan 4400 manat dəyərində 4 ədəd mobil telefonun oğurlandığını bildirib. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində etdiyi oğurluqları etiraf edib. Ətrafında aparılan araşdırmalar zamanı onun paytaxtın digər rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları oğurladığı müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı Rövşən Rəhimov barəsində 18-ci Polis Bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Rövşən Rəhimovin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər
Bakıda gözəllik salonundan bahalı telefonlar oğurlandı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Polisin qarşısına insanları cərimələmək niyyəti qoyulmayıb" - Şöbə rəisi
"Bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, ancaq qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalmaqdadır".

Bu barədə Zamantv.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi şəxslər infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda polisin keçirdiyi tədbirləri qınaq hədəfinə çevirməyə çalışırlar:
Elşad Hacıyev

"Baxmayaraq ki, bir sıra məhdudiyyətlər aradan qaldırılıb, ancaq qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalmaqdadır. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan normadır.

Ölkəmizdə qüvvədə olan karantin rejim qaydalarına uyğun olaraq, polis tərəfindən fasiləsiz nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində polis minlərlə vətəndaşla, sahibkarlıq subyektləri ilə gündəlik iş aparır. Müşahidə olunan odur ki, qanunla müəyyən olunan tələblərinə hələ da etinizasız yanaşan şəxslər var. Ancaq nəzərə alsaq ki, polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb, bu istiqamətdə fəaliyyət daha çox maariflənməyə yönəldilib.

Ətrafa baxaq – qapalı məkanlarda nə qədər tibbi maskadan istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var. Onların hər biri barəsində kütləvi cərimələnmə həyata keçirilmir. Ancaq bu haldan sui-istifadə edən, insanların həyat və sağlamlığına məsuliyyətsiz yanaşan şəxslərə rast gəlinir.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan xahiş edirik ki, infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda fiziki məsafə, tibbi maskadan istifadəyə ciddi riayət etsinlər, özlərinin və digər şəxslərin həyat və sağlamlıqlarına biganə yanaşmasınlar".
"Polisin qarşısına insanları cərimələmək niyyəti qoyulmayıb" - Şöbə rəisi

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təqaüdçülərə kömək adı ilə kartdan pullarını çıxardılar
Bakıda təqaüdçülərin bank kartlarından pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Bu barədə kart sahibi Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət edib. O, kartından 1000 manatın qeyd edilən üsulla oğurlandığını bildirib.

Nizami rayon Polsi İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov saxlanılıblar. Onlar ifadələrində cinayətlərini etiraf ediblər. Araşdırma zamanı onların Ağcəbədi rayonunda da eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün onlardan kömək istəyən daha bir neçə şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladıqları məlum olub.
Qeyd edək ki, Namiq Mehdiyev və Nemət Cabbarov onlardan kömək istəyən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul oğurlayıblar.

Faktlarla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Təqaüdçülərə kömək adı ilə kartdan pullarını çıxardılar
Təqaüdçülərə kömək adı ilə kartdan pullarını çıxardılar

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov yüksək vəzifəli polisi işdən çıxardı
Daxili İşlər Nazirliyinin polkovniki işdən çıxarılıb.
Zamantv.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Cəfər Fərzəlizadə tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO