[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda görünməmiş hadisə: Bələdiyyə gölü icarəyə verdi (VİDEO)


Sabirabadın Əliləmbəyli kəndinin ərazisində olan təbii göl başqa şəxslərə icarəyə verilib.

Kənd sakinləri “Axmaz” gölünün icarəyə verilməsinə etiraz edirlər.

Onlar “Axmaz”ın ümumi istifadəyə qaytarılmasını tələb edirlər.

Sabirabadda 25 hektar ərazini əhatə edən “Axmaz” gölü rayonun Əliləmbəyli kəndi ərazisində yerləşməsinə baxmayaraq, vaxtilə ondan Bala-Həşimxanlı və Çöl-Ağaməmmədli kəndinin sakinləri də istifadə ediblər.

Sakinlər qeyd edirlər ki, uzun illər həm “Axmaz”ın balığından tutublar, həm də yay aylarında su qıtlığı olan zaman ora yığılan sulardan nasoslar vasitəsilə əkin sahələrinin suvarılmasında istifadə ediblər.

İndi isə onlar göldən istifadə edə bilmirlər. Çünki, 25 hektarlıq “Axmaz” bələdiyyə tərəfindən bir vətəndaşa balıqçılıq və quşçuluğun inkişafı məqsədilə icarəyə verilib.

Kənd bələdiyyəsindən isə bildirilib ki, həmin torpaq sahəsi bələdiyyə şurasının qərarı ilə 14 dekabr 2021-ci il tarixdə subicarəyə verilib və vətəndaşların tələbi əsassızdır.

Gölü icarəyə götürən Araz Rəsulov da şifahi olaraq bildirib ki, təbii “Axmaz” gölü 2007-ci ildə həmin dövrkü bələdiyyə sədri tərəfindən rayon sakini Şıxəliyeva Sahilə Əli qızına icarə müqaviləsi əsasında 99 illik icarəyə verilib. Həmin icarə müqaviləsi əsasında isə 2021-ci il 14 dekabr tarixində 1 nömrəli subicarə müqaviləsinə əsasən, sözügedən ərazi quşçuluq və balıqçılıq məqsədi ilə icarə müqaviləsinin qalan müddətinə onun icarəsinə verilib.

Aztoday.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu!

Əziz qardaşım!

Sizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin uzaqgörən daxili və xarici siyasətiniz, iqtisadi və sosial sahələrdə həyata keçirdiyiniz sürətli islahatlar bu gün layiqli nəticələrini verməkdədir, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Bu xüsusda regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ədalətli və qətiyyətli səylərinizi tamamilə dəstəklədiyimizi bir daha qeyd etmək istərdim. Xüsusilə son illər ərzində Sizinlə aramızda yaranan və qardaş xalqlarımızın ümumi arzularının ifadəsi olan sıx qardaşlıq əlaqələri, açıq və məhsuldar dialoqlarımız, ali və yüksək səviyyələrdə səfərlərin mübadiləsi nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksəlmişdir.

Hörmətli İlham Heydər oğlu!

Əminəm ki, yaxın gələcəkdə Azərbaycana səfərimiz çoxşaxəli və uzunmüddətli əlaqələrimizdə yeni tarixi dövrün başlanğıcı olacaq, əməkdaşlığımızı arzuladığımız və mövcud imkanlarımıza uyğun şəkildə daha yüksək səviyyəyə çatdıracaq.

Fürsətdən istifadə edərək, ölkənizin həyatında bu unudulmaz və sevincli gündə Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətəninizin inkişafı naminə həyata keçirdiyiniz misilsiz fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı inkişaf və firavanlıq arzulayıram”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ömürlük məhkum kamera yoldaşını kibritə görə öldürübmüş - Təfərrüat

29 ildir həbsdə olan və ötən il həbsxanada kamera yoldaşını öldürən Zahidikəhriz Abbasovun cəza müddətinə daha 18 il əlavə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə bir sıra detallar məlum olub. Belə ki, onun həbsdə qətlə yetirdiyi kamera yoldaşı Oleq Abişev də ömürlük məhkum imiş. Qətl isə kibrit çöpü üstündə baş verib.

Hadisə günü Z.Abbasov siqaret çəkmək üçün kibrit tapa bilmədiyinə görə səs-küy salıb, söyüş söyməyə başlayıb. O.Abişev bu barədə ona irad tutub və nəzarətçilərə məlumat verib. Abbasov kamera yoldaşının iradına görə onu cəzalandırmaq qərarına gəlib. Onunla mübahisəyə başlayıb və üzündən bir neçə yumruq zərbəsi vurub. Daha sonra onu yerə yıxıb, otaqdakı stəkanın arxa hissəsi ilə onun başına ard-arda zərbələr vurub. Oleq Abışev həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilsə də, aldığı xəsarətlərdən ölüb.

Z.Abbasov məhkəmədə ifadə verərkən deyib ki, O.Abişevlə 2018-ci ildən eyni kamerada cəza çəkir və hadisə baş verən günədək münasibətləri normal olub:

“Mən siqaret çəkmirəm, Oleq isə çəkən olduğuna görə siqaret olmayanda əsəbiləşir, söyüş söyürdü. Həbsxananın rəisi gündəlik 10 ədəd siqaret norması təyin etsə də, o, 1 qutu çəkirdi. Hadisə günü Oleq siqaret yandırmaq üçün kibrit tapa bilmədi. Oturduğu yerdə söyüş söyməyə başladı. Mən ondan kimi söydüyünü soruşduqda cavablandırmadı. Məcbur qalıb nəzarətçini çağırdım. Məqsədim onu sakitləşdirmək və kamerada söyüş söyməsinin qarşısını almaq idi. Həm də nəzarətçiyə deyəcəkdim ki, ona kibrit verilsin. Nəzarətçi isə kibrit verməyərək nəfəsliyi örtüb getdi.

Bundan sonra Oleq məni satqınlıq etməkdə, onu “paqonlulara” satmaqda günahlandırdı, ana söyüşü söydü. Bu səbəbdən ona bir neçə yumruq vurdum. Güləş fəndi ilə qaldırıb yerə çırpdım. Başı tualetin pilləkəninə dəyib partladı, qan gəldi. Mən bundan sonra dayansam da, Oleq onun başını partlatdığım üçün otaqdakı stəkanı götürüb üstümə hücum etdi. Onun qolunu burub stəkanı əlindən aldım, baş nahiyəsinə vurdum. Həmin an nəzarətçilər gəlib məni apardılar. Oleq xəstəxanaya gedəndən 1 həftə sonra öldü. Düzgün müalicə aparılsa idi, ölməzdi. Onu öldürmək niyyətim olmayıb, peşmanam”.

Hakimlər Z.Abbasovu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə təqsirli bilərək 18 il həbs cəzası verib. Zahidkəhriz Abbasov ömürlük məhkum olduğu üçün bu müddət onun cəza müddətinə fiziki olaraq hər hansı təsir etməsə də, gələcəkdə əfv sərəncamından faydalanmasının qarşısını alacaq.

Qeyd edək ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. Onun qətlə yetirdiyi Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunmuşdu.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.

Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şagirdləri “qamçı” ilə döyən müəllimlə bağlı açıqlama - Video

Sosial şəbəkələrdə Sumqayıtda müəllimin şagirdləri “qamçı” ilə döyməsini əks etdirən görüntülər geniş yayılıb. Məlumata görə, hadisə şəhərdə yerləşən “Xəmsə” Tədris Mərkəzində baş verib.

Yayılan görüntülərdə Elşad adlı müəllimin şagirdləri “qamçı” ilə döyərək şiddət göstərdiyi əks olunub.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən tədris mərkəzi ilə əlaqə saxlayıb.

Mərkəzin Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva bildirdi ki, həmin müəllim artıq orada çalışmır: “Elşad Qurbanov pandemiya dövründə bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyirdi. Hadisə də o vaxt olub, amma görüntülər indi yayılıb. Müəllimin dərsləri artıq bitib və bizim müəssisədə çalışmır. Bu videogörüntüləri gördükdən sonra onunla danışdıq və artıq sentyabr ayında ona yenidən otaq verə bilməyəcəyimizi də bildirdik”.

Həmin görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qalmaqallı “dəmir yumruq”u sökürlər - Fotolar

İçərişəhərdə yenicə peyda olmuş "dəmir yumruq" sökülür.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, "dəmir yumruq"la bağlı görüntülər ciddi etirazlara səbəb olmuşdu. İnsanlar cəmiyyətdə müsbət təəssürat yaratmayan "dəmir yumruq"a ehtiyac olmadığını və onun sökülməsinin vacibliyini bildirmişdilər.

Hadisə yerindən fotoları təqdim edirik:
Qalmaqallı “dəmir yumruq”u sökürlər - Fotolar
Qalmaqallı “dəmir yumruq”u sökürlər - Fotolar

yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Saxta etibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaq?
Notarius rəisi Daxil Kərimovun Bakıda, Hacıqabulda mülkləri, Cəlilabadda torpaq sahələri...

Ölkəmizdə fəaliyyət göstərən dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyətin dözülməz olması barədə dəfələrlə araşdırma yazıları dərc etmişik.

Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə yaxın notariat kontoru fəaliyyət göstərir.

Onlardan 100-dən çoxu dövlət kontorudur və 30-u Bakıda, 70-dən artığı isə regionlarda yerləşir. Və eyni zamanda fərdi ( yəni özəl ) notariat kantorları da fəaliyyət göstərir.

Və ən dəhşətlisi odur ki, Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib.

Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir.

Məlum olur ki, hansısa notariat kantoru saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub.

Daha dəqiq desək, notariat kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib.

Bu hələ harasıdır..?

Vətəndaşa bir də məlum olur ki, onun avtomobilini notarius vasitəsilə kiməsə satıblar…

Sözün qısası, notariusların bu qanunsuz əməlləri vətəndaşları bezdirib.

Belə xüsusi notariuslardan biri də Daxil Fazil oğlu Kərimovdur.

Bu adam vaxtilə Şirvanda notarius vəzifəsində işləyib.

Media üzərindən apardığımız araşdırma zamanı bu adamın barəsində nə qədər şikayətlərə rast gəldik.

Vətəndaş yazır ki, qızımın evini onun xəbəri olmadan banka girov qoyublar.

Deməli, ev sahibinin qaynı saxta sənəd tərtib edərək notarius Daxil Kərimova təsdiq etdirib və evi girov qoyaraq bankdan böyük məbləğdə kredit götürüb.

Təsəvvür edirsiniz evin sahibinin bu cinayət əməlindən xəbəri yoxdur. Notarius Daxil Kərimov isə deyir ki, mənim heç bir günahım yoxdur.
Bu adamdan soruşan lazımdır ki, sən vətəndaşın adından saxta etibarnaməni təsdiq edəndə bilmirdin ki, bu cinayət əməlidir..?

Daxil Kərimov ev sahibinin qaynı ilə sövdələşib saxta etibarnamə ilə bankdan 50 min manat kredit götürüb bölüşdürəndə nə fikirləşirdi..?
Bəli, Daxil Kərimov indi iki uşaq və bir ananın başına faciə gətirib.

Belə ki, vaxtında verilməyən və hazırda 57 min olan kreditə görə, bank məhkəmə vasitəsilə ana və 2 övladını evdən çıxarıb bayıra atıb.
Təsəvvür edirsiniz məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin.
Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.

Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm…

Biz Daxilin yadına bir məqamı salmaq istəyirik…

Yadındadırmı, Hacıqabulla Şirvan futbol komandalarının oyununda Hacıqabul 1 qol vuranda yerindən ayağa qalxaraq “ Urraaa” qışqırdın…Və polis rəisi dedi ki, bunu aparın soxun içəri, ağlı başına gəlsin…

Ay Daxil, deyəsən ağlın hələ başına gəlməyib, axı…

Özünü yuxarı hesab edən kəs 2 körpə uşağın və anaın faciəsinə səbəb olmazdı…

İnsanları faciələrə düçar edirsən…

Hələ Allah qoymasa, Şirvandan Bakıya köçmüsən…

Qanunsuz yolla qazandığın pulların hesabına Hacıqabulda, Bakı şəhərində mülklərin, obyektlərin…

Biz hələ Cəlilabaddakı torpaq sahələrini, ticarət obyektlərini demirik…

Görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimovun hansı xoş əməllərinə görə, onu hətta Bakıda işlə təmin edib..?

Çünki bu adam notariusdan çox, kommersantdır. Özü də əyri yollarla qazandığı pulların hesabına.

Sonda bir daha daxil Kərimovun yadına salmaq istəyirik ki, iddiaçı “Ekspressbank”ASC 2 uşaq anasına qarşı kredit borcunun tutulması, tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə baxılıb…

Səbəb isə Daxil Kərimovun təsdiq etdiyi saxta etibarnamədir…

Başa düşdünmü, Daxil Kərimov..?

Yekələnmək yox, YEKƏ olmaq Lazımdır.

Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirvan şəhərindəki Humanitar Kollecdə Korrupsiyanın qarşısını kim alacaq? - ŞOK FAKTLAR

Şirvan şəhərində Dövlət İqtisadiyyat və Humanitar Kolleci deyilən bir orta-ixtisas təhsil müəssisəsi var. Təhsil ocağı 1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı (hazırki Şirvan) filialı kimi fəaliyyətə başlayıb. Əvvəllər Əli Bayramlı Pedaqoji Kolleci olan təhsil müəssisəsi yalnız 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə hazırki adını daşımağa başlayıb.

Hələ 1999-cu ildən bu Kollecə Balamirzə Məmmədov direktorluq edib. Demək olar ki, təhsil müəssisəsini Şirvan şəhərində o yaradıb. Yəqin ki, həmin dövrdə Dövlət Neft Şirkətində mühüm vəzifələrdən birini tutan mərhum bacısı oğlu Yavər Camalovun geniş əlaqələri hesabına.

Hazırda isə kollecdə direktor vəzifəsini filologiya elmləri üzrə fəlsəfə doktoru Barxudar Barxudarov daşıyır.

Onun rəhbərliyi altında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hazırda tədris və təlim-tərbiyə prosesinin hansı səviyyədə təşkil edildiyi barədə bir şey deyə bilmərik. Amma 2014-cü ildə Təhsil Nazirliyinin burada apardığı yoxlamaların nəticələri ilə sizi tanış edə bilərik. Belə ki, nazirlik tərəfindən orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib.

Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib.

Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.

Göründüyü kimi tədrisin keyfiyyətində problemlər Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hələ 2014-cü ildən olub. Hazırda isə burada imtahan sessiyalarına, tələbələrin biliklərinin qiymətləndirilməsinə fərqli, nisbətən loyal bir yanaşma var. İmtahanlarda pul yığımı kompaniyası kollecdə o qədər geniş vüsət almayıb. Amma dövlət vəsaitlərindən də səmərəli istifadə qaydalarına əməl olunmur.

Bunu aktualinfo.org-un apardığı araşdırmalarda aşkar etdik. Belə ki, kollecə zəruri olan mal-materialların və xidmətlərin satınalmaları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmir. Burada kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilir, habelə bağlanmış müqavilələr saxtalaşdırılr.

Məsələn Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən 15.07.2021-ci il tarixdə elan olunmuş əsas vəsaitlərin qiymətləndirilməsi, 07.07.2021-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 07.07.2021-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş maşın və avadanlığın satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid portalında heç bir məlumata rast gəlinmir. Bu isə o deməkdir ki, Kollecinin Tender Komissiyası satın alınan mallar (xidmətlər) üçün ayrılan vəsaitlərin süni şəkildə şişirdilməsinə yol verir, özlərinə yaxın şirkətlərlə əlbir olub büdcə vəsaitlərini təyinatından kənarlaşdırır.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu görəsən nə ilə bağlıdır. Qanunları saymamaqla, yoxsa…

Bizdə belə təəssürat yarandı ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan qanunlarının çoxu işləmir. Çünki qanunla nəzərdə tutulmuş qaydada Kollecin Tender Komissiyasına ünvanladığımız sorğuya belə cavab verilmədi.

Göründüyü kimi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində problemlər həmişə movcud olub. Mikayıl Cabbarovun Təhsil nazirliyində Kollecdə özbaşınalıq hallarının qarşısı hardasa alınıb. Amma gənc, elə hal-hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrı kimi tanınan, islahatçı nazır Emin Əmrullayevin sözügedən nazirliyə rəhbərliyi dövründə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş alıb gedən özbaşınalıq və korrupsiya halları daha da artıb. Bunun qarşısı nə vaxt alınacaq? Kim alacaq? Artıq vaxtı deyilmi Emin Əmrullayev? (Aktualinfo.org)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəşad Dağlının qətl törətdiyi axşam bunlar baş verib - yeni detallar

Məşhur meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rəşad Dağlının qardaşı Ağamalı Əmirov ifadə verib.

Şahid qeyd edib ki, gecə vaxtı Rəşad Dağlı ona zəng edib: “Məndən gödəkçəsini istədi. Mən də gödəkçəsini gətirənə kimi Rəşad getmişdi, zəng etdim, telefonu açmadı. Qardaşım heç vaxt mənim zəngimi cavabsız qoymazdı. Buna görə də narahat oldum. 2 saat sonra Rəşad özü mənə zəng etdi. Dedi ki, hadisə baş verib, onu polisə aparmağımı istədi. Rəşad şokda idi, danışa bilmirdi. Buna görə də hadisə barədə mənə bir söz demədi”.

Prokurorun suallarını cavablandıran şahid deyib ki, mərhum İsgəndər Mehdiyevi Ələkbər Yasamallının qohumu kimi tanıyıb: “Amma onun özü ilə tanışlığım olmayıb. Bu hadisədən əvvəl İsgəndər mənə zəng etdi. Ona cavab vermədim. Sonra mesaj yazdı ki, Rəşadı axtarır, Rəşadla işi olduğunu deyib. Danışmasa, sonra gec olacağını qeyd edib. Mən də bunu Rəşada dedim. Rəşad dedi ki, boş ver, işin olmasın”.

Meyxanaçının qardaşı bildirib ki, Rəşad Dağlı şokda olduğu üçün ona hadisənin təfərrüatlarını danışa bilməyib.

Ağamalı Əmirov qeyd edib ki, Rəşad Dağlı İsgəndəri öldürdüyünü, buna görə də polisə təslim olmaq istədiyini deyib: “Mən də daha heç nə soruşmadım. Onu maşına qoyub polisə apardım”.

Daha sonra ifadə verən şahid Yaşar Abdullayev bildirib ki, Rəşad Dağlı onun icarəyə götürdüyü obyektdən bıçaq alıb. Rəşad Dağlının məlum hadisə günü aldığı bıçaq açıq satışda olub, satılması üçün heç bir qadağa olmayıb: “Həmin bıçağın alınması üçün heç bir sənəd tələb olunmur. Bu hadisənin baş verməsini səhəri gün eşitdim. Həmin gün bildim ki, gecə Rəşad bizim mağazadan bıçaq alıb”.

Digər şahid İsgəndər Mehdiyevin qohumu Azər Quliyev bildirib ki, İsgəndər onun telefonundan Rəşad Dağlıya zəng edib: “Rəşada dedi ki, danışıb görüşməliyik. Rəşad ondan nə məsələ olduğunu soruşdu. İsgəndər də telefon söhbəti olmadığını dedi. Söhbətin nədən ibarət olduğunu mən də bilməmişəm. Bu söhbət mənə maraqlı gəlmədi. Buna görə soruşmadım. İsgəndər də bir söz demədi”.

Sualları cavablandıran şahid deyib ki, Rəşad Dağlı ilə onun heç bir əlaqəsi olmayıb, onu ancaq məclislərdə görüb.

Növbəti proses iyunun 9-da davam edəcək.

İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İttiham aktında qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər Mehtiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib, təhqirlərin dayandırılması üçün ondan 3 min manat pul tələb edib.

Bundan sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb. Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər. Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə baş verib.

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.

“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Qurbanovun vüqarı Zaqatala Xəstəxanasında necə qorunur?

Tamara Nurəliyevanın TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən heç bir il keçməyib. O, bu vəzifəyə ötən ilin avqustunda təyin olunub. Sentyabr ayında isə TƏBİB Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.
Əvvəlki direktor Məcid Əliyevdən sonra elektron media resurslarında Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan məlumatlar onu göstərir ki, sözügedən səhiyyə ocağında heç bir yenilik baş verməyib, rüşvətxorluq elə əvvəlki qaydada da tüğyan edir. Yəni yeni direktor Tamara Nurəliyeva da əvvəlki direktor Məcid Əliyev kimi Vüqar Qurbanova arxalanıb istədiklərini edir.

Elə rayon sakinlərinin mətbuata etdikləri şikayətdə də bundan bəhs edilir. Sitat: Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş direktor Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadın əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər.

Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanada işlə təmin edəcəkdir. Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Kadrlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – “ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın “şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqəbi də varmış (ləqəbi balkon).

Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

Bu şikayət Tamara Nurəliyevanın Zaqatala rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən qısa vaxt sonra yayılanlardan biridir. Eyni şikayətlər bir il bundan əvvəl də olunmuşdu. Rayon xəstəxananın direktoru dəyişsə də şikayətlərin motivi dəyişməyib. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətdə sözügedən səhiyyə ocağında əxlaqsızlığın baş alıb getdiyi, rüşvətxorluğun baş alıb getdiyi bildirilirdi. Bunun da başında elə onda da, indi də kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın dayandığını yazırlar. Bəs kimdi Gülnarə Ömərova?

Aktualinfo.org-un əldə etdiyi məlimatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu ya yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər.

Bu isti münasibətlərin nəticəsi olaraq hazırda Gülnarə Ömərova Zaqatalada oturub ətraf rayonlarda da səhiyyə ocaqlarına rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Hətta xəstəxananın yeni direktoru Tamara Nurəliyevanın da kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın əli ilə təyinat aldığı söylənilir. Bir sözlə, Gülnarə Ömərova TƏBİB-in icraçı direktoru tərəfindən ona verilmiş qeyri rəsmi səlahiyyətlərdən geninə-boluna istifadə edir. Hətta təkcə Zaqatala rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinə müdirlik etmədiyini, onun həm də bəzi xanım kadrlara rəhbərlik etdiyi söylənilir.

Bəs görəsən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun Zaqatalanın Mərkəzi Xəstəxanasında baş verən rüşvət və korrupsiya halları qalsın bir yana, bir sıra xoşagəlməz hallardan, bölgədə yayılan video sujetlərdən xəbəri varmı? Qohum kimi, dost kimi etimad etdiyi Gülnarə Ömərovanın əməllərinin icraçı direktorun vüqarına xələl gətirmədiyindən də həmçinin.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO