[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün hamı üçün aydındır ki, Sizin ölkəniz qarşıya yeni inkişaf zirvələrini fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində və dövlətin təhlükəsizliyinin möhkəmlənməsində sanballı nəticələr əldə edib.

Bildiyiniz kimi, mən həmişə Sizin dost xalqlarımız arasında müstəsna münasibətlərin gələcək inkişafına böyük töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, aramızda yaranmış dostluq və hörmət gələcəkdə də davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və rifah diləyirəm".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıdakı Narkoloji Mərkəzdə açıq bazar: Rüşvət görüntüləri - VİDEOFAKT

Bakı Şəhəri Narkoloji Mərkəzdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.
Baku TV gizli çəkiliş vasitəsilə məsələni araşdırmağa çalışıb. Məlum olub ki, mərkəzə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı Baku TV-nin süjetində:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərovun iranlı ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT


"Çinar-Servis” İstehsalat Kommersiya Firması "Varvara Balıq” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, firmanın iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdir.

"Varvara Balıq” ASC 4 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3 018 000 AZNtəşkil edən ASC-nin hüquqi ünvanı Yevlax rayonunun Varvara kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Mənuçehr Əhədpur Xangah Əli oğludur.

Məniçehr Əhədpur Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamıdır. Onun ölkəmizdə xeyli sayda biznes strukturları var. Bu sırada "Sema” MMC, "Azdəmir LTD” MMC, "Ahad Parfurmery” MMC, "AZ Edu LTD” MMC, "Azalko” MMC, "Azturbine Eenergy Co LTD” MMC, "AZ Aero Tech Co LTD” MMC, "Aztikintiyol” MMC, "Az Tikinti Ko” MMC, "Azfruitti Co” MMC və "Dominos Pizza”nın adını çəkmək olar.

Əhədpur həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ortağı kimi tanınır. Bu səbəbdən bəzən onun qanuni təmsilçisi olduğu şirkətlər Kəmaləddin Heydərovun biznes strukturları kimi təqdim edilir.

"Çinar Servis” İstehsalat Kommersiya Firmasına gəlincə, oksigen istehsalı ilə məşğul olan şirkət 12 dekabr 1995-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 19 641 006 AZN-dir. Firmanın qanuni təmsilçisi Dadaşov Mahir Əkbər oğludur. Firmanın sahibi isə iş adamı İlyas Sadıxocdur.

2021-ci ildə onun mediada müraciəti dərc edilib. İlyas Sadıxov müraciətində sahibi olduğu firmanı başqaları tərəfindən ələ keçirmək cəhdlərindən bəhs edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay RİH-nin binasını ibtidai sinif müəlliminin şirkəti təmir edəcək - ÖZ ƏLİMİZ... ÖZ BAŞIMIZ...


Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında təmir işləri aparılacaq.

DİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, qurum bununla bağlı kotirovka sorğusu keçirib. Sorğunun qalibi "Göyçay İnşaat” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 7.694,19 AZN təşkil edir.

Müqavilənin şərtlərindən məlum olur ki, təmir işləri divarın köpəşmiş yerlərinin qaşınıb götürülməsi, ona "zamaska”, emulsiya vurulması və tavanın emulyasiya boyanmasından ibarətdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Göyçay İnşaat” MMC 2 iyul 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay şəhəri, R.İsayev küçəsi, ev 97-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qafurova Günel Şiralı qızıdır.

Açıq mənbələrdə şirkət barəsində heç bir məlumat yoxdur. Günel Qafurovanın adına isə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrində rast gəlinir.

Yekun nəticələrdən aydın olur ki, Günel Qafurova Cəyirli kənd orta məkətəbində ibtidai sinif müəllimi kimi işə qəbul olunub.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlara diqqət yetirdikdə "Göyçay İnşaat” MMC-nin satınalma müsabiqələrində o qədər fəal olmadığı aydın olur.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdir. O, 2022-ci ildə bu vəzifədədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Şərqi Zəngəzurla bağlı FƏRMAN və SƏRƏNCAM


Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Fərmanla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilir.

Müəyyən edilir ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. Nizamnamə fondu 500 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Bundan başqa, dövlət başçısı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir:
Müşahidə Şurasının sədri

Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Elnur Əliyev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anar Cəbrayıllı: “Allahın suyudur”, “su qiymətinə” deyimləri belə dəyişməlidir”

“Abonentlərin təxmini 11 faizində sayğac yoxdur”.

Bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, hazırda təxmini 40 minə yaxın bağ evi var ki, sudan istifadəyə görə cəmi 3 manat 50 qəpik ödəniş edir:

“2023-cü ilin sonuna qədər həmin ünvanlarda 100-ə yaxın su sayğacı quraşdırılacaq.
Ən çox həyət evləri, bağ evləri ilə bağlı problem var. Bostan, bağ becərirlər, sudan istifadə edirlər, amma ödəniş etmirlər. Türkan və Zirə qəsəbələri qanunsuz su istifadəsi ilə bağlı ən böyük problem olan yerlərdir.

Artıq suya yanaşma dəyişməlidir. “Allahın suyudur”, “su qiymətinə” deyimləri belə dəyişməlidir. Mən “Azərsu”ya gələnə qədər suyu açıq qoyurdum. Amma indi bilirəm ki, bu su Bakıya necə əziyyətlə gətirilir. Sudan istifadə zamanı bunu nəzərə almaq lazımdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamal Bələdiyyəsi sədrinin keçmişi ilə parlaq karyerası arasında nə kimi təzadlar var - İLGİNC FAKTLAR
Elektron mediada və sosial şəbəkələrdə Yasamal sakinlərinin rayon Bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı vaxtaşırı şikayətlər yayılır. Sakinlər daha çox rayon ərazisindəki küçə və məhəllərdəki baxımsızlıqlardan narazı olduqlarını bildirir, həmçinin Yasamal bələdiyyəsində onların müraciətlərinə baxılmadığını iddia edirlər.

Məlum olduğu kimi bələdiyyələrin funksiyalarından biri də yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsilə nail olmaqdir. Belə olan halda Yasamal rayon Bələdiyyəsi sakinlərin üzləşdiyi problemləri nə üçün həll etmir. Vəsait çatışmazlıqlarından söhbət belə gedə bilməz. Çünki, hər il vergiyə cəlb olunan hüquqi, fiziki şəxslərdən və rayon sakinlərindən qanunvericiliyə uyğun olaraq vəsaitlər toplanır. Amma bu vəsaitlərin hara xərcləndiyini heç kim bilmir.

Əldə etdiyimiz məlumatlara görə Yasamal rayon Bələdiyyəsi hər ilə küçə və məhəllərin abadlaşdırılması işlərinə yüz minlərlə vəsait ayrılır. Vəsaitlər mal-materialların alınması, təmir-tikinti, abadlıq işlərinin görülməsi adı altında şişirdilmiş qiymətlərlə müxtəlif şirkətlərin hesabına köçürülür və saxta sənədlər tərtib etməklə nağdlaşdırılır. Yəni, işlər qanunla müəyyən edilmiş qaydada, heç bir satınalma təşkil olunmadan həyata keçirilir. Bələdiyyə tərəfindən dövlət satınalması təşkil olunmadığından, görülən işlərin həcmi də, alınan mal-materialların qiymətləri də süni şəkildə şişirdilir. Bütün bu qanunsuzluqların başında isə bələdiyyə sədrinin durduğu bildirilir.

Kimdir Yasamal rayon Bələdiyyəsinin sədri?

Məmmədov Tahir İlyas oğlu. 1969-cu ildə anadan olub. 1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil alıb. 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. 2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olub. 2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilib. 2010-2014-cü illərdə Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 17 yanvar 2020-ci il tarixindən Yasamal rayon Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Əldə etdiyimiz məlumatlara görə Tahir Məmmədovun karyerasındakı bu yüksəliş qardaşı Mais Məmmədovun sayəsində olub. Mais Məmmədov artıq 30 ilə yaxındır ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis vəzifəsində çalışır. Bu müddət ərzində elə Bakı şəhərində də, Suraxanı rayonunda da bir neçə İcra başçı dəyişsə də Mais Məmmədov vəzifəsində qalıb. Bu müddət ərzində Mais Məmmədov üzdə olmayan, amma böyük kapital sahibinə çevrilib ki, bu ayrı məqalənin mövzusudur. Çox güman ki, Tahir Məmmədovun karyerasındakı yüksəliş də böyük qardaş Mais Məmmədovun şəxsi əlaqələri hesabına düz-qoş edilib. Bunu Yasamal rayon Bələdiyyəsi sədrinin tərcümeyi-halından da görməmək olmur.

Tahir Məmmədov karyerasına fəhləlikdən başlayıb. Sonra Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Sonra bələdiyyə üzvü, daha sonra sədr olub. Karyerasına fəhləliklə başlayaraq ali təhsil alan, dövlət məmuru olan minlərlə belə insan var. Lakin burada Tahir Məmmədovun aldığı ixtisas şübhə doğurmaya bilmir.

Vikipediyada Universitet haqqında yerləşdirilmiş məlumatlarda göstərilir ki, 1970-ci ilə qədər Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində bu fakultələr olub: aqronomluq, bağçılıq, üzümçülük və kənd təsərrüfatı texnologiyaları, ipəkçilik, iqtisadiyyat, məşə təsərrüfatı, mexanizasiya və kənd təsərrüfatının elektrikləşdirilməsi və kənd təsərrüfatı mütəxəssislərinin yenidənhazırlanması. Hazırda isə Universitet Aqronomluq, Biologiya, Kimya, Qida Emalı Texnologoiyası, Meşə Təsərrüfatı, Üzümçülük və Genologiya, İnşaat Mühəndisliyi, Elektrik və Kompüter Mühəndisliyi, Mexanika Mühəndisliyi, Biznesin idarə edilməsi, Liberal incəsənət kimi bir sıra müasir fakultələrdə bakalavr təhsili verir.

1999-cu ildə ali təhsil müəssisəsi Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası adını alıb. 2003-cü ildən Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti olub. 2011-ci ildən Gürcüstan Aqrar Universiteti adını daşıyır.

Tahir Məmmədovun tərcümeyi-halında isə göstərilir ki, 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Vikipediya məlumatlarından göründüyü kimi Universitet 1999-cu ildə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası , 2003-cü ildə isə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti kimi fəaliyyət göstərib. Göründüyü kimi Tahir Məmmədovun tərcümeyi- halında göstərilən tarixlərdə Gürcüstanda Kənd Təsərrüfatı Universiteti olmayıb. Oxumuş olsaydı Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetindən deyil, Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyasından diplom almış olardı. Apardığmız ətraflı araşdırmada Universitetdə ümumiyyətlə hüquqşünaslıq fakultəsinin olmadığı məlum oldu. Maraqlıdır, onda Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünaslıq ixtisasına necə yiyələnib. Göründüyü kimi Tahir Məmmədovun keçmişi ilə parlaq karyerasının arasında böyük bir təzad var.

Bəlkə elə 90-cı illərdə Gürcüstan Universitetlərinin dəb halını almış diplomlarını bir çoxları kimi Tahir Məmmədov da satın alıb. Hər halda ətraflı araşdırmağa dəyər. Bunun üçün Gürcüstan Aqrar Universitetinə bir sorğu göndərmək kifayət edər.
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daxili işlər naziri İsmayıllıda qəbul keçirəcək


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev mina təhlükəsi ilə bağlı MÜRACİƏT ETDİ


Prezident İlham Əliyev “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bugünkü konfransın mövzusu Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer almışdır.

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymuşdur. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanmışdır. Ermənistanın otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir.

Ermənistan bununla kifayətlənməyib işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olmuş, onlardan 57-si həlak olmuş, 245-i isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.

Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Gördüyümüz bəzi işlərin nəticələri artıq göz qabağındadır və siz Azərbaycanda səfərdə olarkən bunların şahidi olmusunuz.

Əfsuslar olsun ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilmişdir.

Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Ulu Öndərin strateji baxışı, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA yaradılmışdır. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur.

Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son iki il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artmışdır.

Qeyd etmək istərdim ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz, eyni zamanda, bir sıra xarici tərəfdaşlarımızla bu sahədə səmərəli əməkdaşlıq edir və bizə dəstək göstərən ölkələrə və beynəlxalq təşkilatlara buna görə minnətdarıq. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur.

Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisinə mühüm töhfə verəcəyini və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.

Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq biz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırda sədrlik etdiyimiz Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.

Bugünkü konfrans mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “minalardan təmizlənmiş dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO