[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarif Şurası benzin və dizelin aksiz dərəcələri ilə bağlı QƏRAR VERDİ


Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub.

Bu barədə Tarif Şurasının Katibliyindən bildirilib.

Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 fazdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 26 iyul 2022-ci il tarixli Qərarına yenidən baxılması və Nazirlər Kabinetinin Qərarına uyğunlaşdırılması zərurəti yaranıb.

Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətinə təsir göstərmir və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir. Belə ki, Tarif (qiymət) Şurasının Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymət zəncirində daxili dəyişiklik edilərək, artan aksiz məbləğləri qədər istehsalçı tarifləri azaldılıb, topdansatış tarifləri isə mövcud səviyyədə saxlanılıb.

Qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bu xidmət ƏDV-dən AZAD EDİLDİ


Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.

Eyni zamanda, layihəyə əsasən, Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən edilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət büdcəsinin xərcləri 11,6 faiz artıb


Birinci yarım ildə dövlət büdcəsinin xərcləri 11,6 faiz artaraq 12 milyard 936,6 milyon manat olub ki, bu, dövr üçün müəyyənləşdirilmiş proqnozun 100,6 faizini, yenidən baxılmış göstəricinin 40 faizini təşkil edir.

Bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Dövlət büdcəsinin son illər üzrə icra vəziyyəti (96 faiz), eləcə də yenidən baxılma zamanı edilmiş əlavə artımlar (2,4 milyard manat) diqqətə alınaraq il sonunda xərclərin icra faizinin əvvəlki illər üzrə qeydə alınmış icra səviyyəsinin ətrafında olacağı qənaətinə gəlinir.

Hesabat dövründə xərclərin funksional sahələr üzrə strukturunda sosial sahəyə yönəldilmiş xərclər üstünlük təşkil etsə də, real sektora yönəldilmiş xərclər üzrə artım daha yüksək olub.

Dövlət büdcəsi xərclərinin funksional sahələr üzrə strukturunun təhlili baxılan dövrdə də sosial sahənin üstünlük təşkil etdiyini, 2 sahə istisna olmaqla, digər sahələr üzrə artımın müşahidə edildiyini, mütləq və nisbi ifadədə ən böyük artımın real sektorun (41 faiz) payına düşdüyünü göstərir.

Real sektor üzrə xərclərin artımı əsasən tikinti və şəhərsalma üzrə xərclərin artımı ilə əlaqədar olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarif Şurası benzin və dizellə bağlı qərarını AÇIQLADI


Tarif (qiymət) Şurasının iyulun 26-da keçirilən növbəti iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.

Bu barədə Tarif (qiymət) Şurasından bildirilib.

Məlumat üçün bildirək ki, Şuranın indiyədək qüvvədə olan qərarına əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilib. Təchizat tarifi isə özündə həm topdansatış məntəqələri üzrə saxlanılma və nəql xərclərini, həm də pərakəndə satış məntəqələrinə çatdırılma xərclərini birlikdə ehtiva etdiyi üçün subyektlər arasında xidmətin yerinə yetirilmə növündən asılı olaraq mübahisəli halların yaranmasına, maliyyə intizamının pozulmasına səbəb olub.

Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunmuşdur. Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilmiş, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarla eyni tarixdən qüvvəyə minəcək.

İclasda həmçinin, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində 5 dəfədən artıq müsahibədə iştirak üzrə ödənişin dövlət qulluğu vəzifələrinin qrupundan asılı olmayaraq bir iştirak üçün 50 manat səviyyəsində müəyyənləşdirilməsinə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bir mərhələdə, bakalavriat səviyyəsinə isə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yeni test tapşırıqları bazasının işlənməsi, imtahanların təşkili xərclərinin artması kimi məsələlər nəzərə alınmaqla, tələbə qəbulu üzrə yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş tariflərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılıb.

Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı ödənişin məbləği dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifinin 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib. Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.

Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilmiş və yeni tarifləri müəyyənləşdirilmişdir.

Qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcəkdir.

İclasda həmçinin, “Azərenerji” ASC-nin Şuraya müraciətinə baxılmış və istehsal olunan elektrik enerjisinin hansı hissəsinin tarifinin tənzimlənmədiyi məsələsinə aydınlıq gətirilməsi və dəqiqləşdirilməsi məqsədilə Şuranın 2021-ci il 16 oktyabr tarixli qərarında redaktə xarakterli dəyişiklik edilmişdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ovçuluq biletinin verilməsinə görə dövlət rüsumu müəyyən edildiyindən Nazirlər Kabinetinin Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin) siyahısından ovçuluq biletinin qiyməti çıxarılmışdır. Bu baxımdan, Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2008-ci il 30 iyul tarixli 5 nömrəli və “Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2018-ci il 17 may tarixli 3 nömrəli Qərarları ləğv edilmişdir.

Tələbə qəbulu, neft məhsullarının təchizatı və ovçuluq bileti ilə bağlı qərarlar istisna olmaqla digər qərarlar 1 avqust 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti də təsdiq edilmişdir.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 13369 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilmişdir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlikdən Ərzaq qıtlığı ilə bağlı MÜHÜM AÇIQLAMA
Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.

İqtisadiyyat Nazirliyindən daxil olan məlumatda bildirilir ki, dünyada neqativ meyllərin baş verdiyi, COVİD-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkədə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməyib, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmayıb. Bütün bunlar isə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir.

“Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir.
Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanır.

Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”, - deyə məlumatda vurğulanır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır - Nazirliyin hər il 10-20 milyonluq oyunu
Milli Məclisin ötən iclaslarının birində millət vəkili Qənirə Paşayeva abidələrin bərpasına ayrılan 600 min manat vəsaitin boşa getdiyini və bunun ciddi araşdırılmalı olduğunu vurğulayıb.
Bildirib ki, 2020-2021-ci illərdə bu işə 40 milyon manat səviyyəsində ayrılan vəsaitin 77.3%-i yalnız bir abidəni əhatə edib. Ona görə də bu xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac var.
Bəs abidələrin bərpası işində bu qədər boşluqlar niyə var? Aidiyyəti qurumlar bu işə niyə ciddi yanaşmır? Zamantv.az xəbər verir i, məsələ ilə bağlı Bakupost.az -a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Aqil Abbas açıqlama verib.
Qeyd edib ki, abidələrin bərpasında ayrılan pulların mənəmsənilməsinə görə bir çox adamlar həbs edilib:

“Abidələrin bərpasına ayrılan vəsaiti mənimsədiyinə və qeyri-işlərə xərclədiyinə görə bir çox insanlar artıq həbs olunub. Təbii ki, abidələr tam bərpa olunmur. Buna ayrılan vəsait təyinatı üzrə xərclənmir. Hətta o cür insanlar həbs olunaraq 8 ilə yaxın iş də veriblər. Abidələrə ayrılan pullar onların özünə xərclənmir. Tarixi abidlərimiz diqqətdən kənarda qalıb. Adi bir daş da tarixi abidə ola bilər. Vaxtı ilə Sadıq Murtuzayev Ağdamda qəbirüstü abidələri gətirib, açıq muzey yaratmışdı. Bizim təmirə ehtiyacı olan qədim qalalarımız var ki, ot basıb, uçub dağılır. Mədəniyyət Nazirliyi bu işdə daha ciddi məşğul olmalıdır”.
AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, mədəni abidələrin tədqiqi üzrə ekspert Faiq İsmayıl bildirib ki, il ərzində bir abidənin bərpasında 10-20 milyon pul silinməsi sadəcə korrupsiyadır:
“Azərbaycanda abidələrin mühafizəsi və bərpası işləri olduqca bərbad vəziyyətdədir. Ona görə ki, abidələrin bərpasında mütəxəssis kadrlar çatışmır. Hazırda Azərbaycanda abidələrin bərpası ilə bağlı hansısa bir institutda fakültə, kollec, peşə məktəbi görə bilmərik. Bu baxımdan abidlərin bərpası kimi çox vacib olan bir iş ya başlı-başına buraxılır; ya həvəskarlar, ya da adi memarlar tərəfindən bərpa olunurlar. Ona görə də bu işdə ciddi pozuntulara yol verilir”.

Ekspert qeyd edib ki, Şuşa şəhərində Bülbülün Ev Muzeyinin bərpasında ciddi səhvlərə yol verilib:
“Həmin abidənin bərpasında əvvəlki buxarların təmizlənməsi, yenidən bərpa edilməsi baş tutmadı. Eyni zamanda giriş darvazaları da əvvəlki vəziyyətindəki kimi qoyulmadı. Bülbülün güllələnmiş büstü ilə yeni hazırlanmış büstünü həyətin içərisində yanaşı qoymaq heç bir məna kəsb etmir. Çünki, birinci növbədə güllələnmiş büst həyətin girəcəyində olmalı və ətrafında bir kompozisiya yaradılmalı, o qəlpələr, dəymiş zərər orada təsvir olunmalı idi. Ora daxil olan hər hansı bir şəxs izahatsız bunun mənasını anlamalıydı. Bu kimi hallar çoxdur. Azərbaycan Mədəniyyət Nazirliyi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin özündə belə mütəxəssis yox dərəcəsindədir”.
F. İsmayıl əlavə edib ki, abidələrin müntəzəm olaraq monitorinqləri çox az hallarda aparılır:
“Hansısa rayona gedərkən orada abidənin qeydiyyat kitabını tələb etsəniz sizə heç bir şey verilməz. Çünki həmin qeydiyyat kitabında abidəyə ildə bir və ya iki dəfə baxış keçirilməsi, dəyişikliklərin olması barədə məlumat fotolarla birlikdə qeydiyyat kitabında əks olunmalıdır. Lakin biz bunu heç vaxt görə bilmərik. Eşitməmişəm ki, hansısa abidə bərpa olunanda həmin abidələrin materialları ekspertizaya verilsin və bunun laboratoriya analizi aparılsın. Faktiki olaraq bu baş verməlidir.
Abidələrimizin ornamental memarlıq quruluşları, bədi daş nümunələri, üzərində işləmələr var. Bunlar olduğu kimi öz yerində otuzdurulmalıdır. İl ərzində bir abidənin bərpasında 10-20 milyon pul silinməsi sadəcə korrupsiyadır. Ona görə abidələrin bərpası işində kifayət qədər boşluqlar var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dolların dəyərinin artması manata necə təsir edəcək? - AÇIQLAMA
ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir.

"Zamantv.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ puluna nisbətən dəyərsizləşməkdədir:

"Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib. Strateji məhsulların qiymətlərində azalmalar müşahidə edilir. Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz azalmasına səbəb olub. Birjalarda volatilliyin artmasına həmçinin dolların möhkəmlənməsi də təsirsiz ötüşmür. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) mayın 3-də yenidən toplanacaq. ABŞ-da müşahidə edilən inflyasiya səbəbindən FED-in uçot dərəcəsini yenidən artıracağı gözlənilir. Rusiya-Ukrayna müharibəsi fonunda FED uçot dərəcəsini daha çevik yüksəltməyi hədəfləyir. Bu isə dünya bazarında dolların kursunun daha da möhkəmlənəcəyindən xəbər verir. Digər tərəfdən, birjalardakı qeyri-müəyyənlik konteksində investorların valyuta bazarlarına sərmayələri də artır ki, bu da dolları daha da gücləndirir".

Dünya bazarında möhkəmlənən dolların manata necə təsir edəcəyinə gəlincə, deputat bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

"Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pomidorun bahalaşmasında PARADOKS - Ekspert “10 gün” dedi
Pomidorun bazar qiymətləri son on gündə gözlənilməz həddə artıb. Bir çoxları bunun obyektiv səbəblərdən qaynaqlandığını izah etməyə çalışsalar da, cəmiyyətdə bu məsələdə işbazların da əlinin olduğu fikri hökm sürür.

Bəs əslində nə baş verir, bahalaşma nə qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı bu günlərdə pomidorun qiymətinin bahalaşma səbəblərinin tam bir paradoks təşkil etdiyini söyləyib.

Ekspert əlavə edib ki, bir müddət öncə Rusiyaya aparılan pomidorun tərkibində bəzi zərərli maddələr aşkar edildiyi üçün xeyli həcmdə məhsul geri qaytarılıb.

“Qaytarılan məhsullar həqiqi mənada ekspertizadan keçirilməlidir və əgər doğrudan da o pomidorlar sağlamlığımız üçün zərərlidirsə, onlar yerli bazara çıxarılmamalıdır. Yox, əgər Rusiyanın iddiaları doğru deyilsə, geri qaytarılmış pomidorların sayəsində yerli bazarda bolluq yaranmalı idi. Təbii ki, bu, qiymətlərin azalmasına gətirib çıxaracaqdı. Bu mövzuda yaranan suallarımıza aydınlıq gətirmək vəzifəsi birbaşa olaraq Qida Təhlükəsizliyi Agentliyinin üzərindədir”.

Ekspert pomidor qiymətlərinin artmasında istifadə olunan gübrə, dərman təyinatlı məhsulların dünya bazarında bahalaşmasının da səbəb olacağını bildirib:

“Digər bir halda gübrələrin və istehsal üçün lazım olan məhsulların bahalaşması da istisnasız olaraq istehlakçının xərclərini artırır və o da məhsulu bahalaşdırmağa məcbur olur”.

Bahalaşmanın mövsümi səbəblərlə də bağlı ola biləcəyini söyləyən ekspert son müddət ərzində havaların soyumasına diqqət çəkib:

“Mart ayının sonunda qarlı-şaxtalı hava və bundan sonra da davam edən soyuq hava şəraiti məhsulun planlaşdırıldığı vaxtda yetişdirilməsinə əngəl törədib. Bu da bir səbəbdir və qısa müddətdə bərpa olunacaq. Fikrimcə, 10 gün müddətində pomidorun qiymətində azalma baş verəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“70-75 faiz buğda idxal olunur, əhalini çətin günlər gözləyir” - İNCƏLƏMƏ...
Azərbaycan ərzaqlıq buğda ilə özünü 25 faiz təmin edir.

Ümumi taxıl istehsalı isə ölkə tələbatının 60 faizini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə belə deyib.

O, ölkədə ərzaqlıq buğdanın istehsalının artırılmasının vacib olduğunu bildirib:

“Biz özümüzü ərzaqlıq buğda ilə 70-75 faiz təmin etməyə nail olmalıyıq. Azərbaycanda bu potensial, imkan var. Həm azad edilmiş torpaqlarda, həm də ölkənin digər ərazilərində”.

Prezident onu da qeyd edib ki, həm bu il, həm də gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Bu sahənin inkişafı üçün sahibkarlara güzəştli kreditlər verilməlidir:

“Çünki buğda əsas ərzaq məhsuludur. Həm coğrafi yerimiz, iqlimimiz, həm də bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü buğda ilə yüz faiz təmin edə bilək. Lakin yenə də çalışmalıyıq”.

İlham Əliyev azad edilmiş ərazilərdəki əkin işlərindən də danışıb.

Deyib ki, hazırda o ərazilərdə ikinci dəfə əkin işi aparılır. Bu il 50 min hektarda yaxın ərazidə əkin aparılacaq: “Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır”.

“Uzun illərdir deyilir ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının 70 faizdən çoxunu idxal edir. İlham Əliyev və onun Kənd Təsərrüfatı Nazirliyinə gətirdiyi qeyri-peşəkarlar isə əksini deyirdilər”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli belə deyir.

O bildirib ki, artıq ölkə başçısı da bunu etiraf edir:

“İndi İlham Əliyev etiraf etməli oldu ki, ərzaq buğdası ilə özümüzü cəmi 25 faiz təmin edə bilirik”.

Ekspert deyir ki, ölkənin 70-75 faizi buğda idxaldan asılı vəziyyətə salınıb:

“Şəkərə, bitki yağına, çaya olan tələbatın isə 90 faizdən çoxu idxaldan asılıdır. Ət, süd məhsullarına olan tələbatımızda da idxaldan asılılıq artmaqda davam edir. Bu gedişlə ölkə əhalisini çox çətin günlər gözləyir”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il Azərbaycanda toplamda 1 milyon 885 min ton buğda yetişdirilib.

Ölkəyə gətirilən buğdanın həcmi isə 1 milyon 148 min ton olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abonentin işıq, qaz və suyu nə vaxt kəsilir?
Zamantv.az-ın “Bir sual, bir cavab” rubrikasındabu günə olan mövzu kommunal təchizatın kəsilməsidir.

Vətəndaşlar tərəfindən ən çox edilən müzakirə və şikayətlərdən biri də fərdi yaşayış evlərində işıq, qaz və suyun borca kəsilməsidir. Bəziləri hansı hallarda sadalanan kommunal təchizatların kəsilməsindən xəbərsizdir.

Görəsən qanunvericiliyə əsasən, hansı hallarda abonentlərin işıq, qaz və suyu kəsilə bilər?





XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO