[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pomidorun bahalaşmasında PARADOKS - Ekspert “10 gün” dedi
Pomidorun bazar qiymətləri son on gündə gözlənilməz həddə artıb. Bir çoxları bunun obyektiv səbəblərdən qaynaqlandığını izah etməyə çalışsalar da, cəmiyyətdə bu məsələdə işbazların da əlinin olduğu fikri hökm sürür.

Bəs əslində nə baş verir, bahalaşma nə qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı bu günlərdə pomidorun qiymətinin bahalaşma səbəblərinin tam bir paradoks təşkil etdiyini söyləyib.

Ekspert əlavə edib ki, bir müddət öncə Rusiyaya aparılan pomidorun tərkibində bəzi zərərli maddələr aşkar edildiyi üçün xeyli həcmdə məhsul geri qaytarılıb.

“Qaytarılan məhsullar həqiqi mənada ekspertizadan keçirilməlidir və əgər doğrudan da o pomidorlar sağlamlığımız üçün zərərlidirsə, onlar yerli bazara çıxarılmamalıdır. Yox, əgər Rusiyanın iddiaları doğru deyilsə, geri qaytarılmış pomidorların sayəsində yerli bazarda bolluq yaranmalı idi. Təbii ki, bu, qiymətlərin azalmasına gətirib çıxaracaqdı. Bu mövzuda yaranan suallarımıza aydınlıq gətirmək vəzifəsi birbaşa olaraq Qida Təhlükəsizliyi Agentliyinin üzərindədir”.

Ekspert pomidor qiymətlərinin artmasında istifadə olunan gübrə, dərman təyinatlı məhsulların dünya bazarında bahalaşmasının da səbəb olacağını bildirib:

“Digər bir halda gübrələrin və istehsal üçün lazım olan məhsulların bahalaşması da istisnasız olaraq istehlakçının xərclərini artırır və o da məhsulu bahalaşdırmağa məcbur olur”.

Bahalaşmanın mövsümi səbəblərlə də bağlı ola biləcəyini söyləyən ekspert son müddət ərzində havaların soyumasına diqqət çəkib:

“Mart ayının sonunda qarlı-şaxtalı hava və bundan sonra da davam edən soyuq hava şəraiti məhsulun planlaşdırıldığı vaxtda yetişdirilməsinə əngəl törədib. Bu da bir səbəbdir və qısa müddətdə bərpa olunacaq. Fikrimcə, 10 gün müddətində pomidorun qiymətində azalma baş verəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“70-75 faiz buğda idxal olunur, əhalini çətin günlər gözləyir” - İNCƏLƏMƏ...
Azərbaycan ərzaqlıq buğda ilə özünü 25 faiz təmin edir.

Ümumi taxıl istehsalı isə ölkə tələbatının 60 faizini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə belə deyib.

O, ölkədə ərzaqlıq buğdanın istehsalının artırılmasının vacib olduğunu bildirib:

“Biz özümüzü ərzaqlıq buğda ilə 70-75 faiz təmin etməyə nail olmalıyıq. Azərbaycanda bu potensial, imkan var. Həm azad edilmiş torpaqlarda, həm də ölkənin digər ərazilərində”.

Prezident onu da qeyd edib ki, həm bu il, həm də gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Bu sahənin inkişafı üçün sahibkarlara güzəştli kreditlər verilməlidir:

“Çünki buğda əsas ərzaq məhsuludur. Həm coğrafi yerimiz, iqlimimiz, həm də bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü buğda ilə yüz faiz təmin edə bilək. Lakin yenə də çalışmalıyıq”.

İlham Əliyev azad edilmiş ərazilərdəki əkin işlərindən də danışıb.

Deyib ki, hazırda o ərazilərdə ikinci dəfə əkin işi aparılır. Bu il 50 min hektarda yaxın ərazidə əkin aparılacaq: “Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır”.

“Uzun illərdir deyilir ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının 70 faizdən çoxunu idxal edir. İlham Əliyev və onun Kənd Təsərrüfatı Nazirliyinə gətirdiyi qeyri-peşəkarlar isə əksini deyirdilər”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli belə deyir.

O bildirib ki, artıq ölkə başçısı da bunu etiraf edir:

“İndi İlham Əliyev etiraf etməli oldu ki, ərzaq buğdası ilə özümüzü cəmi 25 faiz təmin edə bilirik”.

Ekspert deyir ki, ölkənin 70-75 faizi buğda idxaldan asılı vəziyyətə salınıb:

“Şəkərə, bitki yağına, çaya olan tələbatın isə 90 faizdən çoxu idxaldan asılıdır. Ət, süd məhsullarına olan tələbatımızda da idxaldan asılılıq artmaqda davam edir. Bu gedişlə ölkə əhalisini çox çətin günlər gözləyir”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il Azərbaycanda toplamda 1 milyon 885 min ton buğda yetişdirilib.

Ölkəyə gətirilən buğdanın həcmi isə 1 milyon 148 min ton olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abonentin işıq, qaz və suyu nə vaxt kəsilir?
Zamantv.az-ın “Bir sual, bir cavab” rubrikasındabu günə olan mövzu kommunal təchizatın kəsilməsidir.

Vətəndaşlar tərəfindən ən çox edilən müzakirə və şikayətlərdən biri də fərdi yaşayış evlərində işıq, qaz və suyun borca kəsilməsidir. Bəziləri hansı hallarda sadalanan kommunal təchizatların kəsilməsindən xəbərsizdir.

Görəsən qanunvericiliyə əsasən, hansı hallarda abonentlərin işıq, qaz və suyu kəsilə bilər?





[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mart ayında buğda 17% bahalaşıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qida məhsullarının qiymətləri ilə bağlı növbəti hesabatını açıqlayıb.

Zamantv.az-ın xəbərinə görə, hesabatda gföstərilir ki, Mart ayında dünyada ərzaq qiymətləri 12.6% bahalaşaraq tarixi rekorda imza atıb.

Belə qiymərtlər 1990-cı ildən indiyədək heç yerdə qeydə alınmayıb. Dənli bitki və bitki yağının qiymətləri isə şok effekti yaradıb.
Baş qərargahı Romada olan təşkilat bildirir ki, mart ayında buğda fevralla müqayisədə 17.1% bahalaşıb. Taxılın bahalaşması fonunda ikinci dərəcəlı dənli bitkilərin də qiyməti yüksəlməyə meylli olub. Söbət arpa, buğda, çovdar, vələmir və qarğıdalıdan gedir. Bahalaşmanın səbəbi Ukrayna və Rusiyadan ixracın dayanmasıdır.
Bitki yağlarının qiymətində aylıq artım 23%-i ötüb. Ukrayna və Rusiyadan günəbaxan yağı təchizatının dayanması digər bitki yağlarına da təsir edib. Dünyada istehlak olunan günəbaxan təxminən 70%-ni Ukrayna və Rusiya fermerləri hazırlayır.

Ekspertlərin fikrincə, günəbaxan yağının bahalaşması marqarinin və şirniyyat istehsalında istifadə edilən inqredientlərin də bahalaşmasına səbəb olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Görünməz düşmən: “Böyük aclıq” yaxınlaşır?
Dünya ərzaq bazarında qiymət artımı son günlər daha da sürətlənib. Hazırda dünya bazarında əlverişli qiymətə ərzaq tapmaq ciddi problemə çevrilib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bahalaşmaya və qida çatışmazlığına Rusiya-Ukrayna savaşı da güclü təsir göstərir. Müharibədən öncə bu ölkələrin ümumilikdə 400 milyard dollardan artıq illik ixracatları olurdu.
O bildirib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar. Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyır.

Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin daha da güclənməsi çox vacibdir.

Digər ekspertlər də söyləyirlər ki, bahalaşma və qida çatışmazlığı təhlükəsinin qarşısını almaq üçün daxili istehsal gücləndirlməli, kənd təsərrüfatı sahəsində inkişafın qarşısını alan amillər aradan qaldırlmalıdır.

Ekspert Eldəniz Əmirovon fikrincə, bu amillərdən biri də kənd təsərrüfatı məhsullarının yerli və bazar qiymətləri arasında kəskin fərqin olmasıdır. Bir çox hallarda fermerlər məhsulu dəyər-dəyməzinə satmağa məcbur qalır, buna görə də ya zərər uğrayır, ya da çox az qazanırlar. Halbuki bazarlarda və marketlərdə həmin məhsul fermerin təklif etdiyindən 6-7 dəfə baha satılır. Nəticədə il boyu çalışıb, qəpik-quruş qazanan fermer əkin-biçindən uzaq durmağa üstünlük verir: “Fermerlərin yerindəki qiymətlə mağazalardakı qiymətlərdə bu qədər fərqin olması, aradakı vasitəçilərin çoxluğu ilə bağlıdır. Buna görə də, fermerlərin bazara birbaşa çıxışının təmin olunması qiymətlərin aşağı olmasını təmin edəcək. Qiymətlərin artmasının digər bir səbəbi isə inflyasiya meyllərinin aşağı düşməsidir”.

Ekspertlərin fikrincə, ikinci amil isə suvarma ilə bağlıdır. Su ehtiyatlarından düzgün istifadə olunmaması, yay aylarında əkin-biçinin susuz qalması kimi problemlər son illər daha da aktuallaşıb.

Bu günlərdə “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiqləndi.

Ekspertlər ümid edir ki, bu qərar sayəsində ümumilikdə su ehtiyatlarından səmərəli istifadə təmin olunacaq, suvarma sistemindəki bir sıra problemlər də həllini tapacaq: “Dünyanın bir çox ölkələrində çaylardan, göllərdən, yeraltı su mənbələrindən istifadə ödənişlidir. Qərarın özündə göstərilir ki, burada əsas məqsəd suya qənaət edilməsi və su istifadəsi hesabatının doğru aparılması ilə bağlıdır. Düşünürəm ki, taariflər müəyyənləşdikdən sonra bunun müsbət və mənfi tərəflərini daha aydın görəcəyik“.

Bəs hazırda kənd təsərrüfatı sahəsində hansı stimullaşdırıcı tədbirlər görülür və bunlar yetərli sayıla bilərmi? Ekspert Xalid Kərimlinin sözlərinə görə, hər il kənd təsərrüfatı məhsullarına 450-500 milyon manat xərclənir: “Fermerlərin xərclərinin aşağı salınması üçün həm taxıla, həm digər kənd təsərrüfatı məhsullarına, pambığın özünə belə subsidiyalar verilir. Bundan başqa, aqrar sığorta mexanizmi də işlənir ki, fermerlər hər hansı risklər olarsa, həmçinin iqlim risklərindən mühafizə olunsun. Hökumət kənd təsərrüfatı üçün güzəştli kreditlər verir. Bu bir qədər yanlış düşüncədir ki, ölkəmizdə bütün məhsulları istehsal etsək, iqtisadi cəhətdən bolluq yaranacaq və ya qiymətlər aşağı olmasına təsir edəcək“.

Bəs kənd təsərrüfatı sahəsinin stimullaşdırılması üçün başqa nələr edilməlidir? Hansı sahələrdə dəyişikliyə ehtiyac var? Necə edək ki, öz məhsullarımızla tələbatımızı ödəyə bilək? Ekspert Rəşad Həsənov əsas problemi Aqrar Sığorta mexanizmində görür və bu sahədə yeni yanaşmalara ehtiyac olduğunu düşünür. O həmçinin bildirir ki, dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında intensiv böyümə daha səmərəlidir: “Azərbaycanda məhsuldarlıq göstəriciləri aqrar ölkələrlə müqayisədə çox aşağıdır. Bu istiqamətdə əsas problem odur ki, istehsalın 97% ailə təsərrüfatlarından gəlir. Ailə təsərrüfatları istehsal prosesinə ənənəvi yanaşır. Bunun nəticəsində mənfəət norması bu sektorda çox aşağıdır. Düşünürəm ki, bu sahədə maarifləndirmə gücləndirilməli, problem qısa vaxtda həllini tapmalıdır”.

Sonda onu da xatırladaq ki, ötən illə müqayisədə taxıl məhsulları 50%-dən çox bahalaşıb. Rusiya və Ukrayna arasındakı müharibə nəticəsində bu məhsulların daha 20-22% bahalaşacağı gözlənilir


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada müharibə qıtlığa səbəb olacaq
Ukraynadan ixracın olmaması səbəbindən bəzi ölkələrdə qıtlıq baş verə bilər.

Bu barədə ölkənin aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski bildirib.

Onun sözlərinə görə, Ukrayna son illərdə taxıl tədarükçüləri arasında ilk beşliyə daxil olub, ona görə də bir çox ölkələrə buğda, arpa və qarğıdalı tədarükü ondan asılıdır. Ukrayna eyni zamanda günəbaxan yağının ilk tədarükçüsü, soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.

“Ukrayna məhsullarından ən çox asılı olan regionlara nəzər salsanız, bunlar Yaxın Şərq, o cümlədən Şimali Afrikadır”.

“Bir aydan çoxdur ki, limanlar bağlanıb. Təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal əti, quş əti, yumurta, süd məhsullarının ixracı da dayanıb. Əslində bu, xeyli qıtlığa səbəb ola bilər və həqiqətən də aidiyyəti ölkələrdə aclıqla nəticələnə bilər”, - deyə nazir müavini izah edib.

Vısotski qeyd edib ki, Ukrayna günəbaxan yağı ixracının 55 % -ni təşkil edir. Eyni zamanda, Çin və Hindistandan başqa, Avropa İttifaqı ölkələri də əsas idxalçılardır. Buna görə də Ukrayna təchizatı olmadan qlobal qıtlıq yaranacaq.

Mənbə: UNİAN
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın şəkər tozu Rusiya bazarlarına axır - ŞOK İDDİA
“Son zamanlar Azərbaycan istehsalçıları şəkər tozunun daxildə deyil, daha çox Rusiya bazarında satılmasına maraq göstərir”. Zamantv.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın Azərbaycandan şəkər tədarükünü kəskin artırması ilə ölkəmizdə şəkər tozu qıtlığının yaranmasına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bu vəziyyətin yaranmasında şəkərin Rusiyada kəskin bahalaşması öz sözünü deyib:

“Rusiyada şəkər tozunun qiyməti kəskin bahalaşıb. Azərbaycan bazarı ilə nisbətdə bu ölkədə həmin məhsulun qiyməti 2,5-3 dəfə baha satılır. Nəticədə Azərbaycan istehsalçıları şəkər tozunun daha çox Rusiya bazarında satılmasına maraq göstərir. Çünki daxili bazarda qiymət daha ucuzdur.

Rusiyada şəkər tozunun qiymətinin bahalaşmasına isə bu məhsulla bağlı kəskin qıtlığın yaranması səbəb olub. Rusiyadakı mağazalarda şəkər tapılmırdı. Ukrayna ilə müharibədən öncə kilosu 60-70 rubl olan şəkər tozunun qiyməti indi 250-300 rubla qədər bahalaşıb. Bu qiymət fərqi isə istehsalçılar üşün Rusiya bazarını daha cəlbedici edib”.

Ekspertin fikrincə, disbalans geniş şəkildə özünü göstərsə, Azərbaycanın daxili bazarında da şəkərin qiymət artımı baş verə bilər. Azərbaycan hökuməti ona görə qabaqlayıcı tədbirlər görməli, ixrac üzrə kvotalar müəyyənləşdirməlidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kartof və soğanın qiyməti KƏSKİN ARTDI
Son günlər ölkədə kartof və soğanın qiymətində kəskin artım müşahidə edilir.
zamantv.az xəbər verir ki, bu barədə Baku TV məlumat verib.

Bildirilib ki, bir müddət əvvələ kimi kiloqramı 50-55 qəpik olan soğan hazırda marketlərdə 1 manatdan baha satılır, həmçinin kartof qiymətlərində də artım müşahidə edilir.

Daha ətraflı sujetdə:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan buğda ehtiyatını artırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ – İdxal artımının 3 əsas səbəbi
Rusiya-Ukrayna müharibəsinin ərzaq qıtlığı, bahalaşma ilə müşayiət olunacağı son günlər ən çox müzakirə olunan məsələdir. Çörəyin qiymətinin bahalaşacağı ilə bağlı da məlumatlar dolaşır. İddia olunur ki, çörəyin qiyməti 1 manatadək yüksələ bilər. Məlumatlara görə, bəzi çörək zavodlarına unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərdarlıqlar olunub. Bu məlumatlar əhalini də təşvişə salıb. Hətta bəziləri un tədarükünü öncədən görür və bunu artım olacağı ilə əlaqələndirirlər. Bəzi ekspertlərin fikrincə, insanların əvvəlcədən tədarük görməsi, piştaxtaların boşalmasına, qıtlığa, qiymət artımına səbəb olacaq.

Nəzərə alınsa ki, Rusiya dünyada taxıl ixrac edən ölkə kimi birinci yerdədir. Ukrayna ilə Rusiya müharibə apardığı dönəmdə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bu sanksiyalardan sonra bu ölkə də bu il taxıl satışını dayandırdığını bildirib. Daha bir taxıl idxalçısı Ukraynanın dəniz hövzələrinə çıxışı əngəlləndiyi üçün dünya bazarında taxılın qiymətinin sıçrayışla qalxması mümkündür. Çörəyin qiymətinin nəinki 1, hətta 2 manata yüksələ biləcəyi haqda iddialar var. Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi? Bunun qarşısını necə almaq olar?

Yeri gəlmişkən, bu ilin yanvar ayında ölkəmizdə ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti qalxmışdı. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumatında qeyd edilib ki, topdansatış məntəqələrində hazırda unun 50 kiloqramlıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. Xidmət eyni zamanda un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yaymışdı. Dia.az xəbər verir ki, mövzunu iqtisadçı alim Vüsalə Əhmədova “Yeni Müsavat”a belə şərh edib: “Rusiya Federasiyası 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməyə başladı, bu səbəbdən də ölkəmizə idxal olunun ərzaq buğdasının qiyməti 2019-cu illə müqayisədə təxminən 58% bahalaşdı. Hazırda idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti - 35.9 manat, 500 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpikdir. Azərbaycanın illik ümumi buğda idxalı 1.365,1 min ton təşkil edir, hansı ki, bunun 1.349,8 min tonu Rusiyanın, 14,9 min tonu Qazaxıstanın, 0,4 min tonu digər ölkələrin payına düşür. İdxalda Rusiyanın payı 98.88% təşkil edir, yaxın qonşu ölkələrin bu miqdarı qısa müddətdə əvəzləyə biləcəyi real görünmür. Çörəklə bağlı qısamüddətli qiymət artımı ehtimalı var. Hazırda Rusiya və Ukraynadan taxıl idxal edən bütün ölkələr alternativ bazar axtarışındadırlar. Düşünürəm ki, alternativ bazarlar kimi Asiya ölkələri, o cümlədən dünyanın ən iri buğda istehsalçılarından biri olan Pakistan gözdən keçirilə bilər. Dünyanın digər ən iri buğda istehsalçıları Çin, Hindistan, ABŞ, Kanada və Avstraliyadır ki, bu ölkələrdən yükdaşıma və logistika xərcləri yüksək olacaq. Belə olan halda, çörəyin qiymətində kəskin bahalaşma yaranmaması üçün hökumət subsidiyalar tətbiq etməlidir”.

Ekspert qeyd edib ki, Azərbaycanın digər ölkələrdən asılı vəziyyətə düşməməsi üçün qida təhlükəsizliyi, ən başlıcası isə taxıl təhlükəsizliyi təmin olunmalıdır: “Göründüyü kimi, ani geosiyasi dəyişikliklər gözlənməyən nəticələrə gətirib çıxara bilir. Ölkədə 600 min hektarlıq əkin sahəsində buğda əkilir, ancaq məhsuldarlıq çox aşağıdır. Dənli bitkilər üzrə məhsuldarlıq 31,8%-dir, buğda üzrə məhsuldarlıq 31,7%-dir. Qarşıya qoyulan əsas məsələ məhsuldarlığı yüksəltməklə daxili tələbatı 100% ödəmək olmalıdır”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Konkret tədbir görülməsə, qiymət artımı qaçılmaz olacaq. Rusiyadan taxıl ixracı dayandırılır, Ukraynanın özündə qida məhsullarına ehtiyac duyulur. Başqa ölkələrdən isə taxıl məhsullarının gətirilməsi baha başa gələcək. Sahibkar subyekti orada nə qazanırsa, istər-istəməz gətirdiyi malın üstünə rüsum pulunu qoyacaq. Bu da bahalaşmaya gətirib çıxa bilər. Ona görə də vergi, gömrük, xüsusən də subsidiyalaşma ilə bağlı qərar verilməlidir. Bu sahədə əlavə dəyər vergisindən azad olma var. Dövlət artım nisbətində müəssisələr üçün subsidiyalaşma həyata keçirsə, minimum qiymətə, yəni 65 qəpiyə satılan çörəyin qiymətinin artmasının qarşısını almaq olar. Təbii ki, burada ƏDV-dən azad olmalar var. Çünki onsuz da bazarda 2 manat-2 manat 50 qəpiyə çörəklər də var. Əhalinin daha çox hissəsi minimum qiymətə olan çörəyi alır. Ona görə düşünürəm ki, dövlət burada kompensasiya tədbirləri görsə, qiymət artımından qaçmaq olar. Çünki özəl sahibkarlıq subyektləri də bunları alırlar. Sahibkarlıq subyektlərinə qiyməti qaldırmaq demək mümkün olmayacaq. Həmin müəssisələrin özlərinin də xərcləri var, ona görə burada dövlət dəstəyi olmalıdır. Bizim gəlirlərimiz neft satışından artır. Bir halda ki, gəlirlərimiz artır, oradakı gəlirlər hesabına burada- əhalinin aşağı sosial təbəqəsi nəzərə alına bilər. Onsuz da başqa mallarda qiymət artımı müşahidə edilir. Adi şirniyyat məhsulları -şokolad, konfetin qiyməti 30-40 faiz bahalaşıb. Amma bu sosial təbəqənin minimum istehlak səbətinə daxil olan qida məhsulları var. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. 30-a yaxın məhsul növü var ki, onun ölkədən çıxarılması ilə bağlı tələblər qoyulub. O da istər-istəməz qiymət qalxmasına hədəflənir. Oradakı məhsulların daxili bazarda tam şəkildə ödəmə qabiliyyəti azdırsa, yenidən idxala ehtiyacı varsa, qiymət artımı yaranırsa, burada artıq müəyyən xərclərdə sahibkarlıq subyektlərinə dəstək verilməlidir. Necə ki, pandemiya dövründə sahibkarlıq subyektlərinin işçilərinə əmək haqlarında köməklik edildi, yenə də həmin məhsulu almağa, daşımağa görə müxtəlif subsidiyalar edilməlidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hava şəraitinin pisləşməsi ilə bağlı fermerlərə MÜRACİƏT
Azərbaycanda son günlər hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Ölkənin demək olar ki, bütün bölgələrində temperaturun aşağı düşməsi, qar və sulu qar yağması güclü külək və sel-subasma ilə müşayiət olunur.

Bəzi bölgələrdə qarın qalındığı 40-74 santimetrə, küləyin sürəti 20-28 metr/saniyə arasında dəyişir. Artıq belə hava şəraiti bir sıra bölgələrdə qar, külək və subasma fərdi evlərə və təsərrüfatlara ziyan vurub.

Bu halların, eləcə də temperaturun kəskin aşağı düşməsinın əkinlərə də mənfi təsir göstərəcəyi istina edilmir. Xüsusilə temperaturun kəskin aşağı düşməsi nəticəsində artıq çiçəkləməkdə olan meyvə bağlarını donvurma riski yüksəkdir.

Aqrar Sığorta Fondu (ASF) bildirir ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi heyvandarlıq təsərrüfatlarını və əkin sahələrini yuxarıda sadalanan bütün hallardan qoruyur.

Dolu, donvurma (şaxtavurma), normadan artıq qar yağıntıları, sel-subasma, leysan yağışları və sair risklər aqrar sığorta tərəfindən qarşılanır.

ASF təsərrüfatlarını sığota edən fermerləri baş verən sığorta hadisələri barədə Fonda vaxtında məlumat verməyə çağırır.

Fond bildirir ki, hava şəraitinin piləşməsi və sığorta hadisələri nəticəsində sığortalı təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün təsərrüfatlara və əkin sahələrinə baxış keçirmək, hadisə baş verdiyi təqdirdə, fondu məlumat vermək tələb olunur.

Aqrar Sığorta Fondu indiyədək təsərrüfatlarını sığorta etməyən fermerlərini isə belə halları nəzərə almağa və aqrar sığorta vasitəsilə təsərrüfatlarını sığortalamağa çağırır.

Proqnozlara görə, oxşar hava şəraiti qarşıdakı təqribən 1 həftə ərzində davam edəcək.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...