[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qəza olub: İki nəfər..
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Zamantv.az-ın məlumatına görə, hadisə bu gün saat 14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Qəza nəticəsində 33-34 yaşlarında olan Orxan Əmrullayev və Ruslan Hüseynov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda nənə və nəvə FACİƏLİ şəkildə öldü
Gəncə sakinləri dəm qazından boğularaq ölüb.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Orada yaşayan nənə və nəvənin dəm qazından boğularaq öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölənlərin kimliyi dəqiqləşdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ
Martın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaricdə təhsil almış daha 62 nəfərin diplomu tanınmadı
Fevral ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Bu barədə "Zamantv.az"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən ay üzrə 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 28, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 87, Ukraynadan 70, Türkiyə Respublikasından 57, Gürcüstandan 16, Amerika Birləşmiş Ştatları 5, digər ölkələrdən isə 33 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 27, tibb üzrə 20, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlinin yeni başçısı da VİLYAM YOLU GEDİR... - NARAZILIQ!
İmişli sakinləri yeni icra başçısı Elçin Rzayevdən giley edirlər.

Belə ki, sakinlər adından DİA.AZ-a ünvanlanan müraciətdə deyilir ki, onlar yerlərdəki özbaşınalıqlarla bağlı dəfələrlə icra başçısına müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülmür.

Sakinlər yazırlar ki, onların başçı ilə görüşməsi isə əməlli-başlı problemdir: "Demək olar ki, mümkün deyil..."

Qeyd edək ki, redaksiyamıza müraciət edən İmişli rayon Yalavac kənd sakinlərinin əsas narazılıqları yerli bələdiyyə və icra nümayəndəsinin özbaşınalıqlarındandır. Onlar iddia edirlər ki, kəndin torpaq sahələri qanunsuz olaraq kənar şəxslərə satılıb. Bununla bağlı yuxarı instansiyalara şikayətlərinə isə baxan yoxdur.

Sakinlər bildirir: "Vilyam Hacıyevin vaxtında da belə idi, indi də belədir. Elçin Rzavey də elə VİLYAM YOLU gedir... Amma bu yol heç də xeyirliyə aparmır. Bunu hamı bilir, hamı gördü..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərsu” ASC-nin əməkdaşı döyülüb - TƏFƏRRÜAT
“Azərsu” ASC-nin əməkdaşı döyülüb.

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini icra edən “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə istintaq davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nizaməddin Quliyevin tapşırığı ilə Lalə Eyyubova rüşvət alırdı” - Ramiz Tatarov
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının həbsdə olan sabiq müavini Ramiz Tatarovun istintaqa verdiyi bəzi ifadələr məlum olub.

"Zamantv.az" “Report”a istinadən xəbər verir ki, o, dindirilən zaman deyib ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova Qarayazı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mikayıl Mikayılovun qəsəbənin bağçasına iki nəfər şəxsin gözətçi kimi işə düzəlməsini təklif edib.

O söyləyib ki, L.Eyyubovanın bu təklifini həbsdə vəfat edən Ağstafa RİH-in keçmiş başçısı Nizaməddin Quliyevə çatdırıb: “Nizaməddin Quliyev qeyd olunan şəxslərin Qarayazı bağçasına gözətçi kimi işə düzəlmələri üçün hər birindən 3000 manat tələb etdi. Onun bu tələbini Lalə Eyyubovaya bildirdim. 2019-cu ilin sentyabr ayının ortalarında Lalə Eyyubova həmin qəsəbənin bağça müdiri Rəsmiyyə Əhmədova vasitəsilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından hərəsindən 3000 alaraq, ümumilikdə 6000 manat pulu mənə təqdim etdi. Mən də həmin pulu Nizaməddin Quliyevə xidməti otağında verdim”.

R.Tatarov ifadəsinin davamında qeyd edib ki, N.Quliyev vəzifəyə təyin olunduqdan bir müddət sonra rayon ərazisində fəaliyyət göstərən bağça müdirlərindən rüşvət tələb etməyə başlayıb: “Nizaməddin Quliyev bəzən bunu rayonda abadlıq aparılması adı altında edirdi. O, bununla bağlı mənə birbaşa göstəriş vermişdi. Rayon ərazisində fəaliyyət göstərən bağçaların fəaliyyətinə Lalə Eyyubova nəzarət edir. Mən də Nizaməddin Quliyevin tələbini Lalə Eyyubovaya çatdırmışdım.

Nizaməddin Quliyevin tapşırığına əsasən, Lalə Eyyubova vasitəsi ilə 2019-cu ilin oktyabr ayının əvvəllərində Ağstafa rayon Vurğun qəsəbəsində fəaliyyət göstərən 1 saylı Körpələr evi-uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından 2000 manat, 2019-cu ilin avqust ayının sonlarında Ağstafa rayon Vurğun qəsəbəsində fəaliyyət göstərən 2 saylı Körpələr evi-uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından 2500 manat, 2019-cu ilin noyabr ayının sonlarında Ağstafa rayon Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından 1700 manat, 2019-cu ilin oktyabr ayında Ağstafa rayon Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından 1500 manat, Ağstafa rayon Qırılı kəndində fəaliyyət göstərən bağçanın müdiri Nağıyeva Zahirə Əmiraslan qızından 2000 manat, Ağstafa rayon Poylu qəsəbəsində fəaliyyət göstərən bağçanın müdiri Hüseynova Zərnişan Mığır qızından 1000 manat, 2019-cu ilin sentyabr ayında Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1500 manat, 2019-cu ilin noyabr ayının sonlarında Qarayazı qəsəbəsində fəaliyyət göstərən bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından 1800 manat məbləğində rüşvət alınıb. Mən də həmin rüşvəti sabiq icra başçısının xidməti otağında Nizaməddin Quliyevə təqdim etmişəm”.

“Nizaməddin Quliyevin tələbi ilə Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Rəhimova Sevda Fərhad qızının 2500 manat məbləğində rüşvət verməli olduğunu Lalə Eyyubovaya bildirdim. Bir müddət sonra Lalə Eyyubova Sevda Rəhimovanın həmin pulu verməkdən imtina etdiyini dedi. Bu barədə Nizaməddin Quliyevə söylədim. O, bununla bağlı heç bir göstəriş vermədiyi üçün məsələ olduğu kimi qaldı.

Daha sonra Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlu işlə təmin olunmaq üçün icra hakimiyyətinə müraciət etdi. Rayonun Pirili kənd bağçasında iki vakant gözətçi yeri olduğu üçün qeyd olunan şəxslərin həmin bağçalara namizədliyi irəli sürüldü. Nizaməddin Quliyevin tapşırığı ilə Lalə Eyyubovaya həmin şəxslərlə əlaqə saxlamasını və hər birinin 1000 manat məbləğində rüşvət verməli olduğunu bildirdim. 2019-cu ilin avqust-sentyabr aylarında Lalə Eyyubova vasitəsilə Gülsarə Məmmədova və Elman Mirzəyevin hər birindən 1000 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pul vəsaitləri alaraq, Nizaməddin Quliyevə verdim. Alınan pul məbləğlərinin miqdarını Nizaməddin Quliyev müəyyən etmişdi”, - R.Tatarov ifadəsində bildirib.

Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanada koronavirusdan vəfat edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi
Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi müraciət yayıb.

Səfirlikdən "Zamantv.az"a daxil olan müraciətdə bildirilib ki, 2 mart tarixində Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələri xahiş olunur.

“Avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı whatsapp nömrəsinə yaxud consulwarsaw@mission.mfa.gov.az elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən
sənədin) surəti (fotoşəkli);

2) Hazırda yerləşdirildiyi ünvan;

3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi);

4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq. Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransa rusiyalı oliqarxların yaxtalarını və evlərini müsadirə edəcək
Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə mübarizə proqramı çərçivəsində ölkəsində qeydiyyatda olan sanksiya siyahısındakı rusiyalı oliqarxların əmlaklarının yoxlanılmasını və inventarlaşdırılmasını tələb edib.

Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer məlumat verib.

Onun sözlərinə görə, Fransa rəsmiləri Rusiya hakimiyyətinə bağlı və Fransada aktivləri olan şəxsləri müəyyənləşdirəcək. Bundan sonra isə onların villaları, yaxta və lüks avtomobillərinə həbs qoyulması məsələsinə baxılacaq.

Böyük Britaniyada da simmetrik addımlar hazırlanır. Kralllığın xarici işlər naziri Liz Trass artıq Britaniyada sanksiya siyahısında olan rus oliqarxlarına məxsus daşınmaz əmlaka həbs qoyulacağını bəyan edib.

Mənbə: focus.ua
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyev teleqülləsinin partlaması nəticəsində insan itkisi var - YENİLƏNİB
Ukraynada teleqüllənin raketlə vurulması itkisiz ötüşməyib. İlkin məlumatlara görə, hadisə nəticəsində beş nəfər ölüb.

Ölkə mediasında yayılan məlumatlara görə, insident nəticəsində daha beş nəfər yaralanıb.

Mənbə: rbc.ua

20:04

Ukraynanın paytaxtı Kiyevdə teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb.

B barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.

19:23

Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.

Raket zərbəsi nəticəsində teleqüllədə yanğın başlayıb. Hazırda yanğının davam etdiyi bildirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO