[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlər pusquya düşdülər: Ukraynadan dəhşətli görüntülər
Ukraynada müharibəni işıqlandırmağa çalışan jurnalistlər hücuma məruz qalıb.

Zamantv.az xəbər verir ki, “Sky News” xəbər agentliyinin jurnalistləri döyüş bölgəsində pusquya düşüblər.

Məlumata görə, onları aparan avtomobil güllələnib. Hadisə zamanı güllə operator Riçi Moklerə dəyib. Lakin o, zirehli gödəkcənin köməyi ilə sağ qalıb.
Daha sonra ərazidəki fabrikə sığınan jurnalistləri Ukrayna polisi xilas edib.

Həmin anların görüntülərini təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzuli Ələkbərovun 5 şirkəti ləğv olunur - ADLAR
"Improtex Group" MMC-yə daxil olan “İmair Aviakompaniyası” MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, "İmproteks-Kommers" kiçik müəssisəsi və "İmprotex Transexpress" MMC ləğv olunduğunu elan edib. Zamantv.az -ın məlumatına görə, “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ilk 3 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Özbəki̇stan küçəsi, ev 23, son 2 şirkətin kreditorları isə Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafanın icra başçısının müavini rüşvət aldığını etiraf edib - İTTİHAM AKTI
Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə şahid qismində tanınan RİH-in başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın istintaqa verdiyi ifadəsi məlum olub. Zamantv.az “Report”a istinadla xəbər verir ki, o ifadəsində bildirib ki, 2008-ci ildən Ağstafa RİH-in başçısının müavini vəzifəsində çalışır, xidməti fəaliyyətilə əlaqədar təhsil, səhiyyə, mədəniyyət sahələrinə nəzarəti həyata keçirir.

O deyib ki, N.Quliyev 2019-cu ilin aprel ayının 5-də Ağstafa RİH-in başçısı təyin olunduqdan bir müddət sonra rayonda fəaliyyət göstərən bağçalardan abadlıq işlərinə yardım adı altında rüşvət toplamağa başlayıb:

"Bu barədə icra başçısının sabiq müavini Ramiz Tatarov vasitəsilə mənə məlumat göndərdi. Nizaməddin Quliyevin tapşırığı ilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından Ağstafa rayon Qarayazı kənd uşaq bağçasına vakant gözətçi yerlərinə işə düzəlmək üçün müdir Rəsmiyyə Əhmədova vasitəsilə hər birindən 3 000 manat, ümumilikdə 6 000 manat, Pirili kənd uşaq bağçasına vakant gözətçi ştatlarına işə düzəlmək üçün Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlunun hər birindən 1 000 manat olmaqla ümumilikdə 2 000 manat, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından vəzifədə saxlanılması görə 2 000 manat, Qarayazı kənd uşaq bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından vəzifədə saxlanılması görə 1 800 manat, Vurğun qəsəbə 2 saylı körpələr evi və uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından vəzifədə saxlanılması görə 2 500 manat, Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından vəzifədə saxlanılmasına görə 1 700 manat, Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından vəzifədə saxlanılmasına görə 1 500 manat, Xətai kənd uşaq bağçasının müdiri Hüseynova Mülayim Əli qızından vəzifəsində saxlanılmasına görə 2 000 manat məbləğində rüşvət aldım. Həmin pulları da Nizaməddin Quliyevə çatdırmaq üçün xidməti otağında Ramiz Tatarova verdim".

Şahid söyləyib ki, bundan başqa o, Ağstafa RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini vəzifəsində işləyən Əziz Məsmalıyev vasitəsilə Qırılı kənd uşaq bağçasının müdiri Nağıyeva Zahirə Əmiraslan qızından vəzifədə saxlanılmasına görə 2 000 manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdiri Hüseynova Zərnişan Mığır qızından 1 000 manat, Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1 500 manat məbləğində rüşvət alıb: "Daha sonra həmin pulları Nizaməddin Quliyevə çatdırması üçün xidməti otağında Ramiz Tatarova təqdim etdim".

L.Eyyubova ifadəsində vurğulayıb ki, N.Quliyevin tələbi ilə Ağstafa rayonun Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Sevda Rəhimovadan 2 500 manat məbləğində rüşvət istəyib: "Lakin Sevda Rəhimova buna etiraz etdi və həmin pulu vermədi".

Qeyd edək ki, N.Quliyev və Ramiz Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ukrayna ilə danışıqların növbəti mərhələsi üçün Rusiyaya heç bir tarix təqdim edilməyib” - Lavrov
“Ukrayna ilə danışıqların növbəti mərhələsi üçün hələlik Rusiyaya heç bir tarix təqdim edilməyib”. Zamantv.az “Report”a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Onun sözlərinə görə, rəsmi Moskva Ukrayna tərəfinin cavabını gözləyir.

Xatırladaq ki, artıq Rusiya və Ukrayna arasında danışıqların 2 mərhələsi keçirilib. İkinci görüşün nəticələrinə əsasən tərəflər mülki əhalinin təxliyəsi və döyüş meydançalarına dərman vasitələrinin çatdırılması üçün humanitar dəhlizlər yaratmağı razılaşdırııblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstan hərbi əməliyyata başlayır? - “Bu, Putini daha da...”
Günlərdir ki, Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir.

Gürcüstan xalqı hakimiyyətdən Ukraynaya dəstək tələb edir. Mitinqlərdə iqtidarın istefası da tələb olunub.

Xatırladaq ki, ötən həftə Gürcüstanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləmək üçün minlərlə insan küçələrə axışmışdı. Hazırda Gürcüstanda yaşanan kütləvi etirazlarının hakimiyyət dəyişikliyinə gətirib çıxara biləcəyi də ehtimal olunur.

Bununla yanaşı, ölkə əhalisi arasında Cənubi Osetiya və Abxaziyanı Rusiyadan geri almaq üçün də fürsət olduğunu düşünən çox sayda insan var.

Ümumiyyətlə, son zamanlar Gürcüstandakı aksiyalar vəziyyətin dəyişməsilə nəticələnə bilərmi? Zamantv.az ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, gürcülərin Abxaziya və Cənubi Osetiyaya görə Rusiyaya qarşı ayaqlanması gözlənilmir:

“Açığı, Abxaziya və Cənubi Osetiya separatçılarına qarşı hansısa hərbi əməliyyatların olacağını düşünmürəm. Çünki həmin ərazilərdə rus qoşunları var və Rusiya onlarla həmsərhəd ölkədir. Yəni belə bir əməliyyat olacağı təqdirdə, Gürcüstanı çox arzuolunmaz vəziyyət gözləyə bilər. Ayrıca, bu məsələdə Qərb dünyasının da maraqlı olacağı inandırıcı deyil. Ümumiyyətlə, yeni bir cəhbənin açılması Rusiyanın daha da qəzəblənməsinə gətirib çıxaracaq. İndiki şəraitdə isə bu, nəzarətolunmaz bir vəziyyətin yaranmasına səbəb ola bilər. Üstəlik, Bidzina İvanişvilinin hakimiyyəti dönəmində rəsmi Moskvaya qarşı belə bir addımın atılması mümkün deyil. Nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın əlində İvanişviliyə qarşı çox ciddi korrupsiya faktlarını əks etdirən sənədlər var”.

Politoloq deyib ki, gürcü xalqının İvanişvili rejimindən qurtulmaq məqsədi olsaydı, özünü qurban verən Mixail Saakaşvilini müdafiə edərdilər:

“Lakin Saakaşvilinin lazım olan səviyyədə Gürcüstan cəmiyyəti tərəfindən müdafiə olunmadığı göründü. Deməli, gürcü xalqı taleyi ilə hələlik razılaşmaqdadır. Ona görə də Gürcüstan xalqının İvanişviliyə qarşı ayaqlanması və separatçı rejimlərə qarşı hər hansısa hərbi addımların atılması gözlənilmir. Hazırda baş verən proseslər isə sadəcə olaraq görüntü xarakterli və qısamüddətlidir. Düşünürəm ki, bir müddət sonra bütün aksiyalar səngiyəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çavuşoğlu BAKIDA
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.

Zamantv.az-ın xəbərinə görə, o, bu barədə "Tvitter"də bildirib.

Türkiyəli naziri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qarşılayıb.
“Brüsseldə Ukraynaya həsr olunmuş NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün can Azərbaycandayıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
Çavuşoğlu BAKIDA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu məktəbdə BİR ŞAGİRD təhsil alır
Bura ölkəmizin ən az şagirdi olan məktəbdir.

Zamantv.az-ın APA TV-yə istinadən məlumatına görə, rayon mərkəzindən 35 km aralıda yerləşn Qusarın Çətkün kənd ibtidai məktəbində bir şagird təhsil alır. Təhsil ocağında iki müəllim çalışır. Müəllimlərindən biri elə şagirdin öz anasıdır.

Məktəb direktorunun sözlərinə görə keçən il Çətkün kənd ibtidai məktəbində 7 şagird, ondan əvvəl 10, iki il əvəl isə 3 şagird təhsil alıb.
Çətkün kəndi dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. 46 təsərrüfatın olduğu yaşayış məntəqəsində 152 nəfər yaşayır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda avtobusla yük maşını TOQQUŞDU
Sabunçu rayonunda marşrut avtobusu yük avtomobili ilə toqquşub.

Bu barədə Zamantv.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, bu gün saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

"Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb."-deyə qurumdan verilən məlumatda qeyd olunub.
Bakıda avtobusla yük maşını TOQQUŞDU
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Ərdoğana təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparıb.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, o bu barədə “Twitter” hesabında məlumat paylaşıb.

Danışıq zamanı Zelenski Türkiyənin ardıcıl dəstəyinə görə təşəkkür edib.
Ukraynalı lider həmçinin, müharibənin bitməsi təmin edilməlidir deyə qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir evi bir neçə nəfərə satan şirkət rəhbərinə cinayət işi açıldı
Bakıda bir mənzili bir neçə nəfərə satan tikinti şirkətinin vəzfiəli şəxslərinin cinayət işi üzrə istintaq davam edir.

Baş Prokurorluqdan bildirilib ki, “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Alaverdiyev Taley Şamil oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub. Müraciətlər əsasəaında əsasında Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi, cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.
Baş Prokurorluq “Sahil-S İnşaat” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat verilməsini xahiş edir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO