[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaxın qohumunun maşınını qaçırdı
Şirvanda avtomobil qaçırılıb.

Zamantv.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, martın 2-də Lənkəran rayon sakini Ə.Baxşiyevin “VAZ-2106” markalı avtomobili qaçırılıb.

Bu barədə Şirvan şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən avtomobil sahibinin yaxın qohumu Ə.Səmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Facebook" Rusiyada BLOKLANDI
Roskomnadzor Rusiya mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq “Facebook”u Rusiyada bloklamaq qərarına gəlib.

Zamantv.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bu barədə Roskomnadzorun saytında xəbər yayılıb.

Məlumata görə, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada daha 50 Rusiya hərbçisi ÖLDÜRÜLDÜ
Kiyev vilayətinin şəhər tipli Qostomel qəsəbəsi uğrunda gedən döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Ulyanovsk şəhərinin 31-ci Əlahiddə Qvardiya Hava Desant Hücum Briqadasının ən azı 50 rus əsgərini məhv edib.
Ukraynada daha 50 Rusiya hərbçisi ÖLDÜRÜLDÜ
Zamantv.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi məlumat yayıb.
Ukraynada daha 50 Rusiya hərbçisi ÖLDÜRÜLDÜ
Hərbçilərin sözlərinə görə, şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır və ukraynalı əsgərlər də çoxsaylı silah-sursat, texnika, şəxsi heyətə məxsus sənədlər ələ keçiriblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyadan Azərbaycana aviabiletlər kəskin bahalaşıb
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bir çox ölkənin öz hava məkanını Rusiya üçün bağlaması, o cümlədən Avropaya uçuşların kütləvi şəkildə dayandırılması, uçuşların mümkün olduğu ölkələrə biletlərin rekord bahalaşması ilə nəticələnib. Məsələn, Rusiyadan Gürcüstana uçuşlar indi Maldiv adalarına uçuşdan baha başa gəlir. Üstəlik bu uçuş ən azı üç dayanacaqla və 3 sutkaya başa gəlir.

Zamantv.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Martın 4-də Moskvadan Tbilisiyə ən ucuz biletin qiyməti 76 min rubl (671 dollar) təşkil edib. Uçuşa iki transfer daxildir, mənzil başına çatmaq 3 gün çəkir. Sankt Peterburq- Antalya- İstanbul istiqaməti ilə 22 saatlıq uçuş 96 min rubla başa gəlir.

Bu arada, Moskvadan Maldiv adalarına biletlərin qiyməti martın 4-də 62 min rubl təşkil edib. Martın 6-da 43 min rubl, 8 martda 29 min rubla düşüb.

Martın əvvəlində Rusiyadan Serbiyaya aviabiletlərə tələbatın kəskin artması ilə bağlı məlumat yayılıb. Biletin qiyməti 57,5 min rubldan başlayıb.

Rusiyadan Türkiyəyə uçuş qiyməti martın ilk iki günü ərzində 4 dəfə artıb. Martın 2-də İstanbula tək tərəfli gediş bileti təxminən 1863 dollar olub. Türk mətbuatına danışan rus sərnişinlər bildiriblər ki, sərhədlərin qapadılmasından narahatdılar, buna görə də qiymət fantastik səviyyədə olsa da, ölkədən çıxmağa çalışırlar. Çoxları uzun müddət ticarətin zəifləyəcəyini düşünür. Martın 5-dən qiymət nisbətən enir, lakin əksər günlər üçün satışda bilet qalmayıb.

Martın 6-da “AZAL” Hava Yolları ilə Moskva-Bakı reysi uçmaq tək tərəfli 680.16 avroya başa gəlir. Martın 7-dən qiymət təxminən 15-20 avro ucuzlaşır, lakin şirkətin saytında göstərilir ki, bütün biletlər satılıb.

Qeyd edək ki, sanksiyalardan sonra təxminən 150 minə qədər Rusiya vətəndaşının Avropa ölkələrində qaldığı və geri dönə bilmədiyi açıqlanmışdı. Rusiya hökuməti bildirmişdi ki, vətəndaşlar bacardıqca öz imkanları hesabına olduqları ölkələri tərk edib qayıda bilərlər. Çünki hamını təxliyə etmək mümkün deyil. Avropa ölkələrində qalan ruslar başqa ölkələrin aviaşirkətlərinin təyyarələri ilə Rusiyaya yaxın hansısa ölkəyə uça, oradan isə Azərbaycan, Qazaxıstan və Türkiyə üzərindən Rusiyaya gələ bilərlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan sülh sazişinə məcbur edilir - GƏLİŞMƏ
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin olacağından danışıb.

O, dəqiq tarix açıqlamasa da, bu məsələnin gündəlikdə olduğunu deyib. “Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr səviyyəsində dialoq başlayıb, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlanması məsələsi gündəlikdədir”, - Nikol Paşinyan Ermənistanın BMT-yə daxil olmasının 30 illiyi ilə bağlı keçirilən tədbirdə belə deyib.

Azərbaycanla Ermənistan arasında Paşinyanın qeyd etdiyi sahələr üzrə münasibətlərin qurulması prosesi çox ləng getsə də, rəsmi İrəvan kifayət qədər müsbət mesajlar verir. Ancaq bunun reallaşması Ermənistan hakimiyyətinin atacağı addımlardan asılı olacaq. Çünki Azərbaycan həm kommunikasiyalrın bərpasına, həm sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə, eləcə də sülh sazişi üzrə danışıqlara hazır olduğunu bildirib. Artıq Baş nazir Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsində səyyar işlərə başlandığını elan edib.

"Biz Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsində tarla işlərinə başlayırıq. Xüsusilə, söhbət Mehri hissəsindən gedir. Bu, çox vacibdir", - Paşinyan belə deyib. O, bu işlərə paralel olaraq, 2021-ci ildə Soçi və Brüsseldə keçirilən üçtərəfli görüşlərdə əldə edilmiş razılaşmaların de-yure yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

Paşinyan onu da deyib ki, Ermənistan avtomobil yolları üçün mümkün marşrutlar, o cümlədən yeni yolların tikintisi üzərində işləyir. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan öz növbəsində əlavə edib ki, Arazdəyən-Mehri dəmir yolunun 43 kilometrlik hissəsində müvafiq işlərin aparılması üçün Cənubi Qafqaz Dəmir Yolunun mütəxəssisləri və nümayəndələrindən ibarət işçi qrupu Mehriyə ezam edilib. Bu, texniki layihələndirmə üçün əsas olacaq .

Buna baxmayaraq, Ermənistan Azərbaycanla kommunikasiyaların açılmasını ləngidir, sərhədlərin müəyyənləşməsi məqsədilə birgə komissiyanın yaradılmasına dair 2021-ci il noyabrın 26-da imzalanmış Soçi Bəyannaməsinə əməl etmir. Belə vəziyyətdə sülhdən danışmaq real təsir bağışlamır. Zamantv.az-ın məlumatına görə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı “Cümhuriyət”ə bildirib ki, son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən hadisələrin Cənubi Qafqaz regionuna təsiri Ermənistanı sülh razılaşmasını imzalamağa vadar edə bilər. Bu səbəbdən yaxın perspektivdə Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərini normallaşdırmaq məcburiyyətində qalacağı gözləniləndir.

“Artıq Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin normallaşması prinsipi əsasında hərəkət edir. Yəni bu proses başlayıb. Bunun geridönüşü də yoxdur. Azərbaycan kommunikasiyaların bərpasını, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh sazişinin imzalanmasını təklif etsə də, Ermənistan buna hazır deyil. Çünki Ermənistan Qarabağda yaşayan ermənilərə status veriləcəyinə ümid edir. Paşinyan öz çıxışında da bildirib ki, Qarabağda yaşayan ermənilərin hüquqları təmin olunmayana qədər bu razılaşmalara getməyəcəyik. Onun sözlərinə görə, bu məsələ ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır. Hər halda, deklarativ xarakter daşısa da, Ermənistan belə mövqedən çıxış edir. Ancaq sülhə hazır olduğunu da bəyan edir. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında danışıqlar da davam edir. Növbəti görüş Antalyada keçirilə bilər. Paşinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirak edəcəyi istisna olunmur. Ona görə də Ermənistanın başqa çıxış yolu yoxdur. Rusiya ilə Ukrayna arasında müharibənin bu şəkil alması da hesab edirəm ki, Ermənistanı sülhə doğru addım atmağa məcbur edəcək. Paşinyan ölkəsinin bu vəziyyətində Ermənistanı dünyaya inteqrasiya etmək istəyirsə, iqtisadiyyatı dirçəltmək istəyirsə, kommunikasiya xətlərini açmalı, iqtisadiyyatı inkişaf etdirməlidir. Proses nə qədər sürətlə gedərsə, Ermənistan iqtisadiyyatı da bir o qədər tez inkişaf edə bilər”.

Qafar Çaxmaqlı bildirib ki, Nikol Paşinyanın siyasi mövqeləri xeyli möhkəmlənib. Ona görə də Ermənistan müxalifəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına mane ola bilməz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu, ölkə iqtisadiyyatı üçün ikinci nəfəs ola bilər" - Ekspert danışır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 118 dolları keçib. “Brent” markalı neftin bir bareli isə 112,93 ABŞ dolları olub. Zamantv.az xəbər verir ki, dünya bazarındakı bahalaşma ilə bağlı iqtisadçı Asif İbrahimov öz fikirlərini Yenicag.az-la bölüşüb.

O, hesab edir ki, neftin indiki artan qiymətləri Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir edəcək:

“Bir ay öncə proqnoz olunmuşdu ki, Rusiya qoşunlarının Ukrayna sərhədində səfərbər olması dünya birjasında neftin qiymətinin bahalaşmasına səbəb olacaq. Rusiya dünyaya neft ixrac edən ən böyük partnyorlardan biridir. Bu cür ölkələrdə hər hansısa müharibə və ya çaxnaşma baş verərsə, neftin qiyməti birbaşa qalxır. Rusiya-Ukrayna müharibəsi hələ də davam edərsə, neftin qiyməti 150 dollara qədər qalxa bilər.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Hazırda “Azeri Light” markalı neftin satışından əldə olunan gəlir nəzərdə tutulan göstəricidən qat-qat üstündür. Bütün hallarda əldə olunan vəsait Dövlət Neft Fonduna transfer olunacaq və müdafiə, iqtisadi, sənaye təyinatlı məsələlərə sərf olunacaq. Bu isə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanların yaranmasıdır. Əldə olunan vəsait hesabına bir çox quruculuq işlərinin həyata keçirilməsi ölkə iqtisadiyyatı üçün ikinci nəfəs ola bilər”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bir binanın uçqunu o biri binanın üzərinə düşəcək" - Bakıda zəlzələ baş verərsə...
Son illər ölkədə, o cümlədən paytaxt Bakıda çoxsaylı yaşayış binaları tikilib istifadəyə verilir.

Həmin binların bir qismi xarici görünüşü ilə diqqəti cəlb edir. Bakıda istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binaları ilə yanaşı, tikintisi yarımçıq qalmış binalar da az deyil. Belə binaların sayı 200-dən çoxdur. Beləliklə, hazırda Bakıda tikintisi yarımçıq qalmış binalarla yanaşı, müxtəlif problemli binalar da var. Prezident İlham Əliyev öz çıxışında mövcud vəziyyətə toxunaraq bildirib ki, Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir:

“Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişib. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıb”.

Ölkə başçısı onu da vurğulayıb ki, hələ də belə hallar var:

“Mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”.

Ölkə başçısının da qeyd etdiyi kimi, bu sahədə hələ də problemlər var. Yeni binalar inşa edilərkən müvafiq sənədlər tələb olunur. Bəs binanın xarici görünüşü ilə bağlı hansısa standartlar varmı? Zamantv.az -ın məlumatına görə, tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev Cebhe.info-ya bildirdi ki, bina tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunur, cizgilər dəyərləndirilir və razılıq verilir:

“Ancaq məsələ odur ki, bizdə yazılmayan qanunlar var. Buraya, məsələn, kiminsə tanışı, “hörmət” və s. amillər daxildir. Binanın həm interyeri, həm eksteryeri, eləcə də digər amillərə bağlı düzgün qərarlar verilmir. Nəticədə də binanın çökməsinə gətirib çıxarır, yaxud da binanın hava, gün şüalarının qəbulu ilə bağlı problemlər yaranır ki, nə həyət işıqlandırılır, nə həyəti var.

Bizdə konkret binanın hansısa texniki norativ qaydalarına nəzarət edən qurum, norma-qayda var, ancaq xarici görünüşünə görə binanın hansı üslübda tikilməsi, yaxud tikilməməsi ilə bağlı yazılı və şifahi şəkildə qanun, qərar yoxdur”.

Mütəxəssisin sözlərinə görə, xaricdə, o cümlədən qədim tarixə malik olan ölkələrdə çalışırlar ki, yeni üslübda evlər tikilməsin: “İstəyirlər ki, köhnəyə yaxın üslübda olsun. Məsələn, İspaniyanın şəhərlərində, Çex Respublikası, bəzi digər ölkələrdə evlər var ki, görünüşü eynidir, dam örtüklərini belə dəyişmirlər ki, bu, şəhərin ümumi, həm panoram, quş uçuşu üzərindən görünüşünə müdaxilə olmasın. Bizdə belə bir təcrübə Balaxanıda oldu, şəhərin bütün küçələri ağ oldu, fərqli yazılar, şəkillərlə birdən-birə dəyişdi. Biz Balaxanıda böyük bir qəsr tipli nəsə tiksək, artıq bu, yad görünüş olacaq”.

Ekspert deyir ki, şəhərin içində əsas problem kimi binaların bir-birinə çox sıx yerləşməsini göstərmək olar:

“Bu, xarici görünüşlə bağlı eybəcər görüntü yaradır, binanın özünün arakəsmələri, 2-3 binanın bir yerdə tikilməsi artıq bir binanın digər binaya kölgə salmasına səbəb olur. Gün işığının qarşısının alınması eybəcər vəziyyətə gətirib çıxarır. Binanın həyətində uşaqların oynaması, avtomobil saxlamaq üçün hır hansı şərait olmur. Bakıda belə binalar həddindən artıq çoxdur. Məsələn, hündürmərtəbəli binalar var ki, 5-6 mərtəbədən aşağı gün işığı düşə bilmir. Bəzi binalar var ki, həmin əraziyə Fövqəladə Hallar Nazirliyinin maşını daxil ola bilmir. Yaxud zəlzələ baş verərsə, bir binanın uçqunu o biri binanın üzərinə düşəcək. Yəni binaların xarici görünüşünü kənara qoysaq belə, hər hansı bir fövqəladə hal zamanı nəzərdə tutulan tədbirləri həyata keçirmək mümkün deyil. Dəfələrlə şahidi olmuşuq ki, yanğın zamanı yanğınsöndürən maşını həyətə daxil ola bilmir ki, hadisənin qarşısını alsın”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maləsəf, içimizdə BELƏLƏRİ DƏ VAR: Rusiyada Azərbaycan adına rəzalət... - Şıxlinski separatçılara yardım edir
Rusiyada Azərbaycan adına rəzalət yaşanır. Zamantv.az -ın məlumatına görə, bununla bağlı cumhuriyyet.az xəbər verir ki, bu ölkənin Sverdlovsk vilayətində fəaliyyət göstərən «Azərbaycan-Ural» diaspora cəmiyyəti qondarma Donetsk və Luqanksk respublikaları üçün yardım kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində geyim, ərzaq, məişət texnikası, gigiyenik vasitələr, yataq dəstləri toplanır.
Məlumata görə, Rusiya banklarına etibar etmədiklərindən cəmiyyətə nəğd vəsait ianə edirlər.
Bu separatçılar qurumlara yardımı isə “Azərbaycan-Ural” cəmiyyətinin sədri Şahin Şıxlinski təşkil edib.
Yardım isə elə ona məxsus, Yekaterinburq şərinin Sulimov küçəsində yerləşən “Baku Plaza” ticarət mərkəzində toplanır.
44 günlük müharibə dövründə Azərbaycanın haqq işinə bir rubl da yardım etməyən bu adam həm də sinəsində “Tərəqqi” medalı gəzdirir. Bütün dünyanın separatizmə qarşı çıxdığı bir vaxtda Şıxlinskinin etdikləri yalnız rəzalətdir.
Şahin Şıxlinski Avropa Azərbaycanlıları Konqresinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.
Maləsəf, içimizdə BELƏLƏRİ DƏ VAR: Rusiyada Azərbaycan adına rəzalət... - Şıxlinski separatçılara yardım edir

Maləsəf, içimizdə BELƏLƏRİ DƏ VAR: Rusiyada Azərbaycan adına rəzalət... - Şıxlinski separatçılara yardım edir

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan YOLA GƏLİR? - Yoxsa ənənəvi erməni hoqqabazlığı...
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə çıxış edən baş nazir hökumətin gündəliyində olan məsələlərdən danışıb: “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.

Paşinyan çıxışı zamanı onu “torpaq itirilməsinə” görə tənqid edən müxaliflərə də cavab verib. O, parlamentin “Ermənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının “Sanasar” olduğunu deməmələrini tələb edib: “Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”. Zamantv.az-ın məlumatına görə, Ermənistan baş nazirinin açıqlamaları ilə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın izolyasiya olunması və Ukraynada hərbi uğursuzluğu Paşinyanın sülh müqaviləsini ortaya atmasına gətirib çıxarıb. Analitikə görə, baş nazir ilk növbədə 10 noyabr və sonrakı danışıqlarda əldə olunan razılaşmalara əməl etməlidir ki, sülh müqaviləsi bağlansın:

“Ermənistan tərəfi sülh deyə bilər. Amma əsas sual odur ki, İrəvan hansı təkliflər əsasında sülh müqaviləsində maraqlıdır? Ermənistan Azərbaycanın konstruktiv təkliflərini qəbul etməlidir. Azərbaycanın bütün təklifləri beynəlxalq hüquqa söykənir. Biz Ermənistana ərazi iddiaları irəli sürmürük. Ümumən, Paşinyanın sülhdə maraqlı olduğu görünür. Amma Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməlidir. Sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa və şərtlərimizi qəbul edirsə, bunu açıq-aşkar etiraf etməli, ən azından humanist davranış sərgiləyərək Novruz bayramında Azərbaycan xalqını və prezidentini təbrik etməlidir”.

Siyasi şərhçi Samir Hümbətov da “Şərq”ə deyib ki, Rusiyanın başının Ukraynada işğala qarışdığı vaxtda Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı açıqlamaları heç də təsadüfi deyil:

“Paşinyan digər erməni siyasətçilərindən fərqli olaraq yeni reallığı dərk edir. Onun müxaliflərə Azərbaycan ərazisinə “Sanasar” deyil, Qubadlı deyin” söyləməsi, “sülh müqaviləsi bağlamalıyıq” deməsi və kommunikasiyalardan danışması buna dəlalət edir. Paşinyan uduzmuş Rusiyanın deyil, hər vəziyyətdə qalib olmağı bacaran Qərbin fikirlərinə qulaq asmağı üstün tutur. Qərb və yeni dünya reallıqları isə Ermənistanı Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur edir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qanunun aliliyi GƏNCƏ İCRA MƏMURlarının fəaliyyətlərinin əsas istiqamətləridir!”-Aybəniz Abdulova jurnalist
Bəli, bu gün Azərbaycanda demək olar ki, rüşvətsiz xidmət edən çox az sayda məmurlarımız var. Onda özüm-özümə sual verirəm… Bəs görəsən, yerə düşən iynəni tapmaq qədər çətindirmi, dövlətinə sadiq, millətinə sadiq, qanunlarına sadiq, xalqına sadiq bir icra məmur olsun?!

Ölkəmizin ən aktual problemlərindən biri icra məmurlarının fəaliyyətsizliyi ilə bağlıdır. Məhkəmənin çıxardığı qərarlar bir çox hallarda icra məmurları tərəfindən yerinə yetirilmir. Bəs görəsən, problemin yaranmasına hansı amillər səbəb ola bilir?

Çoxları deyir ki, Azərbaycanda məhkəmə sistemində və icraçılıq sahəsində ciddi problemlər var. Doğrudanmı, deyilənlər həqiqəti əks etdirir?

Biz bilirik ki, bütün Məhkəmə proseslərin ən çətin mərhələsi icra mərhələsidir. Vətəndaşlarımızı həmişə prosesin nəticəsi maraqlandırır. Bəli, Məhkəmə qərar qəbul edibsə, mütləq icraata başlanılmalıdır. Bəzən uzun əziyyətlərdən sonra məhkəmə qərar verir. Lakin, qərarın icrasına nail olmaq mümkün olmur. Bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Subyektiv amil bəzi dırnaqarası icra məmurlarının səhlənkarlığı, öz işinə məsuliyyətsiz yanaşması və şəxsi maraqlarını ön plana çəkərək rüşvət alması ilə sıx əlaqəlidir. Belə hallarla təəssüf ki, tez-tez qarşılaşırıq. Əlbəttə, problemlə bağlı obyektiv amillər də qeyd olunmalıdır.

Bəzən elə anlar olur ki, icra məmuru məhkəmə qərarının icrasını təmin edə bilmir. Yəni, icradan yayınma halları mümkün olur. Bu halda icranı ləngitmək, prosesi uzatmaq üçün müəyyən prosedurlar mövcuddur. Bu da qanunvericilikdə absurd bir normadır. Tutaq ki, hansısa məsələ ilə bağlı məhkəmənin qərarı qüvvəyə minib və icra məmuru həmin qərarı icra etməlidir. Bu zaman icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir. Qanun icazə verir ki, həmin icraata başlayan qərardan şikayət verilsin. Əgər vətəndaş işi uzatmaq istəyirsə, icra məmurunun qərarından şikayət verə bilər. Vətəndaş şikayət verdikdən sonra isə icra məmuru işi apara bilmir. Nəticədə, qərarlar icrasız qalır.

Media əməkdaşı olaraq araşdırmalarıma əsasən yaza bilərəm ki, icra məmurun işi heç də ona müraciət edən vətəndaşların problemini həll etməkdən ibarət deyil. Elə vətəndaş ola bilər ki, heç o doğru-dürüst müraciət etmək formasını nə şifahi, nə də yazılı qaydada bilmir, o zaman bu yöndə müəyyən problem yarana bilər.

Bu gün isə vətəndaşları normal qəbul edib, onların dərdini dinləyib, vətəndaşın problemini öz problemi bilib bu işə həvəslə, canla-başla yanaşan icra məmuru bugünki haqqında söhbət açacağım müsahiblərim kimi azlıq təşkil edir.

Bu yerdə yaxşı icra məmuruna yaxşı demək yerinə düşərdi. Bunu etiraf etmək isə hər bir vətəndaşın və eləcə də hər bir peşə sahibinin vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi vətəndaş olsun!

Hər bir icra məmuru ölkəsinin milli maraqlarına, vətəndaşların problemlərinin həllinə rüşvətsiz xidmət göstərəndə yaddaşımızda daha hörmətli, sevilən və unudulmaz olaraq qalır.

Mən bu gün bu iki müsbət cəhətləri özündə birləşdirən iki icra məmurundan söhbət açacam.
O məmurlar ki, ömrünü dövlətə sadiqliyə və zəhmətə kökləyib, işində, peşəsində yorulmaz rəhbər, Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Cahid Cəfər oğlu Qasımovdur.

Beynimdə, yaddaşımda onlarla bağlı çox dərin düşüncələrim var ki, həmin düşüncələrimi fakt olaraq qələmə almalıyam.
Bunu xüsusi olaraq qeyd edim ki, yuxarıda adlarını sadaladığım hər iki məmuru uzun müddətdir tanıyıram. Dövlətimizə və Cənab Prezidentimizə hər zaman sadiq olduqlarına zərrə qədər şübhəm yoxdur.

Belə ki, problemləri ilə qəbullarına gələn hər bir kəsə, istər Gəncə şəhəri üzrə, istərsə də digər rayon və Bakı şəhər vətəndaşlarına yardımçı olmağı özlərinə borc bilən çox sadə bir vəzifə sahibləridir.
O, qədər məsuliyyətli və diqqətçildirlər ki, vəzifələrinin ağır və məsuliyyətli olmağına baxmayaraq, əllərindən gələn köməkliyi bir an belə əsirgəmirlər.

İlk növbədə onu deyim ki, çox hörmətli Ələmdar müəllim vətəndaşa və dövlətə təmənnasız xidmət etməkdən qürur duyur. O sadə, mədəni və çox vicdanlı dövlət məmuru olduğundan hələ də Gəncə şəhərinin İcra İdarəsində fədakarlıqla vəzifəsi üzrə çalışaraq öz xidməti borcunu vicdanla, şərəflə davam etdirir.

Cənab Cahid müəllim haqqında isə bunu qeyd edim ki, fəaliyyətinə başladığı ilk gündən bu günə kimi işinə layiqli və məsuliyyətli yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağı bacaran bir icra məmurudur.
Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit və sadiq adamdır.

Cahid Qasımovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, öz işinin icrasını görməklə yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.
O, dövlətini sevən, olduqca mədəni, çox enerjili heç vaxt yorulmadan çalışan, dövlətə və onun rəhbərinə sədəqətlə xidmət edən, gözəl perspektivi olan bir gəncdir.

Bəli, bu gün Ələmdar İbrahimov və Cahid Qasımov kimi hər bir dövlət icra məmuru təvazökar, işgüzar xidmət etməlidir. Gördüyü xidmətin müqabilində isə şəxsi maraq güdməməlidir.

İşin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Ona görə də İcra məmurların fəaliyyətindən çox şey asılıdır. Hər bir icra məmuru vətəndaşına, dövlətinə təmənnasız xidmət etməlidir.
Vətəndaşların problemlərinə hər zaman dəstək olmalı, dövlətə daim sadiq qalmalı, dövlətimizin qanunlarına sədaqətlə, ləyaqətlə xidmət etməlidirlər. Bax, beləcə işlədiyi bölgələrdə, sahələrdə, kollektivdə hörmət qazanmağı bacarmalıdır.

Cahid müəllim də qarşıya qoyulan vəzifələrin icrasında ön cərgədə getməyi özünə nəinki vətəndaşlıq, peşə, başlıcası bunu vicdan borcu hesab edir.

Biz də xəbər portalı olaraq baş redaktorumuz başda olmaqla, redaksiya kollektivimiz adından Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri çox hörmətli Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Cahid Qasımov Cəfər oğluna bu məsuliyyətli və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik. Arzu edirik ki, sizlər həmişə bu peşəni şərəflə, vicdanla daşıyasınız.

Məqaləmlə bağlı son sözləri bu cür bitirmək istəyirəm. Azərbaycanda daha effektiv xidmət, dövlətə sıx bağlılıq, dövlətə sadiqlik peşəsinə vicdanla, şərəflə xidmət edən Ələmdar müəllim və Cahid müəllim kimi heç bir rəis müavinin və icra məmurunun adına ləkə gətirə bilməz!

Əksinə, İcra idarəsi məhkəmə qərarlarını icra edən sistem olduğu üçün düşünürəm ki, Azərbaycanda bəzi məhkəmə sistemləri düzgün işləyərsə, işin icra məmuru tərəfindən icrası daha perspektivli ola bilər.

Əminəm ki, icra məmurları mənim yazdığım məqaləmdən sonra öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə icra məmurların fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq!

Aybəniz Abdulova,
Xüsusi müxbir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO