[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kişi mənzilində diri-diri YANDI
Bakı şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.

Ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Avropaya səsləndi: “SÜBUT EDİN Kİ…”
Prezident Volodimir Zelenski Avropa Parlamentinin iclasında onlayn çıxış edərək, Avropanı Ukraynanı dəstəkləməyə çağırıb.

Zamantv.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Zelenski çıxışında Avropa İttifaqına ölkəsinin üzvlüyünün sürətləndirilməsi üçün müraciət edib.

"Bizim çox motivasiyalı xalqımız var, biz hüquqlarımız, azadlığımız, həyat üçün, yaşamaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. İnanıram ki, bu gün biz hamıya göstəririk ki, Avropa İttifaqı bizimlə mütləq daha güclü olacaq. Əks halda Ukrayna tənha olacaq. Biz öz gücümüzü sübut etdik. Biz sübut etdik ki, ən azı sizinlə eyniyik. Bizimlə olduğunuzu sübut edin, bizi buraxmadığınızı sübut edin. Sübut edin ki, siz həqiqətən avropalısınız, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək. Ukraynaya eşq olsun”, deyə Ukrayna prezident bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlılar Ukrayna üçün bir günə 3,5 tondan çox yardım topladı
Ukraynanın Azərbaycandakı səfiri azərbaycanlıların Ukrayna üçün topladığı humanitar yardım və dəstəkdən bəhs edib.

Zamantv.az xəbər verir ki, bu barədə Vladislav Kanevski "Facebook"dakı hesabında yazıb.

"Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb ki, bu yardım tezliklə Ukraynada olacaq. Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq!", - səfir qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda oğul atasının maşınını qaçırdı
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə fevralın 28-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən qəsəbə sakini D.Şirinova məxsus “Ford” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən oğlu avtomobillə birlikdə saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda zəlzələ OLDU - YENİLƏNİB
Azərbaycanda qeydə alınan zəlzələ Zaqatala ərazisində baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yerli vaxtla saat 14:34-də Zaqatala stansiyasından 13 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınan zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Azərbaycanda zəlzələ olub.

Zamantv.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən aldığı ilkin məlumata görə, zəlzələ Zaqatala, Qax və Balakəndə qeydə alınıb.

Yeraltı təkanlar təqribən 14:30 radələrində baş verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Belarus qoşunları Ukraynaya girdi
Belarus qoşunları Ukraynanın Çerniqov vilayəti ərazisinə daxil olub.

Zamantv.az xəbər verir ki, xəbəri “Şimal” ərazi müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.

Bildirilib ki, Belarus qoşunları yerli vaxtla saat 11.30-da Mixaylo-Kotsyubinski qəsəbəsindən keçib.
Hərbi texnikalar arasında mobil rabitə əlaqəsinin itdiyi qeyd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bağçalara qəbul BELƏ OLACAQ
Şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə qəbuluna yay aylarından başlanılacaq.

Zamantv.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Onun sözlərinə görə, artıq sentyabrda məktəbəqədər təhsil müəssisələrinə şagirdlərin qəbulu yay aylarından onlayn qaydada keçiriləcək:

“Bu isə əsaslı şəkildə xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il bağçalara işə qəbulla bağlı vakansiyaların elan edilməsi və qəbulu müəllimlərin işə qəbulu vasitəsilə olacaq. Bununla bağlı nümunəvi sual və sualların mahiyyəti Novruz bayramından sonra açıqlayacağıq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya nüvə silahından istifadə etməyə məcbur olacaq - ŞƏRH
"Son məqamda Rusiya taktiki nüvə silahından istifadə edə bilər. Çünki son dərəcə çıxılmaz vəziyyətdir. Əgər Rusiya geri çəkilsə, daha pis vəziyyətlə üzləşəcək. Hesab edirəm ki, ən qorxulu məqam taktiki nüvə silahının tətbiqidir". Zamantv.az bakupost.az-a istinadla xəbər verir ki, bu fikriləri hərbi ekspert Azad İsazadə deyib.
Ekspert qeyd edib ki, bu, faktiki olaraq III Dünya Müharibəsinin başlanması deməkdir:
“Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, ona qarşı ciddi təzyiqlər var. Ancaq buna baxmayaraq, Rusiyanın Ukraynaya qarşı işğalı davam edir. Rusiya geri çəkilən deyil. Rus ordusundan illərdir ki, ağzı dolu danışılırdı. Amma Ukraynadakı hadisələr göstərdi ki, rus ordusu özündən on qat zəif Ukrayna ordusuna heç nə edə bilmir və rus ordusunun imici dağılır. Əldə nüvə silahı var və belə getsə, onu ortaya çıxarmalı olacaqlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kreml Ukraynanın Aİ-yə üzvlük ərizəsinə münasibət bildirdi
Peskov Kiyevin Avropa İttifaqına daxil olmaq ərizəsinə münasibət bildirib. Zamantv.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti məlumat yayıb.

"Bu, hərbi-siyasi blok deyil, ona görə də mövzu strateji təhlükəsizlik məsələlərinə uyğun gəlmir" - Peskov söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada qiymətlər qalxır: - İsveçrədən də Rusiya ilə bağlı qərar gəldi

Avropa İttifaqının (Aİ) üzvü olmayan və dünyada baş verən bir çox böhran, münaqişələrdə bitərəf mövqedə qalan İsveçrə Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Zamantv.az Bizimyol.info-ya istinadla xəbər verir ki, İsveçrə hökumətindən verilən açıqlamada, “Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini nəzərə alan Federal Şura 28 fevral tarixli qərarı ilə AB-nin fevralın 23-də açıqladığı sanksiya paketlərini tətbiq etməyi qəbul edib",- deyə bildirilir.

Məlumata görə, sanksiyalar dərhal qüvvəyə minəcək. Bundan əlavə İsveçrənin Rusiya prezidenti Vladimir Putin və digər yüksək vəzifəli şəxslərə qarşı maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldiyi bildirilir. İsveçrə banklarında Rusiya məmurlarına və biznesmenlərinə məxsus vəsaitlər də dondurulacaq.

Qeyd edək ki, Avropa ölkələrinin hava məkanını Rusiyaya bağlamasına paralel olaraq İsveçrə də bu gündən etibarən hava məkanını Rusiya üçün bağlayıb. Həmçinin şura, Rusiya vətəndaşları üçün vizaların verilməsini asanlaşdıran 2009-cu il müqaviləsini də qismən dayandırıb.

Xatırladaq ki, sanksiyaların nəticəsində Rusiyada 1 dollar 77 rubldan 109 rubla qalxmışdı. Amma Rusiyada bu qiymətə də dollar almaq mümkün deyil. Qara bazarda heç 200 rubla da dollar tapmaq olmur. Həmçinin Rusiyanın istehlak bazarında bir çox məhsulların qiyməti kəskin artıb. Hava məkanının bağlanması üzündən hava daşımaları iflic olub. Bundan başqa xaricdə təhsil alan Rusiya vətəndaşlarının da Avropada oturum hüququ ləğv edilir. Ölkənin bank sektoru çöküb. İnsanlar pul vəsaitlərini dollar olaraq nağdlaşdırmağa çalışırlar. Ölkədə narazılıqlar artsa da, bu ana qədər polis qüvvələri etirazları boğa bilirlər.

Son olaraq Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmağa çağırıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var - ABŞ, Çin, Fransa, İngiltərə və Rusiya. Qurumun fəlsəfəsinə görə, onlar dünyanın təhlükəsizliyinə zəmanət verirlər. Amma Rusiya artıq neçə illərdir qonşularına qarşı təcavüz nümayiş etdirir. Hazırda isə Ukraynanı işğal etməyə qalxıb. Zelenski bildirib ki, başqa ölkəlkərə təcavüz edən bir ölkə dünyanın təhlükəsizliyindən sorumlu ola bilməz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "dünya 5-dən böyükdür" deməklə BMT Təhlükəsizlik Şurasının tərkibinə dəfələrlə etiraz edib. İndi baş verənlər Türkiyə liderinin haqlı olduğnu bir daha ortaya qoyur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO