[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Polşanın Ukraynaya təyyarə verməsinə qarşı çıxmayacağıq" - Ağ Ev
“Polşa Ukraynaya öz qırıcılarını verməklə bağlı qərar qəbul etsə, ABŞ buna qarşı çıxmayacaq”.

Zamantv.az “Report”-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Biz Polşa ilə bu məsələ üzərində işləyirik. NATO-dan olan başqa müttəfiqlərimizlə məsləhətləşərik. Bu, Polşanın suveren hüququdur. Polşanın Ukraynaya təyyarələr verməsi ilə bağlı qərarına qarşı heç bir şəkildə çıxış etməyəcəyik. Bir sıra praktik məsələlər var: Polşa Ukraynaya həmin təyyarələri necə ötürəcək? Bu, çox vacib məsələdir”, - C.Psaki bildirib.

O əlavə edib ki, keçmiş sovet təyyarələrinin yerinə ABŞ qırıcılarının Polşaya verilməsi uzun vaxt aparacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayramınız Mübarək
8 Mart Sovetlər dövründən qalma bayram olsa da Azərbaycanda indiyədək qeyd edilir .Məhz qadınların kütləvi şəkildə savadlanmasi müəyyən hüquqlara malik olması həmin təsadüf edir.Bəlkə də buna görədir ki, 8 mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq artıq müstəqillik qazanmış keçmis SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998 -ci ildə Azərbaycanda Qadın Problemlərı üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa şurasının qadınlarla bağlı bürosunda təmsil olunur.BMT -nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür .1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə
ayrıseçkinliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçımız 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik unvanlayır bir qrupuna fəxri adlar,orden,medallar verir və təbrik edir .Mən də "Çapar info" saitinin kollektivi adından bu bayram münasibəti ilə bütün Azərbaycan qadınlarını təbrik edərək deyirəm -Bayramıniz mübarək əziz qadınlar.

Xəyalə İbrahimli
"Çapar.info"
saitinin baş redaktorunun 1-ci müavini.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölkəmizin inkişafında Azərbaycan qadının rolu mühüm əhəmiyyətə malikdir-İlkin Əliyev
Ölkəmizin inkişafında Azərbaycan qadının rolu mühüm əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan qadını cəmiyyətimizdə mühüm rola malikdir. Zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sahələrdə fəaliyyətini uğurla davam etdirir. Onların ictimai – siyasi, elmi, mədəni, sosial – iqtisadi və digər sahələrdə qazandıqları uğurlar, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsiletmə bütövlükdə ölkəmizin inkişafına mühüm töhfələr verir. Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi siyasət onların bərabər hüquqlarını və bərabər imkanlarını təmin edir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinici müavini, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın simasında bütün dünya Azərbaycan qadınını dərin biliyə, yüksək intellektə, peşəkar təşkilatçılıq qabiliyyətinə, bəşəriyyətin bu günü və gələcəyi ilə bağlı yüksək məsuliyyət hissinə, ali ideallara malik obrazda tanıyır, şəxsiyyətinə dərin rəğbət bəsləyir. Mehriban xanımın səmərəli və çoxşaxəli fəaliyyəti, respublikamızın inkişafı, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində rolu müasir Azərbaycanın quruculuğunda mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qadınının qazandığı nailiyyətlər bu gün qadın fəallığı ənənələrini yaşadır, məsuliyyəti artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır.

İlkin Əliyev Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi qəbuledilməzdir.

"Zamantv.az" xəbər verir ki, nazirliyin məlumatına görə, Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub.

Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub.

Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Azərbaycanla hava əlaqəsini niyə kəsdi?
Zamantv.az - Ukraynada işğalçı Rusiya ordusunun ağır bombardmanları altında qalan azərbaycanlıların evakuasiyası əsas qayğılardan biri olduğu vaxtda Rusiyada yaşayan soydaşlarımız üçün də problemlər yarandı. Dünən Rusiyanın bütün aviaşirkətləri (“Aeroflot”, “Ural Arilines” və s.) əksər xarici ölkələrə uçuşları qeyri-müəyyən vaxta qədər dayandırdığını elan etdi. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətləri Azərbaycana uçmayacaq.

Bu xəbərdən az sonra Azərbaycan Hava Yolları” (AZAL) QSC bəyan edib ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri martın 6-da saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. “Vəziyyət, həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar”, – AZAL-ın açıqlamasında qeyd olunur.

Moskvada ticarətlə məşğul olan İsmayıl Həsənov Pressklub.az-a bildirib ki, uçuşların dayandırılması azərbaycanlılar üçün gözlənilməz pis xəbərdi. Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkədə ciddi problemlər yaradıb, ticarət dayanmaq üzrədir, rubl kəskin ucuzlaşıb. Nəticədə bir çox azərbaycanlılar ölkəyə qayıtmağa başlayıb: “Mənim martın 14-ə biletim vardı, aviaşirkət elan edib ki, uçuş olmayacaq. Bilmirik necə olacaq, çox narahatıq. Biletlərin geri qaytarılması, yaxud uçuş olacağı tarixə dəyişdirilməsi barədə məlumatsızıq. Quru yolla Azərbaycana qayıtmaq da imkansızdır, çünki pandemiyaya görə quru sərhədləri bağlıdır”.

İ.Həsənov əlavə edir ki, hazırda Rusiyada çalışan soydaşlarımız pərişan durumdadırlar: “Əksər xarici firmalar ölkəni tərk edir, iş yerləri sürətlə bağlanır, bazarlara xaricdən mal gəlmir. Kəskin inflyasiya var, rubl dəyərdən düşür, burada pul qazanmağın mənası qalmır. Hamı çıxıb getməyə çalışır”. Yaranmış durumu Pressklub.az-a şərh politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya müxtəlif ölkələrlə hava əlaqəsini kəsib, o cümlədən Azərbaycana uçuşlar dayandırılıb:

“Rusiyadan kütləvi çıxış var, çox güman, Putin bu axının qarşını kəsmək istəyir. Amma bununla bu ölkədə yaşayan azərbaycanlılara ikiqat problemlər yaradır. Birinci, soydaşlarımız buradaki ailələrinə pul göndərməkdə çətinlik çəkəcəklər. Çünki Mərkəzi Bank intervensiyalara qeyri-rəsmi qadağa qoymaqla bərabər, ölkədən pul çıxışını məhdudlaşdırır. İkincisi, Novruz Bayramı ərəfəsində soydaşlarımız öz doğmalarına baş çəkə bilməyəcəklər, sıxıntı çəkəcəklər. Bunu dolayı yolla Azərbaycana təzyiq kimi qiymətləndirirəm. Necə ola bilər, Ermənistana uçuşlar var, Rusiya hakimiyyət orqanları vətəndaşlarına bu ölkəyə turist kimi səyahət etməyi tövsiyə edirlər. Deməli, Azərbaycana fərqli münasibətdə siyasi təzyiq elementləri axtarmaq lazımdır”.

İqtisadçı Toğrul Maşallı isə deyir ki, Azərbaycan hökuməti məsələyə praqmatik yanaşmalıdır. “Bəllidir ki, bizim iqtisadiyyatımız o qədər də böyük deyil və tərəflərə təsir etmək gücündə deyilik. Amma vəziyyətdən istifadə edə bilərik. İndi həm Ukraynadan, həm Rusiyadan kifayət qədər çox insan qaçır. Əgər Ukraynada insanlar müharibənin fəsadlarından qaçırlarsa, Rusiyada səbəblər bir qədər başqadır. Bu həm müharibənin dəstəklənməməsi və bu səbəbdən repressiyalar qorxusudur, həm də indiki sanksiyalar altında işləmək üçün şəraitin olmamasıdır”, – iqtisadçı vurğulayıb.

T.Maşallı qeyd edir ki, hazırda Rusiyada Avropaya vizası olanlar qatar vasitəsilə Finlandiyaya üz tuturlar, vizası olmayanlar isə Ermənistana Türkiyəyə, Serbiyaya uçurlar. Məsələn, gün ərzində İrəvana reyslərin sayı 13-14-dən 37-40-a kimi artıb. Yeri gəlmişkən, İrəvana uçanların da böyük hissəsi oranı tranzit kimi istifadə edərək, ya Gürcüstana, ya da Türkiyəyə keçirlər:

“Amma Azərbaycan bundan kənarda qalıb. Düzdür, Azərbaycana da uçan var idi, amma bura gələnlərin böyük hissəsi Bakını tranzit yeri kimi istifadə edirdi. Ümumən onların sayı Gürcüstan ilə müqayisədə qat-qat az idi. Fikrimcə, hökumətimiz praqmatik olsa, ölkədə həm rusiyalıların, həm ukraynalıların gəlməsi üçün şərait yaradardı. Misal üçün, Rusiyadan qaçanlar arasında “kreativ sinfin” nümayəndələri çoxdur. Onlar arasında isə İT-sahəsində çalışan mütəxəssislərin payı yüksəkdir. Bakıda onlar üçün müəyyən qədər rahat şərait var. Çünki rus dili cəhətindən, uşaqlar üçün məktəb, ünsiyyət imkanı və s. Vəziyyətdən istifadə edərək, onları Azərbaycana dəvət edib, şərait yaratmaq olardı. Bəllidir ki, İT-işçiləri üçün burada kifayət qədər çox iş yoxdur. Amma bu bazarda çalışanların böyük hissəsi “remote” (yəni uzaqdan) işləyir. Gürcüstana getmələrin də əsas səbəbi orada rahatlıqla uzaqdan işləmək imkanıdır. Oraya nə viza, nə də qalmaq üçün xüsusi sənəd lazım deyil. Eyni zamanda, bankda çox rahatlıqla hesab açmaq imkanı da var. Amma Azərbaycanda bu yoxdur”.

İqtisadçı deyir ki, Azərbaycana gəldikləri halda, burada həm müvafiq bazarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq, həm də xaricdən kifayət qədər vəsait də cəlb edəcəklər: “Hələ bunun dolayı təsirləri barədə demirəm. Eyni məsələ mədəniyyət, müxtəlif xidmət sektorlarına da aiddir. Bu insanların böyük hissəsi Rusiyadan qaçır. Biz də, ölkə olaraq, bundan istifadə edib, qeyri-neft sektoruna töhfə verə bilərik. Ya da ən azı turist kimi də cəlb etmək olar. Amma deyəsən, “balanslı xarici siyasət” naminə Azərbaycan bu vəziyyətdən istifadə etməyəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Belarusun Baş Qərargah rəisi döyüşdən imtina edərək istefa verdi
Belarus Baş Qərargah rəisi Viktor Quleviç istefa verib.

"Zamantv.az" xarici KİV-ə istinadən xəbər verir ki, onun tabeliyində olanların Ukraynadakı müharibədə iştirakdan imtina etdiyini bildirərək istefa verdiyi bildirilir.

Quleviçin ifadəsinin martın 4-nə aid olduğu iddia edilir. Bu barədə müvafiq sənəd yayılıb.
Belarusun Baş Qərargah rəisi döyüşdən imtina edərək istefa verdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR-da GÖZLƏNTİ – Adnan Əhmədzadə kabusu da bitir


SOCAR-a yaxın mənbədən maraqlı bilgi almışıq. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ən aparıcı “kabus” isimlərindən olan Adnan Əhmədzadə tutduğu postundan uzaqlaşdırıla bilər. Hazırda SOCAR şirkətinin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini olan ünlü məmurun sözügedən qurumdan birdəfəlik uzaqlaşdırılması çoxdanın gözləntisidir və bugünlərdə onun istefası baş verəcək.Bildiyiniz kimi, prezident İlham Əliyev 2019-cu ildə aparıcı dövlət qurumunun idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.Son illərin müşahidələri göstərir ki, məlum fərmandan bu yana ictimaiyyət arasında SOCAR-ın imici müsbətə doğru xeyli dəyişib, idarəetmədə müsbət dəyişikliklər ölkə iqtisadiyyatının gələcəyinə təsirsiz ötüşməyəcək. Və bu sırada SOCAR daxilində kadr islahatlarının qaçılmazlığı yaşanır.
Rövnəq Abdullayevin iqtisadiyyat nazirliyinə transferindən sonra adıçəkilənin qeyri-leqal işlərində aparıcı isim kimi diqqətə gələn ilk adlardan biri Adnan Əhmədzadədir. Adnan Əhmədzadə adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun və Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadənin adı çox keçir. Sonuncular təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada xeyli qalmaqallı olaylarla, milyonlara sahib olub kef çəkən oliqarxlar kimi manşet olublar.

Bəs, Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir?

A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.


O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.

SOCAR-da GÖZLƏNTİ – Adnan Əhmədzadə kabusu da bitir

Adnan Əhmədzadə

A.Əhmədzadə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib. A.Vəliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz emalı” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2017-ci ildə isə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Master of Business Administration” (MBA) proqramını (“Neft-qaz biznesinin idarə olunması”) müvəffəqiyyətlə başa vurub. 2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.

Eləcə də, Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun yazınıdır. Əhmədzadə SOCAR-dakı fəaliyyəti sayəsində özünə böyük biznes şəbəkəsi qurub. Ölkədəki “Rahat” supermarketlər şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.

Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur.

Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır.

SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Siyahını bir az da uzatmaq istərdik, amma çox uzundur, bizim kimi, sizin də gözləriniz qaralar. Əhmədzadə bu qədər əmlakı Rövnəq Abdullayevə hansı xidməti sayəsində yığıb görəsən?

Onu Abdullayevin bütün çirkli işlərini həyata keçirdiyi, gecəsi bir milyona başa gələn bahalı “partiləri”ni təşkil etdiyi, “kassası” rolunu oynadığı haqqında deyilənlər təsdiqini tapır artıq. Bir müddət əvvəl SOCAR-da vergi və yeyinti şübhələri əsasında yoxlamalar aparılanda Əhmədzadənin həbs olunduğu xəbəri yayılmışdı. Sonra adam qalmaqaldan sağ çıxıb öz işinin başına qayıtdı. Prezidentin bugünkü təyinatı nə anlam ifadə edir? Onu şirkətdə öz qohumunun yanına, müavinin müavini vəzifəsinə təyin etməklə cəzalandırmaq istəyirlər, yoxsa mükafatlandırmaq? Suallar çoxdur, Əhmədzadəni müavinin müavini təyin etməklə məsələ bitmir, problemi kökündən həll etmək lazım.

Antalyanın və Londonun daşınmaz əmlak bazarında ilk addımlar

Dövlət şirkətində işləmək qırx bir yaşlı Ədnana şəxsi biznesini qurmağa mane olmayıb, bəlkə də kömək edib. Britaniya şirkətlər reyestrinə təqdim etdiyi məlumatlarda Ə. Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərinin vergi ödəyicisi ödəyicisi olduğunu açıqlayıb. Bu, 2015-ci ildə Londonda özəl biznesə girişərkən baş verib. Bunadək isə o, Antalyada daşınmaz əmlak bazarında özünü sınamışdı.

2006-cı ilin avqustunda Ədnan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Qərib Orucovla birlikdə “Ahmadzada Turizm Gida Petrol Ticaret Sanayi Limited” şirkətini yaradır.
SOCAR-da GÖZLƏNTİ – Adnan Əhmədzadə kabusu da bitir

Sənəd

30 min lirəlik ilkin kapitalın 21 minini Ədnan (Vergi ödəyicisi nömrəsi: 0100396070 ) yatırır. Sonralar ortaqlığa Zaur Səmədov və Fərəh Hacıyeva da qoşulurlar. Nəticədə şirkətin kapitalı 1 milyon türk lirəsinə qaldırılır. 2012-ci ilin yanvarında isə Ədnan bu şirkətdəki nominal qiyməti 175 min lirə olan 70 ədəd payının hamısını Z. Səmədova açıqlanmayan qiymətə satır. Dörd ay keçər-keçməz Z. Səmədov və F. Hacıyeva şirkətin ləğvi barədə qərar verirlər.

2015-ci ilin dekabr ayında Ədnan Əhmədzadə Britaniyada 100 funtluq kapitalla “AA Properties 2000 Ltd” şirkətinin (qeydiyyat nömrəsi: 09903368 ) təsis edir.
SOCAR-da GÖZLƏNTİ – Adnan Əhmədzadə kabusu da bitir

Mənbə: AA Properties 2000 Ltd şirkətinin reyestr məlumatı
İki ay sonra Ədnan Londonda, Lanterns yolu, Denison House, ev 20 ünvanında yerləşən 409 nömrəli mənzili satın alır. İnvestisiya əmlakının satın alınmasını “SG Hambros Bank (Channel İslands) Limited” ofşor bankı maliyyələşdirir. Kredit Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, ev 11D, mənzil 22 ünvanında qeydiyyatda olan Ədnanın adına rəsmiləşdirilsə də, mənzil onun şirkətinin adına qeydə alınır və kreditin təminatı kimi həmin mənzil girov qoyulur. 577,6 min funt məbləğində qiymətləndirilən bu əmlak 2016-cı ilin avqustunda Battle House, 1-dən (poçt ünvanı EN48RR) Old Burlington küçəsi, 32 ünvanına (W1S 3AT) köçürülən “AA Properties 2000 Ltd” şirkətinin yeganə aktividir. 2016-2017-ci illərdə Ədnan Əhmədzadə ipoteka öhdəliklərinin bağlanmasından ötrü 22,4 min funt ödəyir. 2017-ci ilin yanvarından etibarən bu daşınmaz əmlak şirkətinə 25 yaşlı Nigar Kərimli rəhbərlik edir. N. Kərimli müxbirimizə şirkətin daşınmaz əmlak bazarında fəal əməliyyatlar apardığını bildirsə də, Ədnan Əhmədzadənin bu şirkətin idarə olunmasında iştirakı haqda suala cavab verməyib.

Əhmədzadələr ailəsinin Londonun əmlak bazarına ikinci gəlişi

Əhmədzadə ailəsinin Britaniyada əmlakı bununla məhdudlaşmır. “SOCAR Trading” və İsveçrədə təsis olunmuş digər bir şirkətin (“STL Oil and Gas SA”) menecmentində təmsil olunan böyük qardaşı Xəyal 2018-ci ilin noyabr ayında “PC Assets Limited” şirkətinə (şirkət nömrəsi: 08715209) nəzarət etməyə başlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Xəyal Əhmədzadənin SOCAR-a gəlişi 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil illərinə təsadüf edir. O, SOCAR-da 1995-ci ildən işləyir.
Kapitalı 1 milyon funtdan çox olan “PC Assets Limited” şirkətində payların 25 faizdən az olmayan hissəsi Əhmədzadə qardaşlarının atasına məxsusdur. Ötən ilin dekabrında 70 yaşını qeyd edən Azəri Əhməd oğlu Əhmədzadə uzun illər Mədəniyyət Nazirliyində rəhbər vəzifələrdə çalışıb. “PC Assets Limited” şirkətinə “SOCAR Trading” şirkətinin daha iki azərbaycanlı əməkdaşı: Toğrul Rzayev və Elmir Ağamalıyev də sərmayə qoyublar.
Əhmədzadə qardaşlarının Bakıda da bir çox kommersiya əmlakının olduğu bildirilir. Onların arasında Xəyal Əhmədzadənin direktor olduğu “Valentis” şirkəti də var.
AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaman Ukraynanın xeyrinə işləyir və hər gün Putinin məğlubiyyətini yaxınlaşdırır - İNCƏLƏMƏ...
Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasının 10-cu günü geridə qaldı. Hərbi cəhətdən blitskrieg uğursuz oldu və bunun bir sıra hərbi-strateji və hərbi-siyasi nəticələri yarandı.

Birincidən başlayaq

Sürətli cəbhə hücumunun uğursuzluğu səbəbindən uzunmüddətli amillər öz təsirini göstərməyə başladı. Əvvəla, məlum oldu ki, qələbə üçün həddindən artıq təriflənmiş “kalibrlər” və “İsgəndər”lər azlıq edir. Türkiyə boğazları rus döyüş gəmiləri üçün bağladı və dənizdəki “kalibrlər” də onlarla birlikdə Qara dənizə girə bilmədi. Quru qoşunları artıq bütün atəşə vasitələrini xərcləyib, zavodlardan yeni tədarüklərə isə ümid yoxdur.

İkincisi

Hiss edilən silah çatışmazlığı yaranıb, ona görə ki, Rusiya ordusu ya onları itirdi, ya da qənimət şəklində ukraynalılara qismət oldu. Tula zavodu və Rotenberqin digər müəssisələri silah çatışmazlığını aradan qaldırmaq üçün verilən sifarişləri yerinə yetirə bilmir. Eyni şey sursat və mərmilərə də aiddir. Onlarla da vəziyyət çox pisdir, çünki xammal yoxdur. Əvvəllər tədarüklər əsasən Sloveniya, Finlandiya və Almaniyadan həyata keçirilirdi. Onlar indi bloklanıb. Fabirklərdən yalnız üç-dörd aydan sonra silah almaq realdır.

Üçüncüsü

Rus qouşunları istər-istəməz logistik cəhənnəmə daxil olub. İrəliləyən rus qoşunlarının təchizat xətləri uzanır və davamlı hücumlara və atəşə məruz qalır. Dəmir yolu nəqliyyatından istifadə yalnız bəzən və yalnız müəyyən istiqamətlərdə mümkündür. Eyni zamanda yanacaq olan 60 dəmir yolu çəni Ukrayna PUA-ları tərəfindən məhv edilib. Ona görə də təchizatı təmin etmək yükü nəqliyyat vasitələrinin üzərinə düşür. Kolonlar on kilometrlərlə uzanır və Ukrayna artilleriyası və “Bayraktar”ları tərəfindən asanlıqla atəşə tutulur.

Nəticədə, yanacaq çatışmazlığı səbəbindən avanqard birləşmələr dayanır, piyada döyüş maşınları, tanklar və zirehli transportyorlar çölə atılır, ekipajları ən azı bir az yemək axtarmaq üçün tarlaları və kəndləri dolaşırlar. Onu tapmasalar, təslim olurlar - harada ki, qidalanır və isinirlər, hətta valideynlərinə və qohumlarına özləri haqqında məlumat vermək üçün evə zəng etməyə də icazə verilir.

Beləcə

Növbəti qara xəbər artıq rublun və qiymətli kağızların çökməsinə səbəb olan böyük sanksiyalardır. Artıq bir müddətdir ki, bu maliyyə-iqtisadi amil siyasi xarakter alıb. Təbliğat üçün ağzını doldurmaq və federal kanallarda nağıl danışmaq olar – amma bütün bunlar Rusiya üçün indilik keçərlidir. Halbuki amma əhali rublun 45-50% devalvasiyasının nə ilə nəticələnəcəyini yaxşı bilir.

Rusiya vətəndaşları arasında keçirilən sorğunun nəticələri maraqlıdır. Onların Ukraynada insan tələfatı və dağıntılar heç veclərinə də deyil. Rusiya ordusunun əsgər və zabitləri arasında itkilərin artmasına münasibət də demək olar ki, oxşardır, bu da onları çox narahat etmir.

Onlara həqiqətən təsir edən iqtisadi və maliyyə çöküşünün perspektivləri, qiymət artımı ilə bağlı çətinliklər, ərzaq qıtlığı, həyat şəraitinin və yaşayış şəraitinin pisləşməsidir. Hər gün keçdikcə daha aydın olur ki, hərbi qələbəyə nail olmaq mümkün deyil. Ukrayna təslim olmaq niyyətində deyil və üstəlik, demilitarizasiya, denazifikasiya və neytral statusla bağlı Rusiyanın ultimatumunun bütün şərtlərini rədd edir.

Bu zaman isə siyasi və diplomatik fəaliyyət işə başlayır, həmişə olduğu kimi, açıq və gizli şəkildə.

Hətta Ukrayna ilə müharibənin tərənnümü təbliğatının polifoniyası fonunda da bir qədər fərqli motivlər səslənməyə başlayır. Prezident Vladimir Putinin iqtisadi müşaviri Andrey Belousov deyib ki, “sanksiyalar əbədi deyil və biz onların ləğvinə həqiqətən ümid edirik”. Qeyd edək ki, Putin öz müşavirini dinləyir və Belousov bu sözləri elə-belə deməzdi. Daha sonra Putinin özünün dilindən çıxdı ki, Rusiya heç kimi təhdid etmir, münasibətləri normallaşdırmaq lazımdır.

Bir tərəfdən, bu cür siqnalları heç olmasa hansısa danışıqlara başlamaq istəyi kimi də qiymətləndirmək olar. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşə hazır olmasından danışıb.

Digər tərəfdən, Moskva yenidən ultimatum və təhdid dili ilə danışmağa başladı. “Rossiya 24” telekanalında çıxış edən Putin deyib ki, “Bugünkü Kiyev rəhbərliyi başa düşməlidir ki, onlar eyni ruhda davam etsələr, Ukrayna dövlətçiliyinin gələcəyini sual altına qoyurlar və bu, baş verərsə, baş verənlər tamamilə onların vicdanına yazılacaq”. Başqa sözlə, yenə ultimatumlar.

Sanksiyaların təsiri iki-üç həftə ərzində tam hiss olunacaq və qartopu kimi böyüməyə davam edəcək. İT sektorunda bir mütəxəssisin dediyi kimi, biz çötkələrə, arifmometrlərə və yazı makinalarına keçməyə hazırlaşmalıyıq. İT nəhəngləri “Microsoft” və “Oracle” Rusiyanı tərk etdi. Birinci firma, kompüterlərində “Windows” sistemi quraşdırılmış hər kəsə, ikincisi isə verilənlər məlumat bazası olan hər kəsə məlumdur. Biz təfərrüata girməyəcəyik, lakin bu proqram təminatı olmadan, həqiqətən, iyirminci əsrin əvvəllərinin alətlərinə keçməli olacaqsınız.

Və bu, iqtisadi amil deyil, siyasi amildir. Burada açıq diplomatiyadan gizliyə keçirik.

Rusiyalı oliqarx Əlişir Usmanov Böyük Britaniyanın çox sərt sanksiyaları altındadır. Elə alınmışdı ki, onun həyat yoldaşı İrina Viner-Usmanova Alina Kabayevanı məşq etdirirdi və onun vasitəsilə Usmanovlar ailəsi Putinə yaxınlaşdı.

Görünür, Usmanov Ukraynaya qarşıdan gələn işğaldan xəbərdar idi, çünki hələ yanvar ayında London və Surrey qraflığındakı malikanələrini satmağa çalışmışdı. Bu alınmadı və indi onun İngiltərədəki bütün əmlakı dondurulub. “La Repubblica” qəzetinin məlumatına görə, İtaliya hakimiyyəti Usmanovun Sardiniyadakı villasını, alman hakimiyyəti isə Hamburqda onun 600 milyon dollar dəyərində olan 156 metrlik “Dilbar” yaxtasını həbs edib.

Və birdən Rusiya mediası sevinclə hayqırdı ki, Usmanov ABŞ-da baş lisenziya alıb və ondan bütün sanksiyalar götürülüb. Bütün bunlar onun firmalarının lobbiçiliyi və korrupsiya sayəsindədir və buna görə də biz bütün sanksiyalardan yan keçə biləcəyik.

Əslində, heç də belə deyil. Lisenziya bütün əməliyyatlara icazə verir və Usmanova məxsus 50% və daha çox təşkilatların əmlakını blokdan çıxarır. Bu, yalnız iki şərt yerinə yetirildikdə mümkündür:

Birincisi, şirkətlərin fəaliyyəti Ukraynaya qarşı yönələ bilməz; İkincisi, yalnız bu şirkətlərin hesablarından debetə icazə verilir. Yəni pul götürə və ya başqa hesablara köçürə bilərsiniz, ancaq qazanc əldə edə bilməzsiniz. Belə ki, bu firma və təşkilatların işi faktiki olaraq iflic vəziyyətinə düşüb və onlar Maliyyə Nazirliyinin ən ciddi nəzarəti altındadır.

Baş lisenziya Usmanova ona görə verilib ki, o, Putinə yaxındır və amerikalıların dediyi kimi, “back channel” - Rusiya Prezidentinə birbaşa çıxışa malikdir. Beləliklə, bu, ictimai olmayan danışıqlar aparmaq imkanıdır və bunun üçün Usmanova müəyyən imkanlar verilib.

Pekin də müəyyən hərəkətlərə başlayıb. Çin ilk dəfə olaraq Ukraynada baş verənlərdən dərin narahatlığını rəsmən ifadə edib. Xüsusən də Zaporojye AES ətrafında baş verənlərə görə. Xarakterik odur ki, bəyanatda Rusiyanın öz təhlükəsizliyi ilə bağlı haqlı narahatlığına dair əvvəlki heç bir istinad yoxdur. Beləliklə, Moskvaya bilavasitə başa salırlar ki, artıq işğalla bütün bu rüsvayçılığa son qoymağın vaxtı çatıb və bir növ hərbi mərhələdən diplomatik mərhələyə keçməyin vaxtı çatıb.

Putin özünü həm hərbi, həm də iqtisadi baxmdan çıxılmaz vəziyyətə salıb. Onun üçün yaxşı həll yolları və məqbul çıxışlar yoxdur. Çox güman ki, yaranan əməliyyat fasiləsindən sonra biz son hücum üçün qüvvələr və vasitələri aşağıdakı istiqamətlərdə - Kiyev, Xarkov, Mariupol və Odessa ilə Nikolayevə cəmləşdirmək cəhdini gözləməliyik. Ukrayna ordusu buna hazırlaşır və artıq əks-hücum addımları ilə Xarkov və Çerniqov yaxınlığında mövqelərini möhkəmləndirir.

Kiyev çox sakitdir və humanitar dəhlizlərin yaradılması və fəaliyyətinin müzakirəsi istisna olmaqla, heç bir danışıqlara razılaşmağa tələsmir. Moskva əsəbidir və danışıqları pozur.

Qarşıda dönüşün əlamətləri var, ona görə də Ukrayna rəhbərliyi öz mövqeyinə arxayındır və Moskvanın ultimatumlarını müzakirə etmək niyyətində deyil. Zaman Ukraynaya işləyir və hər gün Putinin məğlubiyyətini yaxınlaşdırır.

Müəllif: Yuri Rayxel //AYNA//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələdə öldürülən 23 yaşlı Aytacın - Fotosu
Qəbələdə 23 yaşlı Aytac Əliyevanın ərinin sevgilisinin rəfiqəsi tərəfindən öldürülməsi barədə xəbər vermişdik. Zamantv.az xəbər verir ki, “Qafqazinfo” dəhşətli şəkildə qətlə yetirilən Aytacın fotosunu əldə edib.

Qeyd edək ki, araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kemale Aytacın ərinin sevgilisinin rəfiqəsi olub. Sevgilisi Aytacın əri ilə evlənmək istəsə də, o, arvadından boşanmaq niyyətində olmayıb. Qətlin rəfiqələr arasında baş verən problemə görə baş verdiyi ehtimal olunur. İlkin məlumata görə, hadisə zamanı Aytacın hərbçi əri evdə olmasa da, onların azyaşlı övladı mənzildə olub.

İstintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb - FOTO
Zamantv.az - Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxsləri müəyyən edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini F.Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük maşını Böyük Tağlar kəndi ərazisində saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman daha 2 nəfər də aşkar edilib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q.Məmmədov və T.Süleymanov olduğu müəyyən olunub. Eləcə də avtomobildən dəmir borular, metal tullantıları və s. aşkar edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədov və Q.Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs, T.Süleymanov isə cərimə edilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO