[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq" - Ukraynanın müdafiə naziri
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciət edib.

Zamantv.az “Report”a istinadla xəbər verir ki, müraciətdə rusların əsas hücum istiqamətlərinin Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləri olduğu bildirilib

“Biz sayıqlığı itirmirik. Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar. Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür. Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var”, - deyə o qeyd edib.

O.Reznikov vurğulayıb ki, xalq böyük şücaət göstərir: “Bizim ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər göstərdi ki, rusların gecikmədən ölkəmizdən çıxması daha yaxşı olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xarkovda azərbaycanlı tələbə bacılar itkin düşüb
Azərbaycanlı tələbə bacılar Ukraynanın Xarkov şəhərində itkin düşüblər.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yaxınları Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızından xəbər tuta bilmirlər.

Ukraynanın Xarkov şəhərində yaşayan, onlardan məlumatı olan azərbaycanlılardan aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş edilib.

Valideyninin əlaqə nömrəsi: +380 98 915 0523.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UAR baş katibi: “Sumı şəhərində 100-dən artıq soydaşımız təxliyə gözləyir”
“Kiyevin 5 kilometr yaxınlığındakı İrpen şəhərində vəziyyət çox gərgindir. Ötən gecə Kiyevə raket zərbələri ilə genişmiqyaslı hücum gözlənilsə də, hələ sakitlikdir. Lakin artıq üç gündən artıqdır ki, şəhərə işıq və istilik verilmir, yemək və su təchizatı yoxdur”.

Bu barədə açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.

Ceyhun Məmmədov bildirib ki, təxliyə üçün müraciətlər çoxdur:

“Dünən Kiyevdən 55 soydaşımız İstanbula yola salınıb. Bundan əvvəl qrup şəklində 1 100 azərbaycanlının təxliyəsini həyata keçirmişik. Maşınla sərhədə gedənlər də var. Ona görə də bu gün Kiyevdən dəqiq nə qədər azərbaycanlının təxliyə olunduğunu demək çətindir. Zirzəmi və evlərdə çarəsiz qalanlara ərzaq yardımı etməyə çalışırıq. Bakı ilə danışırıq ki, əlavə qatar və ya avtobus ayrılmasına dəstək verilsin. Çünki artıq Ukraynanın bəzi şəhərləri ilə koordinasiyanı itirmişik”.

“Türkiyə tərəfi bu gün Sumı şəhərindən vətəndaşlarını avtobusla çıxarmaq istəyir. Bu, oradan son humanitar dəhliz ola bilər. Bir avtobusu (50 nəfərlik) 9500 avroya razılaşıblar. Bizim də orada 100-dən artıq soydaşımız qalıb. Amma maliyyə çətinliyi səbəbindən ola bilər ki, bu şansdan istifadə edə bilməyək.

Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və idarə heyətinin üzvü Oleq Krapivinlə bərabər Kiyevdəyik. Paytaxtda fəaliyyət göstərmək imkanı olan son ana qədər Kiyevdən təxliyə və yardım məsələlərini koordinasiyası ilə məşğul olacağıq”.

Könül Cəfərli
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada humanitar dəhlizlər açılır
Rusiya yerli vaxtla saat 10:00-dan etibarən sükut rejimi elan edir, Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə müraciəti ilə Ukraynaya humanitar dəhlizləri açır.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Kiyev, Xarkov, Sumı və Mariupol şəhərlərində fəlakətli humanitar vəziyyət və onun kəskinləşməsi nəzərə alınaraq, həmçinin Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə şəxsi müraciəti əsasında Rusiya Silahlı Qüvvələri 2022-ci il martın 7-də saat 10:00-da (Bakı vaxtı ilə 11:00 - red.) sükut rejimi elan edir və humanitar dəhlizlər açılır”, - deyə bildirilir.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutuldu
Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub.

Zamantv.az Bu barədə Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat 05:30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər “Qrad” atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.

Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən ölən olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaponiya Rusiyanı 3-cü dərəcəli təhlükəli ərazi elan edib
Yaponiya Xarici İşlər Nazirliyi Rusiyanın bütün ərazisini 3-cü dərəcəli təhlükəli ərazi (4 mümkün təhlükə səviyyəsindən) təyin edib.

Bu, Rusiyaya səyahət etməmək tövsiyəsini özündə ehtiva edir. Ötən həftədən etibarən Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinə 4-cü səviyyə təyin edilib ki, bu da həmin əraziləri tərk etmək çağırışı demək idi.

Rəsmi Tokionun məlumatına görə, hazırda Rusiyada 2 400 yaponiyalı var.

Mənbə: RİA Novosti
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda avtomobil şadlıq evinə çırpıldı: Xəsarət alanlar var
Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, Azər Əliyev idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olarkən onun qarşısına qəfil piyada çıxıb.

Sükana nəzarəti itirən sürücü nəqliyyat vasitəsini yol kənarında dayanan VAZ-2106 markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən VAZ-2106 yaxınlıqdakı şadlıq evinin divarına çırpılaraq yararsız hala düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ümumilikdə iki nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna ordusu: “Rusiya Belarus aerodromlarından hücum edir”
Rusiya qoşunları Ukrayna ərazisinə Belarus Respublikasının aerodrom şəbəkəsindən istifadə etməklə aviazərbələr endirməyə davam edir.

Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna ordusu müdafiəyə davam edir və qarşı tərəf canlı qüvvə və texnika baxımından ciddi itkilər verir.

Bundan əlavə bildirilib ki, İrpen şəhəri üç sutkadan artıqdır işıqsız, susuz və istiliksiz qalıb.

Mənbə: Segodnya.ua
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir gündə Rusiya bazarını tərk edən xarici şirkətlərin SİYAHISI
Rusiyaya qarşı beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər Rusiya ilə əməkdaşlığı dayandırıblar.

Bu siyahı hər gün yenilənir. Martın 6-da fəaliyyəti dayandırılan şirkətlər aşağıdakılardır:

“Viza”, “Mastercard”, “Nvidia” (videokart istehsalçısı), “American Express”, IBM, “Qt Group” (“Yandex”dən istifadə edən Skandinaviya proqram təminatı istehsalçısı), OMV (Avstriya neft və qaz şirkəti), “TikTok”, “Spotify”, “PVC Corp” (“Tommy Hilfiger”, “Calvin Klein”, “Warner's” brendlərinin sahibidir), “Epic Games” (“Fortnite”, “Battle Breakers”, “Unreal”ın yaradıcısı), “Fazer” (Finlandiya şokolad və çörək məhsulları istehsalçısı), “Danone” (Rusiyada investisiya layihələrini dayandırıb), “Puma”, “Prada”, “Netflix”.

Mənbə: Rusiya KİV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin bu VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI
Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya Prezidenti Vladimir Putin və iş adamı Arkadi Rotenberqi təşkilatdakı vəzifələrdən uzaqlaşdırıb.

Zamantv.az “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

"Ukraynada davam edən münaqişə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusundan azad edir”,- deyə təşkilatın saytında bildirilib
Federasiyanın fəxri prezidentinin səlahiyyət sertifikatı Putinə 2008-ci ildə təqdim edilib.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək onlara yerli və belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə edib.

Bundan sonra bir neçə beynəlxalq idman təşkilatı Rusiyada yarışlar keçirməkdən imtina edib və əksər idman federasiyaları yerli idmançıların beynəlxalq yarışlarda iştirakını dayandırıb. Belə ki, xizək idmanı üzrə Dünya Kubokunun mərhələləri, Çempionlar Liqasının finalı və Rusiya komandası və klublarının bütün ev və Avropa oyunları, körlinq üzrə Avropa çempionatı, Formula 1 mərhələsi, voleybol üzrə dünya çempionatı və bir çox digər yarışlar artıq təxirə salınıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO