[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada əcnəbilər də ruslara qarşı silah işlədə bilər - Yeni qanun
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Zamantv.az “Yeni Müsavat”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. “Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir”, - rəsmi məlumatda deyilir.

Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni quldur dəstələrinin təxribatçı hərəkətləri intensiv xarakter alıb. Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıqlar etsə də, hələlik bunun təsiri hiss olunmur. Son günlərdə Şuşa və Xocalı istiqamətində erməni təxribatçılarına müxtəlif yollarla xəbərdarlıqların edilməsi, hətta erməni dilində mesajların verilməsi də qarşı tərəfin təxribatçı davranışlarını dayandırmayıb. Bu mənada düşmənə “öz dilində” cavab vermək, görünür, daha məqbul variantdır. Bu vəziyyət isə növbəti “Dəmir Yumruq” əməliyyatını qaçılmaza çevirir. Ekspertlər də bunu istisna etmir.

“Ermənilər Rusiya sülhməramlılarının razılığı, göstərişi və himayəsi olmadan həmin ərazilərdə bir güllə də atmazlar. Ermənistanın buna qətiyyən cəsarəti çatmaz. Orada baş verən bütün təxribatların məqsədi və himayədarı var. Ermənilər Ukrayna məsələlərinə görə axmaq, xam xəyallara düşüblər və bic variantlara əl atırlar”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan 2008-ci ildə Osetiyada baş verən hadisələri təkrarlamaq istəyir: “Nəzərə almaq lazımdır ki, həmin vaxt Osetiyada da Rusiya sülhməramlıları var idi. Gürcülər separatçılara qarşı çıxmaq istəyəndə isə sülhməramlılarla qarşılaşdılar. Yəni Osetiya tərəfinin törətdiyi təxribatlara gürcülər cavab vermək istəyəndə, Rusiya sülhməramlıları Gürcüstan hərbçilərinin qarşısını kəsirdi. Sonda isə Gürcüstanın başına gələn oyunlar hamıya məlumdur. İndi ermənilər də bu cür xam xəyallara dalıblar. Sirr deyil ki, Azərbaycan ərazisində Ermənistana və separatçı rejimə məxsus bir neçə min hərbçi hələ də qalmaqdadır. Onların silahlanmasına isə əlbəttə ki, sülhməramlılar himayədarlıq edirlər. Düşünürlər ki, vaxtaşırı törətdikləri təxribatlar getdikdə güclənəcək və daha təhlükəli hal alacaq və belə olan vəziyyətdə, Azərbaycan öz ərazisində yaşayan həmin qeyri-qanuni quldur dəstələrinə qarşı anti-terror əməliyyatı icra edəcək. Plana əsasən, bu halda, Rusiya sülhməramlı qüvvələri işə qarışacaq. Yəni ermənilərin təxribat törətməkdə məqsədi bundan ibarətdir. Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə heç bir donuz otaran erməni onların icazəsi olmadan güllə ata bilməz”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda çox ciddi hadisələr baş verir: “Erməni silahlı birləşmələrinin 44 günlük Vətən savaşımızdan sonra ərazilərimizdə qalan tör-töküntüləri son həftələrdə çox azğınlaşıblar. Məhz Rusiya sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdən bizim ordumuzun mövqelərini davamlı şəkildə atəşə tutması halları baş verir. Azərbaycan Ordusu düşmənin bu hərəkətlərini hər dəfə layiqincə cavablandırır. Və görünən odur ki, yaxın saatlarda hərbi komandanlığımız daha qətiyyətli və sərt addımlar atmağa göstəriş verib”. Polkovnik Cəfərov baş verənlərə görə sülhməramlı kontingenti günahlandırdı: “Baş verənlərə görə ilk növbədə Rusiya qüvvələrinin komandanı, başı biznes və digər yaramaz işlərə qarışan general-mayor Andrey Volkovun məsuliyyətsizliyi və vəzifə borclarına son dərəcə biganə yanaşmasıdır. Məhz onun xeyir-duası ilə erməni silahlı dəstələri bu cür ”cürətə" və həyasızlığa əl atırlar. Biz Azərbaycan tərəfi olaraq ermənilərin nazı ilə həddən çox oynadıq və onlar da buna görə bizə bax belə “təşəkkürlərini” bildirirlər. Artıq bizim də səbr kasamız daşıb və bəzi addımların atılması zərurəti yaranıb. Bunu çoxdan etmək lazım idi. Təəssüf ki, ermənilər onlara verilən vaxtdan və şansdan doğru-düzgün istifadə etmədilər. İnşallah, yaxın günlərdə biz erməni-rus avantürasının onlara necə baha başa gələcəyinin şahidi olacağıq".

Politoloq Zaur Məmmədovun sözlərinə görə, artıq bir neçə gündür ki, ordumuza qarşı təxribatlar baş verməkdədir: “Son 3 gün ərzində erməni separatçılarının ordumuza qarşı atəş açdıqlarının şahidiyik. Sözsüz ki, onlar birilərinin əmrini yerinə yetirirlər. Digər tərəfdən isə bilərəkdən Ermənistandan Xankəndinə gedən maye qaz borusunun partladılması baş verib. Volkov yaxşı olardı ki, mövcud vəziyyəti rasional və soyuqqanlı qiymətləndirsin, tərəflər arasında vəziyyəti gərginləşdirən addımlardan əl çəksin”.

Maraqlısı budur ki, erməni təxribatlarının artması Nikol Paşinyanın Fransaya səfəri ərəfəsində intensiv xarakter alıb. Sanki bununla İrəvan Fransanı inandırmaq istəyir ki, Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunun yenidən rol almasına ehtiyac var. Elə bugünlərdə prezident Makron Azərbaycan liderinə göndərdiyi məktubunda yenə də Minsk Qrupundan bəhs edib və bu da erməni tərəfini məmnun edən məqamdır. Ermənistanın Rusiya və Qərb arasında var-gəl etməsi ermənilərin özlərini də təəccübləndirir. Rusiya Ermənistanın anti-Rusiya mövqeli davranışlarından narahatdır və hesab edir ki, Ermənistan hakimiyyəti gizli şəkildə Avropa və ABŞ-la oynamaqda davam edir. Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. “Bizdə olan məlumata görə, Rusiya Federasiyasının güc strukturları hakimiyyətin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hansı fikirləri söylədiyini anlamaq üçün Ermənistan mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da baxılır. Monitorinq nəticəsində gündəlik hesabatlar tərtib edilərək Ermənistan hakimiyyətinə göndərilir və Nikol Paşinyana Ermənistanda anti-Rusiya təbliğatının maliyyələşdirildiyi və dövlət rəsmilərinin anti-Rusiya fikirlər səsləndirməsinə sübut kimi təqdim edilir. Hər bir belə halla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi və günahkarların cəzalandırılması təklif edilir. Rusiya artıq Paşinyanın ikili oyunlarına səbr etməyə hazır deyil və sədaqət və müttəfiqlik sübutunu tələb edir”, - erməni qəzeti belə yazır.

Bu arada Rusiya Silahlı Qüvvələrinin hərbi kalonunun Laçın dəhlizi ilə Xankəndindən yola düşməsi ilə bağlı iddia ortaya atılıb. Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, onlar Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin, başqa bir iddiaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər. Əgər xəbər doğrudursa, onda məntiqlə erməni separatçıları özlərini yığışdırmalıdır, ən azı Rusiya hərbçilərinin kölgəsində gizlənmək imkanlarından məhrum olacaqlarına görə. Amma yenə də köhnə vərdişlərindən əl çəkə bilmirlərsə, o halda Azərbaycanın antiterror əməliyyatına başlaması və 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirdiyi kimi, bu dəfə də 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını təkbaşına həyata keçirib, erməni silahlılarını zərərsizləşdirə, həm də elə erməni mülki əhalini də girovluqdan xilas edə bilər. “Yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir”, açıqlaması həm də bu planın konturlarından xəbər verir...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İndiki halda Azərbaycan Ordusunun Xankəndiyə daxil olması bir çox fəsadlar törədə bilər” - deputat
“Xankəndinin ermənilərdən tamamilə təmizlənməsi Azərbaycana siyasi baxımdan yalnız zərər verə bilər. Azərbaycanın indiyə qədər apardığı sülhsevər siyasətinə, tolerant, multikultural imicinə xələl gətirər. Sirr deyil ki, Azərbaycan Ordusu 44 Vətən müharibəsində Xankəndini tamamilə götürmək iqtidarında idik, lakin dünya birliyi bunu başqa cür qəbul edərdi. Biz dəfələrlə qeyd etmişik ki, bütün millətlərin nümayəndələri, etnik azlıqlar Azərbaycanı öz vətənləri kimi qəbul edir və qanunlarına riayət edirlərsə, bizim ərazilərimizdə yaşaya bilərlər. Əlisilahlı səperatçılarla ilə bağlı məsələ isə tamam ayrı cür həll olunmalıdır". Zamantv.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, təxribatların törədilməsi, atəşkəsin pozulması kimi hallar birmənalı olaraq aradan qaldırılmalıdır: "Mülki əhalinin Xankəndidən tamamilə çıxarılması Azərbaycana ziyan vura bilər. Biz Azərbaycanı günahlandıran erməni daşnaqlarının əlinə əlavə arqumentləri vermiş olarıq. Lakin qanunlara uymayan, əlisilahlı ermənilərə, separatçılara qarşı ən kəskin şəkildə tədbir görülməsi vacibdir. İndiki halda Azərbaycan Ordusunun Xankəndiyə girməsi isə bir çox fəsadlar törədə bilər. İstənilən vəziyyətdə xarici qüvvələrin təhriki ilə ermənilərin Azərbaycan ərazisində sabitliyi pozmasının qarşısı qətiyyətlə alınacaq. "Dəmir yumruq" yerindədir! Azərbaycan Ordusu daha da təkmilləşib və müharibədən çıxmış bir ordu kimi döyüş qabiliyyətini daha çox artırır, yeni silahlarla, müasir döyüş texnikası ilə təchizat işi davam etdirilir. Yəni, Ermənistanın heç bir halda uğur qazanmaq imkanı yoxdur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İtlər cəsədləri parçalamağa başladı: Ukraynalı merdən HƏYƏCAN TƏBİLİ
Rusiyanın Ukraynaya hücumunun 13-cü günündə bütün dünyanın qanını donduran hadisələr baş verir.

Zamantv.az-[b][/b]ın xarici mediaya istinadla məlumatına görə, mühasirədə olan Buça şəhərinin meri Anatoli Fedorik "Rusiya dayanmadan amansızcasına bombalayır. Bu kabusdur" deyib.

Fedoruk vurğulayıb ki, Kreml yenə də mülki şəxslər üçün təhlükəsiz dəhlizlər vəd etsə də, mütəmadi olaraq mərmi və raket yağışları əhalinin daha çox olduğu yerlərə düşməyə davam edir.
"Ağır silahlardan atəşə tutulması gecə-gündüz davam etdiyi üçün meyitləri belə toplaya bilmirik. Şəhərin küçələrində itlər meyitləri parçalayır. Bu kabusdur", - Fedoruk bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
RƏSMİ xəbərdarlıq: Güclü yağışlar yağacaq
Bakıda və Abşeron yarımadasında martın 9-u axşamdan 10-u səhərədək arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən xəbərə görə, gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 10-dan 11-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında
Martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Qeyd: İkinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Putinə nə demək istəyir? – ÖZÜ AÇIQLADI
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağırıb.

Zamantv.az bildirir ki, bu barədə o, ABC News-a müsahibəsində bildirib.

İndi Putinə nə demək istədiyi sualına cavab verən Zelenski bunları deyib:
“Mən inanıram ki, o, başladığı müharibəni dayandırmağa qadirdir. Və hətta o, bunu başladığını düşünməsə də belə, yenə qadirdir. Müharibəni dayandırmağın onun bacardığı şey olduğunu inkar etmək olmaz”.

Qeyd edək ki, əvvəlcə UNİAN xəbər yaymışdı ki, martın 3-də Zelenski Putini Ukrayna torpaqlarını tərk etməyə və ya onunla danışıqlar masasına oturmağa çağırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynanın xarabazarlığa çevrilən şəhər və qəsəbələri
Rusiya qoşunları Kiyev vilayətinin Buça kəndini növbəti dəfə artilleriya atəşinə tutub. Şəhər mühasirəyə alınıb.

Zamantv.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə mer Anatoli Fedoruk telemarafon zamanı məlumat verib.
Ukraynanın xarabazarlığa çevrilən şəhər və qəsəbələri
Şəhər sakinlərinin su, yemək almaq imkanı yoxdur, işıqlar kəsilib və getmək imkanları yoxdur. Bələdiyyə sədri vurğulayıb ki, yerli sakinlər zirzəmilərdə gizlənir və onlarla demək olar ki, heç bir əlaqə yoxdur.
Ukraynanın xarabazarlığa çevrilən şəhər və qəsəbələri
Ukraynanın xarabazarlığa çevrilən şəhər və qəsəbələrindən son görüntüləri təqdim edir.
Ukraynanın xarabazarlığa çevrilən şəhər və qəsəbələri Ukraynanın xarabazarlığa çevrilən şəhər və qəsəbələri
Ukraynanın xarabazarlığa çevrilən şəhər və qəsəbələri
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moskvanın “Ukrayna neonasistləri” iddiasına politoloqdan SƏRT REAKSİYA: - “Kimdir onlar?”
Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlara səbəb kimi “Kiyevdəki neonasistlər” variantını ön plana çəkməsi diqqətdən yayınmır. Xüsusilə də, son günlərdə Kreml rəsmilərinin çıxışlarında “Ukraynanın neonasistlərdən təmizlənməsinin” Moskavanın əsas məqsədi olduğu bildirilir. Zamantv.az xəbər verir ki, mövzu ilə bağlı sualları Bizim.Media üçün cavablandıran politoloq Qabil Hüseynlinin sözlərinə görə, milliyətçi öz xalqını sevən adama deyilir:

“Milliyyətçi öz xalqının yolunda dayanmadan çalışan və xalqını irəli aparmaq istəyənlərə deyilir. Lakin Kremldə biraz da irəli gedib, Ukraynada “neonasistlər”in olduğunu bildirirlər. Bu başdan-ayağa cəfəngiyyatdır. Nasist dedikləri, milliyətçi dedikləri kimə qarşı pislik ediblər? Yaxud da qonşu kimi sizlərə qarşı hansısa pisliyi ediblərmi? Bu, vəhşi, barbar müharibənin məntiqsiz uydurmalarıdır”.

Politoloq neonasist iddialarının Rusiyanın hücum əməliyyatlarına haqq qazandırmaq üçün irəli sürdüyü variant olduğunu da qeyd edib:

“Deməli, sən beynəlxalq hüququn normalarını tapdayacaqsan, adını da qoyacaqsan ki, “milliyyətçi dairələrə qarşı mübarizə aparmaq”.

Bu çox cəfəng fikirdir. Eyni zamanda bu, dünyanı qarşıdurmaya apara biləcək iddiadır. Rusiya hakimiyyətinin Ukrayna ilə uzun müddətdir ki, ixtilafları var idi və bu ixtilaflardan səbəbi yenə də Rusiya idi. Milliyyətçi dediyin adamların, Krım kimi böyük ərazisini işğal etmisən, Donetsk və Luqansk kimi qondarma qurumların müstəqilliyini tanımısan. Bu nöqteyi-nəzərdən, onların bu fikirləri cəfəngiyyatdır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO