Rusiya qoşunları Ukrayna ərazisinə Belarus Respublikasının aerodrom şəbəkəsindən istifadə etməklə aviazərbələr endirməyə davam edir.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna ordusu müdafiəyə davam edir və qarşı tərəf canlı qüvvə və texnika baxımından ciddi itkilər verir.
Bundan əlavə bildirilib ki, İrpen şəhəri üç sutkadan artıqdır işıqsız, susuz və istiliksiz qalıb.
Mənbə: Segodnya.ua
Zamantv.az