[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər niyə Sarıbabada mövqe tutmaq istəyirdi? - İLGİNC


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu ötən gün “Qisas” əməliyyatı keçirərək, qanunsuz erməni silahlılarına ağır zərbə endirib, eyni zamanda düşmənin ələ keçirməyə çalışdığı Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, xüsusilə Sarıbaba yüksəkliyi 44 günlük müharibədən sonra qanunsuz erməni silahlı dəstələri və rus sülhməramlılarının xüsusi diqqət mərkəzinə düşmüşdü.

Hələ 2021-ci ilin avqustunda erməni saytlarında Şuşa və Laçın rayonları ərazisindəki Sarıbaba yüksəkliyi haqda məlumat yayılmışdı. İddia edilirdi ki, yüksəklik Azərbaycan Ordusunun nəzarətində deyil.

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşən Rusiya sülhməramlıları isə bu ili əvvəlində Sarıbaba dağının Laçın rayonu ərazisinə düşən hissəsində patrul xidməti həyata keçirməyə başlamışdı.

Yerli saytlar hələ o zaman Rusiya Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası ilə bağlı dərc etdiyi 15-16 fevral tarixli xəritələrdə bu əraziləri də əhatə etdiyini müəyyənləşdirmişdi. Bəhs edilən xəritələrdə Şuşa rayonunun Qaybalı kəndindən Sarıbaba yüksəkliyinə patrul marşrutu qeyd olunurdu.

Halbuki Laçın rayonu ərazisindəki Sarıbaba yüksəkliyi heç bir halda Rusiya sülhməramlı kontingentinin nəzarətində ola bilməz. Çünki bu yüksəklik Laçın yoluna ən azı 5 km məsafədə yerləşir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına isə 5 km enə malik Laçın yolu həvalə edilib – yəni yolun sağ və sol istiqamətində 2,5 km məsafə rus sülhməramlılarının nəzarət zonasıdır. Bu halda Laçın yolundan 5 km-dən də çox məsafədə yerləşən Sarıbaba yüksəkliyinə rus sülhməramlılarının patrul xidməti təşkil etməsi səlahiyyətlərindən kənara çıxmaq idi.

Moderator.az-ın o vaxt apardığı araşdırmalar zamanı fevralın 8-dən 14-dək Rusiya kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdəki təxminən eyni koordinatda rus şriftləri ilə “post NK №821” yazıldığının əks olunduğu üzə çıxmışdı. Belə çıxırdı ki, rus sülhməramlıları ərazidən kənara çıxaraq, həmin yüksəklikdə post qurmağa cəhd göstərirlər.

Ermənistan siyasi rəhbərliyinin və Rusiya sülhməramlı kontingentinin Sarıbaba yüksəkliyinə bu qədər diqqət ayırması və onu ələ keçirmək üçün çalışmasının səbəbi nədir? Niyə rus sülhməramlıları Sarıbaba yüksəkliyində post qurmağa çalışırdı?

Xüsusilə Azərbaycanın alternativ yolu hazır edərək, Laçın yolunu tələb etməsi ilə eyni vaxtda qanunsuz erməni silahlılarının aktivləşməsi və Qırxqız və Sarıbaba yüksəkliklərinə nəzarəti ələ keçirməyə, orda mövqe qurmağa çalışması diqqətdən yayınmır.

Məsələ burasındadır ki, Sarıbaba yüksəkliyi olduqca mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Dəniz səviyyəsindən 2295 metr yüksəklikdə yerləşən bu zirvədən Laçın şəhəri, Turşsu qəsəbəsi, Böyük və Kiçik Qaladərəsi kəndləri, Laçın-Gorus, Laçın-Qubadlı yollarını nəzarət altında saxlamaq mümkündür.

Xüsusilə mühüm məqam və görünür, erməni terrorçuların məhz indiki təxribatının əsasında duran məsələ odur ki, Laçın yolunun alternativi olan yol məhz Sarıbaba yüksəkliyinin yaxınlığından keçir. Yəni bu zirvədə olan hərbi qüvvə həmin yola asanlıqla nəzarət edə biləcək.

Laçın yolunun Azərbaycana təhvil verilməsi ilə Şuşa da erməni təxribatından əhəmiyyətli dərəcədə sığortalanmış olacaq.

Artıq separatçı-terrorçu dəstə susduruldu və təxribata imkan verilmədi, Sarıbaba və Qırqız yüksəklikləri, eyni zamanda daha bir neçə adsız yüksəklik və ermənilərin qanunsuz olaraq yaratdıqları “mövqe-postlar” Ordumuzun nəzarəti altındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi

Bakı şəhərində “yaşıl terror” davam edir. Bu dəfə işbazların hədəfində paytaxtın Atatürk prospektindəki parkın ərazisidir.

“Atatürk” parkının Həsən Əliyev küçəsi tərəfindən kəsişməsində 20-dən artıq ağac, onlarla bəzək və gül kolları məhv edilib.

Prospektin Həsən Əliyev küçəsi ilə kəsişməsindəki yaşıllıq zolağı neçə müddətdir ki, dəmir hasara alınıb.

Nəticədə, həm insanların burdan rahat gəlişinə ciddi əngəl yaradılıb, həm də ki, hasarın içindəki ağaclar qəsdən qurudulub yandırılır. Biz ərazidə olarkən 20-dən artıq iri budaqlı ağacların qırıldığını gördük.

Eyni zamanda, ərazidəki gül və bəzək kolları qəsdən yandırılıb. Bu isə paytaxtda sınanılmış bir metoddur. Əvvəl yaşıllıq ərazi hasarlanır, sonra ərazidəki yaşıllıqlar qurudulur və sonda müvafiq qurumların “razılığı” ilə ərazi qurumuş ağaclardan “təmizlənir”. Yerində möhtəşəm ticarət və yaxud iaşə obyekti tikilir. Yəqin ki, Atatürk Parkındakı yaşıllıq zolağını da eyni aqibət gözləyir.

“Sevənlər”in vüsala qovuşduğu yer

Yaşıllıq zolağı təkcə ağacların məhv edilməsi ilə yadda qalmır. Bura daha çox əyyaşxana və yüngül əyləncə yerini xatırladır. Burdan keçən insanlar təbii ehtiyaclarını ödəmək üçün əraziyə girirlər. Ən dəhşətlisi isə buranın “sevənləri”n vüsal yeri olmasıdır. Bir çox yüngül həyat tərzi keçirənlərr öz ehtiraslarını məhz burda söndürürlər. Bunun üçün yaşıllığın bir küncündə “VİP” yer də hazırlanıb.

Bir sözlə şəhərin mərkəzində, gediş-gəlişin çox olduğu bir yaşıllıq ərazi hamının gözü qarşısında məhv olub gedir.

Maraqlı məsələ odur ki, parkın Ayna Sultanovadan üzübəri bütün hissəsi yüksək səviyyədə abadlaşdırılıb. Amma məhz bu hissədə kiçik bir ərazi illərdir ki, əl vurulmur. Buranın daimi sakinləri deyir ki, bu qədər müddət uzadılmasının səbəbi isə hansısa işadamı ilə bəzi məmurların razılığa gələ biməməsidir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənmək istədik.

Nazirlikdən Bizim.Media-ya bildirdilər ki, məsələdən xəbərsizdirlər. Məsələni ətraflı araşdırıb məlumat verəcəklər.

Mövzunu davam etdirəcəyik. //Bizim.Media//
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq deputatın rəhbərlik etdiyi zavodun gəlirləri kəskin azaldı - BAĞLANACAQ?


“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ötən il üçün maliyyə hesabatını açıqlayıb.

DİA.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, zavod il ərzində 2 milyon 22 min 227 manat xalis mənfəət əldə edib.

Bu, əvvəlki illə müqayisədə 3,6 dəfə az olub. Belə ki, “Gəncə Avtomobil Zavodu” 2020-ci ildə 7 milyon 396 min 335 manat xalis mənfəət ədə etmişdi.
Məlumat üçün bildirək ki, “Gəncə Avtomobil Zavodu”nun inşasına 1986-cı ildə başlanılsa da Sovet ittifaqının dağılması nəticəində yarımçıq qalıb. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 1995-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. Zavodda ilk avtomobil istehsalı (yığılması) 2004-cü ildə reallaşıb. Rəsmi məlumatlarda “Gəncə Avtomobil Zavodu”nun qanuni təmsilçisi (direktor) kimi Nəbiyev Bağban Qoca oğlu qeyd olunub. Zavodun rəsmi veb-saytında isə direktor kimi Kamran Nəzərovun adı yazılıb. Bağban Nəbiyev isə 1-ci müavin olaraq göstərilir.
Onu da bildirək ki, Gəncə Avtomobil Zavodu” İstehsalat birliyinin Müşahidə Şurasının sədri sabiq millət vəkili Xanlar Fətiyevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aparacaqmı tenderlər SARANI?.. - İTTİHAM VAR!


Söhbət hazırda Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsində çalışan Sara Həsənovadan gedir.
Sara Həsənova 1-ci dəfə, yəni o zamankı səhiyyə naziri Əli İnsanovun zamanında Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub.
Sonradan 2-ci dəfə Oqtay Şirəliyevin zamanında daha böyük vəzifəyə, yəni Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.
Təsəvvür edirsiniz Əli İnsanov dövrünün Sarası bir gecənin içində dönüb oldu Oqtay Şirəliyev dövrünün Sarası.
Qadında fərasətə bax ee…
Yəni Sara Həsənova qısa vaxtda rayon ( Səbail ) səviyyəsindən respublika səviyyəsinə keçə bildi.
Hətta sonra Saranın vəzifəsi daha da böyüdü və Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsinə təyin olundu.
Bu gün Sara Həsənova yeni səhiyyə naziri Teymur Musayevin tabeçiliyi altında çalışır.
Çalışır deyiləndə…gəlin görək Sara xanım işlədiyi yerlərdə necə çalışıb.
Sara Həsənova əvvəlcə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışanda rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları isə...VAHİMƏLİ bir şəxslə hədələyərdi.
Sonradan Sara Həsənova respublikada SKM rəisi olarkən 3 ayda respublika ərazisinə məhsul gətirən sahibkarlara 4006 ədəd gigiyenik sertifikat verib və hərəsindən nə isə alıb.
Təsəvvür edirsiniz hər aya təxminən 1335, hər günə 44 sertifikat...İndi bazar, şənbə və bayram günlərini çıxın və...
Görün Sara Həsənova 1 gündə nə qədər sertifikat paylayıb. Bu, ümumiyyətlə, fiziki cəhətdən mümkün deyil. Çünki hər məhsul laboratoriyada analizdən keçməli, keyfiyyəti bəlli olmalı və s.
Deməli, Sara Həsənova sadəcə sertifikatları verib və sahibkarların gömrükdən keçməsinə yaşıl işıq yandırıb. Və bunun nəticəsidir ki, ölkəmizə keyfiyyətsiz qidalar, vaxtı keçmiş un məhsulları, hətta Saranın sayəsində Çindən sintetik-kimyəvi düyülər gətirilib. Sonra da deyirik ki, ölkədə bu qədər xəstə olar...
Sara Həsənova təkcə sertifikat verməklə məşğul olmayıb.
Sara Həsənova SKM-ə rəis təyin olunan kimi mühasibləri, təsərrüfat müdirini və digər vəzifəli şəxsləri dəyişib. Və 300-400 manat maaş alan işçilərə 3000-4000 manat, hətta katibəsinə 2500 manat mükafat yazıb.
Sonra Sara Həsənova Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru oldu.
Məlumat üçün qeyd edək ki, Sara Həsənova təkcə təmizlik-gigiyena işlərinə baxmır e,
ictimai-iaşə obyektlərinə, ölkəyə gətirilən mineral sulara, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir.
Bəli, tikinti-inşaat…
Yəqin ki, 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın çoxlarının yadındadır. Həmin faciədən sonra Bakıda tikintidə geniş istifadə edilən poliuretan örtüklər qadağan edildi. Və binaların çoxundan yığışdırıldı.
Həmin poliuretan örtüklərin Azərbaycanda tikintidə istifadəsinə kim icazə vermişdi ?
Əlbəttə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin o zamankı direktoru həmin inşaat materialına keyfiyyət sertifikatı vermişdi. Yəni bu sahə çox geniş sferaları əhatə edir.
Sara Həsənova GEM-in hesabına milyonlar qazanıb, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə...
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovaın GEM adı altında keçirdiyi bahalı tenderlərin siyahısını burada dərc etsək oxucunun onu axıradək oxumağa hövsələsi çatmaz.
Təkcə onu qeyd edək ki, Sara Həsənova Dəftərxana və təsərrüfat xərcləri üçün 150 min 347 manat 85 qəpik, avtomobil sürtkü materialları üçün 51 887.55 manat, avtomobil üçün ehtiyyat hissələri almağa 140 min 515 manat 58 qəpik puı xərcləyib.
Ay Sara xanım, sən avtomobil hissələrinə bu qədər pul xərcləmisənsə, niyə GEM-in maşınlarının təkərləri “keçəl”dir ?
Təkərlər “keçəl” olduğu üçün dəfələrlə GEM-in sürücüləri qəza vəziyyətinə düşüb.
Qaraj müdiri Yaşar müəllim buna etiraz etdiyi üçün dəfələrlə Sara xanım onu kabinetinə çağırıb danlayıb, işdən çıxmasını tələb edib. Axırda yazıq Yaşar müəllimin kabinetində ürəyi partlayaraq ölüb.
İndi isə Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın qohumu olan Sara Həsənovanın bir ildə rayonlara ayırdığı pulun məbləğinə nəzər salaq - 7 MİLYON 409 MİN 814 MANAT 98 QƏPİK.
Mərkəzi Aparat üçün isə 2 MİLYON 610 MİN 220 MANAT 94 QƏPİK.
İndi gördünüzmü Sara Həsənova təkcə mərkəzi aparata ildə 2-3 milyon pul xərcləyir. Vallah heç ABŞ-ın Gigiyena Mərkəzi bu qədər pulu israf etmir.

Bəs görəsən, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi nə üçün Sara Həsənovadan hesabat tələb etmir..? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistin ailəsi Prezidentə müraciət edib: - "Hakim jurnalisti şərləyib"


Jurnalist, "Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin direktoru Zaur Mirzəzadənin yaxınları onun şərlənərək həbs edildiyini deyir.

Onlar bildiriblər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin jurnalistlə bağlı çıxardığı bəraət hökmünü ədalətsizcə dəyişdirib və barəsində qanunsuz 5 il həbs qərarı çıxrıb.

Ailə hesab edir ki, Faiq Qasımov sifariş əsasında hansısa maraqlı şəxslərin istəyinə uyğun olaraq bu qərarı verib.

Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda ittiham olunan jurnalist barəsində 08.10.2021– ci il tarixli qərarı ilə bəraət hökmü çıxarıb.

Jurnalist həmin vaxt mediaya deyib ki, əslində o, şərlənib və dələduzluq ittihamı saxtadır. Amma jurnalisti ittiham edənlər qərardan apelyasiya şikayəti veriblər.

Yaxınları deyir ki, şikayətçilər Bakı Apellyasiya Məhkəməsi hakimi Faiq Qasımovla "dil tapa" biliblər. Belə ki, 17.05.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı bəraət hökmünü ləğv edib və 5 il həbs cəzası kəsib.

Jurnalistin yaxınları bildiriblər ki, hakim Faiq Qasımovla bağlı Prezident İlham Əliyevə, Ədliyyə Nazirliyinin Məhkəmə-Hüquq Şurasına, Baş prokurur Kamran Əliyevə müraciət edəcəklər.

Onlar hakimin fəaliyyətinin araşdırılmasını tələb edir və bu "sifarişli" qərarın nəyin müqabilində verildiyini araşdırmağa çalışırlar.

Onlar həmçinin işdən protest verən prokurorun da qanunsuz addım atdığını iddia edirlər.

Zaur Mirzəzadə "Xalq.az" və "Bakutime.az" saytlarının baş redaktoru olub.

Yaxınları iddia edirlər ki, jurnalisti əsassız və təhrif olunmuş faktlara əsasən beş il müddətinə azadlıqdan mərhum edən hakim Faiq Qasımov cəzalandırılmalıdır.

Jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev də jurnalistin qanunsuz həbs olunduğunu deyir: "Bakı Apellyasiya Məhkəməsi heç bir hüquqi əsas olmadan müvəkkilim barəsində beş il müddətinə həbs qərarı çıxarıb. İş materialları ilə yaxından tanışam və Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin hüquqlarını müdafiə etmişəm. Ona görə də bəyan edirəm ki, müvəkkilim heç bir cinayət əməli törətməyib və Bakı Apelyasiya Məhkəməsinin onunla bağlı hökmü qanunsuzdur".

Vəkil hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş tam olaraq araşdırılıb: "Zaur Mirzəzadənin barəsində bəraət hökmü çıxarılıb. Sonradan Baş Prokurorluq heç bir əsaslandırma aparmadan və təhrif olunmuş sübutlar təqdim edərək onunla bağlı protest verib. Bakı Apellyasiya Məhkəməsində iş materialları araşdırılmadan Pprokurorluğun protetsi təmin edilib. Hakim Faiq Qasımov məhkəmə tədqiqatı aparsaydı, o zaman Zaurun günahsız olduğu sübuta yetiriləcəkdi. Bir halda ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü qüvvəsində saxlanılmayıb, bu aydın şəkildə deməyə əsas verir ki, məsələyə subyektiv yanaşılıb və kənar müdaxilə ilə nəticələnib”.

Vəkil bildirib ki, vaxtilə Zaur Mirzəzadə ilə dostluq münasibətləri olan və Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş əməkdaşı Aygün Tarverdiyeva başqa bir şəxsdən aldatma yolu ilə 18 min AZN pul alıb: "2015-ci ildə bununla bağlı A.Tarverdiyevanı istintaqa çağırıblar və vəziyyətinin çıxılmaz olduğunu görən keçmiş dostu pulu Zaura verdiyini bəyan edib. 2017-ci ildə məlum olanda ki, Zaurun heç bir təqsiri yoxdur və sadəcə hansısa bir qadın tərəfindən şər-böhtana məruz qalır, onunla bağlı cinayət təqibinə son verilib".

"Aygün Tarverdiyeva planlı olaraq Zaur Mirzəzadəni şərləyib. Zauru bu şərləməyə görə istintaqa cəlb ediblər və 3 müstəntiqin araştırmasına əsasən günahsızlığı sübuta yetirilib. Bu cinayət materiallarında da öz əksini tapıb. Məhz elə bu səbəbdən də Bakı Ağır Cinayətlər Məhkəməsi Zaur Mirzəzadə barəsində bəraət hökmü verib”, - deyə o bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin mart ayına qədər Zaur Mirzəzadə ilə ümumiyyətlə maraqlanan olmayıb: "Hansı ki hadisənin 2015-ci ildə baş verdiyi iddia olunur. Altı il ərzində adamı bir dəfə dindirməyib, sonradan onu 4 iş günü ərzində məsuliyyətə cəlb etsələr də, Bakı Ağır Cinayətlər Məhkəməsində ədalət öz yerini tapdı. Təbii ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun əsassız qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik".

"Özlərindən saxta tarixlər və əlaqəsiz ittihamlar uydurub Zaur Mirzəzadəni əsassız olaraq həbsə məhkum ediblər. İnanırıq ki, növbəti instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsindən fərqli olaraq kənar müdaxilə olmayacaq və ədalət tərəzisi nizamlanacaq. Sona qədər müvəkkilimizin hüquqlarını qoruyacağıq” – deyə Zaur Mirzəzadənin vəkili vurğulayır.

Ailə isə iddia edir ki, işi araşdırmadan qərar çıxaran və Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət qərarını ləğv edən Faiq Qasımovla bağlı şikayətlərini bütün lazımi instansiyalara təqdim edəcəklər. Onların fikrincə, ortada bəraət hökmü olduğu halda, "hakim jurnalisti şərləyib".

Onlar həmçinin Baş prokuror Kamran Əliyevdən xahiş edirlər ki, işlə bağlı protest verilməli və obyektiv araşdırmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı

arqument.az
Jurnalistin ailəsi Prezidentə müraciət edib: - "Hakim jurnalisti şərləyib"
Jurnalistin ailəsi Prezidentə müraciət edib: - "Hakim jurnalisti şərləyib"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqan səhiyyəsindəki həbslər direktoru HƏDƏFƏ ALACAQ? - Görünəni odur ki...

Bu günlərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında direktor Nürəngiz Bəşirovanın keçmiş və hazırki qanunsuz əməlləri, xəstəxanada “daxili mühafizə xidməti” adı altında formalaşdırdığı qoçu dəstəsinin pasientləri incitməsi, Vətən müharibəsi dövründə əraziyə gələn xüsusi xidmət orqanları əməkdaşlarını öz evində qonaq saxlayıb, qulluq göstərdiyinə görə öyünməsi, qovulduğu Xocavənd xəstəxanasında işləyəndə sürdüyü maşını Beyləqan səhiyyəsinə transfer olunandan sonra qat-qat bahalısına dəyişdiyi və rəvac verdiyi digər qanunsuzluqlar barədə RealMedia.az saytında əvvəllər dərc olunmuş tənqidi yazıların təsdiqi kimi xidmət edən hadisə baş vermişdir.

Bu günlərdə isə RealMedia.az saytına daxil olan məlumatda qeyd olunur ki, Beyləqan polisi daxil olan məlumat əsasında keçirdiyi əməliyyatla xəstəxanadan xəlvət yanacaq satan oğruları cinayət başında yaxalayıb. Bildirilir ki, azı 8 nəfərin saxlanıldığı fakt üzrə cinayət işi başlanılıb. Həmçinin sızan informasiyaya görə, prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri direktor Nurəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Etibarlı mənbədən verilən məlumata görə, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərir və artıq havadarlarına ağız açaraq onlardan kömək umub.

İnanmaq istəyirik ki, Azərbaycan dövləti, onun baş prokurorluğu N.Bəşirovanın havadarlarının mümkün təzyiqinə duruş gətirmək gücündədir.

Mövzuya qayıdacağıq. //realmedia.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 saylı CƏZAÇƏKMƏ müəssisəsi yox... ƏZABÇƏKMƏ müəssisəsi... - GİLEY


Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra həbs olunan Mütəllim Orucov 3 saylı təcridxanada saxlanma şəraitindən narazıdır.

Bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Mütəlllim Orucovun saxlandığı otaq səkkiz nəfərlik olsa da, orada on dörd nəfərlə saxlanılır:

“Məhbuslar məcburiyyətdən növbə ilə yatırlar. Otaqda dustaqlar siqaret çəkir deyə çox tüstülü olur. Mütəllim bəyin isə sağlamlığında, konkret olaraq tənəffüs orqanlarında problem var deyə, vəziyyəti getdikcə pisləşir”.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Mütəllim Orucov ötən ilin iyunun 1-də Almaniyadan readmissiya edilib.

Oktyabrda onun barəsində həbs qətimkan tədbiri seçilib.

Orucova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

Bu ittihamla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. O, ittihami qəbul etmir.
3 saylı CƏZAÇƏKMƏ müəssisəsi yox... ƏZABÇƏKMƏ müəssisəsi... - GİLEY

Xatırlatma

Azərbaycanla “Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ildə imzalanıb.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisində qeyri-qanuni yaşadığı aşkarlanan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

Son illər Almaniyadan readmissiya olunan şəxslərdən Azərbaycanda 5 nəfər həbs edilib.Onlardan bir neçəsinə məhz narkotik ittihamı verilib.

Həbs edilənlərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi həbslər sayırlar.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması fikrini qəbul etmirlər.

AzadlıqRadiosu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzulinin icra başçısı naziri SAYA SALMIR? - İDDİA


Bu günlərdə etibarlı mənbədən aldığımız məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Anar Süleymanovun Füzuli rayonu ərazisinə girişinə məhdudiyyət qoyub. Buldirilir ki, icra başçısı ötən həftə keçirdiyi kabinet iclasında hətta Anar Süleymanovun rayonda gözə dəyəcəyi təqdirdə döyülməsinə də fətva verib.

Maraqlıdır, görən hansı səbəbdən Alıyev nazirlik əməkdaşının rayonda fəaliyyətinə “stop” qoyub? Xatırladaq ki, Anar Süleymanov Füzuli rayon sakini deyil, yerli əhali arasından heç kimlə şəxsi münasibətlər zəminində ixtilafı yoxdur, davranışında cəmiyyətdə qəbul olunmuş etik qaydalara ciddiliklə əməl edən biridir. Belə olan halda ilk ağıla gələn versiya budur ki, Alıyevin Süleymanovu hədəfə almasının yeganə səbəbi yalnız ikincinin peşə fəaliyyəti ilə əlaqədardır. Süleymanovun vəzifəsi isə işlədiyi İdarənin nəzarət dairəsinə aid olan rayonlarda, o cümlədən, Füzulidə təbii sərvətlərin talanmasına, yaşıllqların məhv edilməsinə qarşı mübarizə apatrmaqdır. Görünür, bu iki vəzifəli şəxsin qeyd olunan müstəvidə maraqları toqquşur. Bir daha qeyd edirik ki, Süleymanov dövlətin xalqın maraqlarından çıxış etdiyi halda, Alıyev öz şəxsi mənafeyini güdür. Çünki indiyədək rayon ərazisində inşa olunan bir çox qanunsuz tikililər, başçının izn-rüsxəti ilə satılan torpaq sahələri məhz yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə müşayiət olunub.

Başqa bir məsələ, Alıyevin öz səlahiyyət həddini aşmasıdır ki, bunun da kökü yəqin ki, hələ AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə, Surət Hüseynovun “qılıncının dalının-qabağının kəsdiyi” dönəmdə topladığı talançılıq təcrübəsindən, zərərli vərdişlərdən qidalanır. Məhz həmin anarxiya, özbaşınalıq dövründə zamanın nəbzini tutaraq əldə etdiyi haram qazancın dadı Alıyevin damağından getməyib. Yaxud, ola bilsin, müasir Azərbaycanın siyasi-ictimai həyatında baş verən proseslər Alıyevdə elə təsəvvür yaradıb ki, növbəti xaos elə də uzaqda deyil.

Belə görünür, sabah Ekologiya və Təbii Sərvətlər nazirinin özü də Füzuli rayonuna səfər etmək istəsə, Alıyevin münasibətini öyrənməlidir.

İşğaldan azad olunmuş torpaqlar hesabına Füzuli rayonunun da ərazisi bərpa olunub. Geri qaytarılmış ərazilərdə düşmən tərəfindən basdırılmış minaların partlaması, dinc vətəndaşların, eləcə də dövlət məmurlarının həyatına təhlükə törətmək ehtimalı yüksəkdir. Ancaq bu xəbərdən sonra ehtiyatlanmağa dəyər ki, həmin minaları basdıran erməni olmaya da bilər. //realmedia.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Bağırov Gürcüstanla sərhəddəki gömrük postlarını TƏFTİŞ EDƏCƏK - MƏNBƏ


Dövlət Gömrük Komitəsinin səlahiyyətlərni icra edən Şahin Bağırov Azərbaycan-Gürcüstan sərhəddinə gedəcək.

DİA.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya Gömrük Komitəsindəki mənbə bildirib.

Məlumata görə, Şahin Bağırov Azərbaycan -Gürcüstan sərhəddindəki “Sınıq Körpü” gömrük-keçid məntəqəsindəki vəziyyətlə tanış olacaq.

Bundan başqa onun Qərb Ərazi Baş Gömrük İdarəsində regional müşavirə keçirəcəyi deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallının yeni başçısı da İŞƏ YARAMADI... - Hələ "çiləsi çıxmayıb", amma...

Masallı rayon sakinləri icra hakimiyyətinin yeni başçısı Araz Əhmədovun sələflərinin yolu ilə getməsindən narazıdır.

DİA.AZ_ın məlumatına görə, Masallı şəhərinin bir qrup sakini tərəfindən AzToday.az-a göndərilən şikayətlərdə bildirilir ki, yeni başçı özündən əvvəlki başçılarının korrupsiyaya bulaşmış kadrlarını vəzifələrində saxlayır, bəzilərini isə daha yüksək vəzifələrə təyin etmək niyyətindədir.

Belə ki, sakinlər yeni başçıdan Şahin Məmmədov və Rafil Hüseynovun vaxtında şəhər təsərrüfatına rəhbərlik edən şəxsləri cəzalandıracağını gözlədiyi halda, onlar hələ də iş başındadırlar.

Bu şəxslərdən biri də Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə Nümayəndəliyinə rəhbərlik edən Əbülfəz Nuriyevdir. Şikayətlərdə iddia olunur ki, Əbülfəz Nuriyev Şahin Məmmədovun vaxtında Yaşıllaşdırma İdarəsini faktiki olaraq idarə edib. Və işçilərin əmək haqlarının bir hissəsini müxtəlif bəhanələrlə onlardan alıb.

Masallının yeni başçısı da İŞƏ YARAMADI... - Hələ "çiləsi çıxmayıb", amma...

Əbülfəz Nuriyev

Özünü Masallı şəhərinin meri sayan Əbülfəz Nuriyevin biznesi ilə bağlı da müxtəlif iddialar var. İcra nümayəndəsinin Viləş çayının mühafizə zonasında daş, çınqıl, qum və s. tikinti materiallarının satışıyla məşğul olması baradə çeşidli informasiyalar yayılıb. Həmçinin şəhər ərazisində tikinti normalarına uyğun olmayan obyektlərin tikintisində də Əbülfəz Nuriyevin iştirak etdiyi bildirilir. Məlumatlarda iddia olunur ki, icra nümayəndəsi şəhərdə özünə məxsus sənətsiz qeyri-yaşayış obyektləri də tikib.
Şikayətlərdə deyilir ki, Əbülfəz Nuriyev dövlət tərəfindən əhalinin yoxsul təbəqəsi üçün ayrılmış yardımların ünvanına çatmamasında rolu olub. Və şəhərdə qanunsuz küçə ticarətinə şərait yaradıb. Bütün bunlar isə şəhər sakinlərinin haqlı narazılığına səbəb olub.

Əbülfəz Nuriyevin Masallı şəhər təsərrüfatının satınalmalarında maxinasiyalar etdiyi də yayılan məlumatlar sırasındadır.

Şəhər sakinləri Araz Əhmədovdan xahiş edir ki, Əbülfəz Nuriyevin fəaliyyəti araşdırılsın və yoxlamaların nəticəsində onun barəsində tədbirlər görsün…

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO