Rusiya Ukraynada yeni hücuma hazırlaşır? – ŞƏRH

11:48 1.04.2022 239
Rusiya Ukraynada yeni hücuma hazırlaşır? – ŞƏRH
Rusiya və Ukrayna üçün danışıqlar aparmağa ən etibarlı məkanlardan biri İstanbuldur, İstanbul hazırda dünyanın həlledici siyasi mərkəzi kimi coğrafi əhəmiyyətini artırır.

İstanbulda aparılan Rusiya-Ukrayna danışıqları müharibənin bitməsinə dair ümidləri cücərtsə də, hərb cəbhəsindəki bəzi qaydalar fərqli fikirlər yürütməyə səbəb verir.

Rusiya İstanbuldakı müzakirələrin getdiyi zamanda öz qoşunlarının bir hissəsini Kiyev şəhərinin şərq və qərb hissəsindən, Çerniqovun, Sumının, Xarkovun bəzi ərazilərindən çıxarıb. İstanbuldakı müzakirələrdən sonra Rusiyanın Ukraynadakı hərbi sxeminin izahını verməyə çalışaq.

Rusiya qüvvələri məhdud və lokallaşdırılmış quru hücumları həyata keçirərək müdafiəyə keçməyə davam edir. Ukrayna isə Rusiyanın bu geri çəkilişindən ehtiyat edərək onun əməliyyatlarını pozmaq və Kiyevə təzyiqi aradan qaldırmaq üçün paytaxt ətrafında məhdud və uğurlu əks-hücumlar həyata keçirir.

Mariupoldakı döyüşlər isə Ukraynanın şiddətli müqaviməti və Rusiyanın məhdud mübarizəsi kimi davam edir.

Qısası, Rusiya İstanbulda müzakirələr başlayandan bu yana Ukraynada demək olar ki, hücum əməliyyatı təşkil etməyib və Ukrayna ordusunun bir neçə istiqamətdən əks-hücumu ilə üzləşib.

Lakin Rusiya öz sərhədi ətrafında işğal bucağı yaratmağa nail olub, hadisələrin hansı məcraya yönələcəyi isə hələ qeyri-müəyyən olaraq qalır.

Bununla belə, Qərb tərəfdən verilən açıqlamalarda Rusiyanın növbəti hücuma hazırlaşdığına dair həyəcan təbili çalınır, bu informasiyalar üzərində isə proqnozlar səsləndirmək mümkündür.

NATO-nun, eləcədə də alyansın nəhəngləri ABŞ və Britaniyanın həyəcanlı kəşfiyyat məlumatlarını analiz etsək, belə mülahizə yürüdə bilərik:

1. Böyük ehtimal ki, Rusiya atəşkəsə nail olmağa çalışır, bu isə onun qüvvələri yenidən birləşdirmək üçün vaxt qazanmasına hesablanıb,

2. Ancaq Rusiyanın ümumi tablodakı hərbi məqsədlərini incəliyi ilə müəyyən etməyə dair aydın əlamətlər gözə dəymir.

Hazırda Rusiyanın ümid edə biləcəyi optimal düstur Ukraynada əldə etdiyi işğal qazancını möhkəmləndirmək və “donmuş” vəziyyət yaratmaq üçün atəşkəsə nail olmaqdır. Rusiyanın hazırkı hədəflərindən biri Ukraynanın cənubudur, əgər atəşkəs olarsa, Moskva Ukrayna ordusunun cənubdakı əks-hücum əməliyyatını dayandıra biləcək və orada olan qüvvələrini yeni hücum üçün hazırlayacaq.

Yəqin ki, indi danışıqlarda Rusiya üçün əsas hədəf atəşkəsdir və Qərb də onun planındakı hiyləgərliyi anlayır. Buna görə də, Qərb danışıqlarda Ukrayna tərəfinə çıxış əldə edərək rəsmi Kiyevi bu plana getməməyə çağıra bilər.

Atəşkəsə nail olmaq üçün isə Rusiya görüntü yaratmalıdır və zahiri olaraq bu fonu təqdim etməyə çalışır. Rusiya qoşunlarının rotasiyasını geri çəkilmək kimi qələmə vermək cəhdlərinə girişir.

Rusiyanın təcavüz planlarını hələ də masada olduğunu göstərən nişanələrdən biri də, “Vaqner” özəl hərbi şirkətinə məxsus muzdluların yenidən Ukraynaya salınmasıdır.

Aqşin Kərimov
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO