[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var
Rusiyanın Krasnoyarsk diyarında 200-ə yaxın tikili, o cümlədən uşaq bağçası və daş karxanası yanır, qurbanlar var.

Bu barədə Krasnoyarsk diyarı üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, beş nəfər həlak olub, onlardan ikisi uşaqdır.
Güclü külək vəziyyəti daha da pisləşdirib. Şəhərlər tüstü-dumana bürünüb. Yollarda görüntü, demək olar ki, sıfıra enib. Yerli hökumət sakinlərə çölə çıxmamaq və pəncərələri bağlamaq barədə çağırış edib.

Regionda fövqəladə vəziyyət elan olunub.
Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər varRusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər varRusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada döyüşən İsrail muzdlularının sayı AÇIQLANDI
Ukraynada döyüşən İsrail muzdlularının sayı açıqlanıb.

Zamantv.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Kiyevin baş ravvini Moşe Reuven Asman danışıb. O bildirib ki, İsraildən olan 200 muzdlu Ukrayna Silahlı Qüvvələrində xidmət edir.

Məlumata görə, həmin əməkdaşlardan biri - aprel ayından Xerson istiqamətində döyüşlərdə iştirak edən “Vəhşi Qaz” ləqəbli 29 yaşlı baş leytenant Maksim P..dir. O, Ukraynanın Vinnitsa vilayətində doğulub, lakin 2015-ci ildə anası ilə birlikdə İsrailə köçüb.
2017-ci ildə İsrail Müdafiə Qüvvələrində xidmətə çağırılıb, sonra zabit kurslarına gedib. Muzdlu əsgər kimi Maksim P. 2022-ci ilin martında Ukraynaya yollanıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İsrail muzdluları Ukrayna Milli Qvardiyasının Azov alayının sıralarında ukraynalı yaraqlılarla birlikdə döyüşürlər. O, Rusiyada bu faktı təsdiqləyən video sübutların olduğunu da açıqlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada üç kəndin əhalisi təxliyə edilir
Meşə yanğınları ilə əlaqədar Rusiyanın Kurqan vilayətində üç kəndin sakinlərinin təxliyəsinə başlanılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Profilaktik tədbirlər çərçivəsində Belozerski rayonunun Redkina kəndinin də təxliyəsi elan edilib. Ümumilikdə 367 nəfər, o cümlədən 66 uşaqdır”, - deyə məlumatda bildirilir.

Daha əvvəl, Kurqan vilayətinin Belıyar və Peredergina kəndlərinin də sakinləri təxliyə edilib.

Ümumilikdə 500 nəfərin təxliyəsi planlaşdırılır.

Yanğının söndürülməsini sürəti 20-25 m/s-ə çatan güclü külək çətinləşdirir. Ən çətin vəziyyət regionun Ketovski, Belozerski və Karqapolski rayonlarının ərazisində qalır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb.

Bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk bildirib.

Parlamentin sədri vurğulayıb ki, artıq Ukrayna qanunvericiliyində “Böyük Oktyabr Sosialist İnqilabının qələbələri”ndən bəhs edilmir və Kommunist Partiyasının hazırladığı proqramlara istinad edilmir.

“SSRİ və Ukrayna SSR dövlət hakimiyyəti və idarəetmə orqanlarının 1200-ə yaxın aktı təmizlənir”, – deyə o əlavə edib.

Ukrayna hökumətinə həmçinin yeni Əmək, Mənzil və İnzibati Xətalar məcəllələrinin hazırlanması tapşırılıb.

Qeyd edək ki, Rada “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanun layihəsini aprelin 21-də qəbul edib.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Madridin mərkəzində güclü partlayış: Çox sayda yaralı var
İspaniyanın paytaxtı Madriddə dördmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Hadisə ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılır
Salamanka rayonunda, General Pardinyas küçəsində baş verən dağıntı zamanı on yeddi nəfər yaralanıb. Hadisənin başvermə səbəbi dəqiq bilinməsə də, qaz partlayışı ilkin versiyadır.

Xilasedicilər yaralıların sayının artması ehtimalı ilə hadisə baş verən ərazidə səhra hospitalı yerləşdiriblər.

Mənbə: El Pais
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran ölkələrə təzyiq etmək üçün xarici vətəndaşları girov götürür?
İrana səyahət edən İsveç vətəndaşını vətəninə qayıtmağa qoymayıblar.

Bu, ölkələrə təzyiq etmək üçün xarici vətəndaşların girov götürülməsi ilə bağlı İranda növbəti hadisədir.

Turist olmasından başqa, İranla heç bir əlaqəsi olmayan 30 yaşlı şəxs ölkəni tərk etmək istədiyi zaman həbs olunub.

İsveç Xarici İşlər Nazirliyi bir İsveç vətəndaşının hazırda İran nəzarətində olduğunu təsdiqləyib, lakin əlavə məlumat və ya şərh təqdim etməyib. İran rəsmiləri hələlik məsələyə münasibət bildirməyiblər.

İsveçin Tehrandakı səfirliyi İran hakimiyyəti ilə əlaqə saxlayaraq hadisəni nəzarətə götürüb.

İsveçin “Aftonbladet” qəzetinə “məlumatlı mənbə” bildirib ki, həbs İsveçdə mühakimə olunan keçmiş İran prokuroru Həmid Nurinin işi ilə bağlıdır. İsveç prokurorları Nuriyə 1988-ci ildə İranda həbsxanaların təmizlənməsi zamanı insanlıq əleyhinə cinayət törətdiyinə görə ömürlük həbs cəzası istəyiblər.

Mənbə həmçinin bildirib ki, İran müxtəlif kanallar vasitəsilə Nurinin azad edilməsini tələb edib, lakin İsveç hökuməti məhkəmələrinin hökumətdən müstəqil fəaliyyət göstərdiyini və onların qərarlarına müdaxilə edə bilməyəcəyini açıq şəkildə bəyan edib.

Mənbə: Iran International
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lukaşenko: “Nüvə silahından istifadə həm də ona görə olmaz ki, bu bizi də uçura bilər”
Belarus rəhbəri Aleksandr Lukaşenko bildirib ki, Ukrayna müharibəsi zamanı nüvə silahından istifadə yolverilməzdir. Bu barədə Lukaşenko “Associated Press”ə müsahibəsində danışıb. Həmin müsahibə prezidentin rəsmi saytında dərc olunub.

“Ukrayna müharibəsində nüvə silahından istifadə yolverilməzdir, çünki o, həm də bizim yanımızdadır”, – deyə Lukaşenko vurğulayıb.

“Burada olmasa da, ABŞ kimi okeanın o tayında da deyil. Ümumiyyətlə, qəbuledilməzdir... Yer kürəsi orbitdən qopa bilər və biz haraya uçduğumuzu belə bilmərik”, - deyə o bəyan edib.

Mənbə: Associated Press
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynanın 3 təyyarəsi vuruldu
Ukrayna Silahlı Qüvvələrinin üç təyyarəsi Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.

Zamantv.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

Konaşenkovun sözlərinə görə, təyyarələr Zmeynıy adası ərazisində, həmçinin Ukraynanın Xerson və Dnepropetrovsk vilayətlərində vurulub.
Açıqlamaya əsasən, vurulan təyyarələr “Su-24”, “Su-25” və “Su-27”dir.

Konaşenkov onu da bildirib ki, Rusiya hərbçiləri Ukraynanın 14 pilotsuz uçuş aparatını məhv edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada məktəblilər köhnə soyuducuda Volqanı keçmək istədilər
Rusiyada məktəblilər zibillikdən tapdıqları köhnə soyuducuda Volqada üzməyə cəhd ediblər.

Məlumata görə, uşaqlar zibillikdən köhnə soyuducu tapıblar, sonra ondan qayıq kimi istifadə etmək istəyiblər. Bununla bağlı yayılan kadrlarda uşaqlardan birinin “qayıq”la üzməyə cəhd etdiyi görünür.

Yalnız yoldan keçənlərin müdaxiləsi və polislə hədələmələri sayəsində uşaqlar fikirlərindən dönüblər.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı yoxlamalara başlayıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə naməlum şəxs qəsdən fabrikdə güclü yanğın törətdi
Türkiyənin Konya şəhərində kosmetik məhsullar istehsal edən fabrikdə baş verən güclü yanğın və partlayışın baş vermə anları görüntülənib.

Belə ki, bir nəfərin qəsdən yanğın törətməsi və bundan sonra partlayışın baş verməsi anbaan təhlükəsizlik kamerasına əks olunub.

Partlayış nəticəsində fabrikin bəzi hissələri yan tərəfdə yerləşən fabrikin həyətinə düşüb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO