[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Amerikanın neftlə dolu supertankeri altı ildən sonra Avropaya gəlib
“Vessel Solana” supertankeri aprelin ortalarında İspaniyanın Bilbao limanına çatıb, sonra da Rotterdam və Vilhelmshafenə yola düşüb. Gəmi təqribən iki milyon barel ABŞ nefti tədarük edib. Bu, altı ildən sonra, yəni 2016-cı ildən bu yana Avropaya gələn ilk neft tankeridir.

Bu barədə “Bloomberg” gəmilərin marşrutlarını göstərən məlumatlara istinadən bildirib.

Çox vaxt nefti Avropaya çatdırmaq üçün daşıma qabiliyyəti 600 mindən bir milyon barelə qədər olan kiçik gəmilərdən istifadə edilirdi. “Vortexa” şirkətinin analitiki David Vexin sözlərinə görə, Avropa səlahiyyətliləri Rusiya yanacağına alternativ axtardıqları üçün gələcəkdə supertankerlər ABŞ-dan Avropaya neft daşımaq üçün getdikcə daha çox istifadə olunacaq. Belə ki, artıq may ayında Almaniya Amerika nefti ilə yüklənmiş daha bir supertanker qəbul edəcək.

Mənbə: mk.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəyə uçan Ermənistan təyyarəsinə görə qırıcılar havaya qalxdı
Bolqarıstan qırıcıları Rumıniyadan Türkiyəyə uçan Ermənistana məxsus təyyarəyə kömək edib.

Zamantv.az-ın xəbərinə görə, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, “Falcon 8X” təyyarəsi Bolqarıstanın hava məkanında olarkən təyyarə idarəetmə mərkəzi ilə rabitə itib. Beynəlxalq qanunvericiliyə uyğun olaraq qırıcılar havaya qalxaraq rabitə bərpa olunanadək təyyarəni müşayiət edib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ müdafiə naziri atom silahının tətbiqinə inanmır
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna münaqişəsinə görə atom silahının tətbiq ediləcəyinə inanmır.

Zamantv.az-ın xəbərinə görə, Pentaqon rəhbəri bunu Fox News kanalına müsahibəsində deyib.

Nüvə müharibəsinə inanmadığını deyən Ostin bildirib: “Beynəlxalq ictimaiyyət bunun baş verməməsi üçün əlindən gələni edir. Lakin Ukraynanın müstəqilı dövlət kimi özünümüdafiə hüququ var və biz ona kömək edirik”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanda ana azyaşlı qızını hündürlükdən ÇAYA ATDI
Ermənistanda polis öz övladını öldürməyə cəhddə şübhəli bilinən qadını saxlayıb.

Zamantv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə Debed çayının sahilində baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilsə də, azyaşlını Lori rayonunun Alaverdi şəhər sakini 32 yaşlı Jirayr Poqosyan xilas edib.
O, dostu ilə birlikdə körpəni tibb məntəqəsinə aparıb. İlkin məlumata görə, uşağın həyatı üçün təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, uşağın anası əvvəlcə qızının təsadüfən çaya düşdüyünü bildirib. Daha sonra o, ifadəsində qızını qəsdən 3-4 metr hündürlükdən çaya atdığını etiraf edib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

30 yaşlı qadın həbs edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Ukraynanın azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb REGİON
Ukrayna Prezidenti Volodimir Zelenski bu günə qədər Rusiya hərbçilərindən azad edilən şəhər və kəndlərin sayını açıqlayıb.

Bu barədə “Zamantv.az” Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, ümumilikdə 931 yaşayış məntəqəsi azad edilib.

"Hazırda 931 yaşayış məntəqəsi işğaldan azad edilib. Bir çox şəhər və icmalar Rusiya ordusunun müvəqqəti nəzarəti altındadır, lakin şübhə etmirəm ki, bizim torpaqlarımızı azad etməyimiz zaman məsələsidir", - Prezident deyib.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasist ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə tanınmamış Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milan su altında qaldı
İtaliyanın Milan şəhərində yağan güclü yağış şəhərin şimal və şimal-qərbində yerləşən bir sıra məhəllələrin su altında qalmasına səbəb olub.

Zamantv.az “ANSA”ya istinadla xəbər verir ki, hazırda mütəxəssislər Seveso və Lambro çaylarında suyun səviyyəsini izləyirlər.

İtaliyanın Lombardiya bölgəsinin hökumətinin təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Qranelli sosial şəbəkədə Sevesoda suyun səviyyəsinin qalxdığını bildirib.
Əməliyyat xidmətləri fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Daşqından zərər çəkənlər barədə məlumat verilməyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putinin bunkeri aşkar olundu
Ukrayna xüsusi xidmət orqanları Putinin bunkerini aşkar ediblər.
Zamantv.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov deyib.

“Putinin harada, hansı bunkerdə yerləşməsi Qərb xidmətləri üçün sirr deyil. Putinin şəxsən yerləşdiyi yerə zərbə endirin”, - deyə Avakov bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna ordusu 5 kəndi azad etdi
Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələri 5 kəndi azad edib.

Zamantv.az xəbər verir ki, bu barədə Ukraynanın Operativ Silahlı Qüvvələri “Telegram”da məlumat yayıb.

“Xerson istiqamətində 5 kənd azad edilib, Rusiya ordusu Çernobaevka istiqamətində geri çəkilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 57 gün ərzində Ukrayna ordusu mindən çox yaşayış məntəqəsini rus qüvvələrindən azad edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan Putinlə görüşdən sonra 180 dərəcə dəyişib - GƏLİŞMƏ
2 gün əvvəl, aprelin 23-də saat 08.58-də Moderator.az saytında “Robert Ermənistan xalqının taleyini siyasi mübarizə alətinə çevirmək üçün çalışırsa...” başlığı altında bir məqaləm dərc olundu. Məqalədə Qarabağda qondarma erməni soyqırımının ildönümünə həsr olunan ənənəvi məşəl yürüşü keçirən və 4000 nəfərə yaxın azərbaycanlının 30 illik cəsəd qalıqları ilə savaşan bir toplumun hansı soyqırımdan danışdığını, bu zehniyyətin 107 il əvvəl baş verən hadisələrə don geyindirmək əvəzinə, Baqanis Ayrım, Başlıbel, Edilli, Xocalı, Qaradağlı, Malibəyli, Quşçular və digər ərazilərdə törətdikləri soyqırım cinayətlərinə aydınlıq gətirməli olduqlarına diqqət yönəltmişdim. “Soyqırıma” məruz qaldıqlarını iddia edən tərəfin arxivlərini açmaqdan imtina etməsi, ermənilərin cəfəngiyyatlarının üstünün açılması qorxusu ilə bağlı olduğunu, bu dəfə keçiriləcək 23-cü qondarma məşəl yürüşünün daha maraqlı olacağını, özü hakimiyyətdə olduğu 10 il ərzində qadağan etdiyi yürüşə Ermənistanın eks prezidenti R.Köçəryanın şəxsən rəhbərlik edəcəyini və bu yürüşdən müxalifətin şəxsi siyasi məqsədləri üçün istifadə edəcəyini xüsusilə qeyd etmişdim. Məqalədən daha bir cümləni olduğu kimi təqdim edirəm:

“Bu dəfə Ermənistandakı mövcud hərbi-siyasi vəziyyəti, ermənilərin çıxılmazlıq əhval-ruhiyyəsini nəzərə alsaq, o zaman məşəl tədbirinin həm Ermənistanın daxilində, həm də Azərbaycanla sərhəddə və Qarabağdakı rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin perimetri boyunca növbəti təxribatlara yol aça biləcəyi istisna edilməməlidir”.

Yuxarıda qeyd etdiyim məqalənin dərc olunmasından 9 saat sonra sərhəddə Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun fəaliyyəti müşahidə olundu. DSX bu barədə məlumatı rəsmi olaraq səhəri gün, daha dəqiq desək 18 saat sonra təsdiqlədi: “Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib”.

Dövlət Sərhəd Xidmət görülən tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alındı. Diversantlar geri çəkilməyə məcbur edildi və Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələrinin məlumatlandırıldığını, belə hal bir daha baş verərsə DSX tərəfidən daha ciddi tədbirlər görüləcəyini də bildirdi. Bu məlumatdan 7 saat sonra Dövlət Sərhəd Xidməti növbəti məlumatı dərc olundu və sərhədçilərimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç saxlanıldığı məlum oldu. Saxlanılan Matirosov 25 saat əvvəl diversiya törədən qrupun yaxud da başqa diversiya qrupunun üzvü olduğu məlum deyil.

Ermənistan baş naziri N.Paşinyan Brüssel görüşündən sonra birgə Bəyanatın yerinə yetirilməsi ilə bağlı verdiyi müsbət bəyanatların ritorikasını, V.Putinlə görüşdən sonra 180 dərəcə dəyişib. Odur ki, törədilən son diversiya faktı iki ölkə arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına Paşinyan komandası tərəfindən törədilən təxribatçı maneə faktı kimi dəyərləndirilməlidir.

Görünür N.Paşinyan da Ermənistanda aktivləşən revanşist qüvvələrə qoşulmağa məcbur olub. Ermənistan hakimiyyəti hələ də baş verən prosesləri lazımınca dəyərləndirə bilmir və anlamır ki, Azərbaycanın birgə Bəyanatın şərtlərinin yerinə yetirilməsində zaman itkisinə yol vermək və erməni təxribatlarına təmkinlə yanaşmaq niyyəti yoxdur.

Azərbaycan Prezidenti İ.Əliyevin “Bu (sülh müqaviləsi- red) Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq” bəyanatını həm Ermənistan rəhbərliyi, həm də “ilana zəhər verən kərtənkələlər” diqqətlə oxumalıdrlar. Dünyada az sayda məntiqli adam tapılar ki, Ermənistanın Azərbaycana qarşı minimal müqavimət imkanlarına belə malik olduğunu iddia etsin. Ermənistanı qismən cəsarətləndirən Rusiyadır. Kreml Ermənistan ilə Azərbaycan arasında münasibətlərin Avropa vasitəsilə nizamlanmasında maraqlı deyil. Bu belə olmasaydı, il yarımda həm erməni silahlısı Qarabağdan çıxarılardı, həm də kommunikasiyalar açılardı. Hadisələrim müsbət məcrada inkişafı və birgə Bəyanatın tam yerinə yetirilməsi, Rusiyanın 2025-ci ildə və ya daha erkən Qarabağdan, ardınca isə Qafqazdan çəkilməsini şərtləndirə bilər. Onsuz da rus əsgərinin ayağı dəyən ərazidə nə ot bitmir, nə qan tökülməsi dayanmır, nə də fəlakətlər başa çatmır. Odur ki, nə qədər tez getsələr, bütün Qafqaz üçün, xüsusilə də üzməyə sahil tapmayan məğlub ermənilər üçün bir o qədər yaxşıdır.

Ermənistan ordusunun törətdiyi təxribat diversiya fəaliyyətlərini, cəmiyyətdə baş qaldıran revanşist meyllləri nəzərə alaraq, o zaman sərhəddə və ya rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə erməni silahlılarının növbəti təxribatlarının mümkünlüyü ehtimalı yenə də yüksək olaraq qalır.

Odur ki, Silahlı Qüvvələrimizin hissə və bölmələrimizin şəxsi heyəti ayıq-sayıqlığı daha da artırmalı, mümkün təxribatların qarşısının qətiyyətlə alınması, düşmənin layiq olduğu və effektiv şəkildə cəzalandırılması üçün bütün ssenarilərə hazır olmalıdırlar. Düşmənin təxribatlardan çəkindirilməsi məqsədi ilə erməni silahlılarının Qarabağdan çıxarılması, Laçından və ya Zəngilandan Naxçıvana maneəsiz dəhlizin açılması üçün fəliyyətlər dayandığı yerdən və revanşistlərin anladığı dildə davam etdirilməsinə artıq zərurət yaranıb. Ermənistan yaratdığımız yeni reallıqları qəbul etməyənə və imzaladığı bəyanatların şərtlərini yerinə yetirməyənə qədər başı yumruqlu qalmağa məhkumdur.

Ermənistanın imza atdığı, lakin açılmasını süni şəkildə uzatdığı Zəngəzur dəhlizinin keçəcəyi Zəngilan rayonuna təxribat -diversiya qrupu göndərməsi, Azərbaycanı bu istiqamətdə daha effektiv tədbirlər görməyə vadar da edə bilər.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İtaliya Ukraynaya iriçaplı artilleriya və hava hücumundan müdafiə sistemləri göndərəcək
İtaliya hakimiyyəti Ukraynaya hərbi dəstək göstərilməsi ilə bağlı daha bir sənəd hazırlayır.

Ardıcıl üçüncü olan dəstək paketində ölkəyə iri çaplı özüyeriyən artilleriya qurğuları və hava hücumundan müdafiə sistemləri daxildir edilə bilər.

Məlumata görə, yeni paket aprelin 26-da NATO-nun Ramştayn hərbi bazasında keçiriləcək növbəti iclasda müttəfiq ölkələrlə razılaşdırılmalıdır.

Əgər alyansın qərarı müsbət olarsa, Ukrayna, SIDAM 25 zenit sistemləri, eləcə də Almaniya istehsalı olan PzH 2000 iri çaplı özüyeriyən artilleriya silahları ala bilər.

Mənbə: info24.ru

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO