[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Borclu abonent yaba ilə “Azəriqaz”ın işçilərini HƏDƏLƏDİ: Yaralanan var - FOTO
Borclu abonent “Azəriqaz”ın əməkdaşına xəsarət yetirib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib.

30.06.2021-ci il tarixindən ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına artıq müraciət olunub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə qadını maşın vurub
Şəmkirdə piydanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Məleykə Rüstəmovanı vurub.

Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxıb tədbir keçirdilər - RƏSMİ AÇIQLAMA
Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günü tədbiri müzakirələrə səbəb olub.

Belə ki, iddialara görə, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.

“Qafqazinfo” məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğuya cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:

“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda QƏTL: Bıçaqladı, xəstəxanaya apardı...
Lənkəranda qətl hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, rayonun Sütəmurdov kəndində tanışı ilə mübahisə zamanı 27 yaşlı Lənkəran rayon sakini Zakir Əbülfəz oğlu İbrahimzadə sol budundan bıçaqlanıb. Ağır yaralanan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Z.İbrahimzadə orada dünyasını dəyişib.

Hadisəni törədən şəxsin bıçaqladığı Z.İbrahimzadəni xəstəxanaya apardığı və könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda XÜSUSİ ƏMƏLİYYAT: 8 nəfər saxlanıldı
Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zamantv.az -a verilən məlumata görə, onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Lənkəranda XÜSUSİ ƏMƏLİYYAT: 8 nəfər saxlanıldı
Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər rayon sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb
Lənkəranda XÜSUSİ ƏMƏLİYYAT: 8 nəfər saxlanıldıLənkəranda XÜSUSİ ƏMƏLİYYAT: 8 nəfər saxlanıldı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda qəza: sərnişinlər avtobusun altında qaldı
İranda avtobusun dərəyə aşması insan tələfatına səbəb olub

Zamantv.az-ın APA-ya istinadən məlumatına görə, Xuzestan əyalətinin İzə bölgəsində turistləri daşıyan avtobus dərəyə aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Avtobusun dərəyə aşması nəticəsində sərnişinlərdən bir neçə nəfər nəqliyyat vasitəsinin altında qalıb. Onların xilasetməsi çətinliklə həyata keçirilib. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qadın xəstəxanada MÜƏMMALIşəkildə öldü
Bakıda xəstəxanada qadın ölüb.

Zamantv.az-ın məlumatına görə, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Buraya yerləşdirilən 48 yaşlı Gülməmmədova Nüşabə Qadir qızı həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Onun hansı səbəbdən ölməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Küləkli hava şəraiti 2 günDAVAM EDƏCƏK
"Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir".

Zamantv.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib".
U.Tağıyeva qeyd edib ki, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.

Xidmət rəisinin sözlərinə görə, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

"Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada döyüşən İsrail muzdlularının sayı AÇIQLANDI
Ukraynada döyüşən İsrail muzdlularının sayı açıqlanıb.

Zamantv.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Kiyevin baş ravvini Moşe Reuven Asman danışıb. O bildirib ki, İsraildən olan 200 muzdlu Ukrayna Silahlı Qüvvələrində xidmət edir.

Məlumata görə, həmin əməkdaşlardan biri - aprel ayından Xerson istiqamətində döyüşlərdə iştirak edən “Vəhşi Qaz” ləqəbli 29 yaşlı baş leytenant Maksim P..dir. O, Ukraynanın Vinnitsa vilayətində doğulub, lakin 2015-ci ildə anası ilə birlikdə İsrailə köçüb.
2017-ci ildə İsrail Müdafiə Qüvvələrində xidmətə çağırılıb, sonra zabit kurslarına gedib. Muzdlu əsgər kimi Maksim P. 2022-ci ilin martında Ukraynaya yollanıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İsrail muzdluları Ukrayna Milli Qvardiyasının Azov alayının sıralarında ukraynalı yaraqlılarla birlikdə döyüşürlər. O, Rusiyada bu faktı təsdiqləyən video sübutların olduğunu da açıqlayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO