[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya "İsgəndər"lə Ukraynanı VURDU
Rusiya operativ-taktiki və ordu aviasiyası desant qoşunları ilə birlikdə “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.

Zamantv.azRusiya Silahlı Qüvvələri Xarkov vilayətindən "İsgəndər" raketləri ilə ABŞ və Aİ-dən Ukrayna Silahlı Qüvvələrinə verilən Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Ordusunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını vurub.

xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“İlan” adasında Ukraynaya məxsus “Su-24” bombardmançısı, bir “Su-27” qırıcısı, üç “Mi-8” helikopteri və iki “Bayraktar-TB2” pilotsuz uçuş aparatı vurulub. Ukraynanın "Stanislav" hücum kateri də məhv edilib”,- deyə Konaşenkov bildrib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şüşə ilə qolunu kəsdi, xəstəxanada öldü
Şəmkirdə kişi özünə xəsarət yetirib.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Cabbarov Arzu Sultanəli oğlu qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaq A.Cabbarov xəstəxanada ölüb.

Məlumata görə, həmin şəxs qolunu şüşə ilə kəsib.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna müharibəsində yaralanan azərbaycanlı İTKİN DÜŞÜB -
Rusiya vətəndaşı olan soydaşımız Abakar Ramazanov Ukraynada itkin düşüb.

Qohumlarının bildirdiyinə görə, o, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində yaralanıb.

Abakar Skov şəhərində olub və döyüş yoldaşlarının dediyinə görə, elə yaralandığı yerdə də qalıb.
O vaxtdan bu günə qədər A.Ramazanov xəbər yoxdur. Ailəsi hələ də onu axtarır.
Ukrayna müharibəsində yaralanan azərbaycanlı İTKİN DÜŞÜB -

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putinin yaxtası həbs edildi? – İtaliyadan xəbər var…
İtaliya hökuməti Avropa sanksiyaları çərçivəsində Marina di Karrara limanında Rusiyaya məxsus bahalı superyaxtaya həbs qoyub.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Gəminin mayın əvvəlində üzməsi planlaşdırılıbmış.
"Bu, artıq ölkəmizin rus oliqarxlarına qarşı tətbiq etdiyi 100-cü sanksiyadır: indiyədək dondurulmuş aktivlərin ümumi dəyəri bir milyardı ötür", deyə "Şehrazadə"nin həbsi haqqında sərəncam imzalayan iqtisadiyyat naziri Daniel Franko bildirib.

Konkret ad açıqlamasa da, yaxtanın Rusiyanın rəhbər şəxslərindən birinə məxsus olduğunu bildirilib.
Uzunluğu 140 metr, dəyəri 750 milyon dollar olan “Şeherazade” (Scheherazade) adlı yaxtanın Kayman adalarının bayrağı altında üzdüyü vurğulanıb.

Qeyd edək ki, rusiyalı müxalifət lideri Aleksey Navalnının komandasının bu ilin martında tamamladığı araşdırmaya görə, “Şeherazade” yaxtası prezident Vladimir Putinə məxsusdur. Lakin sənədlərdə “Rosneft”in keçmiş prezidenti oliqarx Eduard Xudainatovun adı göstərilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycanda heç vaxt belə elmi mərkəzlər fəaliyyət göstərməyib" - DTX-dan iddialara cavab
Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.

Zamantv.az-[b][/b]ın məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin məlumatında deyilir.

"Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur", məlumatda deyilir.
Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO
XIV əsrdə yaşamış filosof, dövlət xadimi və tarixçi İbn Xəldun qeyd edirdi ki, dövlət nə qədər qüdrətli və sarsılmaz olsa da, onu təşkil edən fərdlər və cəmiyyət kövrəkdir.

“Yeni Azərbaycan” qəzeti yazır ki, bu fikrin söylənildiyi dövr ilə indiki vaxt arasında yeddi əsr fərq olsa da, insanın fitrəti, dövlətin təbiəti, cəmiyyətin isə xarakteri dəyişməyib. Xüsusilə də, Şərq toplumlarında ictimai rəy daha kövrəkdir, təsirə tez və daha geniş məruz qalır. Ona görə də öz fərdi maraqlarını, hətta şəxsi ambisiyalarını gerçəkləşdirmək istəyən bir qisim var ki, insanlar üçün həssas məsələlərdən istifadə edərək ucuz populizm qazanmağa, müsbət imic (təbii görünən süni obraz) formalaşdırmağa çalışırlar. Bununla bağlı istənilən qədər nümunə göstərmək olar. Elə təkcə sosial şəbəkələrə nəzər salmaq yetərlidir.

Məsələn, Türkiyədə yaşayan (və məhkəmənin qərarına əsasən, İstanbuldan kənara çıxa bilməyən) iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov. “Yeni Azərbaycan” qəzeti alternativ düşüncəyə önəm və yer verən tribunadır. Qəzetimizin 5 may tarixli sayında Mənsimovdan müsahibə verilsə də, bu gün sosial şəbəkələrdə, informasiya resurslarında ifadə edilən fikirlər reallıqların fərqli olduğunu göstərir. Ona görə də araşdırma apararaq bəzi məsələlərin üzərinə işıq salmağa qərar verdik.

Xeyriyyəçi, yoxsa?..

Bu yaxınlarda internet televiziyalarından birinə verdiyi müsahibədə müxtəlif sözlər deyən, ziddiyyətli cümlələr quran Mübariz Mənsimovun fikirləri heç də birmənalı qarşılanmadı. Sosial mediada müxtəlif reaksiyalar verilir. Xüsusilə də, xeyli şəxs onun insanlar üçün həssas məsələlərdən istifadə edərək özünü fərqli formada təqdim etdiyini vurğulayır. Məsələn, “xeyriyyəçi” obrazı yaratmaq cəhdi. Qeyd edilir ki, “müasir Hacı Zeynalabdin Tağıyev” imici yaratmağa çalışan bu şəxs insanlara yardım etmək məsələsini şəxsi piar alətinə çevirib.

İstifadəçilərdən biri qeyd edir ki, o, hər müraciət edənə yardım göstərmir. Çünki yardım etmək üçün ilk tələbi belə olur: köməklik göstərilməsini kameranın yaddaşına yazacağıq və daha sonra sosial şəbəkələrdə, nəzarətimizdə olan saytlarda reklam edəcəyik. Bunu qəbul etməyən şəxslərə “xeyriyyə əli” uzadılmır. Üstəlik, sıradan insanlara yardım edilməsinə üstünlük verilmir, çünki bu, reytinq gətirməyəcək. Daha çox həssas təbəqələrdən olan insanlar seçilirlər. Ən əsası, daim Allah rizası üçün yardımdan, dindən-imandan danışan Mənsimov köməkliyi “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə deyil, “sağ əlinin verdiyini sol əlindəki kamera vasitəsilə qeydə və lentə almaq lazımdır” yanaşması ilə edir.

Qardaşı Mənsimovu necə ifşa etdi?

Nə hikmətdirsə, onu dürüst olmamaqda ittiham edənlərdən biri çox da uzaq adam deyil, hətta ən yaxınlardandır - doğma qardaşı. Bir müddət əvvəl Maarif Mənsimov qardaşının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia etmişdi. O, şikayət ərizəsində qeyd etmişdi ki, qardaşı yalan söyləyərək dövlət adamları ilə əlaqəsi olduğunu bildirməklə iş dünyasını, bankirləri aldadıb və bununla da bütün ətrafına ziyan vurub. Görünən dağa bələdçi lazım deyil, yaxud əlavə sözə nə hacət!

İşçilərindən “ədalətli rəhbər”ə: biz qul deyilik!

Digər məsələ: Mübariz Mənsimov müsahibəsində işçilərinə qarşı vicdanlı olduğunu söyləyir, özünü ədalətli rəhbər kimi tanıdır. Dərhal qarşımıza bir fakt çıxır: onun “Shovket Alekperova” adlı şirkət gəmisinin 150 işçisi yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilməyib. Onlar gəmidəki yemək və təmiz su problemindən də əziyyət çəkiblər:

“Doqquz aydır ki, Zeytinburnuda lövbər gözləyirik. “Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır, maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”.

Görünən odur ki, Mübariz işçilərini maaş üçün MÜBARİZƏyə vadar etməklə “ədalətli, dürüst və mərhəmətli” rəhbər olduğunu sübuta yetirir. Bununla bağlı bir çox fakt olsa da, təkcə bu nümunə gerçəkliyin nədən ibarət olduğunu göstərir.

Mübarizin “mübariz” obrazı

Mənsimovun piarına (çıxışlarına, müsahibələrinə və s.) nəzər salanda digər bir məqam da diqqəti cəlb edir. Bu, biznesmenin kriminal yığıncaqlardan və “oğru dünyası”ndan həvəslə danışmasıdır. İlk baxışda qəribə və anlaşılmaz görünür. Amma fikirlərini dinlədikdə aydın olur ki, adam sadə düşüncəli (oxu: sıradan və sadəlövh) insanları təsir altına salmaq üçün özündən “qəhrəman” obrazı düzəltməyə çalışır (qəhrəmanlıq edə bilməsə də).

Gah özünə qarşı cinayət əməli və ya qəsdin törədilməsindən danışır, gah da kimlərisə “nokaut”a salmasından. Bu, təbii ki, sosial şəbəkə istifadəçiləri, hətta jurnalistlər, blogerlər tərəfindən gülüş doğuran hal adlandırılır və tənqid edilir. Qeyd edilir ki, biznes imperiyasının iflasında günahkar axtaran gəmiqayırma maqnatının özünü “Azərbaycanın Rembosu” kimi təsvir və təqdim etməsi hər-hansı bir psixi pozuntudan və ya ruh halından irəli gəlmir. Bu, onun, ətrafındakı şəxslərin, “piar menecer”lərinin dırnaqarası ideyaları ilə aparılan bəsit kampaniyanın tərkib hissəsidir - Mənsimovun “mübariz” obrazı yaradılır.

O necə dindardır və Fətullah Gülənin ətrafında nə axtarırdı?

Diqqəti çəkən nüanslardan biri Mənsimovun dindar və millətçi qiyafəsinə bürünməsidir. Faktlar isə reallığın onun dediklərindən və göstərməyə çalışdığından fərqli olduğunu söyləyir. Diqqət yetirək:

Məlumdur ki, İstanbul Regional Ədliyyə Məhkəməsi Üçüncü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək” cinayətinə görə verilən beş illik həbs qərarını qanunauyğun sayıb. FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar həbs edilən M.Mənsimova beş il azadlıqdan məhrumetmə cəzası verilib və cəzası şərti hesab edilib. Bundan başqa, onun ölkədən çıxışına qadağa qoyulub. Maraqlıdır ki, ona ünvanlanan bütün ittihamlar və iddiaları rədd edən - qəbul etməyən bu şəxs FETÖ fərarisi kimi axtarışda olan iş adamı ilə münasibətinə hələ də aydınlıq gətirə bilməyib.

İnformasiya resurslarında geniş yayılan sözləri də Mənsimovun iddia etdiyi kimi dindar olmadığını göstərməklə yanaşı, FETÖ məsələsində mənzərəni bulanıqlaşdırır. Məsələn, o qeyd edir ki, içkili halda FETÖ-çülərin iftar məclisinə gedib, Fətullah Güləndən aldığı təsbehi 1000 ABŞ dollarına satıb. Sual olunur: o necə dindardır və Gülənin ətrafında nə axtarırdı?

Erməni şəriklə çirkli fəaliyyət vətənpərvərlik nümunəsidir, yoxsa xəyanət?!

Faktlar biznesmenin “millətçi” imicini (!) də darmadağın edir. Məsələn, “Palmali” rəhbərinin “Yeni inşa edəcəyimiz gəmilərə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adlarını verəcəyik” desə də, daha sonra 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən (bir çox ölkələrin qara siyahısında olan) bir gəmisinin adını dəyişdirib “Rəsulzadə” adlandırması inkaredilməz həqiqətdir. Daha dəqiq desək, 2015-ci ildə Ukrayna parlamentində ciddi müzakirələrə səbəb olmuş, həmçinin Ukrayna Prokurorluğu tərəfindən neft qaçaqmalçılığı etdiyi üçün cinayət işi açılan “ADRIATIC MARINER” gəmisinə Liberiya bayrağı çəkərək “MAMMAD AMIN RESULZADEH” adının verilməsi vətənpərvərlik, dövlətçilik nümunəsi deyil, məsuliyyətsizlik və sayğısızlıq idi.

Hər halda, müsahibəsində Qarabağa investisiya yatırmaq fikrində olmadığını deyən, “Azərbaycanda məni sevməyən qüvvələr var” söyləyən iş adamının okeanın o tayında erməni şəriklə çalışması da vətənpərvərlik nümunəsi deyil. Söhbət çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyandan gedir.

Rəsmi sənədlərdə göstərilir ki, bu iki şəxs Palmali USA LLC (2016-2019) şirkətinə ortaq rəhbərlik edib.

“Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir”, - deyən Mübariz Mənsimovun şəriki Termedzyanla 1 noyabr 2016-cı il tarixində lentə alınan fotosu onun necə “azərbaycanlı” olduğunu təsdiqləyir.

ABŞ-da yaşayan Ukrayna əsilli Lev Parnasın “Levon Termedzyan ilə Mübariz Mənsimov vasitəsilə tanış olmuşam” sözləri də faktdır. Bununla yanaşı, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) 2020-ci il tarixli hesabatında Mübariz Mənsimovun ABŞ-da Türkiyə əleyhinə lobbi fəaliyyəti ilə məşğul olması da əks olunub. Hər halda, od olmayan yerdən tüstü çıxmaz!

Azərbaycan əleyhinə...

Digər tərəfdən, “Palmali” rəhbərinin maliyyələşdirdiyi deyilən blogerlərin Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yazılar hazırlaması, süjetlər verməsi də hər halda təsadüfi deyil. “Pulu verən havanı sifariş edər” deyirlər. Hər halda, sponsor olan Mənsimovun anti-Azərbaycan mövzularında sifarişçi olmaması real - inandırıcı görünmür. Həmin blogerlərdən birinin çexiyalı parlamentari Yaromir Ştetina ilə hələ o zaman işğal altında olan Qarabağdakı qondarma rejimin “parlament”indəki görüşünü əks etdirən foto da mənzərəni aydın təsvir edir.

Dostunu göstər, deyim, kimsən

Təsadüfi deyil ki, Mübariz Mənsimovu fəal müdafiə edənlər sırasında ermənilərin dostları da canfəşanlıqları ilə fərqlənirlər. Məsələn, həbsdə olarkən Mübariz üçün mübarizəyə başlayan jurnalistlərdən biri qatı erməni tərəfdarı olan Amberin Zaman idi. “Al-Monitor”da çalışan, bir müddət İrəvanda yaşamış bu şəxs Türkiyə əleyhinə təbliğat aparmaqla, qondarma “erməni soyqırımı”nı həqiqət kimi təqdim etməklə məşhur idi.

Faktlar istənilən qədərdir. Amma təkcə bu nəzər yetirdiklərimiz də Mübariz Mənsimov adlı iş adamının əslində kim olduğunu və nəyə xidmət etdiyini göstərir!
“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda xəstəxananın dam örtüyü UÇDU
Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub.

Zamantv.az - ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Yasamal rayonu, Tağı Şahbazı küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasından gedir.

Görüntülərdən məlum olur ki, yerindən qopan dam örtüyünün qalıqları yaxınlıqda park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobilə, həm də ərazidəki ağaclara ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:
Bakıda xəstəxananın dam örtüyü UÇDUBakıda xəstəxananın dam örtüyü UÇDUBakıda xəstəxananın dam örtüyü UÇDUBakıda xəstəxananın dam örtüyü UÇDU
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var
Rusiyanın Krasnoyarsk diyarında 200-ə yaxın tikili, o cümlədən uşaq bağçası və daş karxanası yanır, qurbanlar var.

Bu barədə Krasnoyarsk diyarı üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, beş nəfər həlak olub, onlardan ikisi uşaqdır.
Güclü külək vəziyyəti daha da pisləşdirib. Şəhərlər tüstü-dumana bürünüb. Yollarda görüntü, demək olar ki, sıfıra enib. Yerli hökumət sakinlərə çölə çıxmamaq və pəncərələri bağlamaq barədə çağırış edib.

Regionda fövqəladə vəziyyət elan olunub.
Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər varRusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər varRusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əməkdar artistdən həmkarlarına: “Soyunmaqla müştəri axtarırsınızsa, özünüzə müğənni deməyin!”
Əməkdar artist Cavanşir Məmmədov qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Sənətçi “MTV maqazin” verilişinə müsahibəsi zamanı əvvəl xəyanətdən danışıb.

İfaçı kişilərin qadına xəyanətini dəstəkləyən bir çox fikirlər səsləndirib.

Daha sonra Məmmədov efirə açıq-saçıq geyimlərdə çıxan həmkarlarından danışıb. Əməkdar artist onlar haqqında “Soyunmaqla müştəri axtarırsansa, özünə müğənni demə!” təhqiramiz ifadə işlədib.

Sözügedən qalmaqallı açıqlamanı təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN-lə FAO arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Bu barədə "Zamantv.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO