[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaponiya Rusiya neftinin idxalını dərhal dayandırmamağa qərar verib
Tokionun mümkün sanksiyalar üzrə Rusiya neftinin idxalını dərhal dayandırmaq niyyətində deyil.

Bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda ABŞ-a səfəri çərçivəsində açıqlama verib.

“Yaponiyanın resursları hazırda məhduddur, bizə digər ölkələrlə dərhal eyni cərgədə durmaq çətin olacaq”, – deyə nazir bildirib.

Haqiuda həmçinin ABŞ hakimiyyətini mayeləşdirilmiş təbii qaz (MTQ) hasilatını artırmağa çağırıb. Bundan əlavə o, Amerika bazarında bu resursun istehsalı ilə məşğul olan yapon şirkətlərinə dövlət dəstəyi göstərməyi təklif edib.

Rəsmi məlumatlara görə, Yaponiyaya neft tədarükündə Rusiyanın payı 3,6%, MTQ - 8,8% təşkil edir.

Xatırladaq ki, Yaponiya Rusiyadan bir sıra malların idxalına qadağa qoyub. İdxal qadağası araq, şərab və pivə, avtomobillər və motosikletlər və s. daxil olmaqla 38 məhsulu əhatə edəcək.

Bundan əvvəl ölkə Rusiyaya premium avtomobillərin ixracına qadağa qoyub və Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı digər sanksiyaları genişləndirib.

Mənbə: Vzqlyad.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Psaki: “ABŞ Ukraynanın güclənməsi üçün hər şeyi edir”
Vaşinqton Ukraynanın hərbi potensialının güclənməsi və Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənməsi üçün mümkün olan hər şeyi edir.

Zamantv.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib.

“Dediyimiz kimi, biz Ukraynanın qələbəsini istəyirik. Biz mümkün olan hər şeyi edəcəyik ki, Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edə bilsin, Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənsin” – deyə Psaki bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 KİV : ABŞ Kiyevə döyüş meydanından məlumat ötürübABŞ-ın yüksək vəzifəli şəxsləri etiraf edirlər ki, Vaşinqton Rusiya hərbçilərinin ölümünə dair kəşfiyyat məlumatlarını Ukrayna tərəfə ötürüb.

Zamantv.az xəbər verir ki, bu barədə New York Times öz mənbələrinə istinadla məlumat yayıb. Nəşr yazır ki, döyüş meydanından əldə edilən məlumatlar real vaxt rejimində ötürülüb. Ötürülən informasiyalar arasında rus qoşunlarının hərəkəti də yer alır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dnepr raket atəşinə tutuldu
Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.

Zamantv.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Dnepr şəhər meri Boris Filatov məlumat verib.

Raket zərbəsi nəticəsində dəmir yolu infrastrukturu zədələnib. Mer əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib. Hücumun nəticələri barədə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan və Türkiyədən təcrid Rusiyanın maraqlarına cavab vermir” - “3+3”lə bağlı PROQNOZ
“3+3” formatına üzv ölkələrin ilk toplantısının üzərindən 5 aya yaxın vaxt keçib. İlk iclasdan sonra bu platforma ilə bağlı üzv ölkələrin rəsmilərindən müsbət bəyanatlar səsləndirilir və yaxın perspektivdə növbəti görüşün keçiriləcəyi bildirilirdi. Lakin fevralın 24-də Rusiyanın Ukrayna ərazisində start verdiyi hərbi əməliyyatlar bütün dünyanın, eyni zamanda regionun diqqətini bu məsələyə yönəltdi.

Bir müddət əvvəl, aprelin 25-də Rusiya XİN-dən verilən açıqlamada altılıq formatından ikinci iclasın keçirilməsinə hazırlığın getdiyi elan edildi və regional platforma yenidən gündəmə gəldi.

Lakin indiki ağır geosiyasi situasiyada “3+3”ün işini effektiv formada davam etdirməsi nə dərəcədə realdır.Zamantv.az xəbər verir ki, sualı Bizim.Media-ya cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı Azərbaycan və Türkiyənin təqdim etdiyi “3+3”ün üzv dövlətlər üçün əhəmiyyətinin böyük olduğunu qeyd edib.

Politoloq, ilk növbədə, Gürcüstanın ilk iclasa qatılmamasının səbəblərini izah edib:

“Gürcüstan bu platformaya qoşulmadığını bəyan etdi. Bildiyimiz kimi, Azərbaycan və digər ölkələr Gürcüstan üzərindən beynəlxalq yükdaşımalarını həyata keçirir. Əslində Tiflis bilir ki, altılıq formatı onların logistika sahəsində əldə etdikləri gəlirlərini müəyyən qədər azalda bilər. Lakin sonradan Gürcüstan rəsmiləri “3+3”də iştirakı ehtiva edən açıqlamalar verdilər”.

Niyaməddin Orduxanlının sözlərinə görə, indiki vəziyyətdə, bu platforma ən çox Rusiya üçün vacibdir:

“Çünki Rusiyanın həm Ermənistana, həm də İrana birbaşa əlaqələri yarana bilər. Ermənistan da təbii ki, bu proseslərdə Rusiyanın açıq forpostu olduğuna görə, İrəvan Moskvanın iradəsindən kənar addım ata bilməz. Lakin Rusiya-Ukrayna müharibəsi başlanandan platformanın işi görünür, gündəmə daşınmır. Ukraynada davam edən müharibə dünyanın bir sıra aparıcı ölkələrini Rusiya ilə üz-üzə qoyub və Moskvanın Ukraynadakı maraqları platformanın müəyyən qədər ikinci plana düşməsi görüntüsünü yaradıb”.

Müsahibimiz Rusiya üçün Türkiyənin xüsusi önəmə malik olduğunu da vurğulayıb:

“Qərbin Rusiyaya qarşı qoşulduğu sanksiyalara Türkiyə qoşulmayıb. Azərbaycan isə neytral mövqedə dayanıb. İndiki situasiyada bu iki ölkədən təcrid olunmaq Rusiyanın maraqlarına cavab vermir. Ukraynadakı müharibə tezliklə başa çatarsa, Rusiya platformanın işə düşməsi üçün əlindən gələni edəcək. Düşünürəm ki, bu Azərbaycanın və Türkiyənin də maraqlarına cavab verir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranın bəzi şəhərlərində toz fırtınaları kəskinləşib
İranın Xuzistan vilayətində toz fırtınası səbəbindən bölgədəki bütün məktəblər, universitetlər, idarələr və banklar mayın 2-dən bağlanıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Xuzistanın Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi tozun miqdarının Əhvaz şəhərində hər kubmetrdə 4,918 mikroqram (icazə verilən həddən 33 dəfə çox) olduğunu bildirib.

Dünən səhər Əhvaz Beynəlxalq Hava Limanına daxil olan və yola düşən dörd təyyarə uçuşu da toz fırtınasının artması səbəbindən ləğv edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya səfiri İsrail XİN-ə çağırılıb
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

"Zamantv.az" xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun hədsiz iradlarına görə, Xarici İşlər Nazirliyi Rusiya səfirini Avro-Asiya departamentinin baş direktorunun müavini ilə izahat söhbətinə çağırıb”, - deyə məlumatda bildirilib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mariupol sakinlərinin təxliyəsinin ikinci mərhələsi başlayıb
Mariupol merinin müşaviri Petr Andryuşenko bildirib ki, sakinlərin şəhərdən təxliyəsinin ikinci mərhələsi davam edir.

O, bu barədə ümumukrayna məlumat telemarafonunun efirində məlumat verib.

Petr Andryuşenko qeyd edib ki, evakuasiya şərti sükut şəraitində həyata keçirilir, amma Rusiya ordusu razılaşmanı hər an poza bilər.

Mənbə: Unian
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bayraktar” Rusiyanın iki hərbi katerini məhv etdi
Mayın 2-də Ukraynaya məxsus “Bayraktar” pilotsuz uçan aparatı Zmeinıy adasının yaxınlığında Rusiyanın “Raptor” tipli iki hərbi katerini məhv edib.

Zamantv.az Ukrayna mediasına istinadla bildirir ki, döyüş gəmilərinin məhv edilməsini əks etdirən videonu “Facebook”da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı nümayiş etdirib.
"Bu gün səhər saatlarında Zmeinıy adasının yaxınlığında Rusiyanın iki "Raptor" tipli qayıq məhv edilib. “Bayraktar” işləyir. Birlikdə Qələbəyə doğru!" - videonun altında yazılıb.



XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO