[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Fələstini əmin etdi: İsraillə əlaqələr...


İsrail ilə əlaqələrimiz istiqamətində atılan addımlar Fələstin məsələsindəki dəstəyimizi heç bir şəkildə azaltmayacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstin lideri Mahmud Abbasla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

"Qüds və Əqsa məscidinin statusunu dəyişdirməyə yönəlmiş hərəkətləri heç bir qəbul etmirik. Həssaslığımızı israilli həmkarlarımıza da çatdırdıq" , - Ərdoğan bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanda xaos: Revanşistlər Paşinyana sui-qəsd hazırlayıb? - GƏLİŞMƏ


İrəvanda “Ermənistan” siyasi bloku adından və birliyin loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanılır.

Bu barədə “Ermənistan” fraksiyasının deputatu Qeqam Manukyan “Facebook” səhifəsində yazıb:

“Paylanılan təxribatçı vərəqlərin siyasi blokla heç bir əlaqəsi yoxdur. Bunlar saxtakarlıqdır və onların məqsədi sadəcə yeni təbliğat təxribatıdır. Hakimiyyətpərəst və hakimiyyətə yaxın təxribatçılar, fitnə-fəsad törədənlər daha da batdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur ki, onları tədbir görməyə çağırım”.

Qeyd edək ki, son günlərdə Ermənistanda baş verən proseslərin arxasında hansısa bir qüvvənin olduğu iddiaları yayılmaqdadır.

Maraqlıdır, İrəvanı qarışdıran kimdir? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Ermənistanda xarici qüvvələrə xidmət edən müxtəlif şəbəkə və terror qruplaşmaları var:

“Bu konkteksdə bu gün Ermənistanda kimin təxribat törətdiyini birmənalı şəkildə demək çətindir. Hətta müəyyən qüvvələr Ermənistanın ən böyük ticarət mərkəzində törədilən partlayışın guya Rusiya tərəfindən idarə olunduğunu iddia etdi.

Amma bu yöndə hələlik konkret bir qiymətləndirmə verilməyib. Hazırda da Ermənistanda bir çox terror qruplaşmaları var. Üstəlik, Nikol Paşinyanın özü də bu şəbəkənin liderlərini həbsdən azad edib. Onlar hətta parlamentdə təmsil olunmaqla siyasi proseslərdə də iştirak ediblər. Bu gün isə həmin qüvvələr Qarabağla bağlı Paşinyan hökumətinə qarşı çıxmağa başlayıblar. Ona görə də “Qarabağ klanı” kimi revanşist müxalif qüvvələrlə yanaşı, müxtəlif xarici xüsusi xidmət orqanlarına xidmət edən terror ünsürləri də var.

Bu gün Ermənistanda baş verən təxribatların hansı şəbəkənin törətdiyini iddia etmək çox çətindir. Düzdür, müəyyən xarici qüvvələr öz maraqları konteksində Ermənistanı qarışdırmaq istəyirlər ki, Paşinyan hakimiyyətinin üzərində təzyiq mexanizmini saxlaya bilsinlər. Düşünmürəm ki, bu məsələ sonuncu təxribatdır”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyana qarşı sui-qəsd olma ehtimalı çox yüksəkdir:

“Bu, Ermənistan üçün ənənəvi bir işdir. Çünki onlar hər zaman sui-qəsd nəzəriyyəsindən istifadə edib terror hadisələri törədə bilərlər.

Hətta onlar hakimiyyətə gəlmək üçün öz xalqına qarşı da terror törətməyə hazırdırlar. Rusiya, Fransa, Avropa İttifaqı ölkələri, ABŞ-da, o cümlədən Suriyada və Livanda olan erməni diasporları öz maraqları üçün hər zaman Ermənistanı qarışdırmaq istəyirlər.

Hesab edirəm ki, yaxın zamanda hadisələr açılmağa doğru gedəcək. Ondan sonra isə Paşinyan hakimiyyəti konkret represiyaya başlayacaq. Əks təqdirdə Ermənistanda normal idarəetmə həyata keçirmək mümkün olmayacaq.

Bu da Nikol Paşinyan üçün ciddi problemlər yaradacaq. İki od arasında qalan Paşinyan mütləq mənada Ermənistan cəmiyyətində nisbi bir sabitlik yaratmalıdır. Düşünürəm ki, Paşinyan hakimiyyəti bu yöndə ciddi addımlar atacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir?


Bir müddət əvvəl Bakıda tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verən insidentdən yazmışdıq. Yazıda qeyd olunurdu ki, restoranda A.Fatehlə şəriki Füzuli Alıyev arasında narazılıq yaranıb və dava da bu səbəbdən baş verib.
Narazılığın səbəbinə gəlincə, Aqşin Fatehlə Kamal ləqəbli Füzuli Alıyev ötən ilin payızında şərik restoran açıblar, amma bəlli olmayan səbəbdən aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Bu il aprelin 17-də isə A.Fateh təhvil-təslim üçün restorana gedib və tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 5-cı Polis Bölməsinə şikayət ediblər.
Onlar iddia ediblər ki, A.Fateh bir neçə idmançıyla restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib. Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib. Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.

Dia.az xəbər verir ki, bu hadisənin detalları, həm də yazıda adı hallanan Füzuli Alıyev barəsində Bakupost.az-a ilginc məlumatlar daxil olub. Hazırda həbsdə olan Füzuli Alıyev kimdir və həbsxanaya hansı səbəbdən düşüb? Füzuli Alıyev həbsdə ola-ola şəhərdəki prestijli restoranları necə idarə edir?

Bu suallar ətrafında apardığımız araşdırma zamanı maraqlı detallar üzə çıxdı. Aydın oldu ki, Füzuli Alıyev yalnız Aqşin Fatehlə deyil, digər şərikləri ilə də problemlər yaşayıb, kriminal dillə desək, onlara da "atıb". Hər halda Füzuli Alıyevin keçmiş şəriklərindən olan Nuru Qurbanov dediklərindən belə anlaşılır:
"Bu işdə adı hallandırılan İlqar Əliyevin Moskvada Füzuli Alıyevlə yaxın münasibəti olub. İlqar Moskvadan gələndən sonra onunla görüşüb. Təklif edib ki, bir restoran işi var, gəl bir yerdə başlayaq. Razılaşıblar və bir yerdə işləməyə başlayıblar. Sonra elə oldu ki, Füzuli Alıyevin "Baku City" restoranında saxta spirtli içkidən ölüm hadisəsi baş verdi və onu həbs etdilər".
Bu yerdə qısaca olaraq, adı müxtəlif qalmaqallarda hallanan Füzuli Alıyevin həbsi barədə bəzi məlumatları xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, onun həbsi ölkədə böyük səs-küyə səbəb olan cinayət işi ilə bağlı idi. Belə ki, Füzuli Alıyevin Tibilisi prospektində yerləşən "Baku City” restoranında müştərilərə saxta içki verilməsi nəticəsində iki nəfər - Hacıqabul rayonu, Nəvahi kəndi sakini Ü.Qurbanov və Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov dünyasını dəyişiblər. İkincinin dostu isə Cəlal Həmzəyev isə zəhərli içkinin təsirindən tamamilə kor olub.
Onu da qeyd edək ki, zərərçəkənlər Füzuli Alıyevin "Baku City” restoranında "Chivas Regal 12” viskisi qəbul ediblər və məhz bu içki 2 nəfərin ölümü, bir nəfərin isə şikəst olması ilə nəticələnib. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış "Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.
Məhz bu səbəbdən Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O da maraqlıdır ki, baş vermiş ölüm hadisələri ilə əlaqədar olaraq, "Baku City" restoranın fəaliyyəti dayandırılsa da, bir müddət sonra restoran yenidən oranın işçisi Yetər Əliyevanın adı altında fəaliyyətini davam etdirməyə başlayıb.
İndisə Füzuli Alıyevlə digər şərik arasında baş verənlərə qayıdaq. Nuru Qurbanov deyir ki, Füzuli həbs olunduqdan sonra o, pandemiya ərəfəsində "Everest" restoranına sərmayə qoyub, daha sonra restoranın adını dəyişib "Baku Music Hall" qoyublar: "Füzuli həbsxanada ikən İlqar Əliyev ora 140-150 min arası xərc qoydu. Restoran isə sənədlərdə mənim adıma gedirdi. Sonra oranı işlətməyə başladıq. Düşünürdüm ki, Füzuli həbsdən çıxandan sonra təmirə qoyduğum pulun yarısını verər. Elə oldu ki, 2021-ci ilin noyabr ayında Aqşin Fateh ora gəldi. Füzulinin qardaşı Kəmaləddin həmin vaxt ora nəzarət edirdi. Bizim xəbərimiz olmadan Kəmaləddin Aqşin Fatehi şərik gətirdi. Başladıq onunla birlikdə işləməyə. Kəmaləddin bizə dedi ki, Aqşin Fateh şou aləmində tanınmış adamdı, ona görə gətirib. İş gedən vaxtlarda hər şeyə Aqşinlə Kəmaləddin nəzarət edirdi. İlqar həmin vaxt Moskvada idi. Bakıya gələndən sonra Aqşinlə tanış oldu".
BU NƏDİ BELƏ: Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir?

Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev

Müsahibimiz deyir ki, bundan bir ay sonra onların xəbəri olmadan kassadan pul götürülüb: "Füzuli (ləqəbi "Kamal"dır- red.) həbsxanadan zəng edib pul istəyib. Həbsxananın "nadzor"u gəlib 5 min manat məbləğində pulu götürüb. Kassir də onların öz adamıdır. Bunu bizə xəbər vermədən ediblər. Bundan sonra Aqşin Fatehlə Füzuli Alıyev arasında mübahisə başladı. Bundan sonra İlqar bu işdən uzaqlaşmaq istədi. Beləd də oldu: hər şeyi orada qoyub çıxdıq. İlqar dedi ki, Füzuli həbsxanadan çıxar, onunla görüşüb söhbətimizi edərik. Buna baxmayaraq, Füzuli həbsxanadan göstərişlər verirdi, işçi qrafiki qururdu, işçilərlə əlaqə saxlayırdı. Hətta vəziyyətlə bağlı xadimə ilə də əlaqə saxlayırdı. Bir sözlə, Füzuli Alıyev həbsxanadan restoranın işinə tam nəzarət edirdi. Biz ordan çıxanda obyekt sahibilə mənim aramda olan icarə müqaviləsinə xitam verdik. Aprelin 15-də Füzuli Alıyevin tapşırığı ilə obyekt sahibi və Füzulinin xalası oğlu arasında müqavilə bağlandı".
Nuru Qurbanovun sözlərinə görə, müqavilə bağlanan günü Füzuli Alıyev işçilərini göndərərək, restoranın qarşısında Aqşin Fatehin adına olan reklamı sökdürüb: "Aqşin də gəlib gördü ki, reklamını sökürlər, ona çox pis təsir etdi. Həmin vaxt arada mübahisə oldu. Daha sonra mediada yazdırdı ki, İlqarın mənə borcu var, orada yeyinti ediblər. 2 milyona yaxın şişirtmə rəqəmdən danışır. Həmin müddətdə Füzulinin qardaşı Kəmaləddin orada hər şeyə, eləcə də pula nəzarət edirdi. Bu yaxınlarda mediada yazıblar ki, guya, pandemiya dövründə dövlət bizə 35 min manat yardım edib. Lakin heç bir yardım olunmayıb. Bunların hamısı cəfəngiyyat, yalan üzərində qurulmuş bir oyundur".
Müsahibimiz deyir ki, qardaşlar öz oyunlarını şər-böhtanla davam etdirmək istəyirlər.
Nuru Qurbanovun sözlərinə görə, ona və Aqşin Fatehə qədər Füzuli Alıyev digər şəriklərini də başına eyni oyunları açıb: "Sonradan mənə məlum oldu ki, Füzuli Alıyev əvvəllər mafiya klub işlədib. Bir nəfərin təklifi və şərikliyilə "Melodiya" adlı restoran açıblar. Həmin şəxs oraya külli miqdarda vəsait qoyub. Bir neçə ay işlədikdən sonra Füzuli Alıyev həmin şəxsə şər-böhtan atıb, hədə-qorxu gəlib və onu restorandan uzaqlaşdırıb. Daha sonra həmin restoranın adını dəyişərək, "Baku City" qoyub. Eyni ssenari üzrə bizi "Baku Music Hall" restoranından uzaqlaşdırdı. Bezdirdi və İlqar xərclədiyi pulları qoyub çıxmağa məcbur oldu. İlqar burada olmadığı müddətdə Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev işçilərin, aşpazların əmək haqlarını belə ödəməyib. Onlar da Əmək Müfəttişliyinə şikayət ediblər. Əmək Müfəttişliyi tərəfindən də 4 min manat cərimə olunmuşuq. Füzuli Alıyev indi həmin pulları ödəməkdən imtina edir".
Qeyd edək ki, Füzuli Alıyevin hazırda Bakıda iki restoranı var. Onlardan biri Tiblisi prospektindəki "Yaşıl Ada" ( keçmiş Baku City) restoranı, digəri də indiki "Baku Music Hall"dır. Sonradan "Baku Music Hall"ın adı dəyişdirilib və restoran "Məktub" adlandırılıb. Məlumatlara görə, "Yaşıl Ada"ya (Baku City) Füzuli Alıyevin qardaşı Kəmaləddin, Baku Music Hall-a isə Vüsal Rəhimov nəzarət edir.
Onu da qeyd edək ki, uzun müddətdir Füzuli Alıyev həbsxananın hospitalında yatır. Lakin məlumatlara görə, onun səhhətində heç bir problem yoxdur.
Maraqlıdır, iki nəfərin ölümü, bir nəfərin isə gözdən əlil olmasına səbəbkar olan Füzuli Alıyev həbsxanada ola-ola bizneslə necə məşğul olur? Həbsxanada mobil telefon və smartfonlar qadağan olunduğu halda o, hər gün dəfələrlə öz işçilərinə necə zəng edir və səsli mesajlar göndərir? Buna həbsxana nəzarətçiləri, yoxsa Kürdəxanı təcridxanasının rəhbərliyi şərait yaradır?
Suallar çoxdur. Biz də elə bu saysız-hesabsız suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ilə müraciət etdik. Lakin təəssüf ki, sorğumuza olduqca qeyri-müəyyən bir cavab aldıq. Bizə göndərilən mətndə yuxarıda sadaladığımız konkret sualların heç birinə cavab tapa bilmədik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin bakupozt.az-ın sorğusuna verdiyi cavabı olduğu kimi təqdim edirik:

"Müraciətinizə uyğun olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsininin 16-cı maddəsinə (Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi) əsasən, cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidir və müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir. O cümlədən qeyd etmək istərdik ki, həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığı ilə bağlı məsələlərlə əlaqədar olaraq aidiyyəti üzrə bu işə məsğul olan quruma - Tibb baş idarəsinə müraciıət edilməlidir".
Cavabdan belə aydın olur ki, məhkumla bağlı yalnız onun yaxınlarına, əcnəbi vətəndaş olduqda isə həmdə onun vətəndaşı olduğu ölkənin diplomatik nümayəndəliyinə məlumat verilə bilər. Ancaq iş burasındadır ki, Füzuli Alıyevlə bağlı situasiya fərqlidir. Restoran biznesi ilə məşğul olan bu şəxsin cinayət törətdiyi, istehlakçı hüquqlarını kobud şəkildə pozduğu, müştərilərinə saxta içki təklif etdiyi artıq həm AQTA, həm də hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib və o, layiq olduğu cəzanı alıb. Lakin şahidlər təsdiq edir ki, Füzuli Alıyev yenə də Bakıda iki restoranı idarə edir. Onun köhnə əməllərini yenidən təkrarlamayacağına kim qarantiya verir? Kim qarantiya verir ki, Füzuli Alıyev müştərilərinə yenidən saxta, zəhərli içki təklif edib yeni yeni ölümlərə səbəb olmayacaq?
Təəssüf ki, aidiyyəti qurumlar hələlik bu suallara aydınlıq gətirmək istəmirlər. Ancaq biz mövzunu diqqətdə saxlayacağıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölüm halları gizlədilir, şəffaflıq yoxdur, sığorta ilə işləmir… - “Baku Medical Plaza”da ÖZBAŞINALIQ...


"Baku Medical Plaza” klinikası ölkədə ən bahalı xidmət göstərən klinikalardandır. Amma nə maliyyə hesabatı açıqlayır, nə hər hansı KSM (korporativ sosial məsuliyyət-red.) layihəsi reallaşdırır. Bu xəstəxananın vergi ödəyiciləri sistemində də adını tapmaq müşkülə çevrilib. Bilinmir hansı ad altında qeydiyyata alınıb, vergiyə necə cəlb edilir, vergisini vaxtında ödəyirmi.

Bu haqda AFN-ə daxil olan vətəndaş müraciətində bildirilir. Hələlik adının gizlin saxlanmasını istəyən oxucumuz qeyd edir ki, ötən il yaxını "Baku Medical Plaza”da müalicə alıb: "Mən özüm uzun illər Türkiyədə yaşamışam, hazırda da orda işim var, sıx gedib-gəlirəm, övladlarım yaşayır. Bu xəstəxananın tətbiq etdiyi qiymətlər Türkiyə ilə müqayisə oluna bilər, hətta ordan da yüksəkdir. Amma yaxın adamım burda bir neçə gün müalicə olunsa da, xeyri olmadı, apardım Türkiyəyə orda sağaldı. Bu da onu sübut edir ki, klinikada qiymətlər həddən artıq şişirdilib”.
Həmsöhbətimiz bildirir ki, klinikanın icbari tibbi sığorta prosesinə qoşulmaması da ciddi suallar yaradır: "Özəl xəstəxanaların, demək olar ki, hamısı icbari tibbi sığorta prosesinə qoşulub, xəstələrə sığorta ilə xidmət göstərirlər. Amma "Baku Medical Plaza” ən böyük özəl xəstəxana olmasına baxmayaraq, hələ sığorta ilə işləmir. Niyə? Yuxarılara bağlısız deyə, rahatsız? Mən xəstəxananın saytına girib maliyyə hesabatlarına baxmaq istədim, bərbad durumdadır sayt. Demək olar ki, işlək vəziyyətdə deyil, yarımçıq açılır. Vergi ödəyicilərinin reyestrində axtardım o adda vergi ödəyicisi tapmadım. Bəlkə də başqa adla keçiblər, amma hər bir halda öz saytlarında müəyyən məlumatlar əlçatan olmalı idi, yoxdur heç nə. Maraqlandım, heç bir korporativ sosial məsuliyyət layihəsi reallaşdırmır. Bildiyim qədərilə bir tək YAŞAT Fondu ilə işləyir, o prosesdə də yarıtmır heç, nə vətəndaşları, nə Fondu. Bütün qeyd edilənlərlə bağlı hələ də araşdırma aparıram, müvafiq qurumlara sorğu ünvanlayacam, bu qədər hegemonluq olmaz! Tibb sahəsində, insanların sağlamlığına məsul olan qurumda, heç olmaz! Klinikada ölüm halları da gizlədilir. Demək olar ki, iki gündən bir ölüm halı baş verir, amma heç biri ictimaiyyətə açıqlanmır. Ört-basdır edirlər”.

Bütün qeyd edilənlərlə bağlı "Baku Medical Plaza”nın mövqeyini öyrənmək üçün klinikanın mətbuat xidmətinə aşağıdakı sualları ünvanladıq:
1. "Baku Medical Plaza”nın icbari tibbi sığorta ilə işləməməsinin səbəbi nədir? Gələcəkdə bu mümkün olacaqmı?
2. Bəzi vətəndaşlarımızda belə rəy var ki, BMP yuxarı dairələrə bağlı
olduğu üçün hegemonluq edir, icbari tibbi sığorta prosesinə də buna görə qoşulmur. Bununla bağlı nə deyə bilərsiniz?
3. Klinikanızda yüksək qiymətlərin tətbiq olunmasını nə ilə izah edə
bilərsiniz?
4. Cari ildə klinikanızda bu və digər səbəblərdən neçə ölüm hadisəsi baş verib?
5. Klinikanızın maliyyə hesabatı açıqlanırmı? Bu ilin ötən iki rübü üzrə maliyyə hesabatınızla tanış ola bilərikmi?
Sorğumuza verilən cavabı təqdim edirik:
Özəl klinikaların icbari tibbi sığorta ilə əməkdaşlığı könüllü olaraq müəyyən olunur. Bu zamana qədər əməkdaşlığın olmamasınının səbəbi qiymət strategiyası ilə bağlı olmuşdur. Lakin klinikamızın bir çox sahələrdə icbari tibbi sığorta ilə əməkdaşlığı planlaşdırılır. Hazırda bu prosesin həlli üçün müəyyən müzakirələr və araşdırmalar aparılır. //AFN//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa Məhkəməsi Ermənistanın daha bir vəsatətini rədd ETDİ


Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib.

Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şimal axını” dayandırılacaq - Rusiya Avropanın qazını kəsəcək


“Qazprom” “Şimal axını” ilə qaz nəqlini dayandıracaq.

Şirkətdən verilən açıqlamaya görə, yeganə işlək qaz nasos qurğusunun təmiri ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək boru xətti ilə Avropaya qazın verilişi tamamilə dayandırılacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan və aqreqatda texniki nasazlıq olmadıqdan sonra qazın nəqli gündəlik 33 milyon kubmetrə çatdırılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron üç ay sonra Putinə zəng etdi


Cümə günü Yelisey sarayının təşəbbüsü ilə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti liderlər arasında danışıqların yekunlarına görə məlumat yayıb.

Tərəflər taxıl dəhlizi ilə bağlı İstanbul razılaşmalarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu, liderlərin Almaniya kansleri Olaf Şolzun iştirakı ilə mayın 28-də üçtərəfli telefon danışığından sonra ilk söhbətidir. Putinlə Makron arasında əvvəlki ikitərəfli söhbət isə mayın 3-də baş tutub. O zaman Rusiya prezidenti həmkarını aprel seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putinlə Makron telefonla danışıb


Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, prezidentlər Ukrayna ətrafında vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər.

Rusiya və Fransa prezidentləri qaldırılan məsələlər və digər məsələlər üzrə təmasları davam etdirmək barədə razılığa gəliblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq nazir və deputatın ailə biznesini idarə edən şəxs tenderin qalibi oldu - İLGİNC


Qusar Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

DİA.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Verdixanov Mübariz Eygün oğlu (VÖEN – 4700126292) olub.

Tender müsabiqəsinin şərtlərinə görə Verdixanov Mübariz Eygün oğlu Qusar Kommunal Müəssisələr Kombinatına şəhərin park və küçələrində əkmək üçün müxtəlif növ (Eldar şamı, Kipares ağacı, Elandra ağacı, qızılgül və s.) ağac və güllər satacaq və qarşılığında 7 min 396 manat 60 qəpik alacaq.

Məlumat üçün bildirək ki, Verdixanov Mübariz Eygün oğlu daha əvvəl fərdi sahibkar kimi Qusar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən keçirilən tender müsabiqələrində dəfələrlə qalib olub. Eyni zamanda Mübariz Verdixanov daha əvvəl də Qusar və Quba rayonunda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin də qalibi olub.

Mübariz Verdixanov fərdi sahibkar olmaqla bərabər həm də sabiq millət vəkili Asya Manafova ilə sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri tərəfindən qurulan şirkətlərə də rəhbərlik edir.

22 sentyabr 2008-ci ildə sabiq millət vəkili Asya Manafovanın qardaşı Mikayıl Manafov ilə sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov “Safari Bak Upak” adlı şirkət təsis ediblər. Mübariz Verdixanov hazırda Mikayıl Manafov və Lətif Bağırov tərəfindən təsis olunan “Safari Bak Upak” MMC-nin (VÖEN- 4700270251) qanuni təmsilçisidir.

Qeyd edək ki, Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub. Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Mübariz Verdixanov eyni zamanda 1999-cu ildə təsis olunan “Safari” MMC-nin (VÖEN- 4700020861) və 2001-ci ildə təsis olunan “Pioneer” tam ortaqlıq şirkətinin (VPEN- 4700023101) də qanuni təmsilçisidir.

Onu da bildirək ki, tender müsabiqəsini keçirən Qusar Kommunal Müəssisələr Kombinatı rayon İcra Hakimiyyətinə tabedir. 15 ildir Qusar Rayon İcra Hakimiyətinin başçısı vəzifəsini icra edən Şair Alxasovun adı da 2020-ci ildə oğlu İlkin Alxasova məxsus 362,6 kv. metr sahəsi olan obyektin istismarına icazə verməsilə gündəmə gəlib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Klublar kralı” İqtisadiyyat Nazirliyini məhkəməyə verdi - TƏFƏRRÜAT


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, iddia bu gün – 18 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Aytən Oruczadınin icraatına qəbul edilib.

Məhkəmə iddiasının vergi məsələləri üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəmə iddiası Dəmirçiyev Dilsuz Kazım oğlu tərəfindən qaldırılıb.
Məlumat üçün bildirək ki, “Klublar kralı” olaraq tanınan Dəmirçiyev Dilsuz Kazım oğlu daha əvvəl bir-neçə dəfı ölkə mətbuatının gündəmində olub. Ötən il “Extra” gecə klubunda epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar edildiyinə görə bu kluba rəhbərlik edən Dilsuz Dəmirçiyev saxlanılıb.
Bundan başqa Dilsuz Dəmirçiyev 2018-ci ildə İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan mərhum etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Qısa müddətdən sonra azadlığa buraxılıb.
2019-cu ildə Bakı şəhərində fəaliyyət göstərən “Ellips”, “Otto”, “Süfrə”, “Status” “Malibu” adlı məşhur gecə klublarının sahibi kimi tanınan Dilsuz Dəmirçiyev barəsində Vergilər Xidməti də məhkəməyə müraciət edib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO