[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prokurorluğun jurnalistlərə xəbərdarlığı düzgün deyil - MŞ sədri


“Prokurorluq ki, bir çox media nümayəndələrinə xəbərdarlıq etmişdi, mən onda da öz fikrimi bildirdim. Bunun qəbuledilməz bir hal olduğunu dedim. Prokurorluq “Media haqqında” qanuna istinad edə bilməz. Çünki “Media haqqında” qanunda o xəbərdarlıqlar Media Agentliyinə həvalə olunub”.

Bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid “Amerikanın səsi”nə müsahibəsində deyib. R. Məcid bildirib ki, bununla yanaşı, hüquqi məsuliyyət yaradan hallar var: “Amma, müəyyən başqa qanunlarda, Azərbaycan qanunvericiliyində internet məkanında, digər məkanlarda hüquqi məsuliyyət yaradan hallar var. Bununla bağlı prokurorluq xəbərdarlıq edə bilər. Amma, “Media haqqında” qanuna istinadən hansısa jurnalistə xəbərdalıq etmək prokurorluğun səlahiyyətinə daxil deyil. Bunu Media Agentliyi etməlidir. Biz də Mətbuat Şurası olaraq etik prinsiplərin pozulduğu zaman öz münasibətimizi bildirəcəyik. Biz onun tərəfdarıyıq ki, Media Agentliyi və Mətbuat Şurası bu məsələlərdə əsas rol oynasın. Hüquq mühafizə təşkilatları bu məsələyə qarışmasınlar və medianın problemlərini media özü həll etsin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
““Ağ Şəhər”də məni 327 min xərc qoyduğum obyektimə buraxmırlar” - ÖZBAŞINALIQ!


Sahibkar Ülvi Əliyev “Bakı Ağ Şəhər Ofis Binası” MMC tərəfindən külli miqdarda ziyana məruz qaldığını iddia edir. Onun sözlərinə görə, şirkətlə iaşə obyekti ilə əlaqədar bağladığı icarə müqaviləsinin şərtlərinə əməl olunmayıb. Nəticədə sahibkarın restorana yatırdığı 320 min manatlıq investisiya batıb.

DİA.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Ü.Əliyev bildirib ki, 2018-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə Nobel prospektində yerləşən 422 kv metrlik restoran üçün illik 75 960 manatdan icarə müqaviləsi bağlayıb: “Müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minməklə 31 avqust 2028-ci ilədək müəyyən edildi. Restoranın işlək vəziyyətinə gətirilməsi üçün, ümumilikdə 319 112 manat xərc çəkmişəm. Həmin xərcə restorana mənim tərəfimdən alınan avadanlıqlar daxildir. 2020-ci ilin martından etibarən dünyada baş verən COVID-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar, restoranın da fəaliyyətini dayandırmaq məcburiyyətində oldum.

Pandemiya vaxtı onlayn fəaliyyətin davam etdirilməsi mümkün olmadı. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən icarə haqqının ödənilməsi tələb olundu. Pandemiya vaxtı bəzi aylarda icarə haqqını şəxsi vəsaitim hesabına ödəsəm də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqını tam şəkildə ödəyə bilməmişəm. Bundan sonra, mənə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranı qısa zaman ərzində boşaldaraq təhvil verməli olmağımla bağlı xəbərdarlıq məktubları göndərdilər. Mən icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcumun yarandığını, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən mənim restoranı təhvil verməyim üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduqlarını bildirirdim. Lakin, buna baxmayaraq restoranı təhvil verməyim üçün təhdidlər edərək hədə-qorxu gəlirdilər”.

Şikayətçi deyir ki, 20 dekabr 2021-ci ildə restorana gələndə MMC rəhbərliyi tərəfindən restoranın qapılarının bağlandığını görüb: “Bundan sonra onlarla əlaqə saxladığımda mənə və işçilərmə restorana girməyin qadağan olunduğunu, onlara olan icarə haqqı borcunu ödədikdən sonra restoranda mənə məxsus olan avadanlıqları mənə təhvil verəcəklərini bildirdilər. Bu günədək dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə qarşı qanunsuz əməllərinə davam edirlər. Artıq mənə məxsus olan avadanlıqların hamısı yararsız vəziyyətə düşüb. Böyük çətinliklə 319 112 manat xərc əsasında yaratdığım restoranın qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salaraq mənə külli miqdarda zərər vurmaqla yanaşı, orada işləyənlər də işsiz qoyulub. Restoran bağlanarkən təxminən 8000 manat həcmində ərzaq məhsullarını belə dəfələrlə xəbərdarlıq etsəm də, mənə təhvil verməkdən imtina edirlər”.

Ülvi Əliyev bildirir ki, o, “Baku Food” MMC-nin rəhbəri olaraq bu işdən 327 112 manat ziyan görüb. Sahibkar məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə də müraciət edib. “Bakı Ağ Şəhər Ofis Binası” MMC də məhkəmədə qarşılıqlı iddia qaldıraraq Ü.Əliyevdən ödənilməmiş ayların icarə haqqını istəyir.

Məsələ ilə bağlı “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Eyni zamanda sorğumuza cavab ala bilmədik.

Hazırda iş məhkəmə araşdırması mərhələsindədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid qardaşını təxribata çəkmək istədilər - TƏFƏRRÜAT


Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov işlə təmin olunub.

DİA.AZ gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə Sənan Əhmədova dəstək ilk gündən dəstək olan Elyar İslamoğlu məlumat verib.

“Sənana şəhid qardaşının sığorta pulu, dəfn pulu və Heydər Əliyev fondundan yardım verilib. Sənan və Səbuhinin bank borcları bağlanıb. “Forma pulu” və Səbuhinin qalıq maaş, məzuniyyət pulunun verilməsilə bağlı sənədlər hazırlanır. Yas mərasimi zamanı tiktoker və blogerlərin topladığı pullar onlardan geri alınaraq Sənana verilib. Bir dostumuz kirayə puluna kömək edir.

Hazırda Sənanın ev və iş problemi qalır. Ev məsələsi də tezliklə həll ediləcək. Sənan “Kontakt Home”un anbarında fəhlə işləyir. Ümid edirəm ki, ona uyğun normal bir işlə də təmin olunacaq”.

“Yas mərasimi zamanı dəftər qoyub siyahı tutan, kart hesabı açıb Sənandan xəbərsiz pul yığan, instaqramda, tiktokda canlı yayım açıb “şəhidin qardaşına veriləcək” deyərək hədiyyə alan, ondan-bundan şəhid ailəsinin adıyla pul qopardan yas təşkilatçıları, restoranda, kafedə yeyib-içməkdən çıxandan sonra gecə saat 3-4-də başsağlığına gələnlərin heç biri indi ortalıqda yoxdur. Yığdıqlarını yığdılar, özlərini yasda reklam etdilər, indi heç şəhid yada düşmür.

Sənanı xaricdən maliyələşən dini qruplar ələ almağa çalışırdı. Hansıki həmin dini qruplar dövlətin əleyhinə işlər aparır, onlara qrant verən xarici ölkəni müdafiə edirlər.

Sənanı bəzi radikal qruplar pulla ələ almağa çalışırdı, baş verənləri və dövlət əleyhinə danışması üçün çox böyük məbləğdə pullar təklif edilirdi. O ölkəmiz, dövlətimiz üçün davamlı təxribat edən bir neçə canlı yayıma dəvət olunurdu, müsahibələr verməsi üçün təkid edilirdi. Sənana zəng edənlər olmuşdu ki, gedək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşaq, vurub-dağıdaq.

O, yeganə ailə üzvü olan qardaşının itkisi ilə barışmadığı və özünə qarşı baş verənlərin dözülməzliyindən bezərək iki dəfə intihara cəhd etdi. Təəccüblüsü odur ki, bütün bunların baş verə biləcəyi əvvəldən bilinirdi. Sənan maarifləndirilməliydi, hüquqları izah edilməliydi, ondan sui-istifadə edilməsinin, təxribatçı qrupların onunla işbirliyinə girişməsinin qarşısı alınmalıydı. Amma…

Biz dövlətimizi mandat, vəzifə, ev, mükafat, fəxri fərman, medal üçün sevmirik, bizim sevgimiz təmənnasızdır. Dövlətini təmənnasız sevənlər Sənana bütün bu təxribatlardan da üzüağ çıxmağa kömək etməliydi və biz vətəndaşlıq borcumuzu yerinə yetirərək bunu etdik”, – E.İslamoğlu əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbov öz şirkətlərində işçiləri QUL KİMİ İŞLƏDİR - Ona işləməkdənsə...

Bu il Naxçıvanda 16 istehsal müəssisəsi və 104 yeni iş yerinin açıldığı bildirilir. Bu haqda Naxçıvan MR İqtisadiyyat Nazirliyi məlumat verir. Bu müəssisələr “NaxPlast” və “Saf Metal” MMC-lər tərəfindən açılıb. Bura Kəngərli rayonunda çaxır, Şərur rayonunda dondurma, mebel, ayaqqabı, Babək rayonunda mebel və plastik qapı-pəncərə istehsalı və. s aiddir. Sahibkarlığın İnkişafı Fondu bu məqsədlə həmin MMC-lərə 4 milyon 974 min manat güzəştli kredit də verib. Hər iki MMC-nin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir.
Vasif Talıbov öz şirkətlərində işçiləri QUL KİMİ İŞLƏDİR - Ona işləməkdənsə...

DİA.AZ-ın məlumatına görə, sakinlər “Gündəlik Naxçıvan”a bildirirlər ki, yerli şirkətlərdə iş saatı çox, maaş isə azdır. Onlar deyir ki, Talıbovların nəzarətində olan müəssisələrdə işçilər cüzi maaş qarşılığında (300-350 manat) 16 saat işlədilirlər. Bunu qul əməyi sayan sakinlər, Türkiyədə gedib işləməyi daha üstün tuturlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY


“22 ildir ki, burada yaşayırıq. Bina tamamilə qəzalı vəziyyətdədir. Amma bizi buradan köçürən yoxdur”.

DİA.AZ bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Xətai rayonu, 8 Noyabr prospekti, SOCAR Neft-Qaz Tikinti Tresti ərazisində yerləşən inzibati binada yaşayan Cəbrayıl rayonundan olan 4 məcburi köçkün ailəsi müraciət edib.

Sakinlərin sözlərinə görə, yaşadıqları bina qəzalı vəziyyətdədir: “Düz 5 ildir ki, bina qəzalı vəziyyətdədir. Belə evdə necə yaşayasan axı? Beton plitələr qoparaq düşür, tavan aşağı sallanıb. Bu evdə körpə uşaqlar yaşayır. 2018-ci ildə digər ailələr buradan Qobu park yaşayış kompleksinə köçürüldülər. Bizim də o siyahıda adımız olsa da, ev verilmədi. Müraciət etmədiyimiz yer qalmayıb. Tək istəyimiz təhlükəsiz bir yerə köçməkdir. Bununla bağlı göstəriş də verildi, lakin həyata keçirilmədi. Öz rayonumuza qayıdana qədər müvəqqəti təhlükəsiz əraziyə köçürülmək istəyirik”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. FHN-in Mətbuat xidmətindən saytımıza bildirildi ki, qeyd olunan binanın vəziyyəti ilə bağlı müraciət binanın balanssaxlayıcı təşkilatına ünvanlamalıdır. Verilmiş rəyi açıqlamaq səlahiyyəti həmin təşkilata məxsusdur. Sakinlərin köçürülməsi də FHN-in səlahiyyətində deyil.

Problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab verildi: “Göstərilən ünvan Dövlət Komitəsində “Xətai rayonu, “Oksigen” zavodunun ərazisi” kimi qeydə alınıb. Əvvəllər həmin ərazidə 97 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdı. Bu ailələrdən 87-si 2018-ci il may ayında istifadəyə verilmiş “Qobu Park 1” yaşayış kompleksinə köçürülüb.

Sözügedən ərazidə indiyədək qalanlardan biri - Cəbrayıl rayonundan məcburi köçkün Novruzov Sərvər İslam oğlu ona verilən mənzilin otaq sayı ilə razılaşmadığı üçün köçməkdən imtina edib.

Digəri - məcburi köçkün Əhmədov Talıb İsmayıl oğlu köçürülmə obyektində qeydiyyatda olmadığı üçün, mövcud qaydalara əsasən, yeni yaşayış sahəsinə köçürülməyib. O, Sumqayıt şəhəri 8 mikrorayon ərazisində yerləşən müvəqqəti məskunlaşma obyektində qeydiyyatdadır.

Mirzəliyev Anar Elbrus oğlu və Mirzəliyev Elbrus İmran oğlu isə Cəbrayıl rayonunun işğaldan azad edilmiş və 2016-cı ildən sonra bərpa olunaraq məskunlaşdırılmış Cocuq Mərcanlı kəndindəndirlər. Buna görə də onlara Bakı şəhərində yeni yaşayış sahəsi verilməyib.

Bir daha xatırladırıq ki, 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra respublikamızın digər ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar işğaldan azad olunmuş ərazilərdə, öz ata-baba yurdlarında fərdi evlərə və ya mənzillərə köçürüləcəklər. Bu zaman ən ağır vəziyyətdə müvəqqəti məskunlaşanlar yeni yaşayış sahələri ilə ilk növbədə təmin olunacaqlar”.

“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daxmaya sığınan ailə: Görəsən, təkcə biz bu vəziyyətdə yaşayırıq? - VİDEOGİLEY


Minə Məmmədova iki uşağı ilə birgə yol kənarında yerləşən bu balaca daxmaya sığınıb.

Onun 38 yaşı var, həyat yoldaşı 4 il əvvəl vəfat edib. Özü də məcburi köçkündür. Tək qazancı 60 manat çörək puludur.

Qadının böyük oğlu Ruslan 1-ci sinifdən məktəbdən çıxıb. O vaxtdan bəri, nə Ruslan məktəbə qayıtmaq istəyir, nə də qadının imkanı yoxdur ki, oğlunu oxuda bilsin. Qızı Mədinənin isə 4 yaşı var. Ana ümid edir ki, heç olmasa, qızını oxuda biləcək.

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ən uzun müddət Nazirlər Kabinetində əyləşmiş MƏMURLAR - SİYAHI


Son dövrlərdə idaretmə orqanlarında gəncləşdirmə siyasəti özünü aydın formada büruzə verməkdədir. Bu siyasətin məntiqi nəticəsi olaraq bir sıra yüksək vəzifələrə gənc kadrlar təyinat alıblar.

Lakin ölkəmizdə hakimiyyətin icredici qolunun ikinci pilləsi olan Nazirlər Kabinetində müxtəlif vaxtlarda təmsil olunmuş məmurlar var ki, illərlə yüksək vəzifələr icra ediblər.

Gundem.media bildirir ki, Bizim.Media bu cür məmurların siyahısını hazırlayıb:

Yaqub Eyyubov

Baş nazirin birinci müavini Yaqub Eyyubov 2003-cü ildən etibarən bu vəzifəni icra edir. Artıq baş nazirin I müavini kimi 19 illik staja malik olan Y. Eyyubov 1999-2003-cü illərdə Baş nazirin müavini kimi fəalliyət göstərib.

Şahin Mustafayev

2019-cu ildən etibarən Baş nazirin müavini olan Şahin Mustafayev əvvəlki illərdə də bir sıra yüksək vəzifələrdə çalışıb. O, 2008-13-cü illərdə iqtisadi inkişaf, 2013-16-cı illərdə iqtisadiyyat və sənaye, 2016-19-cu illərdə isə iqtisadiyyat naziri kimi çalışıb.

Samir Şərifov

Azərbaycan Respublikasının sayca 5-ci maliyyə naziri olan Samir Şərifov da NK-nin stajlı üzvlərindəndir. O, 2006-cı ildən etibarən bu vəzifədədir.

Nazirlər Kabinetinin əvvəlki üzvləri içərisində də uzun müddət vəzifə tutmuş məmurların sayı kifayət qədərdir:

Artur Rəsizadə

Sabiq Baş nazir Artur Rəsizadə 2003-2018-ci illərdə bu yüksək vəzifəni icra edib.

Hüseynqulu Bağırov

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq rəhbəri Hüseynqulu Bağırov 2001-2018-ci illər arasında sözügedən vəzifəni 17 il icra edib. O, 2000-2001-ci illərdə ticarət naziri vəzifəsində olub.

Ramil Usubov

Müstəqillik dönəmində ən uzun müddət nazirlik kürsüsündə əyləşmiş şəxslərdən biri də məhz sabiq daxili işlər naziri Ramil Usubovdur. O 1994-2019-cu illərdə, düz 25 il nazir vəzifəsində olub.

Əli Həsənov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov 1998-2008-ci illərdə bu vəzifəni icra edib. Buna paralel olaraq o, 1998-2019-cu illərdə Baş nazirin müavini kimi NK-da yer alıb.

Fazil Məmmədov

Sonradan ləğv edilən Vergilər Nazirliyinə Fazil Məmmədov 2000-2017-ci illərdə rəhbərlik edib.

Oqtay Şirəliyev

Eks səhiyyə naziri Oqtay Şirəliyev də stajlı nazirlərdəndir. O, 2005-2021-ci illərdə nazir kürsüsündə əlyəşib.

Ziya Məmmədov

Sabiq nəqliyyat naziri Ziya Məmmədov 15 il bu vəzifəni icra edib. O, 2002-2017-ci illərdə Nazirlər Kabinetində olub.

Əbülfəs Qarayev

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev 26 il Nazirlər Kabinetində olub. O, 1994-2001-ci illərdə gənclər və idman, 2001-2006-cı illərdə gənclər, idman və turizm, 2006-2018-ci illərdə mədəniyyət və turizm, 2018-2020-ci illərdə isə mədəniyyət naziri vəzifəsində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayevin buralardan XƏBƏRİ VARMI?.. - İTTİHAM VAR!


Şirvan şəhər E.B. İmanov adına 10 nömrəli məktəbin direktoru Arif Əliyev elə bir idarəçilik sistemi yaradıb ki, məktəbdə xadimələr, müəllim və valideynlərə divan tutur..

Məktəb təhsil ocağına yox, ciddi cəzaçəkmə müəssisəsinə bənzəyir.

Mənim övladım həmin məktəbin 1-ci sinifində təhsil alır və valideyn kimi onun təhsil şəraiti ilə maraqlanmaq və o cümlədən məktəbə daxil olmaq hùququmdur.

Övladımın azyaşlı olmasını nəzərə alsaq, hələ ki onun məktəbdə bəzi şeylər üçün valideyn köməyinə ehtiyacı olduğu da danılmaz faktdır..

10 nömrəli məktəbdə Arif Paşa (direktor) həzrətləri tərəfindən elə bir "vəziyyət" qurulub ki, valideynin duxu çatmır ki, "Çin Səddi" olan məktəbin qapısından içəri daxil olsun.

Elə bir hal baş verərsə, ani şəkildə sinif müəlliməsinin və valideynin üstünə xadimələr tərəfindən hücum çəkilir və birbaşa tapşırıq direktor tərəfindən verildiyi bildirilir!

Bu, nə deməkdir? Bu, hansı qanundur?

Təhsil ocağı kiminsə dədəsinin daşınmaz əmlakı və ya imarəti deyildir.

Təhsil ocağı dövlətin və xalqındır!

16.09.2022-ci il tarixdə şahidi olduğum məsələ bütün əsəblərimi korlayıb. Təsəvvür edin saat 10:30-da birinci siniflərin dərsi bitir və valideynlər məktəbə daxil olaraq övladların məktəbdən götürür. Məndə bütün valideynlər kimi içəri daxil oldum və sinif qarşısında gözlədim ki, müəllimə dərs tapşırıqlarını bitirsin və övladımı götürüm. Bu zaman bir xadimə üstümüzə elə gəldi ki, elə bildim valideynlərin hansınınsa çantasında bomba var və məktəbdə terror aktı törədəcək.

Biranlıq susub dayandım və gördüm ki yox, "paşa həzrətləri"-nin tapşırığına əsasən valideyn məktəbə daxil ola bilməzmiş deyə, xadimə səsin atıb başına..

Xadimə birbaşa valideynlərin qisasın sinif müəlliməsindən almağa çalışdı sanki.

Sinif müəlliməsinə elə qışqırdı ki, elə bil xadimə yox direktor idi.. Çünki o, tərbiyə və təlimatı direktordan almışdı..

Xadimə, daha sonra məktəbin rəhbər vəzifəsində çalışan bir xanımı çağırdı və sinif müəlliməsin el dili ilə desək danlatdırdı.. Həqiqətən sinif müəlliməsinin heçbir günah olmadan danlaq alması mənə çox pis təhsir etdi. Müəllimə danlanan zaman, xadimənin üzündə ki sevinc ifadəsi hələdə gözümün önündən getmir..

Mən 7 il mətbuat sahəsində çalışmışam və kurs bitirən jurnalist kimi hərzaman ali təhsilli jurnalistlərə sayğı ilə yanaşmışam. Onların qarşısında yerimi bilmişəm. Bəzən onlar bilmədiklərini bilsəm belə, susmuşam və ya sakitcə özlərinə bildirmişəm ki, biz bunu belə etməliyik.

Ən azından xadimə xanım düşünməlidir ki, müəllimin ondan böyük təhsili var və heçbir xanıma səs tonunu yüksəltmək yaraşmır.

Doğrudur mən bu mövzuda xadiməni qismən qınayıram. Çünki onların işi təmizlikdən ibarət olsa da, bununla yanaşı direktorun əmrin icra edirlər..

Birdaha vurğulayıram ki, Salyan Regional Təhsil Şöbəsi hökmən 10 nömrəli məktəbə nəzarət etməli və məktəbdən "cəza çəkmə müəssisəsi" qanunlarını yığışdırmalıdır! //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vidadi Zeynalov mülklərini geri istəyir - Ailəlikcə şikayətlərə başlayıblar


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) sabiq Aparat rəhbəri Vidadi Zeynalov mülklərini geri istəyir.

DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, sabiq Aparat rəhbəri bununla bağlı Ali Məhkəməyə müraciət edib. İşə İspəndiyar Şəfiyevin sədrliyi ilə baxılacaq.

Vidadi Zeynalov özü ilə yanaşı, ailə üzvlərinin və yaxın qohumlarının adına olan əmlaklarını da geri istəyir.

Bunun üçün onun həyat yoldaşı Şura Zeynalova, oğlanları Pərviz Zeynalov və Zeynal Zeynalı, yaxın qohumu Natavan Zeynalova da məhkəməyə müraciət edib.

Məhkəmədə cavabdeh kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göstərilib.

2015-ci ilin noyabr ayının 13-də həbs edilən, 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən və 15.03.2019-cu ildə azadlığa buraxılan V.Zeynalovun üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 43 milyon 489 min 537 manat təşkil edir. Onun xaricdə də qiyməti milyonlarla olan əmlakları var.

Həmin əmlakların tam siyasını təqdim edirik:

1. Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 14 milyon 445 min;
2. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min;
3. Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 125 min;
4. Nobel prosepekti, məhəllə 1212, ev 15, mənzil 260 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 500 min;
5. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 148 min;
6. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 128 min;
7. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 157 min;
8. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 138 min;
9. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 120 min;
10. Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 60 min;
11. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 2 milyon 45 min;
12. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 110 min;
13. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) - dəyəri 620 min;
14. Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 135 min 400 manat;
15. Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi - dəyəri 1 milyon 500 min;
16. Səbail rayonu, M.Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15 - dəyəri 300 min;
17. İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 92 min;
18. Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 349 min;
19. Səbail rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 51 min;
20. Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 82 min;
21. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min;
22. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5,6, 6A, 7, 8 və ümumi sahələri 43,6 kv m, 61 kv m olan məzillər, (Zeynallı Pərviz Vidadi oğlu);
23. Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 900 min;
24. Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 215 min;
25. Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 310 min;
26. Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri baxılmayıb;
27. Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 1 milyon 100 min;
28. Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 52 min;
29. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 100 min;
Ətraflı
30. Nəsimi rayonu, Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 550 min manat;
31. Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilinin bir hissəsi (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 250 min;
32. Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 510 min;
33. Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 400 min;
34. Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - 3 min;
35. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 223 min;
36. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 95 min
37. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 344 min;
Bunlardan əlavə, Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi məlum olub. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdu.
RYTN-ə məxsus V.Zeynalovun özəlləşdirdiyi əmlaklar
38. Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTN-in b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu - dəyəri 95 min;
39. Xəzər rayonu, Türkan qəsəbəsi, RYTN-in "Poçt Daşınma Mərkəzi” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 19 min 700 manat;
40. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 180 min;
Vidadi Zeynalovun həbs qoyulmuş rayonlardakı əmlakları
41. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 111 min 500 manat);
42. Qəbələ rayonu, Bum kəndində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 144 min;
43. Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 54 min;
44. Qəbələ rayonu, Bum kəndində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 66 min manat;
45. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu - dəyəri 115 min;
46. Qəbələ rayonu, Qəmərvan kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Zeynalov Pərviz Vidadi oğlu) - dəyəri 72 min manat;
47. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 34 min 600 manat;
48. Yevlax rayonu, Kövər kəndində yerləşən (ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - dəyəri 4 min 100 manat;
49. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,26 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 34 min 900 manat;
50. Yevlax rayonu, Kövər kəndində yerləşən 3,0741 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 3 min 500 manat;
51. İsmayıllı rayonuda 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 17 min 110 manat;
52. İsmayıllı rayonu, Tircan kəndində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat;
53. İsmayıllı rayonu, Tircan kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 32 min 417 manat;
54. İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 57 min 673 manat;
55. İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 18 min 876 manat;
56. İsmayıllı rayonu, Tircan kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 95 min 695 manat;
57. İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 19 min 965 manat;
58. İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 22 min 63 manat;
59. Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 57 min 293 manat;
60. Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 53 min 96 manat;
61. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 142 min 842 manat;
62. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 28 min 349 manat;
63. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu - dəyəri 376 min 77 manat;
64. Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 21 min 877 manat;
65. Sabirabad rayonu, Cavad kəndində 13,5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 27 min manat;
66. Şamaxı rayonu, Məlhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 1 milyon 927 min manat;
67. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 24 min;
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samuxun keçmi təhsil müdiri məktəbin həyətində qoyun-quzu saxlayır... - İDDİA


Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbdə gülünc hadisə baş verib.

Gundem.media bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən məktəbin həyətində qoyun-quzu saxlanılır.

Əldə etdiyimiz məlumata görə, məktəbin həyətində heyvandarlıqla məşğul olan şəxs Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovadır.
Samuxun keçmi təhsil müdiri məktəbin həyətində qoyun-quzu saxlayır... - İDDİA

Qoyun-quzu Nurlana xanıma məxsusdur.

Məktəb həyətində otarılan heyvanlarla bağlı saytımıza daxil olan görüntüləri təqdim edirik:

Mətbuatda gedən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO