[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdaşda Qarabağ qazisi bələdiyyədən narazıdır - “Bələdiyyə mənə əkinə yararsız torpaq təklif edir”


“İkinci Qarabağ Müharibəsi iştirakçısıyam. Yaşadığım kənddə əkinə yararlı torpaq sahəsi istəyirəm ki, əkin-biçinlə məşğul olub, dolanım. Tək istəyim odur ki, heç kimə möhtac olmadan çörək pulu qazana bilim. Amma köməklik edilmir, bələdiyyə mənə əkinə yararsız torpaq təklif edir”.

DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Ağdaş rayonu, Ərəbşəki kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Qismət oğlu Qurbanov bildirib. Onun sözlərinə görə, ona torpaq sahəsi ayrılması üçün yerli icra nümayəndəsinə tapşırıq verilib. Amma bələdiyyə ona əkin üçün yararsız torpaq sahəsi təklif edib.

“Hansı ki, həmin ərazi mal-qara üçün nəzərdə tutulmuş örüş sahəsidir. Kəndimizlə örüş sahəsi arasında 15-20 kilometr məsafə var. Bu məsafəni hər gün necə gedib-gəlim? Kənddə əkinə yararlı sahəsi olanlar çoxdur, bələdiyyənin ehtiyat fondundan onlara yer ayrılıb”, – N.Qurbanov bildirib.

Ərəbşəki kındinin də daxil olduğu Eymur bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, Ərəbşəki kəndində 5 müharibə iştirakçısı var. Onların hər birinə bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi təklif edilib. Lakin N.Qurbanov göstərilən torpaq sahəsindən imtina edib.

“İki müharibə veteranı hazırda həmin sahədə əkin-biçinlə məşğul olub. Qurbanova da 1 hektar torpaq təklif edilib, lakin həmin ərazini istəmir. Başqa ərazidə də torpaq yoxdur. Nurlan ailəsi ilə birgə qalır, həyatyanı sahələri, pay torpaqları var. İstədiyi vaxt təklif edilən ərazidə torpaq götürə bilər. Təklif edilən sahə əkin üçün yararlıdır”, – bələdiyyədən qeyd ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi - İLGİNC İDDİALAR...


Xatırladaq ki, 2016-cı ilin mart ayında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev tutduğu vəzifədən azad edilərək onun yerinə müavini Ədalət Həsənov direktor vəzifəsinə təyinat almışdı. Maraqlıdır ki, Ş.Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor kimi onun müavini də məsuliyyət daşıyıbdı. Bəzi məqamlarda isə, Ə.Həsənovun məsuliyyəti hətta direktordan da artıq olubdu. Etiraf etmək lazımdır ki, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə iddialara ən müxtəlif instansiyalara, o cümlədən ölkə mətbuatına təqdim olunan məlumatlarda kifayət qədər rast gəlinir. Açıqlamalarda bildirilir ki, Birliyin ekspertləri bir çox hallarda nədənsə tam, dolğun, arqumentləşdirilmiş və elmi əsaslandırılmış obyektiv rəy vermirlər. Birliyin məhkəmə tibb ekspertləri ekspertizanın icrasında müstəqildirlər. Məhkəmə-tibb ekspertlərinin ekspertizanı təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və rəyin nəticəsində maraqlı olan digər şəxslərdən hər hansı bir formada asılılığı yoxdur. Qanunda birbaşa qeyd olunub ki, ekspertizanın icrası zamanı ekspertizanın gedişinə və onun obyektivliyinə xələl gətirə biləcək müdaxilə və təzyiq göstərən istənilən vəzifəli şəxs, o cümlədən dövlət ekspertiza idarəsinin rəhbəri qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyır. Həmçinin ekspert də qəsdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Lakin təəssüflər olsun ki, bu qanunlara heç də həmişə nə ekspertlər, nə də Birliyin rəhbərliyi tərəfindən əməl olunmur. Bu səbəbdən də, son illər Birliyin fəaliyyəti ilə bağlı insanlarda mənfi ictimai rəy formalaşıb. Redaksiyamıza bu barədə açıqlama verən əksər mənbələrin rəyinə görə, Birliyin ekspertlərinə təsir göstərilməsi, qərəzli, bu və ya digər tərəfin marağını təmin edən, qeyri-obyektiv rəylərin verilməsi xüsusunda indiyədək Ədalət Həsənovun “xidmətləri” danılmazdır. Aktualxeber.az-a daxil olan məlumata görə Ədalət Həsənov bu yaxınlarda Emin Əhədov adlı şəxsə saxta rəy vermək üçün Hacı Mazandan kifayət qədər rüşvət alıbdı. Masallı RPŞ-də istintaq getdiyindən bəzi məqamları açıqlamasaq da, bütün detallar bizə məlumdur və zamanı gələndə açıqlayacağıq.Belə qənaətə gəlmək olur ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin fəaliyyətinə dair ictimai rəyin müsbətə doğru dəyişməsi üçün ya Ə.Həsənov vəzifədən getməlidi, ya da hələ çox gözləməli olacağıq…
P.S. Ramazan Zeynalovun ilkin kapitalını formalaşdırmaq üçün təkcə Cavanşir Paşazadənin rəhbəri olduğu çay fabrikindən “KamAZ”la Bakıya, keçmiş Sovet respublikalarına çay daşıması kifayət etməzdi. R.Zeynalovun sonradan Hacı Mazana çevrilməsi çayla yanaşı başqa çəkidə yüngül, qiymətdə ağır “strateji məhsullar”ın daşınması və bundan külli miqdarda vəsait əldə edilməsi hesabına olubdu.Bu ayrıca bir söhbətin mövzusu olduğundan daha geniş məlumatları növbəti məqalələrimizdə oxuya bilərsiniz.
Qarşı tərəfin də öz mövqeyini verməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşğulluq Agentliyinin MAL-HEYVAN HOQQASI... - BUNUN BAŞQA ADI YOXDUR...


“Mən bir il müddətinə bu heyvana 1000 manat xərc çəksəm, biri hardasa günə 3 manatlıq ot yeyir. Bu, aya hardasa 90 manat edir. Bir heyvan. Bir ilə də vuranda təxminən 900-1000 manatdan yuxarı pul edir. Lap olsun 500 manat. Bunun heç 500 manat qiyməti yoxdur”.

DİA.AZ bildirir ki, özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmaq üçün Sumqayıt şəhər Məşğulluq idarəsinə müraciət edən Əhliman Əliyevə 3 inək verilib. Amma verməsəydilər, ondan yaxşı idi. Hər halda, vətəndaşın dediklərindən belə anlaşılır.

Vətəndaşa inəklərin ayda 600 litr süd verəcəyi və nəticədə 600-700 manat gəlir əldə edə biləcəyi vəd edilsə də, əslində verilən heyvanların yaşlı və xəstə olduğu ortaya çıxıb.

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qərib Məmmədovun adını hallandırdılar ki... - DƏLƏDUZLUQ İŞİ


Bakı şəhəri, Xətai rayonun Korolenko ( indiki İlqar Həbibov) küçəsi, ev 52, mənzil 6-da yaşayan Hüseynov Rövşən Aydın oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 2014-cü ildə, Suraxanı rayonun Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsində yaşayan Turab adlı şəxsdən onun yaşadığı yerə yaxın olan Abşeron rayon ərazisində "AQRALİYA" MMC-yə 99 illik icarəyə verilmiş Donuzkökəltmə sovxozu ərazisi olan 7.1 ha torpaq sahəsindən 0.02 ha-nı mənə ev tikmək üçün mənə satmağı təklif etmişdir. Ramanıda yerləşən "Gülçülük" adlanan ərazidəki bu torpaq sahəsinə Turabla birlikdə Malik adlı makler də baxış keçirdik və o yeri ölçüb təhvil verdi.Biz birlikdə 9 saylı notariat kantoruna gedib yerin əsl sahibi olan və deyilənə görə sabiq Dövlət Torpaq Komitəsi sədri Qərib Məmmədovun arvadı Aliya Məmmədovnanın nümayəndəsi Məmmədov Hadi Miryusif oğlu ilə 18 sentyabr 2014-cü ildə alqı-satqı müqaviləsi bağladıq.
Lakin 2022-ci ilin yanvarında mənə məlum oldu ki, mənə satılan bu torpaq sahəsində başqa bir adam ev tikib yaşayır. Mən makler olan Turab və Malikdən soruşdum ki, niyə sənədlə mənə verdiyiniz 2 sot yeri başqasına sənədsiz satıbsınız?Dedilər ki, sənə başqa yer verərik. Amma 23 yanvardan bu günə qədər maklerlər məni süründürməçiliyə salıblar. Belə ki, o vaxt mən Rüstəmov Yusifin və Qaybalıyev Faiqin şahidliyi ilə bu adamlara 9000 ( doqquz min) manat pul vermişdim. İndi də bu dələduzlar 7 aydır ki, nə pulumu qaytarırlar, nə də ki torpağımı.
Cənab Prezident xahiş edirəm ki, "AQRALİYA" MMC -nin təsisçisi Qazıyeva Aliya Məmmədovna ( sabiq məmur Qərib Məmmədovun həyat yoldaşı olan) başda olmaqla onların dələduz dəstəsinin - Hadi Məmmədovun, Turabın, Malikin mənə qarşı törətdikləri qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işçilər kütləvi şəkildə etiraz edir - İDDİA VAR...


Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Nəsimi Nəsibov idarəni Cəlilabad rayonuna köçürmək istəyir.

Bu barədə idarənin işçiləri AzToday.az-a məlumat veriblər. Onların sözlərinə görə, ağacların cinsini belə tanımayan Nəsimi Nəsibov idarənin Masallıdakı 2 mərtəbəli təmirli binasını Cəlilabaddakı təmirsiz 3 otaqlı tikiliyə dəyişir. İdarə müdiri işçilərə bunun səbəbini izah etməyib. Amma işə gəlməyənləri dərhal işdən azad edəcəyini bildirib.

İşçilər isə iddia edir ki, 3 il əvvəl təmiri üçün yüz minlərlə manat silinən binanı Meşələrin İnkişafı Xidmətinin rəhbərliyi satmaq istəyir. Buna görə, regional idarəni Cəlilabada köçürmək istəyirlər. Həmçinin, Masallıda regional idarədə çalışan onlarla şəxsin uzaq Cəlilabada gedib-gəlməsinin çətin və məsrəfli olduğunu bilən meşə mafiyası indiki əməkdaşları işdən çıxarmağı planlaşdırır.

İdarə işçilər arasında qruplaşma yaratmaqda ittiham olunan Nəsimi Nəsibovun Meşələrin İnkişafı Xidmətinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşovun göstərişiylə bu addımı atdığı da yayılan məlumatlar sırasındadır.

İdarə Cəlilabada köçürüldüyü halda daha böyük problemlə Yardımlı meşəçiləri üzləşəcəyi üçün onlar kütləvi şəkildə işdən çıxacaqlarını və Nəsimi Nəsibovun etdiyi qanunsuzluqlara görə məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini bildirirlər. İşçilər nazir Muxtar Babayevin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verənləri araşdırmağa çağırıb…

AzToday.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hollywood" bacılarının direktorluq sevdası bitib tükənmək bilmir


Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyev korrupsiya və rüşvətxorluqla mübarizədə geniş işlər görür.

Prezident bütün dövlət tədbirlərində və nazirlərlə müşavirələrdə hər dəfə bildirir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistemdə ciddi xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir.

Son zamanlar medianın gündəmindən düşməyən mövzulardan biri də təhsil sahəsidir. Əgər gənc nəslin təlim-tərbiyəsinə fikir verilməsə, deməli gələcəyimiz qeyri-müəyyənliyə doğru gedər və sonu görünməyən uçuruma düşərik...

Bu istiqamətdən yanaşsaq, ölkəmizdə xeyli inkişafın olduğunu görərik və gələcəyimizin etibarlı əllərdə olduğunu dərk edərik. Ölkəmizdə 5000-nə yaxın orta təhsil müəssisəsinin olduğu bildirilir ki, bu da dövlətimizin təhsilə verdiyi əhəmiyyətli diqqətdən xəbər verir.

İndi isə gəlin konkret olaraq, Yevlax şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdən, onun "inkişaf yolu"ndan danışaq...

Xatırlayırsız bir müddət bundan öncə maraqlı fotoları ilə hollivud ulduzlarından geri qalmayan, sosial şəbəkələrin fenomeninə çevirilən Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbinin direktoru Həqiqət Şükürova, vəzifə salahətlərini aşaraq yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılmışdı. İndi isə eyni əməli onun bacısı olan hal-hazırda Yevlax şəhər 2 nömrəli Tam Orta Məktəbinin direktoru Sədaqət Şükürova davam etdirir.
"Hollywood" bacılarının direktorluq sevdası bitib tükənmək bilmir

Sədaqət Şükürova

"Azərbaycan Reallığı"na məlumat verən mənbə bildirir ki, sözü gedən məktəbin direktoru da heç Hollivud aktirisalarından fərqlənmir. Təhsilə heç bir aidiyatı olmayan stil sahibi xanım Sədaqət Şükürova bir başqa aləmdir. Bu adam Azərbaycan təhsilinin gələcək faciələrinin "SOS" siqnalıdır. Hələ bu tərz, stil azmış kimi rəhbərlik etdiyi məktəbdə həyata keçirdiyi biabırçı “xadimə əməliyyatları”, direktorun borclarının ödənilməsi üçün müavinlərinin az qala dilənçi kimi şıdırığı pul yığması, fiziki tərbiyə müəllimin “kino-filmi” və Sədaqət Şükürovanın baş verənləri gizləməsi, və s. tükürpədən digər olaylar və daha nələr, nələr…

Bir zamanlar Sədaqət Şükürova həmyerlisi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova arxalanaraq Yevlaxda "at oynadır". Özünü Cavid Qurbanovun ən yaxın adamı kimi qələmə verirdi, Mənbə bildirir ki, Qurbanovun vurulmasından sonra hər iki bacı özünə yeni dayday axtarışına çıxıb Hətta Həqiqət Şükürova Pirezdent admistırasıyasının vəzifəli şəxslərinin qohmunu özünə dayday tapa bilib.

Ona arxalanaraq Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbinə yenidən direktor qayıtmaq üçün Nərimanov Rayon Məhkəməsinə üz tutub onun sözü gedən məktəbə direktor qaytmasın məhkəmə təmin etsədə, Təhsil Nazirliyi güc gələrək bu qərarı Bakı Apeliyyasıya Məhkəməsində ləvğ etdirə bilib.
"Hollywood" bacılarının direktorluq sevdası bitib tükənmək bilmir

Həqiqət Şükürova

Sözü gedən Həqiqət Şükürovanın bacısı olan Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürovanında vəziyyəti heç ürək açan deyil. "Xanım" məktəb direktoru, yol verdiyi nöqsanlara görə artıq bəzi dairələrdə araşdırmalara başlanılıb. Vəzifəsini itrəcəyin hiss edən Sədaqət xanımda özünə yeni dayaq axtarmaq axtarışına çıxıb. Amma o hara əl atsa da əli boşa çıxıb. Bir sözlə axtarışı nəticəsiz qalıb.

Güman edirik ki, təhsil naziri, hörmətli Emin Əmrullayev Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürova və hazırda yenidən Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbinə yenidən direktor qayıtmaq üçün fəaliyyətdə olan Sədaqət Şükürovanın bacısı Həqiqət Şükürova barəsində tədbir görərək, qanuna müvafiq olaraq lazımi ölçü götürəcək.

Yazıda adı çəkilən qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabda vətəndaşların ÇƏTİN DURUMU... - GİLEY


Zərdab rayonunun Şıxbağı kəndində pambıq yığımı bir müddətdir ki başlayıb.Tarlada maşınla yığım başa çatdığına görə, əl əməyindən istifadə olunur. Elə 60 yaşlı Səbirə Cavadova da günü 25 qəpiyə tarlada pambıq yığanlardandır. O astma xəstəsi olsa da, bir tikə çörəkdən ötrü hər gün pambıq sahəsinə gəlir. Deyir ki, yoxsa heç bir qadın qəpik-quruşa görə hər gün yağışın, günün altında pambıq yığmağa razı olmaz.

52 yaşlı Sədaqət Şıxıyeva da ehtiyac üzündən pambıq yığır. Amma qazancının dolanmağa bəs etmədiyini söyləyir.

Sədaqət Şıxıyeva artıq öz arzularını həyata keçirməyin çətin olduğunu deyir. Heç olmasa övladlarının yaxşı yaşamasını istəyir.

Yazgül Rüstəmova və həyat yoldaşı da işsizdir. Pensiya yaşına çatmadıqlarından, həm də əlavə gəliri olmadığından pambıq yığmağa məcbur olduğunu söyləyir. Sahədə işlərin yekunlaşmasına bir ay qaldığından daha sonra çörək pulunu necə çıxaracağını özü də bilmir:

Səbirə Cavadova deyir ki onların qabarlı əllərinə qiymət verilməlidir. Belə yaşayışın isə onları çox şeydən məhrum etdiyindən gileylənir.

x
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NƏ BAŞ VERİR: DTX zabitləri rayonlara rəhbər göndərilir - Prezidentin icra başçıları ilə bağlı yeni siyasəti


Ölkədə sadə insanların ən çox narazılıq etdiyi qurum icra hakimiyyətləridir. Son illərdə Azərbaycanda həyata keçirilən islahatların bir istiqaməti kimi, rayon icra hakimiyyətlərinin başçılarına qarşı çox sərt cəza tədbirləri həyata keçirilib. Bir çox icra başçıları həbs edilib, xeyli başçı vəzifədən azad olunub və digər formalarda cəzalandırılıb.

Nəzərə çatdıraq ki, rayonlarda icra başçılarının həbsini əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) həyata keçirib. Son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiya və rüşvətxorluqla mübarizə prosesində gördüyü işlər vətəndaşların ürəyincə olub. DTX-ya olan etimad o qədər yüksəlib ki, Prezident artıq icra başçıları ilə bağlı yeni siyasətində təhlükəsizlik orqanları əməkdaşlarını daha önə çəkir. Yəni bu qurumun əməkdaşlarını rayonlara təkcə əməliyyat keçirmək, rüşvətxor başçıları qandallamaq üçün yox, həm də icra başçısı olaraq yollayır. Son 5 ayda artıq iki rayona DTX-nın idarə və şöbə rəisləri başçı göndərilib. Prezident İlham Əliyev iyulda Şahin Kərim oğlu Məmmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdi və onun yerinə Araz Süleyman oğlu Əhmədovu təyin etdi. A.Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. Araz Əhmədov 2019-cu ildə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi ilə təltif edilib. İcra başçısı təyinatına qədər DTX-da idarə rəisi vəzifəsini icra edib.

Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə Göyçaya icra başçısı təyin edilən Natiq Nuşravan oğlu Ağayev də DTX əməkdaşıdır. O, son təyinatına qədər Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi işləyib.

Heç şübhəsiz ki, təhlükəsizlik orqanı əməkdaşı olmaq həm də yüksək idarəçilik qabiliyyətli, bütün neqativ məsələlərdən anında xəbər tutmaq bacarığına malik kadr deməkdir. Onlar rayonlarda əhalinin narazı olduğu məsələləri, məmur özbaşınalıqlarını qısa zamanda aradan qaldırmaqda daha operativ çalışa bilərlər.

Bəs DTX zabitlərinin icra başçısı təyinatı rayonların inkişafında hansı fərqi göstərə bilər?

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, idarəetmədə kadr siyasəti həmişə aktual və vacib hesab edilib: “Çünki idarəetmə sistemi nə qədər mükəmməl olursa-olsun, əgər kadrlar yerində deyilsə, bu sistemdən effektiv nəticə əldə etmək mümkün olmur. Bu mənada icra hakimiyyətləri strukturları və oraya təyin edilən rəhbər kadrlar, onların idarəetmə bacarığı xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki , yerli icra hakimiyyəti orqanları dövləti təmsil etməklə yerlərdə dövlətin vətəndaşla ünsiyyəti kimi qəbul edilir. Belə olan halda icra hakimiyyəti orqanları ilə vətəndaşların ünsiyyəti ümumi ictimai rəydə dövlət idarəetməsinin keyfiyyəti haqqında kütləvi rəy formalaşdırır. Nəzərə almaq lazımdır ki, son dövrlərdə həyata keçirilən islahatlar kontekstində icra hakimiyyəti orqanlarında çalışan məmurların bir hissəsinin keyfiyyət göstəriciləri nə vətəndaşlarımızın gözləntiləri, nə də Azərbaycan Prezidentinin tələbləri baxımından özünü doğrulda bilmədi. Ona görə də institusional islahatların keyfiyyətli kadr islahatları ilə tamamlan ması zərurəti yarandı. Hazırda Azərbaycan Prezidenti kadr bazası kimi həm də DTX-nın insan resurslarından istifadə edir. Bu bir qədər qeyri-ənənəvi görünsə də, ilk təcrübələrdən nə qədər səmərəli nəticələr verdiyi aydın olur. Çünki bu kadrlar hər şeydən öncə vətəndaşlarla ünsiyyət qurmaq baxımından peşəkardırlar. İkincisi, kifayət qədər məlumatlı, problemlər haqqında obyektiv informasiyalara sahibdirlər. Üçüncüsü isə son bir neçə il ərzindəki çox mühüm fəaliyyətləri ilə həm Azərbaycan Prezidentinin nəzərində, həm də vətəndaşlarımız arasında yaxşı ictimai etimad qazana biliblər. Etimad faktoru isə idarəetmədə ən əsas amillərdən biridir. Ona görə də ölkəmizdə aparılan dərin islahatlar kontekstində yeni kadr təyinatlarının idarəetmədə tamamilə yeni bir keyfiyyət mərhələsi yarada biləcəyinə inanmaq olar. Bu isə nəticə etibarilə vətəndaş məmnunluğu deməkdir”.

Sabiq təhlükəsizlik xidməti zabiti, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev isə bildirdi ki, Azərbaycan rəhbərliyi tərəfindən aparılan iqtisadi, siyasi və digər sahələri əhatə edən islahatlarla yanaşı, ən mühüm islahat da kadr islahatlarıdır: “Kadr islahatlarının ən başlıca məqsədi yerlərdə vətəndaşlarla işləmək bacarığı olan kadrları önə çəkməkdir. Meydana çıxan müəyyən problemlərin peşəkarcasına, vətəndaşı məmnun edəcək səviyyədə həll etmək bacarığı olan kadrların yerli icra hakimiyyətlərinin rəhbərliyinə gətirilməsi vacibdir. Ölkənin rəhbəri məhz bu və digər mühüm amilləri nəzərə alaraq qeyd olunan təyinatları həyata keçirir. DTX əməkdaşlarının yerli icra hakimiyyətlərinə başçı təyinatının bu mənada uğurlu olacağını söyləmək olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elman Rüstəmovun baş bankirlikdən “təqaüdə” yox, müşavirliyə getməsinin sirri - İLGİNC


Azərbaycanda yüksək vəzifədə, özü də eyni vəzifədə uzun müddət qalan şəxslər arasında Elman Rüstəmovun adı ilk yerlərdə gəlir. 27 il Mərkəzi Bank kimi ölkənin bank sektoruna, pul-kredit siyasətinə düzən verən bir quruma rəhbərlik edən sabiq baş bankir hazırda “təsəlliverici” vəzifədədir. Bir neçə ay əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılaraq baş nazirə müşavir təyin olunub. Əlbəttə, heç vaxt Nazirlər Kabinetinə - baş nazirə tabe olmayan bir qurumun rəhbərliyindən baş nazirin müşaviri kimi texniki vəzifəyə göndərilmə ilk baxışdan çox ciddi eniş kimi görünür. Lakin son illərdə vəzifədən alınan məmurların başına gələnlərin müqabilində E.Rüstəmovun vəzifədən sürüşdürülməsi, bir növ, əfvə düşmə hesab olunur. Çünki yüksək vəzifə tutaraq külli miqdarda var-dövlət toplayan sabiq məmurların bir çoxu korrupsiya ittihamı ilə həbsə atılır, yaxud iqtidar komandasından tamamilə uzaqlaşdırılaraq, vəzifədə olduğu müddətdə hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi adamlar da işdən kənarlaşdırılır. Buna görə də sabiq baş bankirin Nazirlər Kabineti aparatında az qala texniki bir vəzifəyə təyin olunması onun üçün böyük üstünlük kimi qiymətləndirilir...

Halbuki E.Rüstəmovun Mərkəzi Bank rəhbəri kimi çox böyük səhvləri olub və bu səhvlər dövlətə on milyardlarla manata başa gəlib. Rüstəmovun ən böyük səhvi 2014-2015-ci illərdə səmərəsizliyini bilə-bilə manatın məzənnəsini saxlamaq üçün 3-4 ay ərzində Mərkəzi Bankın 12 milyard dollarlıq ehtiyatını göyə sovurmasıdır. Bu addım onun baş verən iqtisadi prosesləri vaxtında və düzgün qiymətləndirməməsinin göstəricisi idi. E.Rüstəmovun bu addımının səbəbləri uzun müddət müzakirə mövzusu olmaqla, hətta onun devalvasiyalardan öncə külli miqdarda - bəzi mənbələr 700 milyon dollar məbləğində vəsaiti özünə yaxın banklar vasitəsilə xaricə çıxartdığına dair iddiaların yayılmasına gətirib çıxardı. Özünə yaxın banklar demiş, E.Rüstəmov Azərbaycanda məmur biznesi deyərkən göz önünə gələn ilk adlardan biridir. Uzun illərdir o, ölkədə və ondan kənarda qurulan böyük biznes imperiyasının sahibi kimi tanınır. Məsələ burasındadır ki, keçmiş baş bankir həm də biznesdə kifayət qədər “bacarıqlı” olub. Vəzifəsinə görə biznesdə birbaşa iştirakı qanunla qadağan olunsa da, E.Rüstəmov etibar etdiyi adamlar vasitəsilə maliyyə sektorunda və iqtisadiyyatın başqa sahələrində gəlirli şirkətlər formalaşdıra bilib.

Bu baxımdan, “Bank Respublika” ASC-ni xüsusi qeyd etməyə ehtiyac var. 1992-ci ildən yaradılan bu bank hazırda ölkə bankları arasında ilk beşlikdə qərarlaşıb. 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərindən aydın olur ki, Bank Respublika öz mövqelərini daha da yaxşılaşdırıb. Belə ki, 1 iyul 2022-ci il tarixinə bankın aktivləri 1 milyard 378 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bankın məcmu kapitalı 14 faiz artaraq 106,7 milyon manatdır, bu isə minimum məcmu kapital normasından iki dəfə çoxdur.

Cari ilin 6 ayında 2021-ci ilin birinci yarımilliyi ilə müqayisədə bankın xalis faiz mənfəəti 58 faiz artaraq 38,78 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 14,5 milyon manata, xalis mənfəəti isə 12,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 faiz çoxdur. Hesabata əsasən, Bankın kredit portfelinin 70 faizini biznes kreditləri təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlığın kreditləşdirilməsinə yönəldilmiş kredit portfeli 48 faiz artıb.

Bankın depozit portfeli 822,3 miloyn manat təşkil edib, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərdən biridir.

“Bank Respublika”nın səhmdarları E.Rüstəmovun biznesinə rəhbərlik etdiyi, onun ən yaxın adamı olduğu deyilən Natiq Quliyev (51,15 faiz), Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyası (16,60 faiz), Elçin Quliyev (15,06 faiz), Namiq Quliyev (7,41 faiz), Şakir Rəhimov (5,45 faiz), Almaniyanın Sparkassen İnternational Development Trust şirkəti (4,25 faiz) və adları açıqlanmayan hüquqi və fiziki şəxslərdir (0,08 faiz). Onlardan Şakir Rəhimov həm də bankın Müşahidə Şurasının sədri postunu tutur. İdarə Heyətinə isə Taryel İsmayılov rəhbərlik edir.

“Bank Respublika”nı ölkənin maliyyə-bank sektorundakı təlatümlərdən sağ-salamat çıxaran E.Rüstəmov onlarla bankın batmasını müşahidə etməklə kifayətlənib. Uzun illər boyu həmin bankların normal girov təminatını almadan dost-tanışa böyük həcmli kreditlər paylaması Mərkəzi Bankın və onun rəhbərinin gözləri önündə baş verdi. E.Rüstəmov bilavasitə vəzifəsindən irəli gələn nəzarət mexanizmlərini işə salmağa tələsmədi, yaxud qəsdən salmadı. Nəticədə, iki ardıcıl və kəskin devalvasiyadan sonra məlum oldu ki, 15-ə yaxın bankın rəhbər heyətinin yaxınlarına paylanan nəhəng həcmli kreditlərin qaytarılması mümkün deyil. Bu isə həmin bankların iflasına gətirib çıxardı və onların bir neçə milyardlıq borcunu dövlət ödəməli oldu. Hansı ki, bağlanan bankların əmlakı və alacaqları həmin vəsaitin böyük hissəsini qarşılamır.

E.Rüstəmovun uğurlu biznes layihələri yalnız bank sektorunda deyil. Belə ki, biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə “Səba” Şirkətlər Qrupuna və “Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirirlər. “Səba” Şirkətlər Qrupuna “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” şirkətləri, eləcədə “Gündəlik” ərzaq dükanları şəbəkəsi daxildir. Şirkətlər qrupu ölkənin ən böyük quş əti, kərə yağı istehsalçıları arasındadır. Sabiq baş bankirin şirkətlər qrupunda 37,5 faiz paya malik olduğu deyilir. Aydın məsələdir ki, bu pay birbaşa E.Rüstəmovun adında deyil. Bunun üçün o, doğma xalası oğlu Hidayət Quliyevin adından istifadə edir.

Bütün bunlardan əlavə, Elman Rüstəmov bir sıra məşhur avtomobil istehsalçılarının Azərbaycandakı distribütorlarının da sahibliyində iştirakçıdır. Bura ilk növbədə Yaponiyanın məşhur “Mitsubishi”, “Subaru”, “Toyota” avtomobilləri aiddir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Onların əsas müştəriləri yerli və xarici şirkətlər, səfirliklərdir.

Sabiq baş bankirin həm də tikinti, ictimai iaşə sahələrində, həmçinin Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda da biznes fəaliyyətləri olduğu deyilir. Məşhur “Planet” şadlıq sarayının bütnlüklə, onun yaxınlığında ucaldılan çoxmərtəbəli yaşayış binasının isə 50 faizinin E.Rüstəmova məxsus olduğu bildirilir. Bundan əlavə, “Neon” restoranının arxasında tikilməkdə olan böyük şadlıq sarayında da Elman müəllimin yarı paya malik olduğuna dair məlumatlar yayılır.

Baş nazirin indiki müşavirinin Avropanın müxtəlif ölkələrindəki biznesinə qızı Günel Rüstəmova rəhbərlik edir. Onun Çexiya, Monteneqro, Sloveniya kimi ölkələrin turizm sektoruna iri məbləğli investisyalar yatırdığı qeyd edilir. G.Rüstəmovaya məxsus “GYUNEL LIMITED” şirkətinin bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir.

Qeyd edək ki, Elman Rüstəmovun qızının qayınatası - Əhməd Əhmədzadə də keçən ilin aprel ayında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyindən uzaqlaşdırılıb. Rüstəmov-Əhmədzadə qudalarının 20 ildən yuxarı rəhbər olduqları sahələr iqtisadiyyatın açar sahələridir. Və onların rəhbərliyi altında bu sahələrin yüksək inkişaf yolu keçdiyini söyləmək mümkün deyil. Meliorasiya sahəsinə uzun illər boyu ayrılan vəsaitlərin həcmi milyardlarla manatla ölçülür. Ə.Əhmədzadənin meliorasiyaya ayrılan pullardan nə qədər “səmərəli” istifadə etdiyini isə onun oğlu, E.Rüstəmovunsa kürəkəni olan Cuma Əhmədzadənin xaricdəki biznes fəaliyyətindən görmək mümkündür. Belə ki, ona məxsus “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa, şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.

Bu şirkət ər-arvadın Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.

E.Rüstəmovun Nazirlər Kabinetinə az qala ehtiyac olmayan bir vəzifəyə təyinatı ona toxunulmadığını göstərir: cəmiyyət bunu belə qiymətləndirir. Lakin mümkündür ki, bu, həm də onun göz önündə saxlanmasını təmin etmək üçün atılan addımdır, hakimiyyət onu nəzarətdən kənara buraxmır. Bu isə E.Rüstəmovun 27 ildə qurduğu böyük biznes imperiyasının hər an əlindən alınması təhlükəsinin olduğu deməkdir...
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
7 min manata görə peşəkar təhsil işçisinin başına oyun açırlar... - İTTİHAM VAR!


Şirvan şəhərində yaşayan Əliyeva Təranə Əlövsət qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 saylı məktəbin direktoru Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqda ittiham edir:

“Mən Əliyeva Təranə Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali təhsilliyəm, rus dili müəlliməsiyəm. 25 ilə yaxın pedaqoji stajım var. 20 ilə yaxın müddətdə Şirvan şəhər, Elçin İmanov adına 10 saylı məktəbdə rus dili müəlliməsi kimi işləmişəm. İşlədiyim müddətdə heç vaxt dərsdən qalmamış, bulletenə belə çıxmamışam. İntizamlı müəllimə olmuşam.

Bu işimdən əlavə, qeyri-hökümət təşkilatlarında da işləmişəm. 2007-2008-ci illərdə kurikulumun hazırlıq mərhələsində Amerikada - Nyu Yorkda qrant layihəsinin rəhbəri olmuşam. Misir Mərdanovun nazir olduğu dönəmdə 5 min dollarlıq mükafata layiq görülmüşəm. İngilis və rus dili fənləri üçün “Xalqalr dostluğu” başlıqlı layihənin rəhbəri olmuşam. O layihənin sayəsində bizim məktəbin xarici dil müəllimləri 10 il müddətində həmin otaqdan istifadə etdilər.

2017-ci ildə, iyun ayında müəllimlərin qol çəkdiyi vaxtda Şirvan şəhər, 10 saylı məktəbin direktoru söhbət əsnasında mənə bildirdi ki, niyə sən yay tətilində işləməyə getmirsən, ailə vəziyyətində çox ağırdır? Həqiqətən də mənim ailə vəziyyətim çox ağırdır. Evimdə xəstə anam, böyük külfət - hamısı mənim üzərimdə idi. Mən də direktor Arif Əliyevlə aramızda danışdıq ki, biraz özümü düzəldənə kimi məni işimdə idarə etsin. Fikirləşdim ki, məzuniyyət pulumu alım, sonra görüm nə iş tapıram, hec olmasa, bir az borclarımı, kreditlərimi idarə edim. Mən ona dedim ki, məzuniyyətimi aldıqdan sonra kartımı sizə verərəm, 2-3 ay idarə edin, sonra işə qayıtdıqda kartımı götürərəm. Məni şirin dilinə salıb aldatdı, əslində isə mənim yerimə adam axtarırmiş ki, 7 min AZN qarşılığında işə götürsün. Lakin yerimə seçilən müəllimə gəlib görəndə ki, bu mənim yerimdir, razılaşmayıb”.

Şikayətçi deyir ki, sonradan direktor onu qanunsuz olaraq işdən azad edib: “2017-ci il sentyabrın 15-də guya öz xahişimlə işdən azad olmuşam. Həmin vaxtdan mənə hec bir sənəd təqdim olunmamışdır. Əmək kitabçamı 2021-ci ilin noyabr ayında, çox get-gəldən sonra almışam. Mənə əmrim verilməmişdi. Əmrimi 2022-ci il, avqustun 22-də aldım . Avqustun 29-da sənədlərimi məhkəməyə təqdim etdim. İddia ərizəsində sadəcə ərizəmin yoxlanılmasını, xəttşunaslıq ekspertizasından keçirilməsini istədim ki, iş çox uzun çəkməsin.

2022-ci il 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində hazırlıq iclasımız oldu. Prosesdə məktəb direktoru israr etdi ki, “işdən getmək haqda ərizəni müəllimənin qızı yazib”. Yəni, guya, qızım sentyabr ayında mənim adımdan ərizə yazıb. Amma bu savadsız direktor bilmir ki, işdən getmək haqda ərizəni müəllimin özü yazmalıdır.

Azərbaycan qanunlarına əsasən, mənim qızım, yaxud hansısa ailə üzvüm o vaxt mənim adımdan ərizə yaza bilər ki, mən onların adına etibarnamə verərdim. İşdən getmək haqda ərizənin üstünə etibarnamənin surəti tikilməli və əmək kitabçama da belə yazılmali idi. Məsələn, filan saylı etibarnaməyə əsasən, Əliyeva Təranə Əlövsət qızı öz xahişi ilə işdən azad olunur”.

Təranə Əliyevanın sözlərinə görə, direktor Arif Əliyev müəllim deyil, sadəcə məşqçidir, üstəlik 65 yaşı 2022-ci il aprelin 15-də tamam olsa da, hələ təqaüdə getməyib: “Yəqin ki, havadarları çox güclüdür. Hələ öz taxt-tacında, öz səltənətində “vəzirləri”, “vəkilləri” ilə ömür sürur. Məktəbin bütün rəhbərliyi Arif Əliyevin öz adamlarıdır. Məktəb onların gəlir mənbələri, “ticarət mərkəzləri”dir. Məktəbin 2-ci, 3-cü mərtəbələri hazırlıq keçmək üçün müəllimlərə icarəyə verilir. Guya bundan Təhsil Nazirliyinin, rayon Təhsil Şöbəsinin, Şirvan icra başçısının xəbəri yoxdurmu? Var, sadəcə hər kəsin haqqını yüksək şəkildə verir. O, məktəbi “yeyib dağıdır”, onu durduran yoxdur. Maraqlanmaq laızmdır ki, Arif Əliyevin və Rövşən Allahverdiyevin havadarları kimlərdir”.

Şikayətçi yazır ki, iyulun 7-də Təhsil nazirinin müavini, İnsan Resurslarının müdiri Eşqi Bağırovun qəbulunda olub: “Eşqi Bağırov qəbulda Səlyan Regional Təhsil İdarəsinin müavini Rövşən Allahverdiyevi tərifləməyə başladı. Cavabında ona dedim ki, Rövşən Allahverdiyevi ona görə tərif edirsiniz ki, MİQ-də sizə əla pul gətirir. Çünki kim MİQ imtahanından keçmək istəyirsə, Rövşən Allahverdiyevi axtarır. Artıq müəyyən bir məbləğ qoyublar, qiymət 20-25 min AZN arasında dəyişir”.

Təranə Əliyeva deyir ki, direktorun qanunsuz qərarı ilə bağlı məhkəməyə də müraciət edib: “2022-ci il, 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində Arif Əliyev hakim Elçin Qurbanova işdən çıxmaq haqda əmrimi təqdim etdi. Mənim təqdim etdiyim əmrlə onların təqdim etdiyi əmrin arasındakı fərqi hakim də gördü. Mənə verilən əmrdə belə yazılıb: “Öz xahişi ilə azad olunub”. Direktorun təqdim etdiyi əmrdə isə, guya, xəstəliklə işdən öz xahişimlə çıxdığım qeyd olunurdu. Yəni ortada 2 fərqli əmr var idi. Hakim dedi ki, Arif müəllim, bunu dəyişdirin, bu nədir gətirmisiniz? Təbii ki, Elçin Qurbanov da ancaq Arif Əliyevin dediklərini təsdiqləyirdi və bunun səbəbi mənə qaranlıq qaldı”.

Haqsız yerə işdən çıxarıldığını deyən şikayətçi xanım vurğuladı ki, 2017-ci ildə etibarən bütün müvafiq strukturlara müraciət etsə də, heç bir nəticəsi yoxdur: “Məni haqsız yerə, xəbərim olmaya-olmaya işimdən azad ediblər. Bu nə qədər düzgün bir qərardır? Bu hadisəni imkansız, çarəsiz olmağımdan istifadə adlandıra bilərəm. 2017-ci ildən bu günə kimi mübarizə aparıram, amma şikayətimə baxan yoxdur. Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev indi “Salyan Regional”da müavin işləyir, Arif Əliyevlə əlbir olub mənim işimə son veriblər”.

Şikayətçi sonda onu da bildirir ki, direktor və Təhsil şöbəsinin keçmiş müdiri onu aclığa məhkum ediblər: “Arif Əliyev və Şirvan Təhsil şöbəsinin keçmiş müdiri, indiki “Salyan Regional”ın müdir müavini Allahverdiyev Rövşən əlimdən axırıncı tikəmi də aldı və ailəm ac-yalavac vəziyyətdədir. “Hürriyyət” vasitəsilə Təhsil Nazirliyinə, Prezident aparatına müraciət edirəm! Xahiş edirəm ki, şikayətimə əsaslı şəkildə baxılsın”.

P.S. Ölkədə direktorların özbaşınalıqları sanki dəb halına düşüb. Bəs, təhsil şöbələrinin bir faydası olmayacaqsa, valideynlərin, müəllimlərin şikayətinə baxılmayacaqsa, bu qurumlar niyə var? Fikir verirsinizsə, şikayətçilərin heç biri məhkəmədən, polisdən, prokrorluqdan və s. orqanlardan düzgün nəticə gözləmirlər. Hər biri mətbuat vasitəsiylə Prezidentə müraciət edir. Hətta şikayətçilər tam yəqinliklə deyirlər ki, ölkə başçısına məktubları çatmır. Hansısa orqanların bu məktublara müdaxilə etdiyini bildirirlər…

P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO