[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət qurumları dələduz şirkətin əlində ƏSİR-YESİR QALIB... - FAKT BUDUR!


Birinci Qarabağ müharibəsinin şəhidi Zaur Bədirovun qardaşı, Sabirabad rayonunun Nəsimi kənd sakini Zahid Bədirov “Magnus” Su Təmizləmə MMC tərəfindən aldadıldığını iddia edir.

DİA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Z.Bədirov bu barədə iyul ayında Azad İstehlakçılar İctimai Birliyinə şikayət ünvanlayıb.

Onun sözlərinə görə, iyulun 22-də, təxminən, saat 21:00 da “Magnus” şirkətinin 5 əməkdaşı, dəyəri 1790 manat olan su filtrini onların evlərində quraşdırıblar: “Bizə psixoloji təsir etdilər. “Uşaqlarınızın həyatı ilə oynayırsınız, görün necə su içirsiniz, “sizin üçün sağlamlıq, yoxsa pul önəmlidir” kimi suallarla bizi günahkar çıxardılar. Satdıqları filtrlərin guya çirkli suyu şollar suyuna çevirdiyinə bizi inandırdılar. Dedilər, dövlət tərəfindən göndəriliblər ki, suyun keyfiyyətini öyrənək. Heç imkan vermədilər ki, müqavilə ilə tanış olum. Müqavilə kağızını telefon işığında imzalatdırdılar. Müqavilədə satıcı olaraq “Magnus”un direktoru kimi Kərimli Beyrək Həmdulla oğlu yazılmışdı. İmzaladıqdan sonra təklif etdilər ki, ödənişi nağd şəkildə ödəsəm, mənə 82 mm diaqonal televizor hədiyyə edəcəklər. Əlavə 300 AZN ödəsək, daha böyük diaqonal televizor verə bilərlər. Məni razı salıb ümumilikdə 2090 manat puldan 1000 AZN nağd aldılar. Qarşılığında isə qəbz vermədilər. Qalan 1090 AZN pulu televizoru gətirəndə alacaqlarını dedilər. İnternetdə araşdırdım, anladım ki, aldadılmışam. Məhsulu qaytarmaq istədim. Bir gün sonra televizoru gətirdiklərini dedilər. Mən isə məhsulu verib ödədiyim 1000 manatı qaytarmalarını tələb etdim. Dedilər ki, məhsulu qaytarsan, min manat pulun geri verilməyəcək, əlavə 400 AZN cərimə olunacaqsan. Televizoru da götürüb, çıxıb getdilər. 24 iyulda özünü “Magnus”un vəkili kimi təqdim edən bir nəfər evimizə gəldi və məhsulun geri qaytarılmayacağını, cərimə olunacağımızı dedi. Kimliyini təsdiq edən rəsmi sənədi tələb etsək də, heç nə göstərmədi. Şirkətə zəng edib pulumu yenidən geri istədim, lakin dedilər “hara istəyirsən, şikayət et”. Bu pulu əziyyətlə qazanmışam və o pulla Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşımın adına bulaq tikdirməyi nəzərdə tutmuşdum. Bunu da onlara dedim, amma əhəmiyyət vermədilər”.

DİA.AZ_ın məlumatına görə, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Pravda.az-a açıqlamasında bildirdi ki, Zahid Bədirovun şikayət məktubuna İqtisadiyyat Nazirliyinin cavabı 11 oktyabrda gəlib: “Son dərəcə kasıb vəziyyətdə yaşayan şəhid ailəsi aldadılıb. Su filtri satanlar istehlakçıları aldadırlar. Əsas məsələ isə istehlakçı hüquqlarını qorumağa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin heç bir iş görməməsidir. Neçə aydır ki, şəhid ailəsinin şikayətini Nazirliyə ünvanlamışam. Demişəm ki, şəhid ailəsini müdafiə etmək, kömək göstərmək lazımdır. İki gün əvvəl isə Elnur Bağırovun imzası ilə heç bir məna kəsb etməyən, cümlələri ardıcıl təkrarlayan bir məktub daxil olub. Yazılıb ki, şəhid ailəsi gedib məhkəməyə müraciət etsin. Şikayət ərizəsindən də görünür ki, dövlətin digər qanunvericiliyi pozulur, şirkət vergi ödəmir, kassa qəbzi də vermir. Nazirlik heç bu məsələyə də toxunmadı. İqtisadiyyat Nazirliyinin tərkibində Vergilər Departamenti var. Necə olur ki, Antiinhisara məktub göndərirəm, onlar nazirliklərinin içindəki vergi orqanına demirlər ki, burda dövlətin vergi qanunvericiliyi pozulub. Biri digərinin işinə toxunmaq istəmir. Dövlətin qanunu pozulur, bu qurumlar isə bir-birilərinə xəbər etmirlər. Bu, məni həm bir vətəndaş kimi, həm də ictimai təşkilatın sədri kimi çox narahat edir. Nazirlikdən gələn cavab məktubu məni çox təsirləndirdi. Vətəndaşı heç kim qorumaq istəmir. Son dərəcə kasıb bir insanı. Nazirliyin İcitmaiyyətlə əlaqələr, eyni zamanda hüquq şöbəsinə dəfələrlə müraciət etdim. Çünki vətəndaşın 14 gün müddətində aldığı məhsulu geri qaytarmaq hüququ var, bizə müraciət edəndə hələ bir gün keçməmişdi. Lakin nəticəsiz qaldı”.

E.Hüseynov deyib ki, sözügedən şirkətlə də əlaqə yaradıb: “Əfsus ki, filtr satan şirkətin müdiri Beyrək Kərimliyə dəfələrlə zəng etsəm də, əlaqə qura bilmədim. Şirkətin hüquqşünası İlham adlı şəxslə də danışdım. Ondan da heç bir nəticə əldə edə bilmədik. Vətəndaşı aldadıblar. Dövlət qurumu isə şəhid ailəsinə kömək etmədi. Yerli icra strukturu da məsuliyyət daşıyır. Ölkə Prezidentinin təsdiq etdiyi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-5-ci bəndində göstərilir ki, istehlakçı hüquqları pozulan zaman yerli icra hakimiyyətləri istehlakçıların hüquqlarının qorunması üçün müəyyən təşəbbüslər qaldırmalıdır. Bu barədə Sabirabad Rayon İcra Hakimiyyətinə məlumat versək də, sözügedən filtr şirkətinin əməkdaşları yenə də kənddə gəzir, camaatı aldatmağa davam edirlər. İcra strukturları isə hələ də heç bir iş görməyiblər”.

“Magnus”un direktoru Beyrək Kərimli ilə biz də əlaqə yaratmağa çalışdıq, lakin telefona şirkətin xanım əməkdaşı cavab verdi. Ondan özünü təqdim etməsini istəsək də, bundan yayındı. Şirkətin hüquqşünası İlham adlı şəxsin gün ərzində bizimlə əlaqə yaradacağını desə də, onu növbəti gün özümüz axtarası olduq.

O, Zahid Bədirovun dediklərini inkar etdi: “Heç bir halda əməkdaşlarımız “dövlət tərəfindən göndərilmişik” deyə bilməzlər. Vətəndaş istəyir ki, öz tərəfindən nəsə sübutlar gətirsin. Şirkət tərəfindən vətəndaşa qəbz verilib, həmin qəbzi təqdim edə bilərəm. Onların evlərinə vəkil də yaxınlaşmayıb. Vətəndaş müqaviləyə telefon işığında imza atdığını iddia edir, bəs niyə məmnuniyyət aktına da imza atıb? Narazı idisə, imzalamazdı. 400 manat cərimə pulu malın Türkiyə tərəfinə qayıtması üçün nəzərdə tutulub, yol məsrəfləridir. Müqavilədə şirkətin də öhdəliyi var. Qurğuda problem çıxarsa, yenisi ilə əvəzləmə öhdəliyi şirkətin üzərindədir. Şəhid ailəsi olduğu barədə də məlumatımız var. Yenə də kömək etməyə hazırıq. İki variant var -1000 manat civarında başqa qurğu veririk, filtrin dəyişim vaxtında 3 filtri hədiyyə edirik. İyulda satış olub, bu aparat artıq əmtəə nişanı xassəsini itirib. Aparatı götürürksə, 400 manat cərimə pulu tutulacaq, 600 manatı geri qaytara bilərik”.

Zahid Bədirov isə saytımıza açıqlamasında şirkətin təklifi ilə razı olmadığını, məhkəməyə müraciət edəcəyini dedi. Şirkətin quraşdırdığı filtr suyunun isə acı daddığını, aldadıldığını bildirdi.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimovdan Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT

Şəhid anası təcrübəli, ixtisasca alim-aqronom oğlunun Kənd Təsərrüfatı naziri İnam Kərimov tərəfindən qanunsuz olaraq işdən uzaqlaşdırılması ilə bağlı Prezidentə müraciət ünvanlayıb.
Bu haqda Dünyanınsəsi.Az saytının e-mail ünvanına Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid anası Həsənova Ceyran Məhəmməd qızı .tərəfindən müraciət daxil olub.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Cənab prezident!
Hörmətli Media orqanlarının rəhbərləri!
Nəzərinizə çatdırıram ki, özü hərbi xidmətdə olmayan, Kənd Təsərrüfatı naziri İnam Kərimov şəhid və Qarabağ veteranı qardaşını, təcrübəli, ixtisasca alim-aqronom və Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmiş, üç körpə uşaq atası, oğlum Həsənov Naməddin Tofiq oğlunu işdən çıxarıb və bir ildir ki, etdiyimiz minlərlə şikayət və müraciətlərə məhəl
qoymur.Halbuki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərqrının 3.2.9. bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. İnam Kərimova bir daha xatirladıram ki, Nazirlər Kabinetinin qərarında
yazılanlara istisnasız əməl edilməlidir. Oğlumun işlədiyi təşkilatda isə heç bir ixtisar getməyib, əksinə idarə daha da genişləndirilib, ən maraqlısı isə budur ki, həmin idarədə respublika üzrə yeganə şəhid və Qarabağ veteran qardaşı mənim oğlumdur və o da işdən azad olunub. İnam Kərimov işlədiyi dövrdə nazirliyin kadr korpusunu məhv edərək, qeyri-ixtisas sahibi olan öz yaxın
qohum və yerlilərini işlə təmin edərək xor və ailə ansamblı yaradıb. İnam Kərimovun ailə ansanblı isə dövlətə külli miqdarda ziyan vuraraq büdcəni qarət edib.
Belə ki, onun yaxın qohumlarından biri Ağstafa rayonunda həm atçılıq , həm də qoyunçuluq təsərrüfatının rəhbəri, digər qohumu tarix müəllimi Tərəvəzçilik institutunun direktoru, müavin və idarə rəisləri isə hüquqşünas, regionşünas, politoloq, neftçi, riyaziyyat, coğrafiya və əlifba müəllimləridir. Öz həmyerlisi və yaxını, qeyri-ixtisas sahibi olan bir şəxsi isə Aqrar Universitetə
rektor əvəzi təyin etdirib və belə faktlar sadalamaqla qurtaran deyil. Bir sözlə Kənd Təsərrüfatı nazirliyində bir nəfər də olsa kənd təsərrüfatı mütəxəssisi qalmayıb və İnam Kərimov kənd təsərrüfatı mütəxəssislərinə qənim kəsilib.
Bildirirəm ki, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara kassası, oğlu Bakı şəhərində 100 min manatlıq maşında gəzən, Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri Rəfail Quliyevin bir il ərzində bizə ünvanladığı saxta və sərsəri cavab məktubları bizi intihar həddinə çatdırıb.
Onu qeyd edirəm ki, Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Rəşad Vahabzadənin oğlumdan 25000, Tərtər rayonunda toxumçuluq təsərrüfatının rəhbərindən 58000 manat rüşvət tələb etməsi barədə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Hətta Baş prokurorluğa müraciət edərək bildirmişəm ki, Tərtər rayonundan fermer 4 iyul 2022-ci il tarixdə saat 9 radələrində 0504592000
telefon nömrəsi ilə oğlumun 0502443499 nömrəsinə zəng edərək bildirib ki, Rəşad Vahabzadəməndən də 58000 manat tələb edir və bildirir ki, pulun 10000 mataı mənimdir, qalan hissəsi yuxarınındər, gəlin birləşək şikayət edək. Mən həmin telefon danışıgının araşdırilmasını tələb etsəm də heç bir tədbir görülmədi. Bundan əlavə bildirirəm ki, Rəşad Vahabzadə tabeliyində olan
Ağdam Dövlət Sort Sınaq Məntəqəsində 2021-ci ildə yetişdirilmiş 76 ton təmiz pambıq məhsulunun subsidiyasını, həmin məhsulun əkin subsidiyasını və digər aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitləri özü mənimsəyib. 2022-ci ildə isə yenə Ağdam Dövlət Sort Sınaq Məntəqəsində yetişdirilmiş 70 ton buğda məhsulunu, Zaqatala DSSM-dən isə tonlarla fındıq məhsulunu heç bir sənədləşmə aparılmadan Bakı şəhərinə aparıb satdıraraq pulunu mənimsəyib.
Halbuki həmin vəsaitlər Sort Sınaq məntəqələrinin hesabına köçürülməli və oradan da təyinatı üzrə xərclənməlidir. Bu cinayəti araşdırmaq üçün peşəkar hüquqşünas olmağa ehtiyac yoxdur və sənədlər qaldırılarsa hər şey güzgü kimi görünər. Rəşad Vahabzadə 30 sentyabr 2022-ci il tarixdə espublika üzrə video-formatda iclas keçirib, iclasda sona qədər çayxana söhbətləri edib və
qanuna zidd olaraq işçilərə bildirib ki, sizə Sort Sınaq Məntəqələrində başqa işlərə qarışmağa icazə vermirəm, siz yalnız qruntda morfoloji xassələri müəyyən edə bilərsiniz. Mən isə İnam Kərimovdan xahiş edirəm çıxıb efir-televiziya vasitəsilə bizə izah etsin görək QRUNTDA MORFOLOJİ XASSƏ nə deməkdir və bu nə biabırçılıqdır. Qruntda morfoloji xassə yəqin İnam
Kərimovun əziz və istəklisi, lakin qeyri-ixtisas sahibi Rəşadın yeni ixtirasıdır. Əbləh, özünü idarə edə bilməyən, savadsız və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadəyə izah edirəm ki, qrunt nəzarətində sort əsilliyi müəyyən edilir.
Özünü fars dilinin mükəmməl bilicisi sayan İnam Kərimov fars atalar sözü olan "üzümün yaxşısını çaqqal yeyər" prinsipini əldə rəhbər tutaraq savadsız və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadənin arxasında möhtəşəm dağ kimi dayanmışdır və hal-hazırda da talançılıq davam edir. Korrupsiya və rüşvətxorluğun başında dayanan, ölkənin kənd təsərrüfatını məhv edən,ölkə
büdcəsini maxinasiya və transfer yolu ilə qarət edən İnam Kərimov təcili həbs olunmalıdır, yoxsa ölkəni aclıq və fəlakətdən xilas etmək mümkün olmayacaq. Beş il nazir işləyən İnam Kərimov və onun komandası savadsız olaraq mənim oğlumun qarşısında günahkar mədrəsə uşaqları kimi görünür. Heç bir savadı olmayan qeyri-peşəkar kadr korpusu televiziya və mətbuatda öz savadsız
çıxişları ilə özlərini biabır edirlər. Təkrar olunan belə hallar isə təəssüf hissi doğurur.
Cənab prezident!
Kənd Təsərrüfatından heç bir anlayışı olmayan, quzunu qucağına basaraq şəkil çəkdirib görüntü yaradan, Şəhid və Vətən məvhumuna hörmət qoymayan İnam Kərimov haqqında tədbir görməyinizi

Sizdən xahiş edirəm. Əks təqdirdə ölkəni ərzaq böhranından xilas etmək mümkün
olmayacaq.
Həsənova Ceyran Məhəmməd qızı,
Şəhid və Qarabağ veteranı anaşı. //Dünyanınsəsi.Az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR


"Namiq Məhəmməd oğlu Hümmətov 4 iyun 2020-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Bundan əvvəl sözügedən komitənin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi, daha sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəıərini icra edib". DİA.AZ bildirir ki, bu barədə tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşımında qeyd edir.

Jurnalist daha sonra yazır: "Namiq Hümmətovun qardaşı Natiq Hümmətov Məhəmməd oğlu 2015-ci ilin noyabrında HN (Hümmətov Namiq) GROUP MMC-ni qeydiyyatdan keçirib. Namiq Hümmətov sözügedən komitədə yüksək vəzifəyə təyin edildikdən sonra MMC Qapalı Səhmdar Cəmiyyətə çevrilib və nizamnamə kapitalı 2010 manata çatdırılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur.
Şirkətin ilk qeydiyyatda olduğu ünvanda - Yasamal rayonu Tbilisi prospekti ev 41, mənzil 47-də 2009-cu ildə "NN GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (qanuni təmsilçisi Əfqan Tapdıq oğlu Əliyev) qeydiyyatdan keçib. "NN" böyük ehtimalla Namiq və Natiq qardaşlarının adlarının abbreviaturasından götürülüb.

Sonradan hər iki şirkətin qeydiyyat ünvanıarı dəyişdirilib.

Hər iki şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin son 4 il ərzində elan etdiyi tenderlərdə ümumilikdə 177 milyon manatdan artıq sifariş əldə edib və “tender çempionu” adı qazanıb.

"NN GROUP" MMC iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş "tutub". Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır.

«HN Construction» MMC də tenderləri "MİDA" MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.
Açıq tenderlərdə məlum nəticələr:

* MİDA-nın sifarii əsasında Hövsan qəsəbəsində 7 mərtəbəli yaşayış binasının tikintisi üzrə tender - NN GROUP MMC (13655137.22 manat);
* MİDA-nın sifarii əsasında Sumqayıtda 9 mərtəbəli 2 yaşayış binasının tikintisi - NN GROUP MMC "Amal Group" MMC ilə birlikdə (7499824,8 manat);
* MİDA-nın sifarii əsasında Hövsanda 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri - "HN Construction" MMC (9281713.27 manat)

* MİDA-nın sifarii əsasında Gəncə şəhərində yeni yaşayış kompleksinin tikintisi (“Amal Group” və “NN Group” MMC-lərin konsorsiumu) - ümumi məbləği 15 milyon 179 min 898 manat olan 2 müqavilə (5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi – 8 milyon 858 min 274 manat; 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu digər yaşayış binalarının tikintisi – 6 milyon 321 min 624 manat)
* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi - NN Group MMC (7247166 manat)
* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 12 mərtəbəli 1 bloklu 5 yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi - HN Construction MMC (13281645.01 manat)
* MİDA-nın sifarii əsasında Yasamalda daha bir yaşayış binasının tikintisi - "NN GROUP" MMC (16171000 manat).
Adı çəkilən hər iki şirkət hazırda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada bərpa və tikinti layihələrində də iştirak edir.
Namiq Hümmətovun oğlu Toğrul Hümmətov Nyu-Yorkda təhsil alıb, 2018-2020-ci illərdə "NN GROUP"-da maliyyəçi (şirkətin sahibindən və direktorundan sonra ikinci şəxs) kimi fəaliyyət göstərib, 2020-ilin avqustundan ABŞ-da yaşayır, korporasiyalara, hökumətlərə və digər təşkilatlara peşəkar xidmətlər təklif edən McKinsey & Company qlobal idarəetmə konsaltinq şirkətində çalışır. 2014-cü ildə ABŞ-ın Men Ştatında “Thornton Academy” məktəbini qızıl medalla bitirdiyi üçün ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb".
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR
MİDA-nın 177 milyonluq tenderini kim "udub"? - İLGİNC FAKTLAR

DİA.AZ olaraq məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda aparılan maliyyə yoxlamalarının çanağı müəllimlərin və xəstələrin başında çatlayıb - NARAZILIQ VAR!


Naxçıvanın dövlət və özəl sektorlarında aparılan maliyyə yoxlamaları Muxtar Respublikanın sosial həyatından təsirsiz ötüşməyib. Məlumata görə, xüsusilə MR Maliyyə Nazirliyində keçirilən audit yoxlamaları bir çox dövlət müəssisələrinin hesabına pul köçürmələrinin dayandırılmasına yol açıb. Nəticədə dövlət məmurları gözlərini tikdikləri maaşları ala bilmirlər.

DİA.AZ bildirir ki, ovqat.com-a göndərilən şikayət məktubları da bu faktı təsdiqləyir.

Təhlükəsizlik səbəbindən adını açıqlamaq istəmədiyiniz şikayətçilərdən biri məktubunda yazır:

«Salam, Heydər bəy. Mən Naxçıvanda müəllimə işləyirəm. Bu gün oktyabrın 16-sı olmasına baxmayaraq, biz müəllimlər hələ də sentyabr ayının əmək haqqını ala bilməmisik. Muəllimlər corəyi də, yumurtanı da nisyə alırlar. Dəfələrlə Təhsil Nazirliyindən soruşuq, deyirlər, «Maliyyə naziri Rafael Əliyev pulu hələ köçürməyib. Bu yubanmalar Təhsil Nazirliyi ilə bağlı məsələ deyil". Sabah isə kreditin vaxtıdır. Rafael Əliyev ozunə Azərbaycan Məhəlləsindəki evini söküb, yerində 2 mərtəbəli villa tikdirir. Hansı maaşla? Müəllimləri bu qədər incitmək olmaz».

Digər bir şikayət məktubundan isə aydın olur ki, Muxtar Respublikanın səhiyyə sisteminin başı maliyyə yoxlamalarına qarışdığından xəstələrə xidməti tamamən unudublar. Bundan da xüsusilə diabet xəstələri əziyyət çəkirlər.

«15 oktyabrdan deyiblər ki, Naxçıvanda butun şəkər xəstələri dərmanları gəlib özləri almadılar. Anam isə 1-ci qrup, gözdən əlil diabet xəstəsidir. Maliyyə Nazirliyinin işçiləri gəlib xəstəxanada oturublar. Onların tələbi ilə dərmanlar yalnız xəstələrin özünə kimliklə verilir. Halbuki qaydalara əsasən, 1-ci qrup əlillərə xəstəxana işçilərinin özləri dərmanları gətirib verməlidirlər. Naxçıvan səhiyyə sisteminin əməkdaşları bu vəzifə borclarını yerinə yetirmək istədikləri üçün əvvəl anamın kimliyini aparıb dərmanları özüm alırdım. İndi isə gərək dərmanları aptekdən pul alım», - şikayət məktublarından birində belə deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu nədi BELƏ: Tikinti şirkəti maarifləndirəcək? - Dini Komitə tender məsələsində GÜL VURDU


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti olub.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Dövlət Komitəsi QSC-yə “Regionlarda keçiriləcək maarifləndirmə tədbirləri” ilə bağlı işlərin və xidmətlərin satınalınmasına görə 218 min 803 manat 86 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.
Şirkət 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pensiya yaşını doldurmuş MİLLƏT VƏKİLLƏRİ – SİYAHI


Məlum olduğu kimi, 2019-cu ildən etibarən ölkəmizdə idarəetmə sahəsində gəncləşdirmə siyasəti özünü daha aydın formada büruzə verməyə başlayıb. Hər nə qədər seçkili orqan olsa da, Milli Məclisdə də son çağırışda gənc millət vəkillərinin sayında xeyli artım olub.

Milli Məclisə seçilmək üçün Azərbaycan qanunvericiliyində yaş senzi yoxdur.

Buna görə də, yetkinlik yaşına çatmış, müvafiq tələblərə cavab verən hər kəs deputatlığa namizədliyini irəli sürə bilər.

Lakin Milli Məclisdə pensiya yaşına çatmış deputatlarımız da var.

65 yaşını doldurmuş millət vəkillərinin sayı 34 nəfərə bərabərdir. Bu da ümumi deputatların 30 faizindən az qismini təşkil edir.

Onlardan 17 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələridir:

İsa Həbibbəyli (72 yaş), Eldar İbrahimov (77 yaş), Sədaqət Vəliyeva (67 yaş), Mixail Zabelin (79 yaş), Hicran Hüseynova (67 yaş), Oqtay Əsədov (67 yaş), Anar İsgəndərov (66 yaş) Əhliman Əmiraslanov (75 yaş), Cavanşir Paşazadə (69 yaş), Tahir Rzayev (72 yaş), Sahibə Qafarova (67 yaş), Aqiyə Naxçıvanlı (72 yaş), Bəxtiyar Sadıqov (71 yaş), Aydın Mirzəzadə (65 yaş), Elman Məmmədov (72 yaş), Ağalar Vəliyev (65 yaş).

Milli Məclisin yeni tərkibinin pensiyaçı deputatlarının 10 nəfərini bitərəflər təşkil edir.

Onların adlarını təqdim edirik: Səttar Möhbalıyev (67 yaş), Madər Musayev (75 yaş), Rasim Musabəyov (71 yaş), Ziyad Səmədzadə (82 yaş), Eldar Quliyev (70 yaş), Vahid Əhmədov (75 yaş), Anatoliy Rafailov (69 yaş), Aqil Abbas (69 yaş), Əli Məsimli (69 yaş).

Pensiya yaşına çatmış müxalifət partiyalarından olan deputatlar isə aşağıdakılardır:

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə (69 yaş), Vətəndaş Həmrəyliyi Partiyasından olan deputatlar Sabir Rüstəmxanlı (76 yaş), Rafael Hüseynov (68 yaş), Fəzail İbrahimli (71 yaş), Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı (75), Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (68 yaş), Vəhdət Partiyasının sədri Tahir Kərimli (66 yaş).Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalist Şakir Yaqubov vəfat etdi


Tanınmış idman yazarı Şakir Yaqubov 71 yaşında dünaysını dəyişib.

Bu barədə onun yaxınları məlumat verib.

O, 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qanunlara meydan oxuyan “İnter” MMC Bakıda yolu dağıtdı və sakinləri susuz qoydu - ÖZBAŞINALIQ!


Adı qalmaqallarda hallanan “İnter” MMC və şirkətin sahibi Qabil Əlyevin apardığı qanunsuz tikinti işləri nəticəsində Xətai rayonunun onlarla sakinini susuz qalıb. Həmçinin, Bakı Ali Neft Məktəbinin qarşısındakı yolun bir hissəsi dağılıb.

Gundem.media AzToday.az-a istinadla xəbər verir ki, Bakı İnzibati Məhkəməsinin Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən 0,73 ha torpaq sahəsində tikinti işlərinin dayanadırılması barədə qərarı olmasına baxmayaraq, “İnter” MMC işləri davam etdirməkdədir.

Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun 30.07.2022-ci il tarixində tərtib etdiyi akta görə, sözügedən ərazidə “İnter” MMC və Qabil Əliyev başda olmaqla başqa şəxslərə tikinti işlərini aparmaq qadağan olunur. Lakin, Qabil Əliyev qanunlara saymamazlıq nümayiş etdirərək işləri dayandırmamışdır. Şikayətçi tərəflərin dəfələrlə işlərin dayandırılmaması ilə bağlı Xətai rayon İcra və probasiya şöbəsinə məlumat verməsinə baxmayaraq, heç bir tədbir görülməyib. Nəticədə baş verən qəza yolun dağılması və yaxınlıqdakı yaşayış binasına gedən su borusunun partlamasına gətirib çıxarmaqla yanaşı “İnter” MMC rəhbərliyinin qanunlara meydan oxuduğunu bir daha ortaya qoyub. Eləcə də Xətai rayon İcra və probasiya şöbəsinin hansısa səbəbdən “İnter” MMC qarşısında aciz qalması sakinlərin susuz qalması ilə yanaşı yol təsərrüfatına böyük məbləğdə ziyan dəyməsini şərtləndirib.

Şikayətçilərin sözlərinə görə, Qabil Tofiq oğlu Əliyevin saxta sənədlər əsasında gördüyü işlər məhkəmələrdə tam sübuta yetirilsə də, onun barəsində hər hansı bir tədbir görülməyib. Həmçinin, “İnter” MMC rəhbərinin əməllərindən maddi ziyan çəkənlərin də haqqı geri qaytarılmayıb…
Qanunlara meydan oxuyan “İnter” MMC Bakıda yolu dağıtdı və sakinləri susuz qoydu - ÖZBAŞINALIQ!
Qanunlara meydan oxuyan “İnter” MMC Bakıda yolu dağıtdı və sakinləri susuz qoydu - ÖZBAŞINALIQ!
Qanunlara meydan oxuyan “İnter” MMC Bakıda yolu dağıtdı və sakinləri susuz qoydu - ÖZBAŞINALIQ!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1 saylı cəzaçəkmə müəssisəsində qalmaqal - BU NƏDİ BELƏ?


Bu günlərdə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində qalmaqal baş verib.

DİA.AZ xəbər verir ki, Qafqaz.media-nın əldə etdiyi məlumata əsasən, buna nəzarətçinin məhkumla görüşə gələn xanımla tanış olmaq istəməsi səbəb olub.

Belə ki, Çingiz adlı nəzarətçi məhkumun görüşə gələn ailə üzvündən telefon nömrəsi istəyib. Həmin xanım nəzarətçinin bu əxlaqsız hərəkəti barədə məhkuma məlumat verdikdən sonra, 1 saylı cəzaçəkmə müəssisəsində vəziyyət qarışıb.

Mənbənin sözlərinə görə, nəzarətçinin bu əməli qısa müddətdə bütün cəzaçəkmə müəssisəsinə yayılıb və nəticədə məhkumlar kütləvi şəkildə etiraza qalxaraq Çingizin cəzalandırılmasını tələb ediblər.

Məlumata əsasən, “zon”da hər an üsyan çıxma ehtimalının yüksək olduğunu görən 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov kütləvi etirazdan sonra nəzarətçini vəzifəsindən uzaqlaşdırmağa məcbur olub.

Qeyd edək ki, bu hadisə hər bir məhkum üçün həssas məsələ olduğundan, “zon”da baş verən etirazları anlayışla qarşılamaq olar. Çünki 1 saylı cəzaçəkmə müəssisəsində nəzarətsizliyin hökm sürdüyü indiki vəziyyətdə eyni əxlaqsız hərkətin digər məhkunmların ailə üzvlərinə qarşı da edilməyəcəyinə kimsə zəmanət verə bilməz.

Xatırladaq ki, bu, 1 saylı cəzaçəkmə müəssisəsində baş verən ilk xoşagəlməz hadisə deyil. Ümumiyyətlə, Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində mövcud olan nəzarətsizlik səbəbindən, bu cür qalmaqallar tez-tez baş verir.

Yeri gəlmişkən, onu da xatırladaq ki, avqust ayının sonlarında Qafqaz.media 1 saylı cəzaçəkmə müəssisəsində yaşanan daha bir qanunsuz hadisə ilə bağlı məlumat vermişdi. Həmin vaxt qeyd etmişdik ki, avqustun 18-də 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq “çefir” (tünd çay) paylayıb.

Yas mərasimində məhbusların 80%-i iştirak edib.

Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara “düzül” əmri verilib.

Bir gün sonra – avqustun 19-da isə “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun anım günü qeyd olunmuşdu. Belə ki, yenə də E.Həsənovun tapşırığı ilə “Lotu Quli”nin ölüm günü ilə bağlı yas mərasimi təşkil olunmuşdu.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO