[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“ESTELL PARFUMERY COSMETİCS” mağazası müştəriləri ALDADIR: Vaxtı keçmiş və saxta məhsullar..


Sumqayıt şəhərində yerləşən “ESTELL PARFUMERY COSMETİCS” mağazasında istifadə müddəti bitmiş məhsullar satılır.

Bu barədə Elmira adlı xanım vətəndaş xəbəraz.az saytına müraciətində bildirib.

Məlunata görə, 31 avqust 2022-ci il tarixində Cəfər Cabbarlı 91B ünvanında fəaliyyət göstərən “ESTELL PARFUMERY COSMETİCS” mağazasından alış-veriş edən xanım xoşagəlməz hadisə ilə üzləşib.

Belə ki, Elmira xanım aldığı məhsulun üzərinde istehlak müddətinin olmadığını görüb.

Həmçinin, müştəriyə alış-veriş qəbzinin verilmədiyi də bildirilir.

Qeyd edək ki, iddialar arasında məhsulların bir çoxunun saxta olduğu da yer alır.

Mözvu ilə bağlı daha ətraflı videoreportajı təqdim edirik:

xəbəraz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Araz” vaxtı ötmüş məhsul satır - GİLEY


“Araz” marketlər şəbəkəsində köhnə ərzaq məhsullarının satılması üzə çıxıb.

Bu barədə Axar.az-a alıcılar məlumat verib.
“Araz” vaxtı ötmüş məhsul satır - GİLEY

Bildirilib ki, “Araz”ın paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən şöbəsində 26.09.2022-ci il istehsalı olan və istifadə tarixi 8 oktyabrda bitən “Fresh” kəsmiyi hələ də satışda saxlanılıb.

Axar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəriqaz” vətəndaşalara zülm edir - Sayğac üzərində qurulan fəlakət...


Uzun zamandır ki, Bakı və Abşeron sakinləri qaz sayğaclarının düzgün işləməməsindən şikayət edirlər. Xüsusilə də mexaniki sayğacların yanlış işləməsindən daha çox narazılıqlar var. Bu tip sayğacların işləmə prinsipi, ölçü təyin etməsi bəzən vətəndaşlar arasında narazılıqların yaranmasına səbəb olur.

Xüsusilə qış aylarında mexaniki sayğaclarda baş verən işləmə xətasına görə, mənzillərə təbii qaz verilməsində fasilələr yaranır.

Bu yazımızda “Azəriqaz”ın hansı prinsiplərlə işləməsindən və vətəndaşlara göstərilən xidmətlərdən bəhs edəcəyik. “Hürrtiyyət”ə müraciət edən vətəndaşlar bildirir ki, yalnız texnikli şərt, qazın ötürülməsi təmin ediləndən sonra vətəndaşa xidmət çox acınacaqlı səviyyədə olur. Məsələn sayğacında işləmə problemi olan vətəndaşlar günlərlə, hətta həftələrlə “Azəriqaz”ın qapılarında gözləməli olurlar.

Redaksiyamıza müraciət edən Abşeron sakinləri iddia edir ki, regional qaz idarələrində vətəndaşlara xidmət edəcək vəzifəli şəxslər azdır.

““Azəriqaz”-ın regional idarələrində Asan Kommunal şöbələri fəaliyyət göstərir. Smart-kartlar, sayğac problemləri, texniki şərtin alınması və yenilənməsini həyata keçirirlər. Lakin Abşeron kimi böyük bir rayonun əhalisinə yalnız 2 şəxs xidmət göstərir. Bu isə nəticədə uzun-uzadı növbələrin yaranmasına səbəb olur. Həm də adətən Abşeron Regional Qaz İdarəsində Asan Kommunal sistemi demək olar ki, tez-tez sıradan çıxır. Köhnə bilgisayarlarla operativ olaraq vətəndaşlara xidmət göstərmək faktiki olaraq mümkünsüzdür” deyə redaksiyamıza müraciət edən vətəndaş bildirir.

Narazı vətəndaşlar iddia edir ki, şəbəkənin tez-tez sıradan çıxması, uzun-uzadı növbələrin yaranması ilə bərabər, həm də bürokratiya hökm sürür, idarə rəisinin və idarədəki yüksək vəzifəli şəxslərin tapşırığı ilə hansısa növbədə olmayan şəxslərin sənədləri hazırlanır. Saatlarla Abşeron Regional Qaz İdarəsində gözləyən vətəndaşlar buna etiraz etsələr də, onları dinləyən yoxdur.

İndi isə gəlin vətəndaşlara yaradılan süni problemlərdən detallı olaraq bəhs edək. Məsələn, qaz sayğacları sıradan çıxdıqda, istismar müddəti başa çatdıqda (istismar müddəti 5 il nəzərdə tutulub - red.), həmçinin hansısa texniki nasazlıq baş verdikdə “Azəriqaz” əməkdaşları gəlib sayğacı yeniləyirlər. Sayğac yenisi ilə əvəz olunduqda smart tipli sayğac qoyulursa, vətəndaşı daha ağır günlər gözləyir. Yeni sayğac üzərindəki smart tipli kartları sistemə tanıtmaq lazımdır. Bunun üçün mütləq vətəndaş “Azəriqaz”ın müvafiq idarəsinə getməlidir. Orada da yuxarıda qeyd etdiyimiz Asan Kommunal pəncərəsinin önündə saatlarla gözləməlidir ki, yeni smart-kartı sistemə adaptasiya edilsin. Bu günə qədər bu proseduru yerli əməkdaşlar özlərinin elektron cihazları ilə edirdisə, indi siz bu proseduru yalnız müvafiq idarədə etməlisiniz.

“Hürriyyət”ə danışan şikayətçilər deyir ki, əgər sayğaclar cümə günü dəyişdirilirsə, o zaman sizi daha ağır günlər gözləyir. Yəni işinizi-gücünüzü atıb bazar ertəsinə qədər “Azəriqaz”a müraciət edəcəksiniz. Müraciətinizə isə ən yaxşı 3 gün sonra, yəni bazar ertəsi günü cavab verəcəklər. Köhnə sayğac üzrə göstəricilər necə olursa-olsun, yeni sayğacda sizin mavi qaz balansınız olmur. Əgər siz mənzilinizə verilən mavi qazın kəsilməsini istəmirsinizsə, yalınız bir şansınız olur, 2 manatlıq və ya 24 kubmetr mavi qazı kredit balansı olaraq əldə edə bilərsiniz. Əgər cümə günü siz 2 manatlıq kredit balansı götürmüsünüzsə və həmin kredit limitini bitirmisinizsə, o zaman günlərlə qazsız qala bilərsiniz.

Digər bir problem isə vətəndaşların əvvəlki köhnə sayğac üzrə göstəricilərdə borclanmasıdır. Əgər sizin dəyişdirilən sayğac üzrə borcunuz yaranıbsa, bundan da xəbəriniz olmayıbsa, o zaman günahkar siz olursunuz. Yəni vətəndaşın xəbəri olmadan sayğacı sıradan çıxıbsa, buna nəzarət edəcək “Azəriqaz” əməkdaşı deyil, siz günahkar sayılırsınız. Lakin ortada president olan məhkəmə qərarları var. Elektrik enerjisi təminatı ilə bağlı borclanmış vətəndaşlar məhkəməyə müraciət edərək, borclu olduqları dönəmdə ondan borc tələb edilməməsi, əvəzində elektrik təchizatının davam etdirilməsinə görə vətəndaşların məsuliyyət daşımadığı qərarı çıxarılıb.

Nəhayət, açıq qalan suallarımızı “Azəriqaz” rəhbərliyinə ünvanlayaq:

- Sizcə, vətəndaş mənzilində istifadə etdiyi smart tipli qaz sayğacına müdaxilə etmirsə, mənzildə qaz sızması yoxdursa, mənzilinə qaz verilişi baş tutursa, borclana bilərmi? Bu suala cavab var. Bəli, borclana bilər. Sayğac düzgün işləməz, vətəndaşın da xəbəri olmaz, amma mənzilə qaz gələr. Bir müddət sonra məlum olar ki, istehlakçının mənfi balansı yaranıb. Burada günahkar kimdir? Hüquqi olaraq kim məsuliyyət daşımalıdır? Daha sonra Regional Qaz İdarəsinə müraciət edilir və sayğac yenisi ilə əvəzlənir. Dəyişdirmə AKT-ı tərtib edilir. Məlum olur ki, vətəndaşın xeyli borcu var.

Hələlik borclandırılan günahsız vətəndaşlar yarıtmaz xidməti “Azəriqaz”ın qapılarında bu sualları özləri, özlərinə ünvanlayırlar. Çünki bu qurumun səlahiyyətli şəxsləri belə sualları cavablamırlar. //“Hürrtiyyət”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Maşın Bazarı HANSI QANUNLARLA İŞLƏYİR? - ÖZBAŞINALIQ!


Dövlət Vergi Xidməti orqanı əməkdaşlarının əsas vəzifə və öhdəliklərindən biri də ondan ibarətdir ki, sahibkarlıq subyektlərinə nəzarət etməklə vergi ödəmələrinin şəffaf qaydada təmin etsinlər, vergidən yayınan şəxslərə qarşı ciddi tədbirlər, sanksiyalar tətbiq etsinlər. Ancaq bir çox hallarda görürük ki, böyük gəlirli obyektlərdəki vergidən yayınma hallarına elə vergi orqanı əməkdaşları özlər “krişalıq” edirlər. Məsələn, Sumqayıt Maşın Bazarında olduğu kimi…
Ötən həftənin şənbə və bazar günləri şəxsi avtomobilimi satmaq üçün Sumqayıt maşın bazarına çıxardım. Bazarın giriş qapısından bazara daxil olmaq üçün 8 manatdan “giriş haqqı” aldılar. Ancaq etdiyim ödənişin müqabilində mənə heç bir ödəniş qəbzi (çek) vermədilər. Düzü, mən də heç tələb etmədim. Tələb etsəydim ki, nə faydası olacaqdır ki… Uzaq başı pulumu qaytarıb məni də bazara buraxmayacaqdırlar. Düşündüm ki, gəlmişkən həm də bir müşahidə aparım. Və apardım da. Müşahidə etdim ki, bazara avtomobillərin axını həddindən artıq çoxluq təşkil edirdi. Məlum oldu ki, hər həftənin bazar günləri Sumqayıt maşın bazarına 3500 – dən atrıq avtomobil daxil olur ki, onların da hərəsindən eyni qaydada 8 manat pul alınır. Bu da az məbləğ təşkil etmir. Orta hesabla götürsək, bu da 30 (otuz)min manata yaxın pul təşkil edir.
Digər tərəfdən isə diqqətimi çəkən məqamlardan biri də o oldu ki, bazara daxil olan avtomobillərin sihayısı da aparılmır. Halbuki, bazara daxil olan avtomobillərin siyahılaşdırılması vergi hesablaşmalarında olduqca vacib məsələdir. Duzdü, bazara buraxılan maşınlardan yığılan haqqa görə qəbz-çek verilməməsi, onsuzda vergi qanunvericiliyinin tələblərinin, yəni nəğd hesablaşma qaydarının ciddi şəkildə pozulması hallarını özündə ehtiva edir. Bir tərəfdən də bazara daxil olan avtomobillərin siyahılaşdırılmaması bu halları ağırlaşdırır. Görünən odur ki, Sumqayıt maşın bazarında ciddi şəkildə vergidən yayınma halları baş versə də, nədənsə Dövlət Vergi Xidməti orqanı yetkililəri bu halları görməzdən gəlir, bazar sahibinin vergidən yayınması faktına görə sanksiya tətbiq etmirlər.
Halbuki, büdcənin əsas hissəsinin təşkilində, artırılmasında və formaşalmasında əsas gəlirlərdən biri də sahibkarlıq fəaliyyətindən əldə olunan vergi gəlirləri təşkil edir. Belə olan halda da, ortaya maraqlı bir sual çıxır ki, Sumqayıt maşın bazarında vergidən yayınma hallarına nədən və kimlər göz yumur və yaxudda, burda baş verən vergi cinayətlərini kimlər ört-basdır edir?
Yaxşı olar ki, Sumqayıt maşın bazarındakı baş verən vergi pozuntarı (vergi cinayətləri) hallarına DÖVLƏT VERGİ XİDMƏTİ orqanının səlahiyyətliləri aydınlıq gətirə.
Necə olur ki, hansısa bir iaşə obyektində xırda bir vergi pozuntusu hallarına gorə obyekt sahibinin başının üstünü “qara buludlar” kimi kəsdirən Dövlət Vergi Xidməti orqanı əməkdaşları, əcəba niyə Sumqayıt maşın bazarındakı həngaməyə sığmayan vergi pozuntularına görə bazarın sahibinin başının üzərini almırlar? Əcaba, nə məsələdir?
Hesab edirəm ki, bundan sonra DVX orqanı əməkdaşları Sumqayıt Maşın Bazarında köklü kameral vergi yoxlaması həyata keçirəcək və vergi ödəyicisinin fəaliyyəti şəffaf şəkldə yoxlanılacaqdır.
RealMedia.az,
Ramin Məhəmmədoğlu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Texnologiyalar Parkı belə talan olunur – İş adamı maxinasiyalardan yazır


Azərbaycanın ixrac yönümlü ən böyük sənaye müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkında(STP) yeni
mənimsəmə faktlarının olması ilə bağlı məlumatlar yayılır.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, mediada STP-nin Təhcizat departamenti vasitəsi ilə həyata keçirilən maxinasiyalar barədə dəfələrlə məlumatlar yayılıb. Amma nədənsə, STP-də maxinasiyalar səngimir.

Redaksiyamıza daxil olan məlumatlara görə, son vaxtlar STP rədhbərliyi özünə yaxın olan şirkətlərlə işləməyə başlayıb. Məlumatda deyilir ki, STP-nin rəhbərliyində sonuncu dəyişiklikdən sonra absurd hadisələr baş verib:

“Bizim şirkət səkkiz ildən çoxdur ki, mütəmadi olaraq STP-yə müxtəlif məhsul və xidmətlər satmışıq. Sorğu göndərilirdi cavablayırdıq, sifariş almadığımız hallar olsa da, bir çox halda satış edə bilirdik. Yeni rəhbərlik gələndən sonra absurd hal o idi ki, satınalma rəhbəri olaraq yeni təyin edilmiş Seymur Hacıyev gələn kimi STP-nin çalışdığı bütün təchizatçılarla işi dayandırdı. BP və SOCAR kimi şirkətlərin belə tələb etmədiyi sənədlər istəməyə başladı. Soruşanda niyə belə edirsiniz, axı Azərbaycan heç kəs belə işləmir, qanunvericilik də tələb etmir. Seymur cavab verirdi ki, rəhbərlik belə istəyir, Azərbaycanda bizim kriteriyalara uyğun şirkətlər var və biz onlarla işləyəcik. Daha sonra rəhbərlik deyəndə Fuad Nəcəflini nəzərdə tutduğunu öyrəndik. Seymuru STP-yə Fuad Nəcəfli gətirdiyini və arxasında dayandığını dedilər. Və Seymur atdığı addımları Fuad ilə danışıb atırmış. Nəticədə STP yeni şirkətlərlə işləməyə başladı. Nədənsə bizdən tələb olunan sənədləri həmin şirkətlərdən istəmədilər. Bir müddət sonra bir neçə məhsul üçün bizə müraciət edib işləməyə başladılar. Yeganə təchizatçı biz olduğumuz üçün məcbur idilər. Amma bu dəfə bizdən əvvəl tələb etdikləri sənədləri istəmədilər.

Nəticə nə oldu? Nəticədə mediada Seymurun adı yeyinti ilə hallandı. Mediada 180 min yazılmışdı, amma məbləğ daha çox idi. Düzdür Seymur bu söhbətlərdən sonra işdən çıxarıldı, amma STP-nin satınalmasında heç nə dəyişmədi.
Seymurdan sonra STP-nin satınalmasına Rövşən İsmayılov adlı menecer gətirdilər. Onunla ilk görüşlərimiz müsbət keçirdi, hətta bir sıra sifarişlər də ala bildik. Demək olar ki, Rövşənlə işləri normallaşdırmağa başlasaq da, bəzən razılaşdığımız satışlar ləğv olunurdu ki, rəhbərlik fikrini dəyişdi. Bu təkcə bizimlə baş vermirdi. Digər şirkətlərdə eyni problemlər var imiş. Bunu son zamanlar vəziyyəti bir-birimizlə müzakirə etdikdən sonra öyrəndik. Hətta bir dəfə STP-nin işçilərinin daşınması üçün tender elan etmişdi. Tenderdə haqlı olaraq bir şirkət qalib gəldi. Daha sonra ləğv edildiyi qərarı verildi ki, rəhbərlik başqa şirkəti məsləhət görübmüş. İlk qalib gələn şirkət haqlı olaraq şikayətçi olacağını bildirəndə STP bildirdi ki, hər iki tərəfi razı salmaq üçün xidməti iki şirkət arasında bölüşdürdülər. Daha sonra məlum oldu ki, ikinci şirkət rəhbərliyin tanışının şirkəti imiş.

Bundan başqa STP-nin balansında milyonlarla dəyəri olan məhsullar var idi. Bu məhsulların satışı qanundan kənar və STP-nin ziyanına, bəzi insanların isə şəxsi marağına uyğun həyata keçirilir. Məsələn, STP balansında olan HOWO markalı yük maşını üzərində hazırladığı betonqarışdıran avtomobilləri satışa çıxarmışdı. Bizim fəaliyyət sahəmiz olmadığı üçün dostumuza bu haqda məlumat verdik və o proseslərdə iştirak etməyə başladı. Maşınların ən azı 90-100 min bazar qiyməti olardı. Nəticədə betonqarışdıranların 45 min manata satıldığını öyrəndik. Dostumuzun və rəqiblərin təklifindən daha aşağı qiymətə. Maşınların ucuz qiymətə satılması absurd kimi görünsə də, alıcının rəhbərliyə yaxın adam olması hər şeyi izah edir.

Bu yaxınlarda yeni satınalma direktoru Rövşən İsmayilovu da işdən çıxardılar. Öyrəndik ki, STP-də daxili audit keçirilib və xidmətində boşluqlar olduğu üzə çıxıb.

STP-də yeyinti və talan olduğu açıq aydın görünür. Bunun səbəbi satınalma rəhbərləri olubsa, onlar niyə cəzalanmayıb? Satınalmada yeyinti və inventarların satışından problemlər olan şirkətdə satınalmadan məhsul şəxslərin belə tez-tez işdan uzaqlaşdırılması başqa suallar doğurur. Görünür, yeyinti və talanda əli olan rəhbərlik şahidləri aradan qaldırır.

Sual ola bilər ki, nəyə görə talan olduğunu düşünürük? Bəlkə səriştəsizlikdir? Baxın STP rəhbərliyindəki şəxslər hətta pandemiya dövründə də çəkinmədən zənglinləşdiklərini göstərirdilər. İnsanlar işini itirmək qorxusu ilə stress yaşadıqları halda bunlar 400-500 minlik avtomobil alıb heç kimdən çəkinmədən STP-nin ərazisinin içində narahat fəhlələrin gözü qarşısında park edirdilər. Özlərinə yeni evlər villalar alıblar…”.

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Səslənən iddialarla bağlı STP rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
““Tonqal”ın icarədarı oğlumu həbs etdirmək istəyir” - Eldar Həsənovun yaxınlarına İTTİHAM


Füzuli rayon sakini Rafiq Mehdiyev oğlu Radiq Mehdiyev barəsində qanunsuz olaraq cinayət işi başlandığını iddia edir.

DİA.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, Nərimanov rayonunda yerləşən “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov şəxsi əlaqələri sayəsində oğlunu həbs etdirməyə çalışır.

Onun sözlərinə görə, Ş.Hüseynovun oğlu Samir də dövlət strukturunda vəzifəli şəxs kimi çalışır və bu məsələdə onun da əli var: “Oğlum Faqət adlı şəxsin yanında kuryer kimi çalışır. Faqətin satdığı ətləri gündəlik olaraq “Tonqal” restoranına aparır. Oktyabrın 5-də Radiq Nərimanov polisi tərəfindən şübhəli şəxs kimi saxlanılıb ki, bəs sən 11 aydır Şəmsəddin Hüseynovun restoranına aparılan ətdən hər gün 20 kilo oğurluq etmisən. Halbuki hər gün ət təhvil-təslimlə restorana verilir. Kababçıya da yalançı izahat yazdırıblar ki, guya həftəlik 2000 manatlıq ət oğurlanıb.

Görünür, Samirin Nərimanov Rayon Prokurorluğuna etdiyi təsir vasitəsilə oğlum barəsində cinayət işi başladıblar. Məqsədləri də odur ki, Şəmsəddinin Faqətə olan borcunu bu yolla sildirsin. Çünki Şəmsəddinin Faqətə 40 min manat borcu var. Şəmsəddin özü də dedi ki, əti göndərən Faqətə 40 min manat borcum var, belə əvəzləşdirirəm. Həmin pulu qaytarmaq istəmədiyi üçün oğlumun üstünə atıb söhbəti bağlamaq istəyir”.

Şikayətçi qeyd edib ki, oktyabrın 7-də Nərimanov Rayon Məhkəməsində oğlunun həbs olunması ilə bağlı verilmiş təqdimata baxılıb: “Radiq barəsində əsassız şəkildə ev dustaqlığı qətimkan tədbiri seçildi. Nərimanov rayon prokuroru niyə əsassız təqdimatla sifarişli həbsə təqdimat verir? Yəni bir restoran sahibi istədiyi adamı həbs etdirə bilər? Məhkəmənin qərarından şikayət verəcəyik. Ümid edirik ki, Bakı Apellyasiya Məhkəməsində işə ədalətli baxılacaq. Biz ev dustaqlığından da narazıyıq.

Onu da deyim ki, "Tonqal" restoranı sabiq Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənova məxsusdur. Restoranı işlədən Şəmsəddin Hacıyev də onun tanışı, həmyerlisidir. Sonradan öyrəndik ki, oğlu Samir əvvəllər Bakı Şəhər Prokurorluğunda işləyib. Hazırda isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində çalışır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev müraciətimizə cavab olaraq bildirdi ki, vətəndaş Ş.Hüseynovun icarədarı olduğu “Tonqal” restoranından oğurluq edilməsilə bağlı etdiyi müraciəti əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılıb: “Polis əməkdaşları tərəfindən keçirilən istintaq hərəkətləri ilə restorana ət gətirən Radiq Mehdiyevin orada aşpaz kimi çalışan digər bir şəxslə əlbir olaraq 8 ay ərzində həmin restorana gətirdiyi ətin çəkisini qəsdən həqiqi çəkisindən artıq göstərməklə obyektə külli miqdarda ziyan vurduqları məlum olub.

Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinə daxil olmuş müraciət üzrə araşdırma aparılıb: “Aparılan araşdırma ilə Radiq Mehdiyevin özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi “Tonqal” restoranında kababçı işləyən tanışı Natiq Qardaşov ilə qabaqcadan əlbir olaraq həmin restorana gətirib təhvil verdiyi ətin çəkisini qəsdən artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul vəsaitini təhvil alıb Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Radiq Mehdiyev və Natiq Qardaşov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə müvafiq qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir. Bundan əlavə bildiririk ki, Samir Hüseynov adlı şəxs prokurorluq orqanlarında xidmət etmir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə dövlətin pulları NECƏ MƏNİMSƏNİLİR... - İLGİNC FAKTLAR


Son illər ölkəmizdə heyvandarlığın və əkinçiliyin inkişafı üçün böyük vəsaitlər ayrılır, subsidiyalar verilir və inkişaf konsepsiyaları hazırlanır. Ölkə başçısı İlham Əliyevin arardığı siyasətin əsas prioritet hissələrindən biri də ölkə ərazisində fəaliyyət göstərən sahibkarların sərbəst fəaliyyətinin tənzimlənməsidir.

Amma və lakin bir çox hallarda aidiyyatı qurumların rəhbərləri və yerlərdəki məmurlar bu konsepsiyaya qarşı çıxır, yaradılmış infrastrukturu inkişaf etdirmək əvəzinə öz qazancları naminə məhv edir.

Belə bir acınacaqlı vəziyyət Kürdəmir rayonu, “Ərəbqubalı massivi”ndəki “Qubalı yeri” adlanan qış otlaq sahəsində qeydə alınıb və nəticədə 30-40 min baş qoyun, 2700 hektardan çox qış otlaq sahəsi və böyük heyvan tövlələri, infrastruktur tamamilə məhv edilib.

Bizimxeber.az-a daxil olan müraciət əsasında aparıdğımız apaşdırma zamanı bəlli oldu ki, sözügedən ərazi əvvəllər Qarasu bataqlığı kimi tanınıb. Bu ərazi mərhum prezident Heydər Əliyevin tapşırığı ilə qurudularaq, məhz heyvandarlığın inkişafı üçün qış otlaq sahəsi hissəsi hesab olunub.

Bundan sonra 3000 hektara yaxın ərazi heyvandarlığın inkişafı naminə üçün Kürdəmir, Ağsu və diğər rayonlardan olan fermerlər arasında bölüşdürülərək müqavilə şəkilində paylanıb.

Fermərlər də özlərinə məxsus olan vəsaitlər hesabına heyvan tövlələri tikərək heyvanlarını burada saxlayıb, çoxaldıb. Qısa zamanda bu ərazidə 30-40 min baş qoyun və qara mal bəslənib.

Amma bir neçə il əvvəl Kürdəmir rayonun sabiq başçısı Ceyhun Cəfərovun bir başa göstərişi və iştirakı ilə (Ceyhun Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı həbs edilib) bu ərazidə olan fermerlərə qarşı sözün əsl mənasında divan tutulub.

Fermərlərə qarşı qanunsuz məhkəmə iddiaları qaldıran Ceyhun Cəfərov bu torpaqları sözün əsl mənasında ələ keçirib. Məhkəmələr də icra başçısının sifarişini yerinə yetirərək icra hakimiyyətinin xeyrinə qərar çıxarıb və qış otlaq sahələri fermerlərdən qanunsuz olaraq alınıb.

Nəticədə bütün məhkəmə instansiyalarını öz vəzifə səlahiyyətlərindən istifadə edərək “qazanan” icra başçısı onlarla fermerin illərlər çəkdiyi əməyi məhv edib. Müxtəlif formada təzyiqlərə mərus qalan fermerlər heyvanlarını dəyər-dəyməzinə satmağa məcbur edilib, 10 minlərlərlə heyvan tələf olub və sairə...

Bundan sonra icra başçısının göstərişi ilə qış otlaq sahələrinin statusu dəyişdirilərək əkin sahələri statusuna salınıb və bu ərazilər öncədən planlaşdırıldığı kimi “Azər Aqro” MMC-yə icarə müqaviləsi ilə verilib.

Təsəvvür edin qurudulmuş bataqlıq, qış otlaq sahəsi statusunda olan ərazilər əkin sahəsi olaraq sənədlərşdirilir və bu ərazilərdə taxıl və pambıq əkilməsi barədə qərar verilir, subsidiyalar ayrılır, böyük xərclər tökülür, gübrələnmə işi aparılır və sairə. Amma heç bir nəticə olmur, ola da bilməz. Bu əsl cinayətdir və dövlər əmlakının külli miqdarda və planlı şəkildə məhv edilməsinə yönəlik addımdır.

Bizimxeber.az-ın araşdırlmaları zamanı bəlli oldu ki, bu əraziyə xərclənən milyonlar havaya sovurulub. Əkilən taxıl, pambıq məhv olub. Bu günə qədər bu ərazidə əkilən sahələrdən bir manat xeyir götürülməyib. Bütün bunlar azmış kimi, bu ərazilərdə qanunsuz olaraq bostançılıq və tərəvəzçilik sahələri sahılıb. Bu zaman da heç bir gəlir əldə etmək mümkün olmayıb.

"Azər Aqro” MMC-yə bu ərazilərdə pambıq və taxıl becərmək üçün ayrılan subsidiyaları sözün əsl mənasında havaya sovurub. Nəticədə nə heyvanbdarlıq inkişaf edib, nə əlinçilik, nə də bostançılıq və tərəvəzçilik.

İndi bu ərazilər sadəcə boş sahə olaraq qalmaqdadır. Əkinçilik üçün yararsız olan bu ərazilər hazırda qış otlaq sahəsi kimi belə yararsız halla gətirilib. Ərazidə lazımsız xəndəklər qazılıb, fermerlərə məxsus heyvan tövlələri məhv edilib.

Bir sözlə, korrupsioner icra başçısı Ceyhun Cəfərovla “Azər Aqro” MMC-nin rəhbərliyi 2700 hektardan çox olan qış otlaq sahəsini məhv edib.

Sözügedən ərazidə baş verənlər, ayrılmış milyon manatlarla subsidiyaların kimlər tərəfindən mənimsənilməsi araşdırılmalıdır. Ümid edək ki, bu araşdırılmaların aparılması üçün Dövlər Komissiyası yaradılacaq, günahkarların müəyyənləşdirilərək cəzalandırılması həyata keçiriləcək.

Araşdırmalarımız davam edir!

Bizimxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADAU-da KÖHNƏ BAZAR... KÖHNƏ TAS... - NARAZILIQ VAR!


"ADAU-nin Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovu necə idarə edirdisə, indi də rektor əvəzi Zəfər Qurbanovu idarə edir.

Çox maraqlıdır ki, Namiq Cəfərov 2018-ci ildən nazir İnam Kərimovun təşəbbüsü ilə ADAU-nin Daxili Nəzarət şöbəsinə müdir təyin edilib. Təyinatından indiyə qədər Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovla birlikdə şərikli biznesləri olmuşdur. Hətta mexanizasiya korpusunun qardrovunu ləğv edərək orada kafe açaraq Namiq Cəfərovun idarəsinə vermişdir.

Bundan başqa sabiq rektorla əkinçilik və digər biznesləri belə olmuşdur. Rektor əvəzi təyin olunan Zəfər Qurbanov təyin olunan gündən bu günə qədər Namiq Cəfərov, Zəfər Qurbanovun yanında gəzir və ADAU-nin idarəçiliyində fikirlərini diktə edir.

Zəfər Qurbanov Basarkeçər rayonunun Qanlı kəndindən olduğu kimi Namiq Cəfərovda Basarkeçər rayonunun Qanlı kəndindəndir.

ADAU nin proffessor müəllim heyyətinin bildirdiklərinə görə Zəfər Qurbanovla, Namiq Cəfərov yaxın qohumdurlar. Yaxın qohumluq əlaqələrinə görədə rektor əvəzi bütün məsələri Namiq Cəfərovdan məsləhət alır. Bu qohumluq əlaqəsindən istifadə edərək Namiq Cəfərov ADAU nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayevə 1 noyabır peşə bayramı münasibəti ilə fəxri ad verdirmək istəyir. Telman Musayev bu günə qədər tələbə qəbuli ilə bağlı bir çox maxinasiyalar edərək universitetə qanunsuz tələbə qəbul etmişdir. Hətta bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin nüfuzunu ləkələməyi və DİM də işləyən bir qurup vəzifəlilərlə əlbir olaraq universitetə tələbə qəbullarında maxinasiyalar edərək külli miqdarda pul əldə etməsi barədə mətbuatda məqalələr və şikayyətlər dərc olunmuşdu. Hətta sabiq rektor İbrahim Cəfərov rüşvət və qanunsuz qəbulla bağlı Telman Musayevi işdən azad etmək isdəsədə Namiq Cəfərovun təkidi ilə vəzifədə qalmışdır. ADAU nə heç bir əməyi keçməyən Telman Musayevə fəxri adın verilməsində Namiq Cəfərov yaxın qohumu rektor əvəzi Zəfər Qurbanova təkitlə Telman Musayevə fəxri adın verilməsini istəyir.
Biz ADAU-nin professor müəllim heyyəti olaraq inanırıq ki bu ədalətsiz yanaşmaya Nazir İnam Kərimov "dur" deyəcək...

ADAU nin professor müəllim heyəti"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //Turantv.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`MADO`da müştəriləri QARƏT EDİRLƏR - GİLEY


""MADO"nun Fəvvarələr meydanında yerləşən filialında müştəriləri əməlli-başlı qarət edirlər". Bu barədə DİA.AZ-a tanınmış jurnalistlərdən biri giley edib.

Jurnalist iddia edir ki, keçən şənbə günü iki dostu ilə birgə sözügedən kafenin Fəvvarələr meydanında yerləşən filialında çay içib:

"Hər şey elə ilk başdan başladı. Çay əvəzinə stolun üstünə şirniyyatları düzəndə dedim ki, sadə çay istəyirəm. Ofisiant isə "şirniyyatın və 4 növ mürəbbənin çayın üstündə vacib" olduğunu bildirdi. Mən müştəri hüquqlarımdan danışdım, kar eləmədi... Nəhayətdə jurnalist olduğumu bildirdim. Şirniyyatı geri götürdü.

Amma yekun hesabda yenə də şirniyyatın pulunu məndən çıxdılar. Yeməsəm də, pulunu ödərtdilər".
`MADO`da müştəriləri QARƏT EDİRLƏR - GİLEY

Bunun açıq-aşkar qarət olduğunu bildirən jurnalist məsələ ilə bağlı əlaqədar qurumlara şikayət yazacağını da qeyd edib.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
PA yetkilisi Fərəh Əliyeva da Naxçıvan «xan»ından qorxur - Xalq artistindən şok iddia


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Şirməmməd qızı Əliyeva Naxçıvan «xan» Vasif Talıbovdan qorxur.

DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, bu iddia Azərbaycan xalq artisti Həsən Ağasoya aiddir.

Bəs xalq artisti niyə bu qənaətə gəlib?

Gəlin, ən yaxşısı, bu sualın cavabını xalq artistinin özündən xəbər alaq.

Həsən Ağasoy öz Facebook statusunda bu qənaətinə belə aydınlıq gətirir:
PA yetkilisi Fərəh Əliyeva da Naxçıvan «xan»ından qorxur - Xalq artistindən şok iddia

«Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanıma öz işimlə bağlı yazdığım şikayət məktubum Fərəh xanımın göstərişi ilə məktublar şöbəsində ilişib qalıb.Səbəbini məktublar şöbəsindən soruşdum. Fərəh xanım deyib ki, məktub Naxçıvandan gəldiyinə görə saxlanılır. Görünür, Fərəh xanım da Naxçıvan rəhbərliyindən ehtiyat edir ya da qorxur. Artıq 6 aya yaxındır ki, məktubuma cavab verilmir. Çünki məktub gərək Mehriban xanıma çatdırıla ki, cavab da verilə. Bir sənət adamına olan hörmətsizlikdir bu! Buna başqa nə ad vermək olar?»

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO